Məhkəmə qərarları › İş №2(102)-4297/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4297/2020

11.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4297/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı pğlunun və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yayılmış məlumatların həqiqətə uyğun olmayan yalan məlumat heab olunması, təkzib verilməsi, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cav abdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Paşayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası Təhsil nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli və Cavabdeh2 tərəfindən müxtəlif dövlət orqanlarının rəhbərlərinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizələrdə yaydığı: “ünvan 1 orta məktəbinin riyaziyyat müəllimi işləyən İddiaçı işdə çoxsaylı qanun pozuntularına yol verdiyi, onun dəfələrlə qeyri-etik davranış sərgilədiyi, ifadələri ilə məktəbdaxili nizamintizam qaydalarım pozduğu, həmçinin məktəbin Toğrul adlı şagirdini vəhşicəsinə döydüyü, məktəbin Gülbəniz adlı müəlliməsinə qarşı qeyri-etik ifadələr işlədərək onu müəll im kollektivi qarşısında alçaltdığı, Fəxrəddin adlı digər şagirdə qarşı qeyri-etik hərəkət edərək onu sinif yoldaşlarının yanında alçaltdığı, məktəbdə qanunsuz olaraq ödənişli kurslar təşkil edərək şagirdlərə hədə-qorxu gələrək, onları təşkil etdiyi kurslara gəlməyə məcbur etdiyi, onun qanunsuz və qərəzli olaraq məktəb şagirdlərinə təzyiqlər göstərərək Cavabdeh1 haqqında şər-böhtan xarakterli izahatlar yazmasını tələb etdiyi” — məlumatların həqiqətə uyğun olmayan və İddiaçı şərəfini, ləyaqətini və işgüzar nüfiızunu ləkələyən yalan məlumatlar hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı, işlədiyi ünvan 1 orta məktəbin müəllim kollektivinə elan edilməklə, yazılı formada üzr istəməsi, mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 (beş yüz) manat məbl əğində pulun alınıb İddiaçı verilməsi, maddi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən L.Süleymanov, hakimlər F.Mehtiye v və A.Bayramov) qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı, işlədiyi ünvan 1 orta məktəbin müəllim kollektivinə elan edilməklə, yazılı formada üzr istəməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Şəmkir rayon Təhsil Şöbəsinə və Şəmkir rayonu Qasımalılar kənd tam orta məktəbinə “mən - Cavabdeh1, Azərbaycan Respublikası Təhsil nazirinə ünvanladığım xx.xx.2018—ci il tarixli və mən - Cavabdeh2, müxtəlif dövlət orqanlarının rəhbərlərinə ünvanladığım xx.xx.2018—ci il tarixli ərizələrdə yaydığım - “ünvan 1 orta məktəbinin riyaziyyat müəllimi işləyən İddiaçı iş də çoxsaylı qanun pozuntularına yol verməsi, onun dəfələrlə qeyri-etik davranış sərgiləməsi, ifadələri ilə məktəbdaxili nizam-intizam qaydalarını pozması, həmçinin məktəbin Toğrul adlı şagirdini vəhşicəsinə döyməsi, məktəbin Gülbəniz adlı müəlliməsinə qarşı qeyri-etik ifadələr işlədərək onu müəllim kollektivi qarşısında alçaltması, Fəxrəddin adlı digər şagirdə qarşı qeyri-etikhərəkət edərək onu sinif yoldaşlarının yanında alçaltması, məktəbdə qanunsuz olaraq ödənişli kurslar təşkil edərək şagirdlərə hədə-qorxu gələrək, onları təşkil etdiyi kurslara gəlməyə məcbur etməsi, onun qanunsuz və qərəzli olaraq məktəb şagirdlərinə təzyiqlər göstərərək Cavabdeh1 haqqında şər- böhtan xarakterli izahatlar yazmasını tələb etməsi barədə” - məlumatlar həqiqətə uyğun deyildir. Həmin məlumatları təkzib edi rəm” məzmunda ərizələr yazmaqla iddiaçının barəsində yaydıqları məlumatları təkzib etmə vəzifəsinin qoyulması, təkzib etmə məqsədilə həmin ərizələrin yazılıb göndərilməsi üçün icra müddətinin bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan 1 (bir) ay müəyyən edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bü tün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1 qızma və Cavabdeh2 qarşı yayılmış məlumatların həqiqətə uyğun olmayan yalan məlumat heab olunması, təkzib verilməsi, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən onun barəsində yayılmış məlumatların həqiqətə uyğun olmayan hesab edilməsi, cavabdehlərin üzərinə işlədiyi kollektiv qarşısında ondan üzr istəməsi barədə öhdəlik qoyulması, həmçinin vurulmuş mənəvi zərərin əvəzi olaraq 100.000 (bir yüz min) manat, maddi z ərərə görə isə 2.000 manat (nəqliyyat xərcləri, notariat xərcləri və hüquqi xidmətə görə qonarar nəzərə alıbmaqla) məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikasının Təhsil nazirinə, Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Şəmkir rayon Təhsil Şöbəsinin müdirinə ünvanlanmış xx.xx.2018—ci il tarixli şikayət ərizəsində göstərilmişdir ki, Şəmkir rayonu, Qasımalılar kənd tam orta məktəbin riyaziyyat müəllimi İddiaçı qanunsuz və qərəzli olaraq məktəb şagirdlərinə müxtəlif vədlər verərək və təzyiqlər göstərərək, onlardan məktəbin digər müəllimi, anası Cavabdeh1 haqqında şər- böhtan xarakterli izahatlar yazmalarını tələb etmişdir. İddiaçı ixtisası müəllimlik deyil, o, dəfələrlə qeyri-etik davranış və ifadələri ilə məktəbdaxili nizamintizam qaydalarını pozduğuna görə barəsində bir neçə dəfə akt tərtib olunmuş və ona şiddətli töhmət verilmişdir. Lakin İddiaçı məktəbdaxili şuranın islahedici cəza tədbirlərindən heç bir nəticə çıxarmamış, yəni islah olunmamı şdır. Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının Təhsil nazirinə və Şəmkir rayon Təhsil Şöbəsinin müdirinə ünvanlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli ərizələrdən görünür ki, ünvan 1 orta məktəbinin müəllimi İddiaçı işlədiyi illər ərzində çoxsaylı qanun pozuntusuna yol vermiş və məktəbdaxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozmuşdur. Belə ki, məktəb şagirdi olmuş X8 məktəbdə tədris zamanı İddiaçı tərəfindən vəhşicəsinə döyülmüş, həmçinin məktəbin şagirdi olmuş X1 dərs zamanı məktəbin sinif otağında əl işarəsi ilə qeyri-etik hərəkət edərək (ərizədə yazılan ifadə qeyri-etik olduğuna görə ixtisar olunmuşdur), həmin şagirdi sinif yoldaşlarının yanında alçaltmış və şagirdlərin psixoloji inkişafını, etik durumunu çox ciddi şəkildə zədələmiş, dərslər arası fasi lədə məktəbin azərbaycan dili və ədəbiyyatı müəllimi X2 isə küçə söyüşü ilə təhqir etmişdir. Ondan başqa, İddiaçı məktəbin şagirdlərini qanunsuz təşkil etdiyi məşğələ kurslarına cəlb etmək məqsədilə digər müəllimləri pisləmiş, şagirdlərə hədə-qorxu gələrək, şagirdləri kursa gəlməyə məcbur etmişdir. Şəmkir rayon Təhsil Şöbəsinin müdiri tərəfindən Azərbaycan Respublikası Təhsil nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 4 Cavabdeh2 Qasımalılar kənd tam orta məktəbin riyaziyyat müəllimi İddiaçı barəsində Təhsil nazirliyinin qaynar xəttinə etdiyi müraciət araşdırılmış, lakin göstərilən faktlar öz əksini tapmamışdır. İddiaçı dərs dediyi 9-cu və 10-cu sinif şagirdləri ilə söhbət aparılmışdır. Söhbət zamanı şagirdlərdən heç biri İddiaçı onları məktəbin digər riya ziyyat müəllimi olan Cavabdeh1 əleyhinə izahat yazmağa məcbur etməsi faktını təsdiq etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə linqvistik ekspertizasının xx.xx.2018-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Təhsil nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli və Cavabdeh2 tərəfindən müxtəlif orqanlara ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizələrdə adı çəkilən İddiaçı işdə çoxsaylı qanun pozuntularına yol verdiyi, onun dəfələrlə qeyri-etik davranış sərgilədiyi, ifadələri ilə məktəbdaxili nizam-intizam qaydalarını pozduğu, həmçinin məktəbin Toğrul adlı şagirdini vəhşicəsinə döydüyü, məktəbin Gülbəniz adlı müəlliməsinə qarşı qeyri- etik ifadələr işlədərək onu müəllim kollektivi qarşısında alçaltdığı, Fəxrəddin adlı digər şagirdə qarşı qeyri-etik hərəkət edərək onu sinif yoldaşlarının yanında alçaltdığı, məktəbdə qanunsuz olaraq ödənişli kurslar təşkil edərək şagirdlərə hədə- qorxu gələrək, onları təşkil etdiyi kurslara gəlməyə məcbur etdiyi, onun qanunsuz və qərəzli olaraq məktəb şagirdlərinə təzyiqlər göstərərək Cavabdeh1 haqqında şər-böhtan xarakterli izahatlar yazmasını tələb etdiyi məlumatlar, həqiqətən yayılmış hesab edildiyi təqdirdə İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən sözlər (ifadələr) məlumatlar hesab olunur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh1 Şəmkir rayonu, Qasımalılar kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyirlər. Digər Cavabdeh2 Cavabdeh1 oğludur. Onlar arasında müəllimlik fəaliyyətinin həyata ke çirilməsi zamanı maraqların toqquşması baş vermiş və bu hal mübahisəyə çevrilmişdir. Ona görə də cavabdehlər iddiaçının barəsində müxtəlif dövlət orqanlarına ərizələr ünvanlayaraq, iddiaçının müəllim işlədiyi məktəbdə çoxsaylı qanun pozuntularına yol verdiyini, onun dəfələrlə qeyri-etik davranış sərgilədiyini, ifadələri ilə məktəbdaxili nizamintizam qaydalarını pozduğunu, həmçinin məktəbin Toğrul adlı şagirdini vəhşicəsinə döydüyünü, məktəbin Gülbəniz adlı müəlliməsinə qarşı qeyri-etik ifadələr işlədərək onu müəllim kollektivi qarşısında alçaltdığını, Fəxrəddin adlı digər şagirdə qarşı qeyri-etik hərəkət edərək onu sinif yoldaşlarının yanında alçaltdığını, məktəbdə'qanunsuz olaraq ödənişli kurslar təşkil edərək şagirdlərə hədə-qorxu gələrək, onları təşkil etdiyi kurslara gəlməyə məcbur etd iyini, onun qanunsuz və qərəzli olaraq məktəb şagirdlərinə təzyiqlər göstərərək Cavabdeh1 haqqında şər-böhtan xarakterli izahatlar yazmasını tələb etdiyini göstərmişdir. Cavabdehlərin həmin şikayətləri əsasında Şəmkir Rayon Təhsil Şöbəsində iddiaçının barəsində araşdırma aparılmış, lakin həmin məlumatlar öz təsdiqini tapmamışdır. Bu isə cavabdehlər tərəfindən iddiaçının barəsində yayılan məlumatların həqiqətə uyğun olmaması nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə linqvistik ekspertizasının xx.xx.2018-cu il tarixli 14240 nömrəli rəyi ilə də Cavabdeh1 Azərbaycan Respublikası Təhsil nazirinə ünvanladığı xx.xx.2018—ci il tarixli və Cavabdeh2 tərəfindən müxtəlif orqanlara ünvanlanmış xx.xx.2018—ci il tarixli ərizələrdə adı çəkilən İddiaçı barəsində göstərilən məlumatların həqiqətən yayılmış hesab edildiyi təqdirdə sonuncunun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən sözlər (ifadələr) məlumatlar hesab olunduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının barəsində cavabdehlər tərəfindən həqiqətə uyğun olmayan məlumatların yayılması, iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar sayılmalıdır. Belə ki, cavabdehlər iddiaçı barəsində həmin yalan məlumatları müxtəlif dövlət orqanlarına ərizə və şikayətlər yazmaqla, həmçinin iddiaçının barəsində Şəmkir rayon Təhsil Şöbəsi tərəfində araşdırma aparılmasına nail olmaqla, yaymış və həmin məlumatlar iddiaçının barəsində cəmiyyətdə, həmçinin işlədiyi əmək kollektivində mənfi rəyin formalaşmasına səbəb olmuşdur ki, bu da iddiaçının şərəf və ləyaqətini ləkələmişdir. Ona görə də, iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Təhsil nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli və Cavabdeh2 tərəfindən müxtəlif dövlət orqanlarının rəhbərlərinə ünvanlanmış xx.xx.2018—ci il tarixli ərizələrdə yaydığı: “ünvan 1 orta məktəbinin riyaziyyat müəllimi işləyən İddiaçı işdə çoxsaylı qanun pozuntularına yol verdiyi, onun dəfələrlə qeyri-etik davranış sərgilədiyi, ifadələri ilə məktəbdaxili nizamintizam qaydalarını pozduğu, həmçinin məktəbin Toğrul adlı şagirdini vəhşicəsinə döydüyü, məktəbin Gülbəniz adlı müəlliməsinə qarşı qeyri-etik ifadələr işlədərək onu müəllim kollektivi qarşısında alçaltdığı, Fəxrəddin adlı digər şagirdə qarşı qeyri-etik hərəkət edərək onu sinif yoldaşlarının yanında alçaltdığı, məktəbdə qanunsuz olaraq ödənişli kurslar təşkil edərək şagirdlərə hədə-qorxu gələrək, onları təşkil etdiyi kurslara gəlməyə məcbur etdiyi, onun qanunsuz və qərəzli olaraq məktəb şagirdlərinə təzyiqlər göstərərək Cavabdeh1 haqqında şər-böhtan xarakterli izahatlar yazmasını tələb etdiyi” məlumatların həqiqətə uyğun olmayan və İddiaçı şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən yalan məlumatlar hesab edilməsi tələbində haqlı olmuş və apelyasiya instansiyası məhkəməsi dügzün olaraq birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılması na əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin... Həmin Məcəllənin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxx 1999-cu il tarixli, 7 nömrəli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri- müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur... Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirilməklə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə... məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər... Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s.) rəsmi sənədlərdə olan məlumatların təkzib edilməsinə AR Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə və “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxx 1999 cu il tarixli, 7 nömrəli qərarının 3-cü bəndinə əsasən, şə rəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 №-li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nm müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin prejşedentləri baxımından, «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vur an şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarda qeyd olunmuşdur ki, «....Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır...» “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağ lı dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası MM-nin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa.şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarım pozan) əməldir(h ərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1 -ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən müxtəlif orqanlara ünvanlanmış ərizələrdə iddiaçının barəsində yayılmış məlumatlar onun şüurunda mənfi reaksiyaya səbəb olmuş, cavabdehlər heç bir əsas olmadan iddiaçını nüfuzdan salan, onun barəsində dəfələrlə qanun pozuntusuna yol verən, dərs vaxtı şagirdi vəhşicəsinə döyəfl, məktəbdə şagirdlərə və müəllimlərə qarşı qeyri-etik hərəkətlər edən, şagirdləri qanunsuz təşkil etdiyi ödənişli kurslara məcbur edən intizamsız və qeyri-ciddi müəllim obrazı yaradan yalan məlumatları müxtəlif dövlət orqanlarının rəhbərlərinə ərizələr şəklində yazmaqla, iddiaçını mənəvi zərərə məruz qoymuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehlərin şərəf və ləyaqətini ləkələyən məlumatları yaydığını və keçirdiyi mənəvi sarsıntıları sübuta yetirsə də, lakin fiziki iztirab nəticəsində sağlamlığının pozulması ilə bağlı dəyən zərər barədə, habelə zərərvuran şəxslərin əmlak vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq mənəvi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 (beş yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, maddi zərərə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat məbləğində pulun alınıb İddiaçı ver ilməsi nəticəsinə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə, vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri-inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzər ə alır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələbində cavabdehlərin üzərinə işlədiyi kollektiv qarşısında ondan üzr istəməsi barədə öhdəlik qoyulmasını tələb etmiş, birinci instansiya məhkəməsi də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı, işlədiyi ünvan 1 orta məktəbin müəllim kollektivinə elan edilməklə, yazılı formada üzr istəməsinə dair nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin təkziblə bağlı yol verdiyi səhvi prosessual pozuntu kimi qiymətləndirmiş və bunu qətnamənin təkziblə bağlı hissədə ləğv edilib, həmin hissədə yeni qətnamə çıxarılmasına əsas hesab etmişdir. Belə ki, cavabdehlərin iddiaçının haqqında göstərdikləri məlumatlar, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Şəmkir rayon Təhsil Şübəsinə və Şəm kir rayonu Qasımalılar kənd tam orta məktəbinə yazılı ərizələr şəklində göndərilməklə yayıldığından, həmin məlumatların təkzib edilməsi, yəni həmin məlumatların yalan olduğu barədə təkzib də məlumatların yayılmasının dərəcəsinə və xarakterinə uyğun olmalı, cavabdehlər şərəf və ləyaqəti ləkələyən məlumatları yaydığı üsulla, yəni yazılı ərizədə həmin məlumatların həqiqətə uyğun olmadığını göstərməklə təkzib verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə görə, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd d əyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 nömrəli qərarının 12—ci bəndində göstərilmişdir ki, həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatın yayılması üsuluna uyğun olmalıdır. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə, məhkəmə... qətnamənin qərar hissəsində həqiqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edilməsini, məlumatın təkzibedilmə üsulunu... və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir Yuxarıda göstərilənl əri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar