Məhkəmə qərarları › İş №2(102)-4298/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4298/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4298/2020 12.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: “XXXBank” Qapalı Səhmdar Cəmiyyəti, “xxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 İddia tələbi: hərracın yekunu üzrə protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı, icra icraatının dayandırılması, tərəflərin izahatlarının sübut əhəmiyyəti, çəkişmə prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının və onun vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10 4)-4509/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-100/2016 saylı iş üzrə xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə X1, İddiaçı (bundan sonra – iddiaçı) və X2 müştərək qaydada 50000 ABŞ dolları məbləğində əsas kredit borcu, 2662,47 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faizlər olmaqla ümumilikdə 52662,47 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata məzənnə nisbəti ilə, bundan əlavə “XXXBank” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) ilə X5 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən ya ranan 10000 manat məbləğində əsas kredit borcu və 567,55 manat faiz borcu olmaqla cəmi 10567,55 manat pulun məhkəmə xərclərinin X1, iddiaçıdan və X2 birgə qaydada tutularaq Bankın hesabına ödənilməsi, iddiaçının mülkiyyətinə olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, XXX XXX küçəsi, 71A saylı evin 14 saylı mənzilinin (bundan sonra - mübahisəli mənzil) ilkin satış qiymətinin 53339,2 manat hesab edilməsi, tələbin mübahisəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına X3 Banka olan borcunun ödənilməsi, ipoteka predmeti olan mübahisəli mənzil satıldıqdan 1 ay sonra iddiaçının həmin mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Tovuz Rayon İcra Şöbəsinə göndərilmiş, xx xxxx 2017ci il tarixdə icra icraatına başlanmışdır. xx xxxxxx 2017-ci il tarixli məktubla mübahisəli mənzilin hərracda satılması ilə əlaqədar icra sənədi müvafiq sənədlərlə «xxxxx» MMC-yə göndərilmiş və həmin fərdi yaşayış evinin açıq hərracda satılması üçün açıq auksion təyin edilmişdir. Mənzilin açıq hərracda satılması baş tutmadığından, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən açıq hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli, 64/01 nömrəli protokol və Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, mənzili 34003,74 manata tələbkar Bank əldə etmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Banka, “xxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabde h1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin Banka satılmasına dair Tovuz Rayon İcra Şöbəsinin təqdimatına əsasən keçirilmiş xx xxxxxx 2017-ci il tarixli 64/01 nömrəli hərracın yekunları barədə protokolun və xx xxxxxx 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(062)1618/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Mustafayev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, icra sənədi üzrə icraat dayandırıldıqdan sonra hərrac keçirilmiş və hərracın nəticələri əsasında mübahisə predmeti olan əmlaka dair sözüge dən alğı-satqı müqaviləsi bağlanmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-4509/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), S.Hüseynov və Ş.Rzaquliyev) cavabdeh Bankın apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi icra sənədi üzrə icraat dayandırıldığı halda hərrac keçirildiyi üçün həmin hərracın nəticələrinin etibarsız olmasına dair nəticəyə gəlsə də, Hərrac Mərkəzi “xxxxx” MMC tərəfindən Banka ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, mübahisə li mənzilin icra sənədi ilə bağlı hərracların keçirilməsi dövründə Cavabdeh1 tərəfindən heç bir dayanma məktubu daxil olmamışdır. Həmçinin iş materiallarından, o cümlədən cavabdeh Bankın apelyasiya dəlillərindən görünür ki, tələbkar Bank tərəfindən hərracın dayandırılmasına dair Cavabdeh1 qərarından şikayət verilmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(062)-360/2019 saylı qərardadı ilə hərracın dayandırılmasına dair qərar ləğv edilmiş və həmin qərardad Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(104)-197/2019 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil barədə keçirilmiş hərrac “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51.1, 53.2, 53.3, 61.1, 61.2-ci maddələrinin, hərrac keçirilən dövrdə qüvvədə ol muş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 42 və 43-cü maddələrinin, Mülki Məcəllənin 415 və 416.1-ci maddələrinin tələblərinə uyğun həyata keçirilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil) kassasiya şikayəti və ona əlavə verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi çıxarılarkən çoxsaylı maddi və prosessual hüquq normaları pozulmuşdur, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhk əmə iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlmədikləri və bunun səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün və mübahisənin predmeti bölünməz olduğundan həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (maddə 415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (maddə 416.1). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416.2). “İcra haqqında” Azərb aycan Respublikasının qanunu 21.8. Dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. MPM Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmi yyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilməsi mümkün hesab edilmişdir. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunması əsası kimi iki hala istinad etmişdir: 1) hərrac təşkilatına icraatın dayandırılması barədə məlumat verilməmişdir; 2) icra icraatının dayandırılması barədə icra məmurunun qərarı sonradan ləğv edilmişdir. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 21.8-ci maddəsinə əsasən dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin hə yata keçirilməsinin yolverilməz olduğu barədə qayda müəyyən edilmişdir. Həmin qayda hər hansı icra hərəkətinin aparılmasını istisna etməklə yanaşı, bu halı icra hərəkətinin və ya onun bir hissəsinin həyata keçirildiyi orqanlara (təşkilatlara) icraatın dayandırılması barədə məlumatın verilib-verilməməsindən asılı etmir. Göründüyü kimi hər hansı iş üzrə icra məmuru və ya məhkəmə tərəfindən icra icraatının dayandırılması barədə qanunla müəyyən olunmuş qaydada qəbul edilmiş qərarın mövcudluğu icra məmuru və ya digər orqanlar tərəfindən icra hərəkətlərinin aparılmasını istisna edir. Apelyasiya instansiyası məhkəməsinin iddianın rədd olunması üçün istinad etdiyi halla bağlı qeyd edilməlidir ki, məhkəmə həmin halın mövcudluğunu Bankın nümayəndəsinin izahatı (apelyasiya şikayətinin dəlilləri) əsas ında müəyyən etmişdir. Halbuki MPM-in 106.1-ci maddəsinə əsasən qanunverici tərəflərin izahatlarını sübutlar sırasına aid etsə də, belə izahatlar o halda iş üzrə mötəbər sübut kimi qiymətləndirilə və işin konkret hallarının müəyyən olunması üçün əsas ola bilər ki, onlar iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Cavabdeh Bank apelyasiya şikayətinə əlavəsində Tovuz Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarının məhkəmə qaydasında ləğv edildiyini bildirsə də, bu halı təsdiq edən məhkəmə aktlarını şikayətinə əlavə etməmiş və məhkəmə baxışı zamanı təqdim etməmişdir. Halbuki, MPM-ə əsasən məhkəmə bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədl ərlə əsaslandırmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (9.3, 14.2, 88). Ona görə də kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 9.3, 14.2, 88, 106.1-ci maddələrinə riayət olunmaqla, bu Qərarda sadalanan maddi hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 104)-4509/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar