Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4298/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Astara Rayon Notariat Ofisinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4298/2023 (Açar sözlər: bağışlama müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Astara Rayon Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin ləğvi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şir van Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1136/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayətinə 04 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı X4 ilə 1966-cı ildə nikaha daxil olmuşdur.
2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Hüququların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrinin çıxarışa əsasən, Astara şəhəri, Qum küçəsi ünvanında istifadəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,4 kv.m. ümumi, o cümlədən 53,9 kv.m. yaşayış, 37,5 kv.m. köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əml akın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 130 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Fərdi yaşayış evinin bağışlanması barədə 04 may 2012-ci il tarixli müqaviləyə əsasən, “bağışlayan” X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən 28 aprel 2012-ci il tarixdə verilmiş 22-28-061 saylı arayışa əsasən ona məxsus olan Astara şəhəri, Qum küçəsi ünvanında istifadəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,4 kv.m. ümumi, o cümlədən 53,9 kv.m. yaşayış, 37,5 kv.m. köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evini “Bəxşişi qəbul edən”ə qızı Cavabdeh1 bağışlamışdır.
4. İddiaçı tərəfindən Astara rayon Dövlət notarusuna verilmiş ərizəyə əsasən, X3 Astara ş əhəri, Qum küçəsi ünvanında istifadəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,4 kv.m. ümumi, o cümlədən 53,9 kv.m. yaşayış, 37,5 kv.m. köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evini “Bəxşişi qəbul edən”ə qızı Cavabdeh1 bağışlanılmasına etiraz etmir.
5. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Hüququların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrinin çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 92,9 kv.m. olan fərdi yaşayış evinin 25,2 kv.m. hissəsi Cavabdeh1, 67,7 kv.m. hissəsi Cavabdeh2, orada yerləşən ümumi sahəsi 0.06808 hektar torpaq sahəsinin 0,025 hektar hissəsi Cavabdeh1, 0,0431 hektar hissəsi isə Cavabdeh2 xüsusi paylı mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci in stansiya məhkəməsində icraat:
6. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Astara Rayon Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin ləğvi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 xx.xx.2012-ci il tarixdə X4 ilə Cavabdeh1 arasında təsdiq edilmiş bağışlama müqaviləsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, 2022-ci il tarixə qədər iddiaçı həmin evdə tək özü yaşamışdır. 2022-ci ilin fevral ayında müalicə ilə əlaqədar qızı Flora Həsənovaya məxsus Astara şəhərində yerləşən fərdi yaşayış evinə köçmüşdür. İddiaçı müalicəsi bitd ikdən sonra evə qayıtmaq istəyən zaman iddiaçının digər qızı hazırkı iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 ona evə daxil olmağa məhdudiyyətlər yaratmışdır. Cavabdeh1 qeyd olunan evin ona məxsus olduğunu və həmin evdə qızı Günelin öz ailəsi ilə yaşayacağını bildirmişdir. Öz sözlərinin təsdiqi kimi cavabdeh iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nişanlı çıxarışı təqdim etmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, mərhum əri ilə birgə nikah ərzində əldə edilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hazırda paylı mülkiyyət formasında onun iki övladı Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindədir. Belə ki, ev Cavabdeh1 atası tərəfindən 2012ci ildə bağlanmış, Cavabdeh1 isə evin bir hissəsini 2022-ci ildə qardaşı Cavabdeh2 bağışlam ışdır. İddiaçının qeyd olunan evin onun mərhum əri tərəfindən uşaqlarına bağışlanması haqqında məlumatı olmamışdır. O, yalnız vəkilə müraciət etdikdən və Astara Rayon Notariat Ofisinə göndərilmiş vəkil sorğusuna verilmiş 25 noyabr 2022-ci il tarixli cavabdan sonra bəlli olmuşdur ki, sözügedən mülkiyyət 04 may 2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətinə keçmişdir. Lakin 25 noyabr 2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş ərizədən bəlli olur ki, 2012-ci ildə bağışlama müqaviləsi bağlanan zaman İddiaçı notarial qaydada razılıq ərizəsi alınmamışdır. Sənədləri əldə edəndən sonra məlum olmuşdur ki, qeyri-qanuni formada bağlanmış əqdin nəticəsində mülkiyyət hüququndan məhrum edilmişdir.
8. Astara Rayon Məhkəməsinin 2(018)-162/2023 nömrəli, 2 may 2023-cü il tarix li qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh3 xx.xx.2012-ci il tarixdə X4 ilə X5 arasında bağlanmış bağışlama müqaviləsi və ondan yaranan hüquqi nəticələrin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslanmışdır ki, onun daşınmaz əmlakın cavabdehə bağışlanmasına razılığı olmamışdır. Astara rayon Notariat kontorundan sorğu əsasında alınmış notariat işinin materiallarında olan İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, o, X1 şəhəri, Qum küçəsi ünvanında istifadəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,4 kv.m. ümumi, o cümlədən 53,9 kv.m. yaşayış, 37,5 kv.m. köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evini “Bəxşişi qəbul edən”ə qızı Cavabdeh1 bağışlanılmasına etiraz etmir.
10. Məhkəmə şərh edilənləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçının cavabdehlərə qarşı “bağışlama müqaviləsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 668.1.2, 668.1.3, 668.1.5-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən iddiaçı (Vəkil4) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəf məhz bağışlama müqaviləsinin etibarsızlığını iddia kimi qoysa da (təqdim edilən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəylə) məhkəmə ləğvi əsas götürərək qətnamə qəbul etmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1136/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Cahid İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə tərəf olmamışdır. Bu baxımdan müqavilənin ləğvi barədə iddianın hüquqi əsası yoxdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birgə nikahda qazanılmış əmlak bağışlanarkən onun razılığı olmamışdır. İddiaçının bu arqumenti əsassızdır. Bağışlama müqaviləsi üzrə notariat işindən görünür ki, İddiaçı yazılı ərizə təqdim edərək, X2 Astara şəhəri, Qum küçəsi ünvanında istifadəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,4 kv.m. ümumi, o cümlədən 53,9 kv.m. yaşayış, 37,5 kv.m. köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evini qızı Cavabdeh1 bağışlamasına etiraz etməmişdir. İddiaçı apellyasiya şikayətində iddia tələbini bağışlama müqaviləsinin etibarsızlığı kimi qoyduğunu bildirmişdir. Lakin iş materiallarından onun iddianın predmetini dəyişməsi müəyyən edilmir. İddiaçının tələbi ifadə formasın a görə müqavilənin ləğvi olsa da mahiyyətcə, o, müqavilənin etibarsızlığını əsaslandırmağa çalışmışdır. İddia ərizəsindən, izahatlardan və iddiaçının istinad etdiyi hallardan görünür ki, iddiaçı ərizəsində mahiyyətcə bağışlama müqavilələrinin etibarsızlığını tələb etmişdir.
16. Məhkəmə kollegiyası müqavilənin etibarsızlığı tələbi ilə bağlı qeyd etmişdir ki, mübahisələndirilən bağışlama müqavilələrinin etibarsız sayılması üçün də əsas yoxdur. Belə ki, mübahisələndirilən bağışlama müqavilələri üzrə müqavilənin elementlərinin hərhansı birinin qüsurlu olması müəyyən edilməmişdir. İddiaçı belə halı əsaslandıra və sübuta yetirə bilməmişdir. Bu cəhətdən iddia əsassızdır, ona görə təmin edilə bilməz.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 225.6, 337, 421, 422, 424, 666.1 və 667.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
18. Qətnamədən iddiaçı (Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, Notariat haqqında qanunun 46-cı maddəsinin tələbinə uyğun olaraq ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Qeyd etmək zəruridir ki, iş materiallarında olan ərizə notariat qaydasında təsdiq edilməmişdir.
20. Həmçinin qanunvericilikdə məhkəmənin ilk olaraq əqdin etibarlılığını müəyyən etməsi nəzərdə tutulsa da, məhkəmə müqavilənin etibarlılığı məsələsini ön plana çəkmədən məhz iddianın əsaslandırılması məsələsini qabartmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 yazılı etiraz verərək, etirazında kassasiya şikayətinin dəlillərinin əsasız olduğunu qeyd etmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını, şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
22. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzi fələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mü qavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
27. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
28. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
29. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
30. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
31. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə a yrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
32. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 42 2.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
33. Maddə 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.
34. Maddə 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.
35. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razı laşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
36. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
37. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyən i qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
38. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
39. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
33. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
34. Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilməməsi hissəsində tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirililən hissədə bütövlükdə yoxlanılır. Kasasiya instansiyası mə hkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
47. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddia çının mərhum əri X4 “fərdi yaşayış evinin bağışlanması barədə” 04 may 2012-ci il tarixli müqaviləyə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən 28 aprel 2012-ci il tarixdə verilmiş 22-28-061 saylı arayışa əsasən mülkiyyətində olan Astara şəhəri, Qum küçəsi ünvanında istifadəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,4 kv.m. ümumi, o cümlədən 53,9 kv.m. yaşayış, 37,5 kv.m. köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evini “Bəxşişi qəbul edən”ə qızı Cavabdeh1 bağışlamışdır. İddiaçı tərəfindən həmin vaxt Astara rayon Dövlət notarusuna verilmiş ərizədə qeyd olunmuşdur ki, X3 Astara şəhəri, Qum küçəsi ünvanında istifadəsində olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,4 kv.m. ümumi, o cümlədən 53,9 kv.m. yaşayış, 37,5 kv.m. köməkçi sahədən ibarət 107 nömrəli fərdi yaşayış evini “Bəxşişi qəbul edən”ə qızı Cavabdeh1 bağışlanılmasına etiraz etmir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 xx.xx.2012-ci il tarixdə X4 ilə X5 arasında bağlanmış bağışlama müqaviləsi və ondan yaranan hüquqi nəticələrin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun daşınmaz əmlakın cavabdehə bağışlanmasına razılığının olmadığını qeyd etmişdir.
48. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 16-17-ci paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, mübahisələndirilən bağışlama müqavilələrinin etibarsız say ılması üçün əsas yoxdur. Belə ki, mübahisələndirilən bağışlama müqavilələri üzrə müqavilənin elementlərinin hər-hansı birinin qüsurlu olması müəyyən edilməmişdir. İddiaçı belə halı əsaslandıra və sübuta yetirə bilməmişdir. İddiaçı apellyasiya şikayətində iddia tələbini bağışlama müqaviləsinin etibarsızlığı kimi qoyduğunu bildirmişdir. Lakin iş materiallarından onun iddianın predmetini dəyişməsi müəyyən edilmir. İddiaçının tələbi ifadə formasına görə müqavilənin ləğvi olsa da mahiyyətcə, o, müqavilənin etibarsızlığını əsaslandırmağa çalışmışdır. İddia ərizəsindən, izahatlardan və iddiaçının istinad etdiyi hallardan görünür ki, iddiaçı ərizəsində mahiyyətcə bağışlama müqavilələrinin etibarsızlığını tələb etmişdir. Bağlanmış müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər han sı hüquqi əsas yoxdur.
49. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
50. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakim iyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
51. İşin hallarından da görünür ki, apellyasiya instansiya məhkəməsinin qərarında qeyd etdiyi kimi iddiaçı müqavilə üzrə tərəf olmamışdır. Bu baxımdan müqavilənin ləğvi barədə iddianın hüquqi əsası yoxdur.
52. Məhkəmə kollegiyası kassasiya şikayətinin, Notariat haqqı nda qanunun 46-cı maddəsinə istinad olunmaqla evin bağışlanması barədə iddiaçının notariat qaydada təsdiq olunmuş razılığının olmaması barədə dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçının mərhum əri, fərdi yaşayış evinin mülkiyyətçisi olan X4 tərəfindən göstərilən evin qızı Cavabdeh1 bağışlanmasına etiraz etməməsi barədə ərizəsini iddiaçı məhz həmin notariat hərəkətini icra edən notariusa təqdim etdiyindən, bu halda qeyd olunan ərizənin notarius tərəfindən qəbul edilməsi, onun notariat qaydada təsdiq olunmasını ehtiva edir.
53. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tə rəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
54. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanu nun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
57. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1136/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.