Məhkəmə qərarları › İş №2(102)-4299/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4299/2019

24.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4299/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Xnun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əldən çıxmış fayda və vurulan mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli 2(103)-1733/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əldən çıxmış fayda və vurulan mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40632 manat əldən çıxmış fayda və 20000 manat mənəvi ziyan, 30 manat ödənilmiş dövlət rüsumunun ümumilikdə 60662 manat pulun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, 20000 manat mənəvi ziyanın ödənilməsi tələbini qüvvədə saxlayaraq, əldən çıxmış faydanın və vurulan mənəvi ziyanın ödəniləsi haqqında verdiyi iddia ərizəsində AR MPM-nin 449.1 maddəsinin tətbiqi əvəzini, cavabdehin ödənişləri gecikdirdiyi üçün illik 5 faiz ödənişlərin edilməsi məqsədilə AR MPM-nin 445.7 maddəsinin tələblərini tətbiq edərək, 2018-ci ilin avqust ayına olan 20316 manat, ümumilikdə 40316 mana t pulun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X2) 27 sentyabr 2018-ci il tarixli, 2(004)-6334/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı vurulan maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmiş,Cavabdeh 20316 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi,iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli 2(103)1733/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən və məruzəçi X3, hakimlər X1 və X5) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6334/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qətnaməsinin Cavabdeh münasibətdə d əyişdirilməsi, kredit öhdəliyinin müddəti başa çatdığı vaxtdan sonra əldən çıxmış faydaya görə illik 5 faiz hesablanmaqla 18440 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli 2(103)-1733/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman artıq qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmiş hallar nəzərə alınmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, bu nunla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli 2(103)-1733/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına g əlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətlənd irilməməlidir. İddia tələbi qismən təmin edildiyindən və qətnamədən yalnız cavabdeh kassasiya şikayəti verdiyindən kassasiya icraatının predmetini qətnamənin iddianın təmin edilmiş hissəsinin yoxlanılması təşkil edir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1324/2016 saylı, 10 fevral 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı 92200 manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və onun iddia tələbi təmin edilmişdir. Lakin cavabdeh qətnaməni icra etməmişdir. Cavabdeh barəsində cinayət işi açılmış və o, CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hal-hazırda iddiaçı ona dəymiş mənəvi ziyanı n və cavabdeh ödənişləri gecikdirdiyi üçün 5% ödənişlərin edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 11 fevral 2014-cü il tarixdə altı ay müddətinə, yəni, 11 avqust 2014-cü il tarixədək qaytarılması şərti ilə 92.200 manat məbləğində borc pul vəsaiti verilmiş, beləliklə tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Bunun nəticəsində iddiaçının cavabdehdən müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə öhdəlikləri yerinə yetirməmişdir.Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini 11 avqust 2014-cü il tarixədək icra etmədiyindən, cavabdehin iddiaçı qarşısında öhdəliklərinin icrası üçün nəzərdə tutulmuş tarixdən, yəni 11 avqust 2014-cü il tarixdən hazırkı iddia t ələbi ilə birinci instansiya məhkəməsinə müraciət olunduğu 2018-ci il tarixədək iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində, yəni 18.440 manat ((92200×5%÷100)×4=18.440 manat) pul vəsaitinin tələb edilməsi hüququ yaranmışdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əldən çıxmış faydanın tutulması hissəsində dəyişdirilməli və Cavabdeh tutulmalı olan əldən çıxmış faydanın məbləği 18.440 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borc lu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərini n spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi işdə olan sübutlarla təsdiq edildiyindən, həmçinin pul məbləğinin cavabdehdən məhkəmə qaydasında tutulmasına baxmayaraq bu günədək qətnamə icra edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pul öhdəliyinin icra edilməməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasənfazitələbetmək hüququ vardır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator şikayətdə göstərilənlərlə bağlı məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbu l etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiya şikayətində qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli 2(103)-1733/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar