Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-43/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili X5, nümayəndəsi Əkbərov Vahid Abusəttar oğlunun, cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, “xxxx X10” MMC-yə və Bakı şəhəri 06 sayl ı Notariat Kontoruna qarşı kredit müqaviləsinin təminatı olaraq mənzilə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9925/2019 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2(011)-20/2019 saylı qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, “xxxx X10” MMC-yə və Bakı şəhəri 06 saylı Notariat Kontoruna qarşı kredit müqaviləsinin təminatı olaraq mənzilə dai r ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9925/2019 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn), İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-20/2019 saylı mülki iş üzrə qəbul etdiyi 26 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx”ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, “xxxx X10” MMC-yə və 6 saylı Notariat Kontoruna qarşı iddia ə rizəsi ilə müraciət edərək, “xxxx” ASC ilə “xxxx” X10 MMC arasında bağlanmış 05.11.2008-ci il tarixli 0164-1S saylı kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə adına qeydiyyatdan keçən Bakı şəhəri, Nərimanov rayonu, yaşayış binasında yerləşən 6 nömrəli mənzilə dair “xxxx”ASC ilə aralarında bağlanmış 30.04.2009cu il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, mənzilin ipotekadan azad edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası mə hkəmə kollegiyasının qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili X9 və nümayəndəsi Əkbərov Vahid Abusəttar oğlu kassasiya şikayətinin dəlillərini müdafiə e dərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh ləğv prosesində olan “xxxx”ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Bakı şəhəri 06 saylı Notariat Kontoru məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən o nların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili X5, nümayəndəsi Əkbərov Vahid Abusəttar oğlunun, cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “xx xx” ASC ilə “xxxx X10” MMC arasında bağlanmış 08.05.2007-ci il tarixli, 0164-S saylı kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə iri və xırda buynuzlu mal qaranın alınması üçün 60 ay müddətinə, illik 7% ödəmək şərti ilə 105000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC ilə X2 arasında ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 9 nömrəli binada yerləşən 98 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Daha sonra “xxxx” ASC ilə “xxxx X10” MMC arasında 08.05.2007-ci il tarixli, 0164-S saylı kredit müqaviləsinə 05.11.2008-ci il tarixli 0164-1S saylı əlavə bağlanmış və əlavəyə əsasən “xxxx ” MMC-yə əlavə olaraq 36 ay müddətinə illik 7%-lə 100.000 manat kredit verilm əsi razılaşdırılmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi “Cavabdeh1" ASC ilə X12 arasında ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən X11 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev küçəsi, 17 nömrəli binada yerləşən 5 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı kimi borcverən Cavabdeh1 ASC ilə borcalan “xxxx ” MMC və ipoteka qoyan İddiaçı arasında 30.04.2009-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsaqzadə küçəsində istifadədə olan 0.07408 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada yerləşən 35,5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 6 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.03.2011-ci i l tarixli qətnaməsi ilə Cavabdeh1 ASC müflis elan edilmiş, “RR-VAM X6” MMC onun ləğvedicisi təyin edilmişdir. 14.02.2013cü il tarixdə iddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi “RR-VAM X7” MMC cavabdehlər X1, X11 və “xxxx ”xxxx“xxxx MMC-dən 08 may 2007-ci il tarixli 0164-S saylı kredit müqaviləsi və 05 noyabr 2008-ci il tarixi 0164-1S saylı kredit müqaviləsinə əlavəyə əsasən iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin xeyrinə 205000,0 manat əsas borcun, 65581,25 manat faiz borcunun, 181670,0 manat hesablanmış dəbbə pulunun, həmçinin dövlət rüsumu da daxil olmaqla 1020,20 manat məhkəmə xərclərinin, ümumilikdə 453271,25 manat məbləğin tutulması, tutmanın tam mülkiyyət hüququ ilə X1 məxsus Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən yaşayış mənzilinə, X11 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitindən borcun ödənilməsi, ipotekaya qoyanların və onlarla yaşayan ailə üzvlərinin 1 ay ərzində həmin mənzillərdən çıxarılmaları və mənzillərin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda X12 və X2 ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdehlər İflas prosesində olan Cavabdeh1 ASC-yə, “xxxx ” MMC-yə, X3, Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontoruna və maraqlı şəxs Sahibkarlığa Kömək Milli Fonduna qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.08.2014-cü il tarixli, 2(010)-32/2014 saylı qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilərək, 08.05.2007-ci il tarixli 0164-S saylı kredit müqaviləsi üzrə 105000 manat əsas, 33297,37 manat faiz borcu, cəmi 138297,37 manat pul vəsaitinin “xxxx ” MMC-dən alınaraq “xxxx” ASC-yə verilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 11.01.2018-ci il tarixli, 2(103)-1246/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə qismən ləğv edilmiş, iddiaçı “RR-VAM X7” MMCnin iddiası cavabdeh “xxxx ” MMC-dən ləğv prosesində olan Cavabdeh1 ASC-nin xeyrinə 05.11.2008-ci il tarixli, 0164-İS saylı kredit müqaviləsinə əlavə üzrə borcun tutulması hissəsində qismən təmin edilərək, həmin müqavilə üzrə cavabdeh “xxxx ” MMC-dən ləğv prosesində olan Cavabdeh1 ASC-nin xeyrinə 100000 manat əsas, 1 7791,67 manat faiz borcu, 10000 manat dəbbə pulu, cəmi 127791,67 manat pulun tutulması, iddianın 04.11.2008-ci il tarixli, 0164-İS saylı kredit müqaviləsinə əlavə üzrə tələb edilən qalan məbləğdə borcun tutulması və “xxxx” MMC-nin kredit öhdəlikləri üzrə borclarının ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05.11.2008-ci il tarixli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 100000 manat məbləğində kredit vəsaiti borcalana verilməmişdir. 2009-cu ilin iyun ayında isə “xxxx” ASC-nin rəhbərliyi həmin kredit müqaviləsinin icrasından tamamilə imtina edərək, bu barədə maraqlı şəxslərə, o cümlədən də ipoteka qoyanlara şifahi məlumat vermiş, tələbindən sonra isə mənzilinə dair daşınmaz əmlakın dövlə t reyestrindən çıxarışın əslini 2009-cu ilin iyul ayının əvvəllərində ona qaytarmış, həmin müddətdən bu günə kimi ona hər hansı bir xəbərdarlıq və yaxud tələb, o cümlədən də iddia tələbi irəli sürməmişdir. 14.02.2013-cü il tarixdə isə Cavabdeh1 ASCnin ləğvedicisi Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, borcalandan hər iki kredit müqaviləsinə əsasən iddiaçının xeyrinə ümumilikdə 205.000 manat məbləğində əsas borcun və onlara hesablanmış faizlərin tutulmasını, tutmanın ipoteka predmeti olan c və nun qeyd edilən mənzillərinə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Onun mənzili ilə əlaqədar isə yenə də heç bir tələb irəli sürməmişdir. Cavabdeh1 ASC-nin ləğvedicisi Suraxanı Rayon Məhkəməsinə 08.05.2007ci il tarixli, 0164-S saylı kredit müqaviləsinə dai r borcalana verilmiş 102870 manat məbləğə dair çeklərin bankda qalan nəzarət hissələrini təqdim etdiyi halda, 05.11.2008-ci il tarixli, 0164-İS saylı kredit müqaviləsi üzrə 100.000 manat məbləğində kredit vəsaitinin borcalana verilməsini, borcalanın isə həmin məbləğdə kredit vəsaitini almasını təsdiq edən sənədləri, o cümlədən də çekin bankda qalan nəzarət hissəsini təqdim edə bilməmişdir. Mənzili ilə əlaqədar bağlanmış 30.04.2009-cu il tarixli ipoteka müqaviləsinin surəti ona verilmədiyindən və ümumiyyətlə belə müqavilənin bağlanmasından, mənzilinin isə ipoteka qoyularaq bu ipotekanın dövlət qeydiyyatına alınmasından xəbəri olmadığından yalnız 10.03.2015-ci il tarixdə mənzillə əlaqədar notariat əməliyyatı aparılarkən məlum olmuşdur ki, həmin mənzil Cavabdeh1 ASC ilə “xxxx” kəndli-fermer t əsərrüfatı MMC arasında bağlanmış 08.05.2007-ci il tarixli 0164-S və 05.11.2008-ci il tarixli 0164-1S kredit müqavilələrinin təminatı olaraq ipoteka ilə yüklü saxlanılır. Qeyd etdiyi faktları və halları da yalnız bundan sonra bilmişdir. Ona görə də mənzilinin ipotekadan azad edilməsi üçün aidiyyəti üzrə müraciətlər etmiş, lakin nəticəsi olmamışdır. 2016-cı ilin aprel ayında isə ona məlum olmuşdur ki, Cavabdeh1 ASC-nin İdarə Heyətinin sədri S.Səmədova 01.07.2009cu il tarixdə 03/139 qeydiyyat nömrəli məktubla Bakı şəhər 6 saylı dövlət notariat kontoruna müraciət edərək, bank qarşısında öhdəliklərin təminatı olaraq girov qoyulmuş ona məxsus yaşayış evinin üzərindən ipoteka hüququnun ləğv edilməsini xahiş etmişdir. Lakin eyni tarixli və məzmunlu ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmə tinin Bakı şəhər Ərazi İdarəsinə rəsmi ərizə hazırlansa da, həmin ərizə faktiki olaraq ünvanına çatdırılmamış, bu səbəbdən də mənzili ipotekadan azad edilməmişdir. Beləliklə, Cavabdeh1 ASC 05.11.2008-ci il tarixli, 0164-İS saylı kredit müqaviləsinin tamamilə icrasından birtərəfli imtina etməklə həmin müqavilə üzrə üzərinə götürdüyü pul öhdəliyini yerinə yetirməmiş, ona görə də “xxxx” X10 MMC-nin Cavabdeh1 ASC qarşısında hər hansı bir öhdəliyi yaranmamış, buna görə isə ipoteka öhdəliyi də yaranmamışdır. Cavabdeh1 ASC və borcalan “xxxx” X10 MMC-nin direktoru Oktay Məmmədov mənzili ilə əlaqədar bağlanmış 30.04.2009-cu il tarixli ipoteka müqaviləsinin ləğv edilib ipotekaya xitam verilməsi üçün şifahi razılığa gəlsələr də, bunu qanunvericiliklə müəyyən edilmiş yazılı formada etməmiş, mənzilə da ir çıxarışın əslini ona qaytarmaqla kifayətlənərək ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri görməmiş, nəticədə mənzili yüklü saxlanılmışdır. Mənzillə əlaqədar bağlanmış ipoteka müqaviləsinin qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada ləğv olunması və həmin mənzilin ipotekadan azad və həmin ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi üçün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə rəsmi müraciətləri isə cavabsız qalmışdır. Bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(011)753/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 0164-İS saylı, 05.11.2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditorun öz öhdəliyini yerinə yetirməməsi səbəbindən iddiaçı nun mənzili ilə əlaqədar bağlanmış ipoteka müqaviləsin ə xitam verilməsi və s. tələbləri əsaslı hesab edilmiş və ona görə də iddia təmin edilmişdir. Qanuni qüvvəyə minmiş həmin qətnamənin əsaslandırıcı hissəsində müəyyən edilmişdir ki, Cavabdeh1 ASC-nin ləğvedicisi «RR-VAM X6» MMC cavabdeh tərəfindən borcalan “xxxx” X10 MMCyə 05.11.2008-ci il tarixli kredit müqaviləsinə əsasən ayrılan borcun verilməsini təsdiq edən mötəbər, təkzibolunmaz sübutları təqdim etməmişdir. Qeyd edilən preyudisial faktlar məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi 2(103)-1246/2018 saylı, 11.01.2018-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin preyudisial əhəmiyyət kəsb etməsinə baxmayaraq Cavabdeh1 ASC-nin hesabından borcalanın h əmin bankda olan hesabına köçürülməsinə dair 19.11.2008-ci il tarixli, 000001 NMK saylı Memorial Orderini, 03.08.2008-ci il tarixli ödəniş tapşırığını, bu pulun köçürülməsi barədə bildirişi və arayışı həmin vəsaitin borcalanın hesabına köçürülməsini təsdiq edən sübutlar kimi müəyyən etmiş, eyni predmet barəsində Konstitusiyadan irəli gələn hüquqi müəyyənlik prinsipinə zidd və bir-birini təkzib edən iki nəticəyə gəlməklə Xətai Rayon Məhkəməsinin qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi ilə müəyyən edilmiş faktları təkzib edən yeni qətnamə çıxarmışdır. Ona görə də hesab edir ki, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1246/2018 saylı, 11.01.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100000 manat kredit vəsaitinin borcalana verilməsi barədə gəldiyi nəticə sübu t kimi qəbul edilə bilməz. Daha əvvəl baxıldığı üçün Xətai Rayon Məhkəməsinin 2(011)-753/2017 saylı, 23.02.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş yoxlanılmış və qiymətləndirilmiş faktların preyudisial əhəmiyyət kəsb etməsi nəzərə alınmalıdır. Razılaşdırılmış kredit vəsaitinin borcalana verilməməsi həm də onunla təsdiq olunur ki, 08.05.2007-c il tarixli 0164-S saylı əsas kredit müqaviləsi üzrə 105000 manat vəsaitdən 102870 manatı verilmişdir. Qalan məbləğ isə bank xidmətlərinin haqqı kimi bank tərəfindən tutulmuşdur. 100.000 manat kredit vəsaiti verilmiş olsaydı, ondan da müəyyən məbləğ bank xidmətlərinin haqqı kimi tutulmalı idi. Cavabdeh isə bu günə kimi məhkəmələrə belə bir sənəd təqdim edə bilməmişdir. Bundan başqa Xətai Rayon Məhkəməsinin 2(011)-753/2017 saylı, 23.02.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 0164-İS saylı 05.11.2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditorun öz öhdəliyini yerinə yetirməməsi səbəbindən iddiaçı nun mənzili ilə əlaqədar bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi və s. tələbləri əsaslı hesab edilmiş və ona görə də, iddia təmin edilmişdir. İddiaçı qeyd etmişdir ki, 2(011)-753/2017 saylı mülki iş üzrə iddiaçı nla analoji vəziyyətdə olduğundan onun mənzili ilə əlaqədar bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsi və s. tələblərinin təmin edilməməsi Konstitusiyadan irəli gələn bərabərlik və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ay rı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallara görə “xxxx” ASC kredit müqaviləsində göstərilən 100.000 manat məbləğində pul vəsaitini “xxxx X10” MMC-yə verməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilə üzrə kredit məbləğinin faktiki olaraq borcalana verilib-verilməməsi halı müqavilənin ləğvini nəzərdə tutan Mülki Məcəllənin 421-423-cü maddələrində nəzərdə tutulmuş əsaslardan heç birinə aid olmadığından ipoteka müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz. İş materiallarından görünür ki, iddiaçının istinad etdiyi hallar yalnız kredit müqaviləsi ilə əlaqədardır və yalnız kredit müqaviləsi üzrə tərəflər, yəni “xxxx” ASC ilə “xxxx X10” MMC həmin müqavilə üzrə öhdəliklərin icra edilməməsinə istinad edə bilərlər. İş materiallarından məlum olur ki, mahiyyət olaraq bir-birinə zidd olan iki qətnam ə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(011)-753/2017 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 11.01.2018-ci il tarixli, 2(103)-1246/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(011)-753/2017 saylı qətnaməsi ilə mübahisələndirilən müqavilə üzrə kredit məbləğinin borcalana verilməməsi səbəbindən ipoteka predmetinin yüklülükdən azad edilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.01.2018-ci il tarixli 2(103)-1246/2018 saylı qətnaməsi ilə mübahisələndirilən müqavilə üzrə kredit məbləğinin ödəniş tapşırığı vasitəsilə həyata keçirildiyi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin mülki işlərin heç birində İddiaçı tərəf olmadığından həmi n qətnamələrlə müəyyən edilmiş hallar hazırkı iş üzrə heç bir halda Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində nəzərdə tutulmuş mənada preyudisial əhəmiyyət kəsb edə bilməz. Bakı Apellyasiya Məhkəməsinin 11.01.2018-ci il tarixli, 2(103)-1246/2018 saylı qətnaməsində qeyd olunmuşdur ki, mübahisələndirilən müqavilə üzrə kredit məbləği ödəniş tapşırığı vasitəsilə həyata keçirilmişdir. İş materiallarından görünür ki, məhkəmə iclasında da kredit müqaviləsi üzrə hər iki tərəfin nümayəndəsi kredit məbləğinin məhz ödəniş tapşırığı ilə bankın hesabından hüquqi şəxsin hesabına köçürüldüyünü bildirmişlər. İddiaçı da bu halı mübahisələndirməmiş, lakin bildirmişdir ki, müvafiq bank qanunvericiliyinə uyğun olaraq kredit borcalana yalnız nağd qaydada verilməlidir. Bununla bağlı apellyasiya instansiyas ı məhkəməsi qeyd etmişdir ki, nə mülki qanunvericilikdə, nə də bank qanunvericiliyində imperativ qaydada kreditin borcalana yalnız nağd şəkildə ödənilməli olmasını müəyyən edən hər hansı norma mövcud deyildir. Həmçinin kreditin istər nağd qaydada, istərsə də, ödəniş tapşırığı vasitəsilə hesabdan hesaba keçirilməsi qaydasını müəyyənləşdirmək hüququ müqavilə tərəflərinə məxsusdur. Kredit müqaviləsi üzrə hər iki tərəf, yəni həm borcalan, həm də borcverən hüquqi şəxslər olduğundan və kredit məbləğinin məhz ödəniş tapşırığı ilə həyata keçirilməsi işgüzar adətlərə tam uyğun olduğundan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbləri əsassızdır və mübahisələndirilən müqavilənin ləğv edilməsi və ipotekaya xitam verilməsi üçün səbəb ola bilməz. Kassasiya kollegiyası qeyd edir k i, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya ins tansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9925/2019 saylı, 20 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-43/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-43/2020
10.01.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver