Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-430/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: cehiz əşyalarının və qızıl-zinət əşyalarının qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1332/2020 nömrəli iş üzrə 07 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2021-c i il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı İddiaçı ilə Cavabdeh arasında 20 oktyabr 2014-cü ildə el adətinə uyğun olaraq toy edib ailə həyatı qurmuşlar. Nikahları Şirvan şəhər qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan uşaqları olmamışdır. Cehiz əşyaları cavabdehə məxsus ünvan-ya yığılmış və həmin mənzilində pasport qeydiyyatına düşmüşdür. Əvvəllər cavabdehlə ailə münasibətləri normal olsa da bir neçə il keçdikdən sonra cavabdehlə ailə münasibətləri pozulmuşdur. Nikahları Şirvan şəhər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. “Pərviz” qızıl dükanının zərgəri X6 qızının 25.07.2017-ci il tarixli qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus qızıl-zinət əşyal arı: 35 qram çəkidə olan 750 əyarlı qarnitur brilyant qaşlı dəstin dəyəri 3000 manat, 750 əyarlı olan 1 ədəd nişan üzüyün dəyəri 600 manat, 30 qram çəkidə olan 583 əyarlı sepin dəyəri 1950 manatdır. Şirvan şəhər Məhkəməsinin 1(032)-26/2018 saylı, 08 fevral 2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışması əsası ilə) cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin cinayət işi üzrə Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, 20.01.2018-ci il tarixdə saat 20:30 radə lərində həyat yoldaşı İddiaçı ilə birgə yaşadıqları ünvan 1 ünvanında ailə münaqişəsi zəminində mübahisə etmiş, mübahisə zamanı Cavabdeh İddiaçı qəsdən əli ilə vuraraq, sağ gözaltı nahiyəsində 3,0x2,0 sm, üst dodağın sol yarısında 2,8x2,0 sm ölçüdə, qeyri-müəyyən formalı, göyümtül-bənövşəyi rəngdə qançır, sağ almacıq nahiyəsində 1,6x1,0 sm ölçüdə qeyri-müəyyən formalı, üzəri sağlam dəri toxuması səviyyəsində yerləşən qırmızı qartmaqla örtülü sıyrıq, üst dodağın selikli qişasında 0,8x0,1 sm, 0,6x0,2 sm ölçüdə 2 ədəd kənarları nahamar yara kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabde h ümumi dəyəri 2800 manat olan mebel yataq dəstinin, dəyəri 1500 manat olan divanın,2 ədəd kreslonun, dəyəri 1000 manat olan 1 ədəd masanın,6 ədəd stulun, dəyəri 1200 manat olan mətbəx mebel dəstinin, dəyəri 1000 manat olan 1 ədəd kondisionerin, dəyəri 700 manat olan 1 ədəd «Dnepr» markalı soyuducunun, dəyəri 85 manat olan 1 ədəd çörək sobasının, dəyəri 50 manat olan 1 ədəd elektrik sacının, dəyəri 100 manat olan 1 ədəd mikserin, dəyəri 180 manat olan 1 ədəd «Qalaksi» markalı ət maşınının, dəyəri 150 manat olan 1 ədəd «Quiks» markalı şirəçəkən maşının, dəyəri 70 manat olan 1 ədəd «Tefal» markalı elektrik tavasının, dəyəri 150 manat olan 1 ədəd elektrik samovarının, dəyəri 150 manat olan 5 ədəd qəhvədanın, dəyəri 40 manat olan 1 ədəd blenderin, dəyəri 20 manat olan koki-mokinin, dəyəri 150 manat olan «Tefal» markalı qazan dəstinin, dəyəri 250 manat olan nikel qazan dəstinin, dəyəri 80 manat olan çuğun qazan dəstinin, dəyəri 20 manat olan çuğun vedrənin, dəyəri 15 manat olan çuğun qazanın, dəyəri 30 manat olan dördkünc boşqab dəstinin, dəyəri 20 manat olan dördkünc bulud boşqabın, dəyəri 12 manat olan 12 ədəd güllü boşqabın, dəyəri 20 manat olan 12 ədəd sarı zərli boşqabın, dəyəri 144 manat olan 12 ədəd büllur (12x12) stəkanın, dəyəri 72 manat olan 12 ədəd büllur (12x6) stəkanın, dəyəri 10 manat olan 12 ədəd ağ zərli nəlbəkinin, dəyəri 15 manat olan 18 ədəd qara zərli nəlbəkinin, dəyəri 10 manat olan soğançəkənin, dəyəri 200 manat olan yemək üçün servis dəstinin, dəyəri 40 manat olan 4 ədəd büllur mürəbbə qabının, dəyəri 20 manat olan 2 ədəd lodka meyvə qabının, dəyəri 40 ma nat olan 2 ədəd yumru meyvə qabının, dəyəri 15 manat olan 2 ədəd qara meyvə qabının, dəyəri 30 manat olan 2 ədəd büllur konfet qabının, dəyəri 40 manat olan 2 dəst lakomkanın, dəyəri 10 manat olan şüşə ləbləbi qabının, dəyəri 60 manat olan 3 dəst qəhvə üçün servisin, dəyəri 50 manat olan bogema kompot qabının, dəyəri 20 manat olan xallı kompot qabının, dəyəri 15 manat olan setka qabyığılanın, dəyəri 30 manat (15+10) olan 2 ədəd çörək qabı, taxta və plastmasın, dəyəri 25 manat olan ikimərtəbəli şirniyyat qabının, dəyəri 10 manat olan 6 ədəd kasanın, dəyəri 40 manat olan taxta-bıçaq dəstinin, dəyəri 10 manat olan 12 ədəd madonna mürəbbə qabının, dəyəri 10 manat olan 2 ədəd adi razetkanın, dəyəri 20 manat (10+10) olan şüşə və kauçuk ədviyyat qablarının, dəyəri 300 manat olan 3 mərtəbə qaşıq d əstinin, dəyəri 200 manat olan 2 mərtəbə qaşıq dəstinin, dəyəri 100 manat olan büllur bogema güldanın, dəyəri 150 manat olan bogema güldan və konfet qabının, dəyəri 200 manat olan 1 ədəd qırmızı güldan və 6 ədəd rümka dəsti bogemanın, dəyəri 50 manat olan 6 ədəd bogema zərli rümkanın, dəyəri 70 manat olan 6 ədəd balaca bogema rumkanın, dəyəri 30 manat olan 12 ədəd adi rümkanın, dəyəri 10 manat olan 1 ədəd qırmızı konfet qabının, dəyəri 20 manat olan12 ədəd bakalın, dəyəri 5 manat olan qiyməkeşin, dəyəri 30 manat olan ütünün, dəyəri 70 manat olan ütü üçün masanın, dəyəri 50 manat olan 10 metr pastellik parçanın, dəyəri 40 manat olan 5 metr meyvəli parçadan olan çay dəsmalın, dəyəri 200 manat olan «Qalaksi» markalı tozsoranın, dəyəri 5 manat olan balıqtəmizləyənin, dəyəri 4 manat olan düşb ərəkəsənin, dəyəri 5 manat olan 3 ədəd süzgəcin, dəyəri 25 manat olan 5 ədəd çaynikin, dəyəri 15 manat olan qırmızı tefal qazanın, dəyəri 700 manat olan »LG» markalı paltaryuyan maşının, dəyəri 70 manat olan palmanın (dekorativ), dəyəri 50 manat olan şaftalının (dekorativ), dəyəri 150 manat olan 4 ədəd çılçırağın, dəyəri 500 manat olan qonaq otağı üçün «Kapsella» pərdələrin,dəyəri 500 manat olan yataq otağı üçün «Kapsella» pərdələrin, dəyəri 250 manat olan gəlincik dəstinin, dəyəri 100 manat olan pokrival yataq dəstinin, dəyəri 100 manat olan 2 ədəd sintefon yorğanın, dəyəri 300 manat olan 5 ədəd odeyalın, dəyəri 100 manat olan 3 ədəd taxt üstlüyünün, dəyəri 200 manat olan 4 ədəd döşəyin, dəyəri 200 manat olan 6 ədəd yorğanın, dəyəri 150 manat olan 2 dəst divan-kreslo üstlüyünün, dəyəri 12 0 manat olan 6 ədəd nalçanın, dəyəri 400 manat olan 12 ədəd pastelin, dəyəri 216 manat olan 12 ədəd qətfənin, dəyəri 120 manat olan 12 ədəd əl-üz dəsmalının, dəyəri 40 manat olan 24 ədəd çay dəsmalının, dəyəri 300 manat olan 10 ədəd skaterin, dəyəri 50 manat olan 3 ədəd dördbucaq sininin, dəyəri 40 manat olan 8 ədəd yumru formalı sininin, dəyəri 1000 manat olan 1 ədəd «LG» markalı televizorun, dəyəri 250 manat olan «Qalaksi» markalı qazan dəstinin, dəyəri 50 manat olan «Tefal» markalı qırmızı qazanın, dəyəri 120 manat olan nikel 3 ədəd tavanın, dəyəri 20 manat olan 2 ədəd böyük ölçülü kauçuk vedrənin, dəyəri 15 manat olan 2 ədəd kiçik ölçülü kauçuk vedrənin, dəyəri 50 manat olan 24 ədəd güllü boşqab dəstinin, dəyəri 50 manat olan 24 ədəd zərli boşqab dəstinin, dəyəri 40 manat olan 6 ədəd u zunsov formalı buludun, dəyəri 40 manat olan 6 ədəd yumru formalı güllü buludun, dəyəri 20 manat olan 12 ədəd qaşıqlı fincanın, dəyəri 20 manat olan 12 ədəd sarı rəngli fincanın, dəyəri 300 manat olan 2 mərtəbə qaşıq dəstinin, dəyəri 200 manat olan 1 ədəd sarı rəngli qaşıq dəstinin, dəyəri 5 manat olan 2 ədəd çömçənin, dəyəri 12 manat olan 6 ədəd qaşıqlı buludun, dəyəri 12 manat olan 1 ədəd balonbağlayanın, dəyəri 20 manat olan 4 ədəd nikel aşsüzənin, dəyəri 25 manat olan 4 ədəd balaca cuğun qazan, dəyəri 15 manat olan dördayağ və oxlovun, dəyəri 30 manat olan 2 mərtəbə şirniyyat qabın, dəyəri 150 manat olan 1 ədəd qırmızı bogema kompot dəstinin, dəyəri 50 manat olan 12 ədəd zərli bogema rumkanın, dəyəri 50 manat olan 12 ədəd bogema Yaponiya bokalın, dəyəri 20 manat olan 12 ədəd böyük büll ur rumkanın, dəyəri 20 manat olan 12 ədəd kiçik büllur rumkanın, dəyəri 250 manat olan 5 ədəd (türk istehsalı) yataq dəstinin,dəyəri 10x6,60 manat olan 10 metr qırmızı rəngli yataq üçün pastel parçasının, dəyəri 10x5,50 manat olan ağ rəngli və güllü yataq üçün pastel parçasının, dəyəri 10x3,30 manat olan meyvəli 10 metr çay dəsmalı üçün parçanın, dəyəri 15 manat olan dəsmal dəstinin, dəyəri 50 manat olan 1 ədəd oyuncaq pələngin, dəyəri 30 manat olan 1 ədəd oyuncaq itin, dəyəri 150 manat olan 5 ədəd xalçanın, dəyəri 20 manat olan mətbəx üçün asilqanın, dəyəri 70 manat olan çamadanın, dəyəri 5 x10,50 manat olan gümüş bijuteriyaların, dəyəri 50 manat saç ütüləyən fenin, dəyəri 40 manat saç üçün hava fenin, dəyəri 50 manat müqəddəs Qurani Kərim kitabı, dəyəri 50 manat olan DVD-nin, dəyəri 50 m anat olan qızılı rəngli çay servisin, dəyəri 40 manat olan qəhvə servisin, dəyəri 40 manat olan termostatın, dəyəri 36 manat olan 12 ədəd büllur duz qabının, dəyəri 24 manat olan 12 ədəd qara rəngli duz qabının, dəyəri 150 manat olan kassa pulqabının, dəyəri 40 manat olan sərinkeşin, dəyəri 150 manat olan dördgöz sobanın, dəyəri 70 manat olan 1 ədəd aspiratorun, dəyəri 12 manat olan xəkəndaz- süpürgənin, dəyəri 42 manat olan 6 ədəd nalçanın, dəyəri 10 manat olan kartof soğan qabının, dəyəri 15 manat olan lampanın, dəyəri 20 manat olan 2 ədəd asılqanın, dəyəri 3000 manat olan 35 qram çəkidə olan 750 əyarlı qarnitur brilyant qaşlı dəstin, dəyəri 600 manat olan 750 əyarlı 1 ədəd nişan üzüyünün, dəyəri 1950 manat olan 30 qram çəkidə 583 əyarlı sepin, dəyəri 500 manat olan qızıl obodok sırğanın alınaraq qaytarılması və ya onların dəyərinin verilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20 oktyabr 2014-cü ildə el adətinə uyğun olaraq toy edib ailə həyatı qurmuşlar. Nikahları Şirvan şəhər qeydiyyat şöbəsində rəsmən qeydə alınmışdır. Birgə nikahdan uşaqları olmamışdır. Cehiz əşyaları cavabdehə məxsus ünvan-ya yığılmış və həmin mənzilində pasport qeydiyyatına düşmüşdür. Əvvəllər cavabdehlə ailə münasibətləri normal olsada bir neçə il keçdikdən sonra cavabdehlə ailə münasibətləri pozulmuşdur. Tez-tez evdə dava-dalaşmalar, mübahisələr düşməyə başlamışdır ki, sonda o cavabdeh tərəfindən hədələnərək zorla evdən qovulmuşdur. Həmin vaxtdan anasının himayəsində yaşayır. Cavabdehlə bağlanmış nikahları Şirvan şəhər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Ailə həyatı qurarkən el adətlərinə uyğun olaraq valideynləri tərəfindən verilmiş cehiz əmlakını da cavabdehin evinə aparmışdır. Atasının evinə qayıdarkən cehiz və qızılzinət əmlakı cavabdehin evində qalmışdır. Həmin əmlak hal-hazırda onun qanunsuz istifadəsindədir. Cavabdeh iddiaya qarşı etiraz edərək qeyd etmişdir ki, iddiaçı gəlin gələrkən gətirdiyi cehiz əşyaları evin bir otağına yığmışdır və hal-hazırda da ordadır. Nə vaxt istəsə götürə bilər. İddiaçı ilə birgə yaşadığı dövrdə əmlakları almışdır. “Yeganə mebel salonundan 25 iyul 2014-cü il tarixdə yataq dəstini 2200 manata, şifoner, stol, divan-kreslonu 500 manata,mətbəx mebel dəstini, kondisioneri, 2011-ci il tarixdə “Dnepr” markalı soyuducunu, elektrik sacını 28 manata,“Tefal” elektrik tavasını, Şüşə v ə kauçuk ədviyyat qablarını, elektrik ütüsünü, şaftalı dəstini, lüsturları, “Kapsella” pərdəsini 600 manata, “Kapsella” pərdələr qonaq otağı üçün 700 manata, 2 dəst divankreslo üstlüyünü, Televizor “LG”-ni 600 manata, dörd gözlü sobanı, aspiratoru özü almış, 10 metr pastellik parça,5 metr çay dəsmalı, 12 ədəd pastel,12 ədəd əl-üz dəsmalı, 24 ədəd çay dəsmalı, 10 ədəd skater, yataq dəsti kitab formalı 5 ədəd, 10 metr yataq üçün qırmızı pastel, yataq üçün ağ və göy güllü pastel parçası olmayıb, gəlinlik dəsti olub, kirayəyə götürmüşlər, qaytarmışlar, tozsoran olub xarabdır, 1 ədəd taxt olub, 12 ədəd qətfə işlənib, oyuncaq pələng qızının olub, müqəddəs “Quran” kitabı var, evdədir, 50 manata DVD və saç üçün hava feni yoxdur. Qalan əşyaları İddiaçı özü götürüb otağın birinə yığıb, qapını bağ layıb. Bundan əlavə, İddiaçı ərizəsində göstərdiyi 1 dəst brilyant qaşlı komplekt dəstini, bir ədəd nişan üzüyünü, abadok sırğa dəstini o, özü aparıb. İddiaçının onda heç bir qızıl-zinyət əşyaları qalmayıb. 1 ədəd 30 qramlıq sep isə olmayıb. Həmin qızıl-zinyət əşyalarının onun tərəfindən aparıldığını şahidlərdən Vüsalə, Vaqif, Ramil təsdiq edə bilərlər. Şirvan Şəhər Məhkəməsinin (hаkim Elçin Qurbanov) 2(032)-92/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair” iddiasının qismən təmin edilməsi, Cavabdeh dəyəri 2.800 manat olan mebel yataq dəstinin, dəyəri 1.500 manat olan divanın, 2 ədəd kreslonun, dəyəri 1.000 manat olan 1 ədəd masanın, 2 ədəd stulun, dəyəri 1.200 manat olan mətbəx mebel dəstinin, dəy əri 1.000 manat olan 1 ədəd kondisionerin, dəyəri 700 manat olan 1 ədəd “Dnepr” markalı soyuducunun, dəyəri 85 manat olan 1 ədəd çörək sobasının, dəyəri 50 manat olan 1 ədəd elektrik sacının, dəyəri 100 manat olan 1 ədəd mikserin, dəyəri 180 manat olan 1 ədəd ət maşını “Qalaksi”, dəyəri 150 manat olan 1 ədəd şirəçəkən maşın “Quiks” markalı, dəyəri 70 manat olan 1 ədəd “Tefal” markalı elektrik tavasının, dəyəri 150 manat olan 1 ədəd elektrik samovarının, dəyəri 150 manat olan 4 ədəd qəhvədanın, dəyəri 40 manat olan 1 ədəd blenderin, dəyəri 150 manat olan “Tefal” markalı qazanın, dəyəri 250 manat olan nikel qazanın (tava), dəyəri 80 manat olan çuğun qazan dəstinin, dəyəri 30 manat olan dördkünc boşqab dəstinin, dəyəri 20 manat olan dördkünc bulud boşqab dəstinin, dəyəri 12 manat olan 4 ədəd güllü boşqabın, dəyəri 20 manat olan 4 ədəd zərli boşqabın, dəyəri 10 manat olan 1 ədəd soğançəkənin, dəyəri 200 manat olan yemək üçün servis dəstinin, dəyəri 20 manat olan 1 ədəd lakomkanın, dəyəri 10 manat olan şüşə ləbləbi qabının, dəyəri 50 manat olan kompot qabı bogemanın, dəyəri 20 manat olan kompot qabı xallı, dəyəri 15 manat olan qabyığılan setkanın, dəyəri 25 manat olan ikimərtəbəli şirniyyat qabının, dəyəri 10 manat olan 12 ədəd mürəbbə qabı madonnanın, dəyəri 100 manat olan büllur bogema güldanın, dəyəri 150 manat olan bogema güldan konfet qabının, dəyəri 50 manat olan 4 ədəd rümkanın, dəyəri 50 manat olan “Tefal” qazanın, dəyəri 700 manat olan “LG” markalı paltaryuyan maşının, dəyəri 10 manat olan 6 ədəd bokalın, dəyəri 150 manat olan 2 ədəd xalçanın, dəyəri 40 manat olan 1 ədə d termosun, dəyəri 15 manat olan 3 ədəd çaynikin, dəyəri 100 manat olan 2 ədəd yorğanın, dəyəri 30 manat olan 1 ədəd taxt döşəyinin, dəyəri 80 manat olan 4 ədəd nalçanın, dəyəri 15 manat olan 1 ədəd çuğun qazanın, dəyəri 10 manat olan 1 ədəd meyvə qabının, dəyəri 1.000 manat olan 1 ədəd “LG” markalı televizorun, dəyəri 70 manat olan 1 ədəd aspiratorun, dəyəri 150 manat olan 1 ədəd dördgöz sobanın, dəyəri 200 manat olan 1 ədəd tozsovuranın, dəyəri 500 manat olan qonaq otağı üçün “Kapsella” pərdələrin, dəyəri 500 manat olan yataq otağı üçün “Kapsella” pərdələrin, dəyəri 3.000 manat olan 35 qram çəkidə, 750 əyarlı qarnitur brilyant qaşlı dəstin, dəyəri 600 manat olan 750 əyarlı 1 ədəd nişan üzüyünün, dəyəri 1.950 manat olan 30 qram çəkidə 583 əyarlı sepin alınaraq İddiaçı verilməsi, Cavabdeh əşyaların alınması mümkün olmadıqda onların dəyəri miqdarında pulun alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin 1/3 hissəsinin cavabdehə aid edilməsi, Cavabdeh ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus olan əşyaların qaytarılması Şirvan şəhəri üzrə İcra Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 16.12.2019-cu il tarixli aktda göstərilən ünvan evdə siyahıya alınmış əşyalar nisbətdə təmin olunmalı, aktda göstərilməyən digər əşyaların cavabdehdə qalması barədə sübutlar təqdim edilmədiyindən, onların qaytarılması hissədə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, Cavabdeh ilə qonşudur. Onunla qonşu kimi münasibətləri yaxşıdır. O 2010-2011-də Səhhətin evində mebeli o yığmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, Cavabdeh onun atasıdır. İddiaçı ilə Cavabdeh münasibətləri pozulduqdan sonra iddiaçı qızıllarıda götürüb özü ilə aparmışdır.Bu barədə atası ona məlumat vermişdir. İddiaçıya qızıl alınanda orda olmuşdur. 35 qramlıq dəst brilyant qaşlı olmatıb, nişan üzüyünün haradan alınmasını bilmir, obodok sırğa dəsti alınmayıb, 30 qramlıq sep atasına məxsus olub və onu iddiaçıya hədiyyə edib. Məhkəmə cavabdehin təqdim etdiyi şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, şahid ifadələrində olan məlumatlar işin halları barədə dəqiq, tam və obyektiv olmadığından, habelə digər sübut vasitələri ilə təsdiq olunmadığından məhkəmə tərəfindən nə zərə alınmamış və qəbul olunmamışdır. Həmçinin məhkəmə cavabdehin «Yeganə» mebel salonundan yataq mebel dəstinin alınması barədə təqdim etdiyi əl yazısını mebelin Cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut kimi nəzərə almamış və qəbul etməmişdir. Belə ki, alqı-satqı ödəniş qəbzi və ya hesab vərəqəsi ilə satıcı barədə rekvizitlər göstərilməklə müəyyən olunur. Təqdim edilmiş qəbzlər isə işə aidiyyəti olmayan digər şəxs X9 tərəfindən ödənişin edilməsini göstərdiyinə görə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə hesab etmişdir ki, iddia olunan qızıl əşyalarının mövcudluğu iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən olunduğundan, cavabdeh Cavabdeh qızıl əşyaların İddiaçı özü ilə aparması haqqında göstərdikləri dəlilləri sübuta yetirə bilməmişdir. Ona görə də İddiaçı cavabdeh Cavabdeh ilə birgə yaşadıqları evi tərk etmə şəraitini və iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, hesab edir ki, Cavabdeh qanunsuz sahibliyində olan İddiaçı məxsus olan bir ədəd abadok sırta dəsti istisna olmaqla qalan qızıl əşyaları qanuni sahibinə qaytarılmalı, iddia bu hissədə qismən təmin olunmalıdır. Həmin əşyaların dəyərinə gəldikdə, məhkəmə hesab edir ki, İddiaçı qızıl-zinət əşyalarının qaytarılması tələbini irəli sürdüyündən, natura şəklində əmlakın qaytarılması mümkün olmadıqda dəymiş maddi zərərin əvəzi mülkiyyətçiyə həmin əşyaların alınması üçün çəkilməli olan xərc ödənilməklə pozulmuş mülkiyyət hüququ bərpa edilməli,ona görə də həmin əşyaların hazırki qiyməti əsas götürülməlidir. Bu baxımdan məhkəmə İddiaçı qızıl əşyalarının dəyərinə dair təqdim etdiyi qiymətləndirmə aktında ola n məlumatları əsas götürərək hesab edir ki, dəyəri 3000 manat olan 35 qram çəkidə 750 əyarlı qarnitur brilyant qaşlı dəst,dəyəri 600 manat olan 750 əyarlı 1 ədəd nişan üzüyü, dəyəri 1950 manat olan 30 qram çəkidə 583 əyarlı sep müəyyən olunmalı, İddiaçı məxsus olan qızıl əşyaların natura şəklində qaytarılması mümkün olmadıqda, onların dəyəri miqdarında pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)-92/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin qızıl-zinət əşyalarının və ya onların də yərinin, dəyəri 1.500 manat olan divan və 2 ədəd kreslonun, dəyəri 700 manat olan “Dnepr” markalı soyuducunun, dəyəri 1.000 manat olan 1 ədəd kondisionerin, dəyəri 1.000 manat olan “LG” markalı televizorun, dəyəri 70 manat olan 1 ədəd aspiratorun, dəyəri 150 manat olan dördgöz sobanın, dəyəri 1.200 manat olan mətbəx mebelinin, ümumi dəyəri 1.000 manat olan “Kapsella” pərdələrin, dəyəri 150 manat olan şirəçəkən maşının, dəyəri 40 manat olan 1 ədəd termosun ondan alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Zəki Babayev sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov və Nüsrət Mirzəyev) 07 iyul 2020-ci il tarixli 2(106)1332/ 2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-92/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qismən, “Cavabdeh dəyəri 1.000 manat olan 1 ədəd kondisioner və dəyəri 1.000 manat olan “LG” markalı televizorun cavabdehdən alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilərək, həmin hissədə də iddia tələbinin təmin edilməsi, qətnamənin Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 20 oktyabr 2014-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar, lakin uşaqları olmamışdır. Tərəflərin ailə münasibətlər i pisləşdiyindən nikahları rəsmi olaraq pozulmuşdur. İddiaçı cavabdehin mənzilinə gəlin köçərkən özü ilə cehiz əşyaları aparmış, toy hədiyyəsi olaraq ona qızıl-zinət əşyaları hədiyyə olaraq verilmişdir. 20 yanvar 2018-ci il tarixdə İddiaçı cavabdeh tərəfindən döyülərək evdən qovulmuş, tərəflərin nikahları Şirvan Şəhər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda İddiaçı məxsus olan cehiz əşyaları və qızıl-zinət əşyaları cavabdehdə qalmaqdadır. İş materiallarında olan, fotoşəkillərdən və videodisklərdən görünür ki, İddiaçı qızının Cavabdeh tələb etdiyi dəyəri 1.000 manat olan 1 ədəd kondisioner və dəyəri 1.000 manat olan “LG” markalı televizor istisna olmaqla cehiz əşyalar üzərinə qırmızı lent bağlanmış vəziyyətdə mövcud olmuşdur. Həmçinin iddiaçının cavabdehdə n tələb etdiyi qızıl-zinət əşyaları mövcud olmuşdur. Məhkəmə kollegiyası hеsab еtmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia tələbini, dəyəri 1.000 manat olan 1 ədəd kondisioner və dəyəri 1.000 manat olan LG” markalı televizor istisna olmaqla, digər cehiz əşyalarına və qızıl-zinət əşyalarına münasibətdə təmin etməkdə haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi dəyəri 1.000 manat olan 1 ədəd kondisioner və dəyəri 1.000 manat olan “LG” markalı televizorun iddiaçının cehiz əşyaları olub-olmamasını, cehiz gətirərkən həmin əşyaların toyun videogörüntülərində olmamasını araşdırmadan, həmin əşyalara münasibətdə iddiaçının öz iddia tələbini məhkəmədə sübut еdə bilməməsinə əhəmiyyət vеrmədən, iddia tələbini qismən təmin еdərək, dəyəri 1.000 manat olan 1 ədəd kondisioner və dəyəri 1.000 manat olan “LG” markalı televizorun da cavabdehdən alınıb iddiaçıya verilməsi barədə nəticəyə gələrkən hеç bir mötəbər sübuta əsaslanmamış, bununla da mülki işə baхaraq qərar qəbul еdərkən səhvə yоl vеrmiş, həmin hissədə iddia tələbini təmin etmək qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, apelyasiya məhkəməsinin iclasında izahat verərkən İddiaçı dəyəri 1.000 manat olan 1 ədəd kondisioner və dəyəri 1.000 manat olan “LG” markalı televizorun Cavabdeh tərəfindən onların toylarından sonra alınmasını və onun cehiz əşyaları olmamasını bildirmiş, həmin əşyaların cavabdeh tərəfindən ona hədiyyə edilməsini göstərsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin İddiaçı iddia ərizəsində birgə nikah dövründə əldə edilmiş əmlakın böl ünməsi ilə bağlı tələbi olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən qeyd olunanlarla bağlı işin hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməsi hissəsində dəyəri 1.000 manat olan 1 ədəd kondisioner və dəyəri 1.000 manat olan “LG” markalı televizorun iddiaçının cehiz əmlakı olmasına düzgün qiymət verməmiş, iddia ərizəsində göstərilən halları düzgün qiymətləndirməmiş, əsassız olaraq dəyəri 1.000 manat olan 1 ədəd kondisioner və dəyəri 1.000 manat olan “LG” markalı televizorun cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı düzgün olmayan qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2, 225.3, Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1332/2020 nömrəli iş üzrə 07 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin, dəyəri 1500 manat olan divan və 2 ədəd kreslonun, dəyəri 700 manat olan Dnepr markalı soyuducunun, dəyəri 70 manat olan 1 ədəd aspiratorun, dəyəri 150 manat olan dördgöz sobanın, dəyəri 1200 manat olan mətbəx mebelinin, ümumi dəyəri 1000 manat olan Kapsella pərdələrin, dəyəri 150 manat olan şirəçəkən maşının, dəyəri 40 manat olan 1 ədəd termosun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini n və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını iddiaçı birgə yaşadıqları evi tərk edərkən özü ilə aparmış, bir ədəd dəyəri 1950 manat olan 30 qram çəkidə qızıl sep isə ümumiyyətlə mövcud olmamışdır. Dəyəri 1500 manat olan divan və 2 ədəd kreslonun, dəyəri 700 manat olan Dnepr markalı soyuducunun, dəyəri 70 manat olan 1 ədəd aspiratorun, dəyəri 150 manat olan dördgöz sobanın, dəyəri 1200 manat olan mətbəx mebelinin, ümumi dəyəri 1000 manat olan Kapsella pərdələrin, dəyəri 150 manat olan şirəçəkən maşının, dəyəri 40 manat olan 1 ədəd termosun isə iddiaçıya aidiyyəti yoxdur, həmin əşyaları cavabdeh iddiaçı ilə ailə qurmazdan əvvəl alm ışdır. İddiaçı evi tərk edərkən ona qarşı heç bir təzyiq olmayıb və o, sərbəst şəkildə özünə məxsus qızıl-zinət və bəzi əşyaları toplayaraq evi tərk etmişdir. Apelyasiya instansiya məhkəməsində İddiaçı evi tərk edərkən evə iddiaçının qardaşı Namiqi çağıraraq “bacın İlhamə nə istəyirsə evdən götürüb aparsın və evi birdəfəlik tərk eləsin” dediyini bildirmişdir. İddiaçı bir daha bu sözləri ilə evdən çıxarkən əşyalarını götürmək üçün ona şərait yaradıldığını və əşyalarını götürdüyünü etiraf etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun iz ahatı dinlənilməmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyekt iv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)1332/2020 nömrəli iş üzrə 07 iyul 2020-ci il tarixli qətnaməsinin iddia tələbinin qızıl-zinət əşyalarının və ya onların dəyərinin, dəyəri 1500 manat olan divan və 2 ədəd kreslonun, dəyəri 700 manat olan Dnepr markalı soyuducunun, dəyəri 70 manat olan 1 ədəd aspiratorun, dəyəri 150 manat olan dördgöz sobanın, dəyəri 1200 manat olan mətbəx mebelinin, ümumi dəyəri 1000 manat olan Kapsella pərdələrin, dəyəri 150 manat olan şirəçəkən maşının, dəyəri 40 manat olan 1 ədəd termosun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində mübahisələndirdiyindən kassasiya şikayəti əsasında qətnamənin həmin hissələrinin qanuniliyi yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsas ən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üz rə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1332/2020 nömrəli iş üzrə 07 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndiriln hissədə dəyişdirilmədən s