Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4300/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 nümayəndəsi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1740/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 nümayəndəsi İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 iyul 2021-ci il tarix də Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 963 saylı bağ sahəsi 06 iyul 2013-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olmuş və 12 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən bağ sahəsi onun tərəfindən Cavabdeh2 30.000 manata satılmışdır. Alqı-satqı müqaviləsi notariatda təsdiq edilmiş və müqavilə 22 yanvar 2013-cü il tarixli etibarnamə əsasında İddiaçı1 təmsil edən Cavabdeh1 tərəfindən bağlanmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və bundan sonra İddiaçı2 anası İddiaçı1 üzərində qəyyum təyin edilmişdir. İş üzrə qəbul edilmiş m əhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin yanvar ayında İddiaçı1 nümayəndəsi cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 yanvar 2013-cü il tarixli etibarnamənin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilməsini əsas göstərməklə bağ sahəsinə dair 12 iyul 2013-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 30 iyul 2013-cü il tarixli Reyestrdən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-618/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Z.M.Tağıyev) iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı apellyasiya şikayəti vermiş və şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1740/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(003)-618/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı iddia ərizəsinin dəlilərinə uyğu n kassasiya şikayəti verərək iddianın təmin olunmayan hissəsində qətnamənin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 346.1 Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa d üşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 354.1 Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edil məsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, k assasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən tərəflərin yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 saylı evin 30 saylı mənzilinin özəlləşdirilməsi ilə əlaqədar onların arasında olan mübahisənin həlli üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının mübahisəli bağ evinin 2013-cü ildə satılmasından məlumatlı olmasının müəyyən olunmasını, lakin buna baxmayaraq alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə məhkəmədə 2020-ci ildə iddia qaldırmasını və bununla da Azərb aycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində müəyyən olunmuş 1 illik müddəti ötürməsini əsas göstərmişdir. İş materiallarından görünür ki, İddiaçı1 Cavabdeh1 verdiyi 22 yanvar 2013-cü il tarixli etibarnamə əsasında həm yaşadıqları mənzili öz adına özəlləşdirmiş, həm də həmin etibarnamə əsasında İddiaçı1 mülkiyyətində olan bağ evini Cavabdeh2 satmışdır. Tərəflərin yaşadıqları mənzili İddiaçı1 verdiyi etibarnamə əsasında Cavabdeh1 öz adına özəlləşdirdikdən sonra bacısına və onun qəyyumuna qarşı kompensasiya verilməklə mənzildən çıxarılma tələbi barədə məhkəmədə iddia qaldırmış, İddiaçı1 və qəyyumu isə 22 yanvar 2013-cü il tarixli etibarnamənin, Cavabdeh1 adına verilmiş Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməklə mənzilə köçürülmələri barədə qarşılıqlı tələb irəli sürmü şlər. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilmişdir. Həmin iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə aparılmış ambulator məhkəmə psixiatrik ekspertizasının 18 avqust 2018-ci il tarixli rəyi ilə İddiaçı1 18 yaşına çatanda əqli inkişafının geriliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik etmək iqtidarında olmaması müəyyən olunmuşdur. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı1 qardaşı Cavabdeh1 adına etibarnamə verərkən anlaqsız vəziyyətdə olmuş və sonuncu həmin etibarnamə əsasında, yuxarıda qeyd olunduğu kimi, həm mənzili özəlləşdirmiş, həm də bağ evini başqasına satmışdır. İşdən həmçinin görünür ki, İddiaçı1 t ərəfindən 22 yanvar 2013-cü il tarixli etibarnamə verilərkən bağ sahəsi onun mülkiyyətində olmamışdır. İddiaçı1 bağ sahəsinə olan mülkiyyət hüququ 06 iyul 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin etibarnamədə, onun verilməsindən sonra yaranacaq mülkiyyət üzərində sərəncam vermək hüququnun başqasına etibar edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Apellyasiya instansiyası məhkəməsinin i ddianı rədd edərkən qanuni əsas kimi istinad etdiyi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göstərilən vəziyyətdə mübahisənin ədalətli və qanuni həlli üçün əhəmiyyət kəsb etməsini nəzərə alaraq kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ” 02 aprel 2021-ci il tarixli qərarında şərh olunmuş hüquqi mövqeyini diqqətə çatdırmağı zəruri hesab edir. Plenumun həmin qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və Konstitusiya Məhkəməsinin qərarında şərh edilmiş hüquqi mövqe baxımından mübahisənin həlli imkanına qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1740/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4300/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4300/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver