Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4302/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(003)698/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 yanvar 2019-cu il tarixli qətnam əsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər E.Şamayev və Ş.Məhərrəmova, İş № 2(103)-460/2019) cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(003)-698/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 aprel 2016-cı ildə anadan olmuş X1 atasının o, olması barədə qeydiyyata alınan yazının ləğv edilməsini vəzifə olaraq Xəzər rayonu Qeydiyyat şöbəsinə tapşırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsasland ırmışlar ki, maddi və prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyi b, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3280/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasınında olan 03 Aprel 2015-ci il tarixdə Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsində 212 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulm ası, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 04 aprel 2016-cı il təvəllüdlü X1 Cavabdeh yanında qalması, 04 aprel 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı 01 iyun 2017-ci il tarixdən başlayaraq hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya” EET Birliyinin 03 sentyabr 2018-ci il tarixli ekspert rəyindən görünür ki İddiaçı ekspertizaya təqdim olunmuş X2 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrə əsasən tərəflər 03 aprel 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 04 aprel 20 16-cı il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. İddiaçı 04 aprel 2016-cı il təvəllüdlü X1 bioloji atası olmadığı iddia edərək mübahisələndirmiş, lakin ekspert rəyi ilə iddiaçının X2 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Bu səbəbdən iddia tələbi əsassız olduğundan düzgün olaraq rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin M əcəllənin 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnaməsi işin hə qiqi hallarına uyğun olmaqla gəlinmiş nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, kassasiya icraatı qaydasında işə baxılarkən iş üzrə apellyasiya instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozması hallarına yol verməsi müəyyən edilməmiş, qətnamə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında, hüquq normaları düzgün tətbiq və təfsir edilməklə, həmçinin qətnamə Azərbaycan Respublikasının MPM-nin 217-ci maddəsinin tələblərinə müvafiq qəbul edilmişdir. Beləliklə, kollegiya qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq olunmaması, eyni zamanda bu dəlillərlə i şin faktiki hallarının mübahisələndirilərək apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmadığından şikayətin dəlilləri əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublika-sının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndinin tövsiyyəsinə əsasən qəbul edilən qətnamədə apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya ş ikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4302/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4302/2019
12.06.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver