Məhkəmə qərarları › İş №2(102)-4307/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4307/2020

12.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4307/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(089)-165/2019, hakim T.Z.Haqverdiyev) İddiaçı Cavabdeh qarşı atalığının ləğv edilməsi, uşağın doğum haqqında şəhadətnaməsindən ata adının silinməsi və alimentin dayandırılması tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(108)-72/2020, hakimlər M.D.Allahverdiyev, Ə.M.Xıdırov, S.M.Qarayev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2011-ci il tarixli atalığın müəyyən edilməsi haqqnda şəhadətnaməyə əsasən, İddiaçı xx xxxx 2005-ci ildə X1 doğulmuş Dərya Mehdiyevanın atası hesab edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2005-ci il tarixdə doğulmuş X2 atası olmasının ləğv edilməsi, uşağın doğum haqqında şəhadətnaməsində ata adının silinməsi və alimentin dayandırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şi kayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarıtdir ki, iddiaçı ilə cavabdeh 2004-cü ildə el adəti ilə toy etməklə faktiki ailə qurmuş,xx xxxx 2005-ci ildə cavabdehin Dərya adlı qızı doğulmuşdur və xx xxxx 2011-ci ildə iddiaçının atalığı müəyyən edilməklə, doğum haqqında şəhadətnamə alınmış, məhkəmə qətnaməsi ilə u şağın yetkinlik yaşına çatanadək saxlanması üçün atasından sabit pul məbləğində alimentin alınaraq anasına verilməsi qət edilmişdir. İddiaçı hazırda atalığın ləğv edilməsini, uşağın doğum haqqında şəhadətnaməsində ata adının silinməsini və alimentin dayandırılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə görə, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazı lmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən, bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, məhz uşaqların üstün mənafeyi prinsipi rəhbər tutulmaqla, şəxsin uşağın həqiqi valideyni olmadığını bildiyi halda sonradan atalığı mübahisələndirməsi yolverilməzdir. Bununla bərabər, atalığın müəyyən edilməsi haqqında qeydiyyatın aparılması z amanı uşağın atası kimi yazılmış şəxsin könüllü iradəsinin ifadə edilməsinə hər hansı təsirin olması, yəni ərizənin hədə-qorxu, zorakılıq və ya digər amillərin təsiri altında verilməsi əsasına görə atalığa dair mübahsiə açma hüququ istisna edilmir ki, hazırda iddiaçı da qeyd edilən hallara istinad edir. Lakin iddiaçı xx xxxx 2011-ci il tarixdə atalığın müəyyən edilməsinə dair ərizənin hədə və zor tətbiqi altında verildiyini göstərsə də, yalnız xx xxxxxxxx 2019-cu il tarixdə iddia qaldırmış, iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Əksinə, cavabdeh iddiaçı ilə uşağın Yeni il ərəfəsində çəkdirdiyi fotoşəkli təqdim etmişdir ki, iddiaçı da həmin şəkli könüllü olaraq çəkdirdiklərini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-cü maddəsin ə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar