Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-432/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC Cavabdeh Soltanməcid qızına qarşı iddiasına və iddiaçılar X7 və Cavabdeh Soltanməcid qızının cavabdeh "xxxx" MMC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsinin qeyrimümkünlüyü, lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin qaytarılması, lizinq ödənişlərinin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi və "xxxx" MMC-nin nümayəndə si (direktoru) X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(103)457/2021 saylı qətnaməsindən iddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60,2 kv/m, yaşayış sahəsi 47 kv/m olan 3 otaqlı mənzil X5 mülkiyyətində olmuş və Əziz Əliyev 02.11.2015-ci il tarixdə notariat qaydada təsdiqlənmiş müqavilə əsasında həmin mənzili 55000 manat qiymətinə "xxxx" MMC-yə satmışdır. Həmin müqavilə əsasında mənzilin üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 408 nömrəli reyestr kitabını n 37948 nömrəli vərəqində 04.11.2015-ci ildə qeydiyyata alınmışdır. 235751 saylı çekdə və 02 noyabr 2015-ci il tarixli qəbzlərdə 55000 manat məbləğində pulun notariusun depozit hesabına ödənildiyi qeyd olunur.
2. Lizinq verən "xxxx" MMC ilə lizinqalan Cavabdeh Soltanməcid qızı (X5 arvadı) arasında 02 noyabr 2015-ci il tarixdə daxili lizinq müqaviləsi bağlanmış, ünvan 1 ünvanında yerləşən mənzil 24 ay müddətinə hər ay üçün 1782 ABŞ dolları ödənilməsi şərti ilə 35.000 ABŞ dollarına lizinqə verilmişdir. Müqavilə bağlanan tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına 18281.50 manat dəyərində ilkin ödəniş edilmişdir.
3. Cavabdeh Soltanməcid qızı müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş və bildirmişdir ki, ödənişlərlə bağlı çətinlikləri var. İş üzrə qəbul edilmiş məhkəmə aktları İddi açı "xxxx" MMC-nin Cavabdeh Soltanməcid qızına qarşı müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması tələbinə dair iş üzrə a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC Cavabdeh Soltanməcid qızına qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış D009 saylı 02 noyabr 2015-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinqə verilmiş, "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən lizinq obyektinin "xxxx" MMC-yə qaytarılması və Cavabdeh Soltanməcid qızının lizinq obyekti olan mənzildən çıxarılması, daxili lizinq müqaviləsi üzrə 24.01.2017-ci il tarixinə lizinq məbləği üzrə 30946 ABŞ dolları, faiz məbləği üzrə 2235 ABŞ dolları, 5659 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 38840 ABŞ dolları ekvivalentində və 30 manat dövlət rüsumunun Cavabdeh Soltanməcid qızından tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Soltanməcid qızı "xxxx" MMC ilə bağladığı 02 noyabr 2015-ci il tarixdə daxili lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş və bildirmişdir ki, ödənişlərlə bağlı çətinlikləri var. Cavabdehin 24.01.2017-ci il tarixinə, "xxxx" MMC-yə 30946 ABŞ dolları əsas, faiz məbləği üzrə 2235 ABŞ dolları, 5659 ABŞ dolları hesablanmış cərimə olmaqla, ümumilikdə 38840 ABŞ dolları ekvivalentində borcu vardır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 2(005)1528/2017 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia qismən təmin edilərək, "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış D009 nömrəli, 02 noyabr 2015-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 24.01.2017-ci il tarixinə lizinq məbləği üzrə 30946 ABŞ dolları, faiz məbləği üzrə 2235 ABŞ dolları, 3000 ABŞ dolları hesablanmış cərimə olmaqla, ümumilikdə 36181 ABŞ dolları məbləğdə pulun ödəniş günü manata məzənnəsi ilə manatla və 30 manat dövlət rüsumunun Cavabdeh Soltanməcid qızından tutularaq "xxxx" MMC-yə ödənilməsi, lizinqə verilmiş "xxxx" MMCnin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən lizinq obyektinin "xxxx" MMC-yə qaytarılması və Cavabdeh Soltanməcid qızının lizinq obyekti olan mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbayca n Respublikası Mülki Məcəlləsinin 747.1, 7475.1, 748-1.5, 748-1.12.4, 750, 421.2, 423.2, 458.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Cavabdeh Soltanməcid qızı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən təmin edilmiş hissələrdə ləğv edilərək, həmin hissələrdə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lizinq verən "xxxx" MMC lizinqə verdiyi əmlakı Azərbaycan manatı ilə əldə etmiş, müqavilə qiymətlərini tənzimləyən 1 saylı əlavədə lizinq obyektinin dəyərini Azərbaycan manatı ilə ifadə etmiş, ilkin ödənişi Azərbaycan manatı ilə qəbul etmiş və aylıq ödənişlərin manatla həyata keçiriləcəyini şərtləşdirmiş, lakin lizinq məbləğini ABŞ dolları ilə ifadə etmişdir. Hesab edir ki, bütün hesablaşmalar Azərbaycan manatı ilə aparıldığından, həmçinin lizinq məbləğinin ABŞ dolları ilə ifadə olunması Mülki Məcəllənin və digər qanunvericilik aktlarının tələblərinə zidd olduğundan 02.11.2015-ci il tarixli daxili lizinq müqaviləsinə 1 saylı əlavə qanunsuzdur. Bu səbəbdən Cavabdeh verilmiş lizinq məbləği həmin məbləğin verildiyi günə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnəyə uyğun Azərbaycan manatına konvertasiya edilməli və cavabdeh tərəfindən ödənilmiş məbləğlər nəzərə alınmaqla, onun iddiaçıya olan borcu yenidən hesablanmalı və yeni ödəniş cədvəli açılaraq, ödənişlər həmin cədvələ uyğun aparılmalıdır.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7438/2017 saylı, 01 noyabr 2017 -ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və Ə.Bayramov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi Cavabdeh Soltanməcid qızından 2335 ABŞ dolları məbləğində faiz, 3000 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh Soltanməcid qızından tutulmalı olan faiz məbləği 1297 ABŞ dolları, dəbbə pulunun məbləği isə 20 ABŞ dollarının ödəniş günü manata olan məzənnəsi üzrə müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2017-ci il tarixli qətnaməsinin ləğv olunmasın ı və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5515/18 saylı 04 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
13. Kassasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq məbləğinin ödənilməsini tələb etsə də, müqavilədə bu məbləğ müəyyən edilməmişdir.
14. Mülki Məcəllənin 748.2.10-cu maddəsi isə lizinq müqaviləsində hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafikinin və lizinq müqaviləsi vaxtından əvvəl icra edildikdə lizinq ödənişlərinin hesablanması qaydasının göstərilməsini tələb edir.
15. Lizinq müqaviləsinin 3.1-ci maddəsinə əsasən hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmişdir. İşin 13-cü vərəqində olan həmin 1 saylı Əlavə nəzərdən keçirilərkən müəyyən edildi ki, bu Əlavədə lizinq predmetinin ümumu dəyərinin 55 000 manat, ilkin ödənişin 18 264 manat, lizinq məbləğinin 35 000 ABŞ dolları və aylıq ödənişin 1781,35 ABŞ dolları olması qeyd olunmuşdur.
16. Göründüyü kimi, 1 saylı Əlavədə lizinq predmetinin dəyəri manatla ifadə olunsa da, lizinq ödənişi ABŞ dolları ilə göstərilmişdir. H albuki, yuxarıda qeyd olunduğu kimi, lizinq müqaviləsinin mətnində nəinki ödənişin hansı valyutada aparılması, ümumiyyətlə lizinq məbləği göstərilməmişdir.
17. Cavabdehin əsas dəlillərindən biri də lizinq predmetinin dəyərinin 55.000 manat deyil, bundan üç dəfə artıq – 150.000 manat olması, lakin iddiaçının lizinq obyektini olduqca aşağı qiymətləndirməsi barədədir.
18. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, adı çəkilən 1 saylı Əlavədə cavabdeh tərəfindən 18.264 manat ilkin ödəniş aparılması da qeyd edilmiş, lakin borcun məbləği müəyyən edilərkən həmin ödəniş işə baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yenidən baxılarkən işdə olan bu ziddiyyətli məqamlara aydınlıq gətirilməli, lizinq ödənişinin, lizinqverənin mükafatının ümumi mə bləği dəqiqləşdirilməli, lizinq obyektinin həqiqi dəyəri müəyyən edilməli, ödəniş qrafikində lizinq obyektinin dəyərinin manatla göstərilməsinə baxmayaraq lizinq ödənişinin xarici valyutada tələb olunmasının qanuniliyinə qiymət verilməli, lizinq ödənişinin və lizinqverənin mükafatının məbləği müəyyən edildikdən sonra cavabdeh tərəfindən ödənilməli olan lizinq borcunun hansı ardıcıllıqla qəbul edilməsi, borcun hansı şəkildə silinməsi, ümumi borcun dəqiq məbləği də müəyyən edilməli və bu zaman cavabdeh tərəfindən əvvəllər aparılmış bütün ödənişlər nəzərə alınmalıdır. ç) Apellyasiya instansiyaı məhkəməsindəki ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11278/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), M.Mə mmədov və E.Şamayev) Cavabdeh Soltanməcid qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi Cavabdeh Soltanməcid qızından 30946 ABŞ dolları lizinq məbləği, 2235 ABŞ dolları faiz borcu olmaqla, cəmi 36181 ABŞ dollarının tutulması hissələrində dəyişdirilərək, lizinq məbləği 9330,44 manat, faiz məbləği 1426,62 manat olmaqla, cəmi məbləğin 10757,06 manat müəyyən edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsinin 3000 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin dəbbə pulunun tutulması hissəsində təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. d) Kass asiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Həmin qətnamədən narazı qalan Cavabdeh Soltanməcid qızı tərəfindən kassasiya şikayəti verilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3814/2019 saylı, 12 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və V.İbayev) Cavabdeh Soltanməcid qızının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış lizinq müqaviləsinin yalan əqd olmaqla kredit müqaviləsini pərdələmək məqsədilə bağlandığını iddia etdiyi halda onun irə li sürdüyü dəlillər üzrə işə baxan məhkəmələr tərəfindən araşdırma aparılmamışdır.
24. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
25. Qanun lizinq müqaviləsinin anlayışını müəyyən edərkən gəlir götürmək məqsədini qeyd etməsə də “lizinq”anlayışının özü bunu ehtiva edir. Belə ki, lizinq termini ingilis mənşəli olub icarə mənasını verir. İngilis dilində “lease” icarə, “hire” kirayə kimi tərcümə olunur. İcarə ilə kirayənin fərqi nəzərə alınmalıdır. İcarənin kirayədən fərqi ondan iba rətdir ki, icarəçiyə obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verilir. Ona görə də gəlir götürmək məqsədi lizinqin vacib elementidir.
26. Bundan başqa, Mülki Məcəllənin 747-2-ci maddəsi təsdiq edir ki, lizinqdə gəlir məqsədi zəruridir. Belə ki, həmin maddədən görünür ki, lizinq obyekti bütün əşyalar deyil, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Əsas vəsaitlərin anlayışı Vergi Məcəlləsinin 13.2.17-ci maddəsində müəyyən edilmişdir. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, amortizasiya edilməli olan maddi aktivlərdir. Əgər lizinqin gəlir məqsədi ilə əlaqəsi olmasaydı onun obyektinə münasibətdə 3 əlamət (istifadə müddəti, dəyər və amortizasiy a) müəyyən edilməzdi, istənilən əşya lizinqin obyekti sayılardı.
27. Hazırkı işdə lizinq alana obyektdən (mənzildən) gəlir götürmək hüququ verilməyib. Lizinq obyekti olan sahə yaşayış sahəsidir, ora qeyri-yaşayış sahəsinə aid olan məqsədlərə (xidmət sahəsi kimi, istehsal sahəsi kimi və s.) istifadə olunması üçün lizinqə verilə bilməz. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Mənzil Məcəlləsinin 20-22-ci maddələrində müəyyən edilmiş qaydada olmalıdır. Həmin Məcəllənin 21.7-ci maddəsində “...nəzərdə tutulmuş sənəd... sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır ”məzmunlu qeyd onu təsdiq edir ki, yaşayış sahəsindən qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün müvafiq sənəd olmalıdır. Belə sənəd isə iş materiallarında yoxdur. Bu isə o deməkdir ki, gəlir götü rmək məqsədi olmayıb, kredit müqaviləsini pərdələmək üçün lizinq müqaviləsi bağlanılıb.
28. Mülki Məcəllənin “lizinq” fəslindəki 748.2.5 və 748-3-cü maddələrdə “maliyyə lizinqi” ifadəsindən istifadə olunub, bununla da həmin maddələrdəki qaydaların yalnız maliyyə lizinqinə aid edildiyi bildirilib. Bu isə onu ehtiva edir ki, MM-nin maliyyə lizinqi ilə yanaşı lizinqin digər növü olan operativ lizinqi də tanıyır, lakin lizinq fəslinin yuxarıda göstərilən iki maddəsində müəyyən edilmiş qaydaları operativ lizinqə şamil etmir, fəslin digər maddələrini isə şamil edir.
29. Operativ (servis) lizinqində lizinq müddəti icarəyə götürülmüş obyektin tam amortizasiyası müddətindən az olur, lizinq ödənişləri obyektin dəyərini tam əhatə eləmir. Lizinq şirkətləri isə həmin obyektləri növbəti dəfə lizinqə ver məklə və ya satmaqla obyektin tam qiymətini əldə edir. Operativ lizinqdən əsasən çox sürətlə inkişaf edən texniki avadanlıqların əldə edilməsində istifadə olunur. Belə ki, müəyyən müddətdən sonra həmin avadanlıqlar saz vəziyyətdə olmasına baxmayaraq bazara yeni modellərin təqdim edilməsi ilə onlar öz imkanlarına görə köhnəlmiş sayılır. İstehsal avadanlıqlarının yenilənməsi isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Operativ lizinqdə sahibkarlıq fəaliyyətinin subyekti belə vəziyyətdən maliyyə itkisi olmadan çıxış yolu əldə edir. Hazırkı işdə lizinq müqaviləsi operativ lizinqə aid ola bilməz. Belə ki, lizinq ödənişlərinə 48.992 manat (ilkin ödəniş), 35.000 ABŞ dolları ödəniş) və 7.766 ABŞ dolları (mükafat) daxildir, bu ödənişlərin cəmi lizinq obyektinin dəyərini tam əhatə edir.
30. Maliy yə lizinqində obyekt uzunmüddətli icarəyə götürülür, lizinq müddəti adətən obyektin amortizasiya müddəti ilə eyni olur və lizinq müddətinin sonunda obyektin simvolik qiymətlə lizinq alana satılması nəzərdə tutulur. Maliyyə lizinqi daha çox bir maliyyələşmə növüdür. Hazırkı lizinq müqaviləsi maliyyə lizinqinə aid edilə bilməz, belə ki, onun müddəti 2 ildir, lakin mənzilin amortizasiya müddəti 2 il deyil. Binalar və tikintilər üçün illik amortizasiya norması 7 faizədəkdir (Vergi Məcəlləsi, maddə 114.3.1). və 2 ildə bu 14 faiz təşkil edir.
31. Göründüyü kimi yuxarıda göstərilən əsaslar üzrə cavabdehin irəli sürdüyü dəlillər barədə arasında bağlanmış müqavilənin yalan əqd olub-olmamasına hüquqi qiymət verilməmişdir.
32. Hazırkı işdə mübahisə predmeti olan mənzillə bağlı lizinq və alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə tələb irəli sürülməsə də, bu hal məhkəmənin həmin müqavilələri əhəmiyyətsiz əqd hesab etməsinə mane olmur. Çünki, alqı-satqı müqaviləsi lizinq müqaviləsi ilə birlikdə lizinq əməliyyatının tərkibinə daxildir, lizinq əməliyyatı isə hazırkı işdə lizinq şirkətinin irəli sürdüyü iddianın əsasına aiddir. Alqı-satqı müqaviləsi və lizinq müqaviləsi əhəmiyyətsiz əqd olduğundan onların etibarsız sayılması üçün ayırıca tələbin irəli sürülməsinə ehtiyac yoxdur. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürülə bilər.
33. Göründüyü kimi, lizinq əməliyyatının tərkibinə daxil olan alqı-satqı müqaviləsi və lizinq müqaviləsi yalan əqdlərdir. Lizinq müqaviləsi kredit müqaviləsini pərdələmək üçün bağlandığına görə yalandır, alqı-satqı müqaviləsi ipoteka müqaviləsini pərdələmək üçün bağlandığına görə yalandır, MM-in 340.2-ci maddəsinə görə yalan əqd əhəmiyyətsizdir. MM-in 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Odur ki, hər iki müqavilə əhəmiyyətsiz əqd olaraq etibarsızdır. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
34. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11909/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov) Cavabdeh Soltanməcid qızının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddian ın qismən təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış 0009 nömrəli, 02 noyabr 2015-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, daxili lizinq müqaviləsi üzrə 24.01.2017-ci il tarixinə lizinq məbləği üzrə 9330,44 manat, faiz məbləğinin 1426,62 manat, cəmi məbləğin 10757,06 manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. ə) Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
35. Həmin qətnamədən narazı qalan iddiaçı "xxxx" MMC və Cavabdeh Soltanməcid qızı ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1696/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin kassasiya ş ikayəti təmin edilmiş, Cavabdeh Soltanməcid qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
37. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində tərəflər arasındakı lizinq müqaviləsi əqdlərin etibarsızlığı əsaslarını müəyyən edən qanunvericilik normalarının tələbləri baxımından əsaslandırılsa da, qətnamənin nəticə hissəsində lizinq müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Halbuki, müqavilələrin ləğvi və etibarsızlığı əsasları və hüquqi nəticələri baxımından fərqlənirlər. İddiaçılar X7 və Cavabdeh Soltanməcid qızı cavabdeh "xxxx" MMC-y ə qarşı «alqı-satqı müqaviləsinin və lizinq müqaviləsinin etibarsız hesab olunması, mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması dair çıxarışın ləğv edilməsi tələbinə dair» iş üzrə a) Birinci instansiya məhkəməsində icraat
38. İddiaçılar X7 və Cavabdeh Soltanməcid qızı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış D009 saylı 02 noyabr 2015-ci il tarixli daxili lizinq və eyni tarixdə "xxxx" MMC ilə cavabdeh X7 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız sayılması, ünvan 2-ə dair "xxxx" MMC-nin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına haqqında ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi r.
39. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında D009 saylı 02 noyabr 2015-ci il tarixli daxili lizinq müqaviləsi əsasında lizinqə verilmiş ünvan 2 ünvanında yerləşən mənzil hər hansı üçüncü şəxsdən deyil, Cavabdeh Soltanməcid qızının həyat yoldaşı X3 alınaraq lizinqə verilmişdir. Satıcı lizinq alanın həyat yoldaşıdır. Yəni, cavabdeh iddiaçıların hal-hazırda yaşadıqları və mülkiyyətlərində olan mənzili onlardan alğı-satqı əsasında 55000 manata alıb və notariat qaydada öz adına keçirdikdən sonra lizinq obyektini yenidən onlara, yəni X5 həyat yoldaşı olan Cavabdeh Soltanməcid qızına satmışdır. Buradan açıq aşkar görünür ki, "xxxx" MMC iddiaçıları aldadaraq, lizinq deyil, kredit müqaviləsi bağlayaraq, mənzili girov kimi öz adına keçirmiş, son ra da əvəzində lazım olan 35.000 ABŞ dolları və əlavə mükafat olaraq 7766 ABŞ dolların da onlardan alınması barədə lizinq müqaviləsi tərtib etmişdir. Bu o deməkdir ki, "xxxx" MMC iddaçıların ağır vəziyyətindən istifadə edərək, vacib əhəmiyyətli yanılmanın təsiri altında onlarla lizinq deyil, kredit müqaviləsi bağlamışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, 02.11.2015-ci il tarixdə iddiaçı X7 nümayəndəsi X2 (satıcı qismində) və "xxxx" MMC (alıcı qismində) arasında mənzilin 55.000 manata alqğ-satqısını nəzərdə tutan müqavilə bağlanmışdır. Müqavilədə qeyd olunmuşdur ki, alıcı mənzili Cavabdeh Soltanməcid qızına lizinqə vermək üçün almışdır. 02.11.2015-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında D009 saylı “Daxili lizinq müqaviləsi” adlı müqavilə bağlanmışdır. Müqavilədə qe yd edilmişdir ki, "xxxx" MMC (lizinq verən qismində) mənzili satıcıdan əldə etməyi və Cavabdeh Soltanməcid qızının (lizinq alan qismində) istifadəsinə verməyi, lizinq alan isə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə müqavilənin müddəti 24 ay müəyyən edilmişdir. Lizinq müqaviləsinə 1 saylı Əlavədə ödəniş qrafiki razılaşdırılmışdır. Qrafikdə aylıq ödənişin 1782 ABŞ dolları, əsas məbləğin 35000 ABŞ dolları, lizinq mükafatının 7766 ABŞ dolları olduğu qeyd edilmişdir. Tərəflər arasında bağlanmış əqd lizinq müqaviləsinə xas münasibətlər deyil, borc münasibətləri yaranmışdır, onların iradə ifadəsi borc müqaviləsinin bağlanmasına yönəlmişdir. Lizinq müqaviləsi borc müqaviləsini, mənzilin alqı-satqısına dair müqavilə isə borc müqaviləsinin təminatı kimi ipoteka müqaviləsini pər dələmək məqsədi ilə bağlanmışdır. İddiaçı lizinq müqaviləsinin imzalandığı eyni gündə - 02.11.2015-ci ildə mənzilin lizinq alanın ərindən satın alınmasına dair müqavilə imzalayır, həmin gün də mənzilin təhvil-təsliminə dair akt tərtib olunur. Akt "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında (lizinq müqaviləsinin tərəfləri qismində) imzalansa da, aktın məzmunu satıcının mənzili alıcıya təhvil verməsi barədədir. Əslində nə mənzil Cavabdeh Soltanməcid qızı və əri X7 tərəfindən "xxxx" MMC-yə təhvil verilməmiş, nə də ki, "xxxx" MMC tərəfindən Cavabdeh Soltanməcid qızına təhvil verilməmişdir. Yəni mənzil lizinq və alqı-satqı müqavilələri imzalanmamışdan öncə də iddiaçıların istifadəsində və sahibliyində olmuş, müqavilələr imzalandıqdan sonra da onların sahibliyində qalmışdır. Bu o deməkdir ki, nə mənzilin alqı-satqısına, nə də ki, onun lizinqə verilməsinə iradə ifadəsi olmuşdur. Mənzilə mülkiyyət hüququ rəsmi olaraq lizinq alanın əri X3 "xxxx" MMC-yə keçsə də, mənzilin sahibləri dəyişilməz olaraq qalmışdır. Mənzilin başqa şəxsdən deyil, məhz lizinq alanın ərindən əldə olunması da alqı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edən hallardan biridir. İddiaçılar sadəcə "xxxx" MMCdən borc almışlar. Lizinq müqaviləsinə 1 saylı Əlavədə də “əsas məbləğ” və “faiz məbləği” terminlərindən istifadə olunmuşdur ki, bu anlayışlar da lizinq deyil, borc müqaviləsinə xasdır. Yəni iddiaçı cavabdehə illik 20 faizlə borc vermiş, bu borcun təminatı kimi lizinq alanın ərinə məxsus mənzili öz adına keçirmişdir. Beləliklə, lizinq və alqı-satqı müqavilələri etibarsız hesab olunmalı, lizinq müqavi ləsinə borc, alqı-satqı müqaviləsinə isə ipoteka müqaviləsinə aid qaydalar tətbiq olunmalıdır. Alqı-satqı müqaviləsinə ipoteka müqaviləsinin qaydaları tətbiq edilməli olduğundan borc üzrə tutma ipoteka predmeti qismində mənzilə yönəldilməli, mənzil açıq hərracda satılmalıdır və mənzil satıldıqdan ən geci bir ay ərzində cavabdeh və onun ailə üzvləri yaşayış sahəsini tərk etməlidirlər. İpoteka müqaviləsi bağlanmadığından tutmanın ipoteka predmetinə yönəldilməsinə xas prosedurların yerinə yetirilməsi mümkün deyildir. Həmçinin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ekspertizanın təyin olunması da hazırki iş çərçivəsində qeyrimümkündür. Belə ki, ekspertizanın tərəflərin təşəbbüsü olmadan təyin olunması işin nəticəsinə dair münasibətin bildirilməsi kimi qiymətləndirilə bilərdi.
40. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 2(007)-2174 saylı qətnaməsi ilə (hakim F.Mirzəyev) iddia tələbi təmin edilməmişdir.
41. Məhkəmə qeyd etmişdir ki, iddiaçı alğı-satqı müqaviləsinin və lizinq müqaviləsinin etibarsızlığına dəlalət edən sübutları təqdim etməmişdir. Hər iki əqd notarial qaydada bağlanmış, əqdin tərəfləri sərbəst iradə ifadələrini nümayiş etdirərək həmin əqdləri bağlamışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
42. İddiaçılar X7 və Əliyeva X1 Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin qəmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.09.2020-ci il tarixli qərardadı ilə Bak ı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan "xxxx" MMC-nin Cavabdeh Soltanməcid qızına qarşı “müqavilənin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması” tələbinə dair 2(103)-5707/2020 saylı mülki işlə iddiaçılar Cavabdeh Soltanməcid qızının və X5 cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin və lizinq müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarışların ləğv edilməsi” tələbinə dair 2(103)2050/2020 saylı mülki işlər bir icraatda 2(103)-5707/2020 №-si altında birləşdirilmişdir.
44. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli, 2(103)457/2021 saylı qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) Cavabdeh Soltanməc id qızının apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçılar Cavabdeh Soltanməcid qızının və X5 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-1528/2017 saylı, 28 aprel 2017-ci il tarixli qətnaməsi və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-2174/19 saylı, 09 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, "xxxx" MMC-nin Cavabdeh Soltanməcid qızına qarşı iddiası qismən təmin edilərək, Cavabdeh Soltanməcid qızından 10757,06 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi, "xxxx" MMC-nin Cavabdeh Soltanməcid qızına qarşı iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, həmin iddia üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Eyni zamanda iddiaçılar Cavabdeh Soltanməcid qızının və X5 cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilərək, "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış D009 saylı 02 noyabr 2015-ci il tarixli daxili lizinq və eyni tarixdə "xxxx" MMC ilə cavabdeh X7 arasında bağlanmış alğı-satqı müqavilələri əhəmiyyətsiz əqd olduqları üçün etibarsız sayılmış, ünvan 2-ə dair "xxxx" MMC-nin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair ******* saylı çıxarışın ləğv edilməsi qət edilmişdir.
45. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747-2-ci maddəsinə əsasən lizinqdə gəlir məqsədi zəruridir. Yəni, lizinq obyekti bütün əşyalar deyil, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.
46. Lakin hazırkı iş üzrə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-yə lizinq alan kimi obyektdən (mənzildən) gəlir götürmək hüququ verilməmişdir. Çünki lizinq obyekti olan sahə yaşayış sahəsidir ki, ora da qeyri-yaşayış sahəsinə aid olan məqsədlərə (xidmət sahəsi kimi, istehsal sahəsi kimi və s.) istifadə olunması üçün lizinqə verilə bilməzdi.
47. Kollegiya qeyd edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi Mənzil Məcəlləsinin 20-22-ci maddələrində müəyyən edilmiş qaydada olmalıdır.
48. Həmin Məcəllənin 21.7-ci maddəsində “...nəzərdə tutulmuş sənəd... sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır ”məzmunlu qeyd onu təsdiq edir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün müvafiq sənəd olmalıdır. Belə bir sənəd isə iş materiallarında yoxdur və bu hal kollegiyaya belə bir qənaətə gəlməyə tam əsas verir ki, burada gəlir götürmək məqsədi olmamışdır. Baxmayaraq ki, lizinq müqaviləsi bağlanmışdır, kollegiya hesab edir ki, faktiki olaraq bu müqavilə tərəflər arasında mövcud olan digər bir əqdi pərdələmək niyyəti güdmüşdür.
49. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin məzmunundan aşkar görünür ki, lizinq verən həm lizinqlə satılan əmlakın dəyərini, həm lizinq müqaviləsində onun üçün nəzərdə tutulan gəliri, həm də lizinq alanın müqaviləyə əsasən əldə edəcəyi əmlakı əvəzsiz olaraq geri qaytarmaq hüququna malikdir. Bu isə müqavilə tərəflərinin birinin mənafeləri əsassız varlanma hesabına digərininkindən üstün tutulması və lizinq alan müqavilə ilə əldə edəcəyindən məhrum olması anlamına gəlməy ə əsas verir ki, bununla da tərəflərdən qeyd edilən 02.11.2015-ci il tarixli daxili lizinq müqaviləsi üzrə birinin qanun qarşısında, yəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci və MM-nin 6.1-ci maddələrində nəzərdə tutulan bərabərlik prinsipləri pozulmuş olur.
50. Apellyasiya instansiyası daha sonra göstərmişdir ki, Mülki Məcəllənin “lizinq” fəslindəki 748.2.5 və 748-3-cü maddələrdə “maliyyə lizinqi” ifadəsindən istifadə olunub, bununla da həmin maddələrdəki qaydaların yalnız maliyyə lizinqinə aid edildiyi bildirilib. Bu isə onu ehtiva edir ki, MM-nin maliyyə lizinqi ilə yanaşı lizinqin digər növü olan operativ lizinqi də tanıyır, lakin lizinq fəslinin yuxarıda göstərilən iki maddəsində müəyyən edilmiş qaydaları operativ lizinqə şamil etmir, fəslin digər maddələrini isə şamil edir. Operativ (servis) lizinqində lizinq müddəti icarəyə götürülmüş obyektin tam amortizasiyası müddətindən az olur, lizinq ödənişləri obyektin dəyərini tam əhatə eləmir. Lizinq şirkətləri isə həmin obyektləri növbəti dəfə lizinqə verməklə və ya satmaqla obyektin tam qiymətini əldə edir. Operativ lizinqdən əsasən çox sürətlə inkişaf edən texniki avadanlıqların əldə edilməsində istifadə olunur. Belə ki, müəyyən müddətdən sonra həmin avadanlıqlar saz vəziyyətdə olmasına baxmayaraq bazara yeni modellərin təqdim edilməsi ilə onlar öz imkanlarına görə köhnəlmiş sayılır. İstehsal avadanlıqlarının yenilənməsi isə böyük miqdarda maliyyə vəsaiti tələb edir. Operativ lizinqdə sahibkarlıq fəaliyyətinin subyekti belə vəziyyətdən maliyyə itkisi olmadan çıxış yolu əldə edir. 51 Məhkəmə kollegiyası, həmçini n hesab etmişdir ki, hazırkı işdə lizinq müqaviləsi operativ lizinqə də aid ola bilməz.
52. Belə ki, lizinq ödənişlərinə 48.992 manat (ilkin ödəniş), 35.000 ABŞ dolları ödəniş) və 7.766 ABŞ dolları (mükafat) daxildir, bu ödənişlərin cəmi lizinq obyektinin dəyərini tam əhatə edir. Maliyyə lizinqində obyekt uzunmüddətli icarəyə götürülür, lizinq müddəti adətən obyektin amortizasiya müddəti ilə eyni olur və lizinq müddətinin sonunda obyektin simvolik qiymətlə lizinq alana satılması nəzərdə tutulur.
53. Maliyyə lizinqi daha çox bir maliyyələşmə növüdür. Hazırkı lizinq müqaviləsi maliyyə lizinqinə aid edilə bilməz, belə ki, onun müddəti 2 ildir, lakin mənzilin amortizasiya müddəti 2 il deyil. Binalar və tikintilər üçün illik amortizasiya norması 7 faizədəkdir (Vergi Məcəlləsi, maddə 114.3.1). v ə 2 ildə bu 14 faiz təşkil edir.
54. Beləliklə də, sadalanan qanunvericilik normalarının tələbləri baxımından gəlir əldə etməyin lizinqin vacib elementi olduğuna əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı işdə lizinq alana obyektdən (mənzildən) gəlir götürmək hüququ verilməmişdir. Belə ki, lizinq obyekti olan sahə yaşayış sahəsidir, ora qeyri-yaşayış sahəsinə aid olan məqsədlərə (xidmət sahəsi kimi, istehsal sahəsi kimi və s.) istifadə olunması üçün lizinqə verilə bilməz. Müqavilənin bağlanmasında gəlir götürmək məqsədi olmamış, faktiki olaraq yaranmış kredit münasibətlərinin lizinq müqaviləsi adı altında pərdələməsi halı baş vermişdir. Bununla bağlı cavabdeh tərəfin irəli sürdüyü dəlillərə Nərimanov rayon məhkəməsi münasibət bildirməmişdir.
55. Apellyasiya insta nsiyası məhkəməsinin sonrakı əsaslandırması ondan ibarət olmuşdur ki, müqavilənin qanunvericiliyin tələblərinə tam uyğun olaraq (MM-nin 748.2.9, 748.2.10-cu maddələr) bağlanmaması, həmçinin kassasiya instansiyası məhkəməsinin bu işlə bağlı ilk Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qərarında da ətraflı əks edilmişdir. (müqavilədə ödənişin hansı valyutada aparılmasının, lizinq ödənişinin ümumi məbləğinin, lizinq verənin mükafatının məbləğinin konkret göstərilməməsi, lizinq predmetinin dəyəri manatla ifadə olunsa da, lizinq ödənişi ABŞ dolları ilə göstərilməsi və s.)
56. Lizinq əməliyyatının tərkibinə daxil olan alğı-satqı müqaviləsi və lizinq müqaviləsi əhəmiyyətsiz əqdlərdir. Bu müqavilələr tərəflər arasında olan mövcud münasibətləri pərdələmək üçün bağlandığına görə yalandır.
57. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, tərəflər arasında bağlanmış 02 noyabr 2015-ci il tarixdə daxili lizinq və 02.11.2015-ci il tarixli ******* Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinin etibarsızlığı mübahisələndirilməsi və həmin əqdlərin də əhəmiyyətsiz əqd olmaları müəyyən edildiyindən "xxxx" MMC ilə Cavabdeh Soltanməcid qızı arasında bağlanmış D009 saylı 02 noyabr 2015-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsinin əsaslarına hüquqi qiymət verilməsi zərurəti aradan qalxır. Başqa sözlə, sözügedən müqavilənin ləğv edilməsi tələbinin təmin edilməsi mümkünsüz olur. Belə ki, qanunvericiliyə əsasən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdin əhəmiyyətsiz əqd olmasının təsbit edilməsini n əzərə alaraq əhəmiyyətsiz əqd kimi etibarsız sayılmış 02 noyabr 2015-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsinə artıq hüquqi zərurət qalmır.
58. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış 02 noyabr 2015-ci il tarixdə daxili lizinq və 02.11.2015-ci il tarixli ******* daşınmaz əmlakın alqı-satqı müqavilələri əhəmiyyətsiz əqd kimi etibarsız olmalarına baxmayaraq heç bir hüquqi qüvvəsi olmayan bağlanmış əqd üzrə tərəflər arasında pul alınıb verilməsi ilə bağlı faizlə şərtləndirilmiş, lakin lizinq münasibətləri ilə bağlı yaranmış öhdəlik kimi qiymətləndirilməyən "xxxx" MMC-nin verdiyi pullarla əlaqədar tərəflər arasında müəyyən öhdəlik münasibətləri yarandığı üçün hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin həm 337.5-ci maddəsi, həm də öhdəlik münasibətlərini tənzimləyən müddəaları tətdiq edilməlilir.
59. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasındakı münasibətlər borc münasibətləri olduğu üçün verilmiş borc vəsaiti ilə ödəniliş hissə arasındakı fərq öhdəliyin yarandığı xarici valyutada olmaqla borcun məbləğini təşkil edir. Lakin yuxarıda sadalanan qanunvericilik aktlarına əsasən xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Kassasiya instansiyasının 04.09.2018-ci il tarixli qərarında göstərildiyi kimi, lizinq müqaviləsinin mətnində ödənişin hansı valyutada aparılması göstərilməmişdir. Müqavilənin ayrıl maz hissəsi olan 1 saylı Əlavədə isə lizinq predmetinin dəyəri manatla ifadə olunsa da, lizinq ödənişi ABŞ dolları ilə göstərilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ilkin ödəniş də nəzərə alınmaqla, qətnamə 30946 ABŞ dolları məbləği və 2235 ABŞ dolları faiz məbləğinin tutulması hissəsində iddia tələbi əsaslandırılmadığı üçün ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, Cavabdeh Soltanməcid qızından "xxxx" MMC-nin xeyrinə tutulmalı olan məbləğ öhdəliyin yarandığı xarici valyutanın Azərbaycn manatının məzənnəsinə uyğun borc 9330,44 manat (27611,94-18281,5=9330,44), faiz 1426,62 manat, cəmi məbləğ 10757,06 manat müəyyən olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 60. "x xxx" MMC-nin nümayəndəsi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin olaraq irəli sürülmüş tələb üzrə lizinq borcunun cəmi məbləği 38.840 ABŞ dolları olsa da, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11278/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsində pul tələbi cəmi 10.757,06 ABŞ dolları həcmində saxlanılmışdır. Həmin məhkəmə bunu lizinq obyektinin iddia tələbi irəli sürülən tarixə qədər faktiki olaraq lizinq alanın istifadəsində olduğu müddətə uyğun hesablanması ilə əsaslandırmışdır. Lakin bu zaman məhkəmə lizinq predmeti olan əmlakın lizinq alana geri qaytarılmalı olması qənaə tinə gəlmişdir. Məhkəmənin bu qətnaməsindən kassasiya şikayətini yalnız Cavabdeh vermişdir. Təəssüflər olsun ki, iş üzrə sonrakı apellyasiya icraatları zamanı, o cümlədən də 29.07.2021 saylı qətnamədə cavabdehdən tutulmalı olan borcun məbləği tərəflər arasında faktiki mövcud olmuş lizinq münasibətlərinə uyğun həddə, yəni cəmi 10.757,06 ABŞ dolları məbləğində saxlanılsa da, lizinq predmet hesab edilən əmlakın lizinq verən "xxxx" MMC-yə qaytarılmasını təmin etməmişdir. Bu isə tamamilə yalnış nəticədir.
62. Bundan əlavə, lizinq predmeti hesab olunan mənzil hüquqi baxımdan yalnız əmlakın ilkin mülkiyyətçisi olmuş X5 mülkiyyəti olmuşdur. Əmlakın ərlə-arvad arasında lizinq yolu ilə ötürülməsinə gəlincə isə qeyd olunmalıdır ki, əmlak lizinq yolu ilə Cavabdeh verildikdən sonra onların nikahları po zulmuş və belə olan halda tərəflər arasında əmlak bölgüsünün aparıldığını da güman etmək olardı. Ərlə-arvad arasında onların hər birinin özünə məxsus olan əmlakı alğı-satqı etməklə və ya başqa üsulla dəyişməsi qanunla qadağan olunmamışdır.
63. Şikayət olunan apellyasiya məhkəməsinin qətnaməsi üzrə gəlinən son nəticə maddi hüquq normalarına uyğun deyildir. Belə ki, əgər alğı-satqı müqaviləsi etibarsız hesab olunursa, o zaman X3 55.000 manat vəsaitin alınaraq “Faktor Lizinq“ MMC-yə qaytarılmalı olması da təsbit olunmalı idi.
64. Bundan başqa, lizinq müqaviləsi üzrə müəyyən olunmuş öhdəliklər kifayət qədər müddət ərzində ardıcıl olaraq lizinq alan Cavabdeh tərəfindən yerinə yetirilmişdir. Yəni, əgər müqavilə cavabdehlərin özlərinin təbirincə desək onların çətin vəziyyətlərindən istifadə olunm aqla bağlanmışdırsa, nəyə görə bu qədər müddət ərzində müqavilə şərtləri yerinə yetirilmiş və bununla da etibarlılığı mübahisələndirilən əqd təsdiq olunmuşdur. Lizinq mükafatının faiz olaraq göstərilməsi və ya lizinq məbləğinin xarici valyutada müəyyən olunması müqavilənin etibarsızlığına səbəb olan əsaslar deyildir.
65. Bakı Apellyasiva Məhkəməsi özünün müraciəti əsasında Konstitusiya Məhkəməsi tərəfindən qəbul olunmuş 28.12.2020-ci il tarixli qərarı nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
66. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 67. "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X8 məhkəmə iclasında vəkillə təmsil edilmədiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənil mədi.
68. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
69. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə hə yata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar t ətbiq edilir. Maddə
347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hər əkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1. Lizinq müqaviləs i iştirakçılarının hüquq və vəzifələri 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
70. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normasının tətbiqində səhvə yol verilmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
72. Eyni zamanda işin mahiyyəti üzrə həlli üçün əhəmiyyəti olan bütün faktiki hallar məhkəmələr tərəfindən müəyyən edildiyinə görə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkündür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə yeni qərar çıxarılmaqla, iddiaçılar Cavabdeh Soltanməcid qızının və X5 cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilməməli, "xxxx" MMC-nin Cavabdeh Soltanməcid qızına qarşı iddiası isə qismən təmin edilməlidir.
73. A pellyasiya instansiyası məhkəməsi tərəfindən işin mahiyyəti üzrə həlli üçün müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil X5 mülkiyyətində olmuş və Əziz Əliyev 02.11.2015-ci il tarixdə notariat qaydada təsdiqlənmiş müqavilə əsasında həmin mənzili 55.000 manat qiymətinə "xxxx" MMC-yə satmışdır. Həmin müqavilə əsasında mənzilin üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 408 nömrəli reyestr kitabının 37948 nömrəli vərəqində 04.11.2015-ci ildə qeydiyyata alınmışdır. "xxxx" MMC ilə lizinqalan Cavabdeh Soltanməcid qızı (X5 arvadı) arasında 02 noyabr 2015-ci il tarixdə daxili lizinq müqaviləsi bağlanmış, ünvan 1 ünvanında yerləşən mənzil 24 ay müddətinə hər ay üçün 1782 ABŞ dolları ödənilməsi şərti ilə 35.000 ABŞ d ollarına lizinqə vermişdir. Müqavilə bağlanan tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına 18281.50 manat dəyərində ilkin ödəniş edilmişdir. "xxxx" MMC lizinqalanın müqavilə öhdəliyini yerinə yetirmədiyini bildirərək, lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin "xxxx" MMC-yə qaytarılması və Cavabdeh Soltanməcid qızının lizinq obyekti olan mənzildən çıxarılması, lizinq müqaviləsi üzrə 24.01.2017-ci il tarixinə lizinq məbləği üzrə 30946 ABŞ dolları, faiz məbləği üzrə 2235 ABŞ dolları, 5659 ABŞ dolları hesablanmış cərimə, ümumilikdə 38840 ABŞ dolları ekvivalentində və 30 manat dövlət rüsumunun Cavabdeh Soltanməcid qızından tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
74. İddiaçılar Cavabdeh Soltanməcid qızının və X5 cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinin hüquqi əsasını (onların əsaslandırmasına görə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 və 347-ci maddələri təşkil edir.
75. Apellyasiya instansiyası məhkəməsi həmin tələbə 337.3 və 340.2-ci maddələrini tətbiq etməklə hesab etmişdir ki, lizinq əməliyyatının tərkibinə daxil olan alğı-satqı müqaviləsi və lizinq müqaviləsi əhəmiyyətsiz əqdlərdir. Bu müqavilələr tərəflər arasında olan mövcud münasibətləri pərdələmək üçün bağlandığına görə yalandır.
76. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Çünki baxılan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciəti olmuş və Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi m üddəalarının şərh edilməsinə dair” 28 dekabr 2020-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır. Yuxarıdakılara əsaslanaraq qeyd etmək lazımdır ki, lizinq təşkilatı kredit təşkilatı olmadığından və pul vəsaiti borca verilmədiyindən, lizinq müqaviləsinin kredit müqaviləsinə çevrilməsi praktiki olaraq qeyri-mümkündür, yalnız lizinq alan kredit götürməklə lizinq ödənişini həmin kredit hesabına maliyyələşdirə bilər.
77. Konstitusiya Məhkəməs i Mülki Məcəllənin 747.1 və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən bu nəticəyə gəlmişdir ki, kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyri-mümkündür.
78. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 747-2-ci maddəsinə istinadla lizinqdə gəlir məqsədinin zəruriliyi, lizinq obyektinin bütün əşyalar deyil, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalar olması barədə dəlilləri əsassızdır.
79. Belə ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan 28 dekabr 2020-ci il tarixli qərarında bu məsələyə də izah verilərək qeyd olunmuşdur ki, Mülki Məcəllənin 7472-ci maddəsinin tələblərinə və Vergi Məcəlləsinin 13.2.17 və 114-cü maddələrində əsas vəsaitlərə verilmiş anlayışa uyğun olaraq yaşayış sahəsi, o cümlədən mənzil əsas vəsait olmaqla lizinq müqaviləsinin obyekti ola bilər.
80. Lizinq obyektindən gəlir götürmək məqsədi olmadığı halda lizinq müqaviləsinin kredit müqaviləsi hesab edilməsinin müqavilə azadlığı prinsipinə zidd olub-olmaması, həmçinin mənzilə dair lizinq müqaviləsinin kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlanması məsələləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu göstərilən müqavilələrin müqayisəli şəkildə təhlil edilməsini zəruri hesab edir.
81. İqtisadi nöqteyi-nəzərdən lizinq avadanlıq əldə edilməsi üçün təqdim edilən kreditə oxşardır, lakin fərqləndirici əlamət ilə bank maliyyələşməsinə altern ativ kimi çıxış edir.
82. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 747.1-ci maddəsinin tələblərinə əsasən, lizinq müqaviləsinin mövcudluğu üçün əsas lizinq obyekti kimi çıxış edən əmlakın lizinq məqsədləri ilə lizinq verən tərəfindən satın alınması və ya hazırlanması və onun mülkiyyətində qalmaqla həmin lizinq obyektinin bilavasitə satın almaq hüququ da verilməklə lizinq alanın istifadəsinə verilməsi ilə əlaqədardır.
83. Bundan başqa, Konstitusiya Məhkəməsinin adı çəkilən qərarına əsasən, Mülki Məcəllənin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin tələblərinə və Vergi Məcəlləsinin 13.2.17 və 114-cü maddələrində əsas vəsaitlərə verilmiş anlayışa uyğun olaraq yaşayış sahəsinin, o cümlədən mənzilin əsas vəsait olmaqla lizinq müqaviləsinin obyekti olması və lizinq obyektinin sahibkarlıq fəaliyyəti il ə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir.
84. İddiaçılar Cavabdeh Soltanməcid qızının və X5 vicdanlı yanılmaya istinadla irəli sürdüyü dəlillər də əsassızdır. Çünki alğı-satqı müqaviləsi, həm də lizinq müqaviləsi, anlaşılan dildə, aydın ifadələrdən istifadə edilməklə tərtib olunmuşdur və iki və ya çoxmənalı terminlərdən istifadə olunmamışdır.
85. Mübahisələndirilən lizinq müqaviləsi və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin XİV fəslində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Buna görə də iddiaçılar Cavabdeh Soltanməcid qızının və X5 cavabdeh "xxxx" MMC-yə qarşı lizing və alğı-satqı müqavilələrinin etibarsız sayılması tələbi təmin edilə bilməz. 86. "xxxx" MMC-nin Cavabdeh Soltanməcid qızına qarşı iddiası isə qismən təmin edil məlidir.
87. Belə ki, lizinq müqaviləsinin 1.1-ci bəndində Cavabdeh maqaviləyə əlavə edilmiş ödəniş cədvəlində müəyyən olunmuş tarixlərdə hər ay ödəniş etməyi öhdəsinə götürmüşdür və bu öhdəliyi tam yerinə yetirməmişdir.
88. Bu halda lizinq verənin Mülki Məcəllənin 748-1.12-ci maddəsinə əsasən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yaranır. Buna görə də lizinq verənin iddiası müqavilənin ləğv edilməsi, lizinq obyektinin lizinq verənə qaytarılması və Cavabdeh mənzildən çıxarılması hissəsində təmin olunmalıdır.
89. Cavabdeh Soltanməcid qızından tutulmalı olan lizinq müqaviləsi üzrə borcun məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC iddia ərizəsində bu məbləği lizinq məbləği üzrə 3094 6 ABŞ dolları, faiz məbləği üzrə 2235 ABŞ dolları, 5659 ABŞ dolları hesablanmış cərimə olmaqla, cəmi 38840 ABŞ dolları məbləğdə tələb etməsinə baxmayaraq, sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)11278/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Soltanməcid qızının öhdəliyinin məbləği 9.330,44 manat, faiz məbləği 1.426,62 manat olmaqla, cəmi 10.757,06 manat məbləğdə müəyyən etmişdir və həmin məbləğ "xxxx" MMC tərəfindən mübahisələndirilməmişdir. Həmin məbləğ iş materiallarında olan sübutlara da uyğundur.
90. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayət təmin edilsin. Bakı Apellyasiya Məhəməsinin Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli qətnaməsi lə ğv edilsin. İddiaçılar Cavabdeh Soltanməcid qızının və X5 cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilməsin. "xxxx" MMC-nin Cavabdeh Soltanməcid qızına qarşı iddiası qismən təmin edilsin. Lizinq verən "xxxx" MMC ilə lizinqalan Cavabdeh Soltanməcid qızı arasında bağlanmış 02 noyabr 2015-ci il tarixli daxili lizinq müqaviləsi ləğv edilsin. Həmin müqavilə üzrə Cavabdeh Soltanməcid qızından lizinq məbləği 9330,44 (doqquz min üç yüz otuz manat qırx dörd qəpik) manat, faiz məbləği 1426,62 (min dörd yüz iyirmi altı manat altmış iki qəpik) manat olmaqla, cəmi 10757,06 (on min yeddi yüz əlli yeddi manat altı qəpik) manat tutulub "xxxx" MMC-yə ödənilsin. Lizinqə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən lizinq obyekti "xxxx" MMC-yə qaytarılsın və Cavabdeh Soltanmə cid qızı lizinq obyekti olan mənzildən çıxarılsın "xxxx" MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.