Məhkəmə qərarları › İş №2(102)-4329/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4329/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4329/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11648/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş 2(006)-115/2019) İddiaçı cavabdehlər “xxxx” KB ASC-yə, Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İd arəsinə qarşı xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2013-cü il tarixdə “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 48 ay müddətinə illik istifadə dərəcəsi 20 faiz olmaqla 90.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə borclu Ca vabdeh2 öhdəliklərinin təminatı kimi ona məxsus N saylı evdə yerləşən 33 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar bankla Cavabdeh2 arasında xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. xx xxxx 2015-ci il tarixli sazişə əsasən kredit limitinin müddəti uzadılaraq bitmə tarixi xx xxxx 2030-cu il müəyyən edilmişdir. 2017-ci ilin noyabr ayında İddiaçı “xxxx” KB ASC-yə, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşı Cavabdeh2 bankdan götürdüyü kreditin təminatı kimi özünə məxsus mənzili birgə nikah dövründə aldıqlarını, mənzil girov qoyularkən onun razılığının alınmamasını və s. əsas göstərməklə xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini, yüklülük çıxarışının ləğv edilərək əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı qətnamədən kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxm ağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh2 ilə bank arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 90.000 ABŞ dolları məbləğində kredit verilmiş, eyni tarixli ipoteka müqaviləsi ilə ona məxsus N saylı evdə yerlə şən 33 nömrəli mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və İddiaçı mənzilin ipoteka qoyulmasına razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşul arın və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). İpoteka ilə yüklü edilmiş mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan o, həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək hüququna malik olmuşdur. Bundan başqa, işdən görünür ki, İddiaçı notariatda təsdiq olunmuş yazılı ərizəsində mənzilin ipoteka qoyulmasına etiraz etməmiş və evə ödənişin yönəldiyi təqdirdə evi tərk edəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyinə görə həmin ərizədəki “imza” qrafasındakı imza və “Xıdırova” soyadı İddiaçı tərəfindən icra olunmuşdur. Kollegiya hesab edir ki, ipoteka müqaviləsi qanunun tələbinə uyğun bağlanmaqla onun etibarsız sayılması üçün əsaslar olmadığından, işə baxan apelyas iya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun qətnamə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar