Məhkəmə qərarları › İş №2(102)-4329/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4329/2021

02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4329/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iddia tələbinə, Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və kili Vəkil3, Cavabdeh1 vəkili Vəkil1 qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5605/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 ilə X1 19.02.2000-ci il tarixdə 159 nömrəli akt qeydi ilə Bakı şəhəri Səadət Sarayında nikah bağlamış, nikah bağlanandan sonra arvada “” soyadı verilmişdir. Tərəflərin birgə nikahlarından 22.05.2002-ci il təvəllüdlü Yağmur və 09.04.2005-ci il təvəllüdlü Turker adlı uşaqları anadan olmuşdur. MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ü nvanında 1-ci mərtəbədə yerləşən 107,1 kvadrat metr sahəsi olan qeyri-yşayış sahəsi 30.03.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 000455 nömrəli, 15.02.2002-ci il tarixli orderinə əsasən İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatdadır. 21.08.2017-ci il tarixli Nəqliyyat vasitələrinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı məxsus “Dodge Durango” markalı, 2014-cı il buraxılışlı, PHP********** mühərrik, 1C4RDJDG8EC977269 ban nömrəli, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 satılmışdır. 13.05.2016-cı il tarixli "xxxx" ASC ilə Alı arasında bağlanmış “X4”nə əsasən sonuncuya maksimal faiz dərəcəsi 30% olmaqla, 120 ay müddətinə, limit məbləği 500000 manat olan kredit xət ti açılmışdır. Cavabdeh1 tərəfindən özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsində (əvvəlki Teymur Əliyev küçəsi) olan b.67/71 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (107,1 kvadrat metr ümumi sahədən ibarət) ipoteka ilə yüklü edərək, 36 ay müddətinə, illik 21% olmaqla, 150000 manat kredit götürmüş və 17.06.2016-cı il tarixdən başlayaraq 17.05.2019-cu il tarixədək hər ay 5653 manat ödəniş etməyi qəbul etmişdir. 24.02.2014-cü il tarixli İcarə Müqaviləsinə əsasən X2 tərəfindən Bakı şəhəri, Mərdanov Qardaşları 9 saylı 3 mərtbəli binanın 1-ci mərtəbəsində yerləşən 160,7 kvadrat metr olan qeyri-yaşayış sahəsi 5 il müddətinə, aylıq icarə haqqı 2000 manat olmaqla Cavabdeh1 icarəyə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1805/2018 saylı 30 mart 2018-ci il tar ixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan uşaqları ataları Cavabdeh1 yanında saxlanılmış, anadan aliment alınması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı () İddiaçı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 dekabr 2016-cı il tarixdə ünvan 4 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manata iddiaçının ½ hissəsədə pay hüququnun tanınması və həmin məbləğin Cavabdeh1 alınaraq ona verilməsi, həmçinin mənzildə olan 3 ədəd 1500 manat dəyərində kondisionerə, 10000 manat dəyərində 2 ədəd televizora və tumba qab qacağa (Messin firması), 2000 manat dəyərində 4 ədəd şkafa, 3000 manat dəyərində 4 ədəd çılçırağa, 600 manat dəyərində radiatora ½ hissədə pay hüququnun tanınması və onların dəyərinin yarsının Cavabdeh1 tutularaq ona verilməsi, “Samsung” markalı soyuducunun satışından əldə edilmiş 3000 manata iddiaçı () nın ½ hissədə pay hüququnun tanınması və həmin məbləğin Cavabdeh1 alınaraq ona verilməsi, Türkiyə Respublikası, İstanbul şəhəri, Küçükcekmece rayonu, Halkalı məhəlləsi, Menekşe, Bölmə F21C21 AlB, Blok 800 ünvanında sahəsi 246092,58 kvadrat metr olan mənzilin satışından əldə edilmiş 150000 ABŞ dollarına iddiaçının ½ hissədə pay hüququnun tanınması və həmin məbləğin Cavabdeh1 alınaraq ona verilməsi, Cavabdeh1 adına rəsmiləşdirilmiş ünvan 5ünvanında yerləşən ümumi sahəsi 107,1 kvadrat metr olan qeyri yaşıyış sahəsinə iddiaçı () nın ½ hissədə pay hüququnun tanınması, ünvan 6 ünvanında yerləşən “Hagina" gözəllik salonunda olan 1 ədəd 1500 manat dəyərində pedikur vannasına, 1 ədəd dəyəri 500 manat olan işlənmiş kuşetkaya, 1 ədəd dəyəri 500 manat olan ağ rəngli S.Kuşetkaya, 1 ədəd dəyəri 100000 manat olan ”Aleksandrit” markalı lazer aparatına (2011), 1 ədəd dəyəri 3000 manat olan “BOSCH” markalı ağ rəngli kondisionerə, dəyəri 1000 manat olan 2 və 3 nəfərlik oturacaqlara, dəyəri 500 manat olan “İNDESİT” markalı kiçik ağ rəngli soyuducuya, dəyəri 600 manat olan ”Samsunq"markalı paltaryuyan maşına, dəyəri 600 manat olan “Blomberq” markalı paltar qurudana, dəyəri 1500 manat olan “Ariston” ağ rəngli, 2 ədəd/şkaf 4 ədəd, dəyəri 1400 manat olan 2 ədəd “Samsunq” markalı soyuducuya, dəyəri 1600 manat olan ağ rəngli saçyuma vannasına oturacaqları ilə birlikdə, dəyəri 3400 manat olan 9 ədəd divar güzgüsünə, dəyəri 4000 manat olan 8 ədəd oturacağa, dəyəri 1500 manat olan dairəvi ağ rəngli divana, dəyəri 3000 manat olan 1 ədəd “SİEMENS” markalı soyuducuya, dəyəri 500 manat olan 1 ədəd kosmetoloq stoluna, dəyəri 500 manat olan 1 ədəd “Facial Stcamer” aparatına, dəyəri 500 manat olan 1 ədəd 80-2B “Centrifuce” aparatına, dəyəri 1000 manat olan 1 ədəd Hotca Binet kosmetoloq aparatına, dəyəri 700 manat olan 2 ədəd televizora, dəyəri 1200 manat olan musiqi mərkəzinə, dəyəri 1000 manat olan 2 ədəd manikür stollarına, dəyəri 1200 manat olan 4ədəd kresloya, dəyəri 1200 manat olan 20 ədəd fenə, dəyəri 900 manat olan 3 ədəd divana, dəyəri 500 manat olan duş kabininə, dəyəri 1800 manat olan “Samsung Galaxy S8” aparatına, dəyəri 1400 manat olan regulatora ½ hissədə pay hüququnun tanınması, naturada və yaxu d onların dəyəri olan 137400 manat məbləğində pul vəsaitinin ½ hissəsinin Cavabdeh1 alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa məhkəmənin icraatında olan digər, 2(001)-1805/2018 saylı (əvvəlki qeydiyyat nömrəli 2(001)-12842/2017 olmuşdur) mülki iş materiallarına əsasən iddiaçı Cavabdeh1 03.08.2017-ci il tarixdə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış və Bakı şəhəri Səadət sarayında 19.02.2000-ci il tarixdə 159 nömrə ilə qeydə alınmış nikahın pozulması və 22.05.2002-ci il təvəllüdlü Yağmur və 09.04.2005-ci il təvəllüdlü Turkerin boşanmadan sonra iddiaçı ilə qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bir yerdə yaşamırlar və ara larında olan nikah əlaqələri faktiki olaraq 2017-ci ilin iyul ayının ortalarından kəsilmişdir. Uşaqlar cavabdehlə qalmaq istəmirlər, hazırda onun yanındadırlar. Dana sonra Cavabdeh1 iddia ərizəsinə əlavə təqdim edərək ilkin tələblərinə əlavə olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X7 küçəsi, döngə 2, ev 3 ünvanda yerləşən yaşayış evinə, ünvan 8şayış sahəsinə və orada yerləşən əmlak və əşyalara, ünvan 11-ə, ünvan 2-ə və həmin mənzildə yerləşən əşyalara – ev-məişət avadanlıqları, mebellər, cihazlar və qızıl zinət əşyalarına, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 saylı mənzilə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına, “Porsche Cayenne” markalı **-BA-*** dövlət q eydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASCdə cavabdeh İddiaçı adına olan hesabdakı əmanət (pul məbləği) 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə mövcud olan borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 30.03.2018-ci il tarixli 2(001)-1805/2018 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü” tələbinə dair iddiası üzrə “nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi” hissədə tələb ayrıca icraata ayrılmışdır. Məhkəmənin 30.05.2018-ci il tarixli 2(001)-812/2018 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı "nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü" tələbinə dair iddiası üzrə 2(001)-812/2018 saylı mülki işlə, məhkəmənin icraatında olan eyni tərəflər arasında eyni əsaslarla eyni predmet üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "nikahın pozulması, uşaqların atanın yanında qalmasının müəyyən edilməsi və əmlak bölgüsü" tələbinə dair iddiası üzrə 2(001)1805/2018 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmişdir. 13.08.2018-ci il tarixdə Cavabdeh1 cavabdeh qismində İddiaçı, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsini göstərməklə, iddia təl əbinin həcminin artırılması barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X7 küçəsi, döngə 2, ev 3 ünvanda yerləşən evə, ünvan 9 sahəsinə, ünvan 10-ə, ünvan 2-ə, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 12.03.2019-cu il tarixdə "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərə k müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmiş, ərizə məhkəmə tərəfindən təmin edilmişdir. 30.05.2019-cu il tarixdə Cavabdeh1 cavabdeh qismində İddiaçı, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsini göstərməklə, iddia tələbinin həcminin artırılması barədə növbəti ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X7 küçəsi, döngə 2, ev 3-ə, ünvan 9 sahəsinə və orada yerləşən əmlak və əşyalara, ünvan 10-ə, ünvan 2-ə və həmin mənzildə yerləşən əşyalara – məişət avadanlıqları, mebellər, cihazlar və qızıl zinət əşyalarına, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 7-ci mərtəbə, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Dur ango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh2 İddiaçı verdiyi etibarnamənin etibarsız hesab edilməsi və “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC-də cavabdeh İddiaçı adına olan hesabdakı əmanətə (pul məbləği) 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, həmçinin kredit müqaviləsinə əsasən faktiki ayrılandan sonra "xxxx" ASC-yə Cavabdeh1 tərəfi ndən ödənilən 1053 saylı qəbzlə 19.06.2017-ci il tarixdə 5652 manat, 1019 saylı qəbzlə 20.09.2017-ci il tarixdə 5700 manat, 1044 saylı qəbzlə 17.07.2017-ci il tarixdə 5653 manat, cəmi ödənilən 17005 manat məbləğin 1/3 hissəsinin, yəni 5668 manatın İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan Cavabdeh1 yenidən iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X7 küçəsi, döngə 2, ev 3-ə, ünvan 9 sahəsinə, ünvan 10 ünvanda yerləşən qeyri yaşayış sahəsinə, ünvan 2-ə, Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 7-ci mərtəbə, 22 və 23 saylı mənzillərin hər birinə Cavabdeh1 2/3 hissədə pay hüququnun, İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi; “Dodge Durango” ma rkalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh2 İddiaçı verdiyi 21.08.2017-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi və “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı qara rəngdə avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə mövcud olan borc məbləğinin 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, həmçinin kredit müqaviləsinə əsasən faktiki ayrılandan sonra "xxxx" ASC-yə Cavabdeh1 tərəfindən ödənilən 1053 saylı qəbzlə 19.06.2017-ci il tarixdə 5652 manat, 1019 saylı qəbzlə 20.09.2017-ci il tarixdə 5700 m anat, 1044 saylı qəbzlə 17.07.2017-ci il tarixdə 5653 manat, cəmi ödənilən 17005 manat məbləğin 1/3 hissəsinin, yəni 5668 manatın İddiaçı Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.11.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X7 küçəsi, döngə 2, ev 3 və Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 116 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 29.10.2019-cu il tarixli məktubuna əsasə n İddiaçı adında 06.03.2017-ci il tarixdən “Porsche Cayenne” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.02.2020-ci il tarixli 2(001)-40/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddiası Türkiyə Respublikası, İstanbul şəhəri, Küçükcekmece rayonu, Halkalı məhəlləsi, Menekşe, Bölmə F21C21 AlB, Blok 800 ünvanında sahəsi 246092.58 kvadrat metr olan mənzilin satışından əldə edilmiş 150000 ABŞ dollarına iddiaçı () nın ½ hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 alınaraq ona verilməsi hissəsində baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Günel Abbasova) 2(001)40/2020 saylı, 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı və Cavabdeh2 qarşı iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X7 küçəsi, döngə 2, 3 saylı evə; ünvan 9 sahəsinə; ünvan 2-ə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 saylı mənzilə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 23 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, İddiaçı 1/3 hissədə pay huququnun müəyyən edilməsi, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh1 2/3 hissədə pay hüququnun müəyyən edilməsi, “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.08.2017-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, “Porsche Cayenne” markalı **-BA-*** döv lət qeydiyyat nişanlı avtomaşına 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.08.2017-ci il tarixli “Kredit Müqaviləsi” üzrə mövcud olan borc məbləğinə 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə İddiaçı arasında bölünməsi, İddiaçı Cavabdeh1 qarşı iddia tələbinin qismən təmin edilməsi, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı 1/3 hissədə pay hüququnun müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid olunması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli əmlaklar tərəflərin birgə nikah müddətində əldə edilmişdir və birgə nikah müddətində əldə edilmiş əmlakların bölünməsi barədə tərəflər arasında hər ha nsı razılaşma mövcud deyildir. Məhkəmə Ailə Məcəlləsinin 37.2-ci maddəsinə istinad edərək hesab etmişdir ki, mübahisəli əmlaklara Cavabdeh1 payı 2/3 hissədə müəyyən edilməli, qalan 1/3 hissəsi isə İddiaçı payı hesab olunmalıdır. Ailə qanunvericiliyinin tələblərinə görə özlüyündə uşaqların valideynlərdən hər hansı biri ilə qalması birgə mülkiyyətin bölünməsi zamanı ona çatası payın daha artıq müəyyən edilməsinə əsas verir. Məhkəmə Cavabdeh1 himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olmasını nəzərə alaraq hesab etmişdir ki, qanunun göstərilən norması Cavabdeh1 ümumi mülkiyyətdəki payının artırılmasına imkan verir. Ona görə də, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X7 küçəsi, döngə 2, 3 saylı evə; ünvan 9 sahəsinə; ünvan 2-ə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 22 saylı mənzilə; Bakı şəhəri, S.Rəhman küçəsi, ev 41, 23 saylı mənzilə Cavabdeh1 2/3 hissədə, İddiaçı 1/3 hissədə pay huququ müəyyən edilməlidir. Həmçinin ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh1 2/3 hissədə pay hüququ müəyyən edilməlidir. Məhkəmə “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.08.2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə münasibətdə hesab etimişdir ki, bağlanmış alğı-satqı müqaviləsi formal xarakter daşıyır. Belə ki, göstərilən müqavilədə avtomobilin 25000 manata satılması göstərilsə də, Cavabdeh2 tərəfindən həmin məbləğ İddiaçı ödənilməmişdir. Digər tərəfdən iş materiallarından aşkar surətdə göründüyü kimi, mübahisəli avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsi İddiaçı satıcı kimi mübahisəli avtomobili Cavabdeh2 öhdəsinə və mülkiyyətinə verməmiş (alğı-satqı bağlandığı gün, yəni 21.08.2017-ci il tarixdə Cavabdeh2 tərəfindən İddiaçı etibarnamə verilmişdir), Cavabdeh2 isə avtomobili qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməmişdir. Belə ki, alğı-satqı müqaviləsində avtomobilin 25000 manata satılması göstərilsə də, həmin məbləğin ödənilməsinə dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da alğı-satqı müqaviləsinin qanunla müəyyən edilmiş şərtlərinə əməl edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli avtomobilə dair alğı-satqı müqaviləsi məhz Cavabdeh1 İddiaçı qarşı 03.08.2017-ci il tarixdə nikahın pozulmasına dair iddia ərizəsinin verilməsindən sonra bağlanmışdır. Bu hal isə özü-özlüyündə avtomobilə dair a lğı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alır. Məhkəmə hesab etmişdir ki, mübahisəli avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanmaqla yanaşı, həm də qanunun tələblərinə müvafiq qaydada bağlanmamışdır. Buna görə də göstərilən alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Mübahisəli avtomobilə dair bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, ondan irəli gələn məsələlər həll edilərək, alıcının və satıcının hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı və mübahisəli avtomobil İddiaçı geri qaytarılmalıdır. Lakin, mübahisəli avtomobilə dair Cavabdeh2 tərəfindən müqavilədə göstərilən 25000 manat məbləğində pul vəsaiti ödənilmədiyindən, ödənilməyən məbləğin Cavabdeh2 qaytarılması da yolveril məzdir. Məhkəmə hesab etmişdir ki, “Dodge Durango” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı və “Porsche Cayenne” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə də 2/3 hissədə Cavabdeh1, 1/3 hissədə İddiaçı pay hüququ müəyyən edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin 24.08.2017-ci il tarixdə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun bölünməsinə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Tərəflər arasında ümumi əmlakın bölünməsi tələbi barəsində məhkəmə mübahisəsi mövcud olduğundan, həmçinin tərəflər arasında əmlak bölgüsü aparılan zaman tərəflərin payları 1/3 və 2/3 hissələrlə müəyyən edildiyindən, həmin borc məbləği tərəflərin ümumi borcu olduğundan, onların ümumi borcları da onların paylarına uyğun hissələr lə müəyyən edilməlidir. Həmçinin iş materiallarından aydın olur ki, ünvan 9 sahəsi tərəflərin birgə nikahda olduqları müddətdə əldə edilmişdir, göstərilən kredit isə onların birgə nikahda olduqları müddətdə həmin qeyri-yaşayış sahəsinin alınması və təmir işlərinin görülməsi üçün götürülmüşdür. Məhkəmə İddiaçı iddia tələbi qismən əsaslı hesab edərək qeyd etmişdir ki, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh1 2/3 hissədə pay hüququ müəyyən edildiyindən, İddiaçı pay hüququ 1/3 hissədə müəyyən edilməlidir. Məhkəmə İddiaçı iddia ərizəsində qeyd etdiyi əşyaların birgə nikah dövründə alınmasına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Qətnamədən () apellyasiya şikayəti verərək onun ləğv edi lməsi və onlar tərəfindən verilmiş iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, əmlaklar alınan zaman cavabdeh işsiz olmuş və bütün əmlkalar iddiaçının atası tərəfindən alınmışdır. Həmçinin əmlakların cavabdehin xeyrinə qeyri mütənasib bölünməsi də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi bu mövqeyini tərəflərin uşaqlarının cavabdehdə qalması ilə əsaslandırsa da, iddiaçının uşaqlar üçün aliment ödədiyini nəzərə almamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən görünür ki, tərəflər yuxarıda sadalanan əmlakların onların birgə nikahları dövründə əldə edildiyini mübahisələndirməmişlər; bununla belə ilkin iddia üzrə İddiaçı əmlaklara Cavabdeh1 2/3 pay hüququnun tanınmasından narazıdır və o əmlakların bərabər paylara bölünməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birgə nikah dövründə əldə olunmuş əmlaklara dair tərəflərin diqqətəlayiq mənafelərini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və işin bütün hallarını məcmu şəkildə qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli əmlaklara Cavabdeh1 2/3 pay hüququnu tanımaqda düzgün qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə iddiaçı nın iddia tələbinin “09 dekabr 2016-cı il tarixdə ünvan 4 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manata iddiaçı () nın ½ hissəsədə pay hüququnun tanınması və məbləğinin Cavabdeh1 alınaraq ona verilməsi, həmçinin mənzildə olan 3 ədəd 1500 manat dəyərində kondisionerə, 10000 manat dəyərində 2 ədəd televizora və tumba qab-qacağa (Messin firması), 2000 manat dəyərində 4 ədəd şkafa, 3000 manat dəyərində 4 ədəd çılçırağa, 600 manat dəyərində radiatora ½ hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 tutularaq ona verilməsi, samsung markalı soyuducunun satışından əldə edilmiş 3000 manata iddiaçı () nın ½ hissədə pay hüququnun tanınması və məbləğin Cavabdeh1 alınaraq ona verilməsi” hissəsinə qiymət verərək qeyd etmişdir ki, həmin mənzil tərəflərin nikahları pozulmadan və birgə yaşadıqları dövrdə satıldığından, həmin mənzilin satışından əldə olunan vəsait ailənin ehtiyaclarına xərclənmişdir. Belə ki, tərəflər arasındaki nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1805/2018 saylı 30 mart 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və tərəflər də 2017-ci ilin iyul ayınadək birgə yaşadıqlarını bildirmişlər. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə iddiaçının iddia tələbinin “ünvan 12 ünvanında yerləşən “Hagina" gözəllik salonunda olan 1 ədəd 1500 manat dəyərində pedikur vannasına, 1 ədəd dəyəri 500 manat olan işlənmiş kuşetkaya, 1 ədəd dəyəri 500 manat olan ağ rəngli S.Kuşetkaya, 1 ədəd dəyəri 100000 manat olan Aleksandrit lazer aparatına (2011), 1 ədəd dəyəri 3000 manat olan “BOSCH” markalı ağ rəngli kondisionerə, dəyəri 1000 manat olan 2 və 3 nəfərlik oturacaqlara, dəyəri 500 manat olan “İNDESİT” markalı kiçik ağ rəngli soyuducuya, dəyəri 600 manat olan ”Samsunq"markalı paltaryuyan maşına, dəyəri 600 manat olan “Bloınberq” markalı paltar qurudana, dəyəri 1500 manat olan Ariston ağ rəngli, 2 ədəd/şkaf 4 ədəd, dəyəri 1400 manat olan 2 ədəd “Samsunq” markalı soyuducuya, dəyəri 1600 manat olan ağ rəngli saçyuma vannasına oturacaqları ilə birlikdə, dəyəri 3400 manat olan 9 ədəd divar güzgüsünə, dəyəri 4000 manat olan 8 ədəd oturacağa, dəyəri 1500 manat olan dairəvi ağ rəngli divana, dəyəri 3000 manat olan 1 ədəd “SİEMENS” markalı soyuducuya, dəyəri 500 manat olan 1 ədəd kosmetoloq stoluna, dəyəri 500 manat olan 1 ədəd Facial Stcamer aparatına, dəyəri 500 manat olan 1 ədəd 80-2B Centrifuce aparatına, dəyəri 1000 manat olan 1 əd əd Hotca Binet kosmetoloq aparatına, dəyəri 700 manat olan 2 ədəd televizora, dəyəri 1200 manat olan musiqi mərkəzinə, dəyəri 1000 manat olan 2 ədəd manikür stollarına, dəyəri 1200 manat olan 4ədəd kresloya, dəyəri 1200 manat olan 20 ədəd fenə, dəyəri 900 manat olan 3 ədəd divana, dəyəri 500 manat olan duş kabininə, dəyəri 1800 manat olan Samsung Galaxy S8 aparatına, dəyəri 1400 manat olan regulatora ½ hissədə hissədə pay hüququnun tanınması, naturada və yaxud onların dəyəri olan 137400 manat məbləğində pul vəsaitin ½ hissəsinin Cavabdeh1 alınaraq iddiaçıya verilməsi” hissəsi üzrə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir və bununla bağlı hər hansı əlavə əsaslandırma aparılmasına zərurət görməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbinin hə min hissədə araşdırılmasına imkan verəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı (vəkil X6) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsinin qətnamələri əsassız və qanunsuz olduğuna görə ləğv edilməli və mülki işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mübahisəli əmlaklar alınan zaman Cavabdeh1 işsiz olmuş və bütün əmlaklar onun (i ddiaçının) atası tərəfindən alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 32.1 və 32.2-ci maddələrinin tələbləri pozularaq mübahisəli əmlaklara Cavabdeh1 payı 2/3 hissə, onun payı isə 1/3 hissə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi bu mövqeyini uşaqların Cavabdeh1 qalması ilə əsaslandırsa da, uşaqlar üçün aliment ödəməyini nəzərə amamışdır. Bundan başqa, məhkəmə iddia tələbinin Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş pula onun 2/3 pay hüququnun, Cavabdeh1 isə 1/3 pay hüququnun müəyyən edilməsi hissəsinə ümumiyyətlə baxılmamışdır. Daha sonra məhkəmə iddia ərizəsində qeyd etdiyi əşyaların birgə nikah dövründə alınmasını sübut edə bilmədiyi üçün həmin hissədə də iddia tələbini təmin etməmişdir. Lakin məhkəmə ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən 107,1 kvadrat metr sahəsi olan qeyri yaşayış sahəsinin birgə nikah dövrü zamanı, yəni 30.03.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmasını və İcarə Müqaviləsinə görə Bakı şəhəri, Mərdanov Qardaşları 9 saylı 3 mənbəli binanın 1-ci mərtəbəsində yerləşən 160,7 kvadrat metr olan qeyri - yaşayış sahəsi 24.02.2014-cü il tarixdə, yəni birgə nikah dövrü zamanı tərəfindən icarəyə götürülməsini və belə olan halda, qeyri-yaşayış sahələrindəki iddia ərizəsində qeyd edilən əşyaların müvafıq olaraq 30.03.2012-ci il və 24.02.2014-cü il tarixlərdən sonra, yəni bırgə nikah dovru zamanı alınmasını diqqətdən qaçırmışdır. Həmçinin nikah dövründə ona verilmiş qızıl-zinət əşyalarının Cavabdeh1 alınaraq ona qaytarılması barədə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən baxılmamış qalmışdır. İşə baxılan zaman müəyyən edilmişdir ki, notariat kontoru tərəfindən təsdiq edilmiş və rəsmi sənəd olan 21 avqust 2017-ci il tarixli alğı-satqı müqaviləsi ilə "Dodge Durango“ markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən Cavabdeh2 satılmışdır. Birinci instansiya məhkəməsi həmin müqaviləni etibarsız hesab edərək həmin avtomobilə 2/3 hissədə Cavabdeh1 pay hüququnu tanımışdır. Lakin məhkəmə avtomobilin satılmasını nəzərə almamış, gəldiyi nəticəni əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi səhvləri təkrarlayaraq qətnaməni qeyd edilən hissələrdə dəyişdirmədən saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə et iraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh1 vəkili Vəkil1 qızı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə qarşıqlı iddia üzrə cavabdeh ƏlCavabdeh2 və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsas ən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ilk in iddia tələbinin təmin edilməyən hissələri üzrə yoxlamışdır. Çünki qətnaməni Cavabdeh1 mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissələrdən apellyasiya şikayəti vermişdir. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının həddələrini də təşkil etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə

32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə e tdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 37.1-37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağ ıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdeh1 ilə İddiaçı 19.02.2000-ci il tarixdə rəsmi nikaha daxil olmaları, tərəflərin birgə nikahlarından 22.05.2002-ci il təvəllüdlü Yağmur və 09.04.2005-ci il təvəllüdlü Turker adlı uşaqlarının olması və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, uşaqların ataları Cavabdeh1 yanında saxlanılması işin mübahisələndirilməyən hallarıdır. Tərəflərin birgə nikahı dövründə bir sıra daşınar və daşınmaz əmlaklar əldə edilmişdir. Hazırda kassasiya şikayəti verən İddiaçı dəlilləri ilk iddia tələbinin rədd edilən hissələri və q arşıqlı iddia üzrə payların müəyyən edilməsi hissəsi ilə bağlıdır. Kassasiya şikayətinin dəlillərindən biri məhkəmənin birgə nikah dövründə əldə edilmiş əmlaklara onun 1/3 hissə, Cavabdeh1 isə 2/3 hissə payının müəyyən edilməsi ilə bağlıdır. İşə baxan məhkəmələr bu qənaətə gələrkən uşaqların Cavabdeh1 yanında olmasına istinad etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr bu qənaətə gələrkən maddi hüquq normasını düzgün tətbiq etməmişlər. Belə ki, Ailə Məcəlləsinin 37.1 və 37.2-ci maddələrinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-a rvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən uşaqlardan Yağmurun artıq yetkinlik yaşına çatmasını, həmçinin uşaqların saxlanması üçün İddiaçı tərəfindən Cavabdeh1 aliment ödəməsini nəzərə almamışdır. Həmçinin işdən normada göstərilən payların bərabər bölünməməsinə əsas verəcək digər halların olması da müəyyən edilmir. Məhkəmə ata Cavabdeh1 çatacaq payın anaya çatacaq paya nisbətən artılırmasında uşaqların hansı maraqlarının təmin olunmasını, paylar bərabər olduğu təqdirdə bu maraqların təmin olunmayacağı, ananın özünə çatacaq əmlakdan uşaqlarının mənafeyinə istifadə et məyəcəyi ehtimalının olmasını əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131 ünvanındakı 13 saylı mənzilin satışından əldə edilmiş 130000 manat pula onun 2/3 pay hüququnun, Cavabdeh1 isə 1/3 pay hüququnun müəyyən edilməsi hissəsini rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında olan nikah 30.03.2018-ci il tarixli qətnamə ilə pozulmuş, həmin mənzil tərəflərin birgə nikahı dövründə, yəni 09.12.2016-cı ildə satıldığından mənzilin satışından əldə edilmiş pul ailənin ümumi ehtiyaclarına sərf edilmişdir. Məhkəmə bu qənaətə gələrkən işdə olan sübutları tam, hərtərəfli və obyektiv tətqiq etməmişdir. Belə ki, tərəflər arasında olan nikahın pozulması barədə məhkəmə qətnaməsi 30.03.2018-ci ildə çıxarılsa da, İddiaçı nikahın pozulma sı ilə bağlı iddia tələbi ilə məhkəməyə 01.08.2017-ci il tarixdə müraciət etmiş, iddia ərizəsində aralarında olan ailə münasibətlərinin uzun müddət pozulduğunu göstərmişdir. Həmçinin iddia ərizəsində İddiaçı onun 22.09.2016-cı ildə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etdiyini, məhkəmənin onlara 3 ay vaxt verdiyini göstərmişdir. Göründüyü kimi, məhkəmə mübahisəli mənzil satılan zaman tərəflər arasında olan ailə münasibətlərinin pozulub-pozulmamasına, onların birgə təsərrüfat aparıbaparmamasına düzgün hüquqi qiymət verməmiş, tərəflərin arasında birgə təsərrüfatın aparılmaması tarixi kimi nikahın pozulması barədə məhkəmə qətnaməsinin çıxarıldığı tarixi göstərməklə düzgün qənaətə gəlməmişdir. Belə ki, tərəflər arasında nikah münasibətləri faktiki olaraq pozulduğu, ər-arvad birgə təs ərrüfat aparmadığı halda əldə edilən pulun da ailənin ümumi ehtiyaclarına sərf edilməsinin mümkün olub-olmamasına məhkəmə qiymət verməməmişdir. Bundan başqa işə baxan məhkəmələr ilk iddia tələbinin idida ərizəsində göstərilən əşyalar (mebellər, avadanlıqlar, qızıl-zinət əşyaları və s. daşınar əşyalar) hissədə İddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini rədd etmidir. Lakin məhkəmələr bu hissədə də sübutların tətbiqində MPM-nin 88-ci madəsinin tələblərinə əməl etməyərək prosessual pozuntuya yol vermişlər. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, id dia ərizə ilə məhkəməyə müraciət edən İddiaçı həmçinin iddianın təmin etmə təbiri barədə ərizələr də vermiş, iddia ərisəsində qeyd etdiyi həmin əşyaların üzərinə həbs qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərək qərardadı icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərmişdir. Məhkəməyə həmin şöbənin “İcra sənədinin icraatına xitam verilmsi haqqında” 26.02.2018-ci il tarixli qərarı daxil olmuşdur. Həmin qərardan və qərara əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, icra məmuru icra hərəkətlərini yerinə yetirərək qeyd edilən qeyri-yaşayış sahələrindəki əmlakların siyahıya alınması barədə akt tərtib etmiş, həmçinin Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələblərini izahı edilməsi barədə yazıl iltizam almışdır. Lakin bi rinci instansiya məhkəməsi həmin sənədləri nəzərə almamış, qeyd edilən sənədləri nə üçün sübut kimi qəbul etmədiyini əsaslandırmamış, iddiaçının heç bir sübut təqdim etməməsi əsası ilə iddia tələbini qeyd edilən hissədə rədd etməkdə düzgün nəticəyə gəlməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu hissədə əlavə araşdırmağa zərurət görməyərək məhkəmənin gəldiyi səhvi təkrarlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Kassasiya şikayətinin digər dəlili isə "Dodge Durango“ markalı avtomobilin alqısatqısı barədə müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilə 2/3 hissədə Cavabdeh1 pay hüququ tanınması ilə bağlıdır. Birinci instansiya məhkəməsi həmin hissədə gəldiyi nəticəni onunla əsaslandmışdır ki, müqavilə hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanmaqla yanaşı, həm də qanunun tələblərinə uyğun bağlanmamışdır. Avtomobilin 25000 manata satılması göstərilsə də, Cavabdeh2 tərəfindən həmin məbləğ İddiaçı ödənilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərin əsaslı hesab edərək qeyd edi r ki, məhkəmə bu hissədə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 28.08.2018-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, 21.08.2017-ci il tarixli Nəqliyyat vasitələrinin alğı-satqı müqaviləsinə əsasən mübahisəli avtomobil İddiaçı tərəfindən Cavabdeh2 satılmışdır. Müqavilədə nəqliyyat vasitəsinin satış qiyməti 25000 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun bağlanmadığını qeyd etmiş, lakin hansı qanunvericiliyin hansı tələblərinin pozulmasını qətnamədə göstərməmişdir. Məhkəmə həmin müqaviləni görünüş üçün bağlanmasını qeyd edərək müqavilə üzrə 25000 manat pulun İddiaçı ödənilmədiyi ni qeyd etmiş, lakin məhkəmənin bu qənaətə də hansı əsaslarla gəlməsi işdən görünmür. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv ed ilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5605/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar