Məhkəmə qərarları › İş №2(102)-4336/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4336/2022

31.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4336/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4336/2022 Açar sözlər: Torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi, gediş-gəliş yolunun açılması Bakı şəhəri 31 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, qərəzli hərəkətlərinə son qoyulması, tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 430/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Balakən rayonu Katex kəndi ərazisində yerləşən 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X1 ümumi birgə mülkiyyətində olmuş və mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX Seriyalı ******* nömrəli Çıxarış verilmişdir.

2. X1 ölümü ilə əlaqədar Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeyd edilən torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış və mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli Çıxarış verilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışa əsasən, Balakən rayonu Katex kəndi ərazisində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 268.70 kv.metr olan fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-364/2020 nömrəli qərarı ilə iddiaçı Balakən rayon Katex Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi nə qarşı “üçüncü şəxs İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A seriyalı 363301 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh RX seriyalı ******* nömrəli “Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndindəki 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qarşısında cavabdeh tərəfind ən inşa edilmiş hasarın sökülməsi və cavabdehin son 20 il ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi nəticəsində əldən çıxmış fayda olan 20000 manat pulun və 5000 manat mənəvi ziyanının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehin onun xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, ümumi paylı mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinə Zaqatala-Balakən şosesinin üzərində yerləşən torpaq sahəsinə ən yaxın hissədən yolun verilməsi, torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qa rşısında cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi və cavabdehin son 20 il ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi nəticəsində əldən çıxmış fayda olan 20000 manat pulun və 5000 manat mənəvi ziyanının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı məhkəmə baxışı zamanı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehin onun xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin 5 kvadrat metr hissəsində cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi, torpaq sahəsinə giriş çıxış üçün mövcud olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi və cavabdehin son 20 il ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi nəticəsində əldən çıxmış fayda olan 20000 manat pulun və 5000 manat mənəvi ziyanının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun xüsusi mülkiyyətində olan torpaq sahəsini mişar daşından inşa edilmiş barı ilə hasara almaqla ora giriş hüququnu məhdudlaşdırmışdır. 20 ilə yaxın müddətdir ki, cavabdeh onun torpaq sahəsindən istifadə edir və hər ildə mütəmadi olaraq həmin torpağın hesabına gəlir götürür. Cavabdeh onu həmin əmlaka buraxmamaqla, əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdehi n evinin 5 kv.m hissəsi onun torpaq sahəsində inşa olunmuşdur. Cavabdehin bu hərəkətləri nəticəsində onun 20 il ərzində torpaqdan fayda götürmək hüququ da məhdudlaşdırılmışdır. Qeyd olunan dövrdə o həmin torpaq sahəsini icarəyə verməklə və orada bitən otu biçməklə 1 ildə orta hesabla 1000 manat gəlir götürə bilərdi. Bütün bunlar isə onun mənəvi sarsıntı keçirməsinə və ona mənəvi ziyan dəyməsinə səbəb olmuşdur. Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində ona dəymiş mənəvi ziyan 5000 manat olaraq qiymətləndirilməlidir.

9. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının torpaq sahəsi başqa ərazidədir. Sadəcə olaraq sənədlər düzgün işlənməmişdir. Onun istifadə etdiyi torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur. O, uzun müddətdir həmin torpaq sahə sindən istifadə edir, orada ağaclar əkmişdir.

10. Birinci instansiya məhkəməsinin müvafiq qərardadları ilə mütəxəssis rəylərinin alınması və ekspertiza tətqiqatlarının aparılması qərara alınmış və məhkəməyə aşağıdakı rəylər təqdim edilmişdir:

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 21 oktyabr 2019-cu il tarixdə verilmiş **********16 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı X4 ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləşən 0.2585 ha torpaq sahəsinin naturada ölçüləri DƏDRX-nin tərtib etdiyi RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən ölçülərə uyğundur. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmi r. Həmin torpaq sahəsini İddiaçı istifadə edir. İddiaçı, X4 ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləşən 0.2585 ha torpaq sahəsinə yol "xxxx" MMC-nin Elektron baza məlumatlarında olan Kompleks yerquruluşu layihələrində nəzərdə tutulmamışdır. Həmin əraziyə yolun hansı hissədən verilməsi idarənin səlahiyyətləri xaricindədir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 02 dekabr 2019-cu il tarixdə verilmiş 21300 nömrəli ekspert rəyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 21 oktyabr 2019-cu il tarixdə verilmiş **********16 nömrəli mütəxəssis rəyinə uyğun olmuşdur. Ekspert rəyində əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının torpaq sahəsinə ş osse yolu tərəfindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq Servitut hüququ ilə yolun verilməsi mümkündür.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 16 mart 2020-ci il tarixdə verilmiş **********13 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı mərhum X4 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinin naturada ölçüləri 0,2564 hektardır və hüquq müəyyənedici sənəddən 21 kv.m azdır. Həmin torpaq sahəsinin Cavabdeh tərəfindən 21 kv.m hissəsi istifadə edilir və istifadə olunan hissə tərtib olunmuş sxemdə göstərilmişdir. İddiaçının mərhum X4 ilə ümumi birgə mülkiyyətdə olan Balakən rayonu Katex kəndində yerləş ən 0,2585 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikinti aparılmışdır və 5 kv.m torpaq sahəsi əsas tikiliyə, 16 kv.m torpaq sahəsi səthi hamarlanmış əraziyə düşür. Mübahisələndirilən torpaq sahəsi tərtib edilmiş sxemdə istinad nöqtələri və kordinatları göstərilmişdir. İddiaçının X4 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinə yol "xxxx" MMC-nin elektron baza məlumatlarında olan kompleks yerquruluşu layihələrində nəzərdə tutulmamışdır, həmin torpaq sahəsinə şosse yolu tərəfdən Servitut hüququ ilə yolun verilməsi mümkündür.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 11 iyun 2020-ci il tarixdə verilmiş 10/833 nömrəli rəyə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanın da Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 mart 2020-ci il tarixli **********13 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı mərhum X4 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinin naturada ölçüləri 0,2564 hektardır və hüquqmüəyyənedici sənəddən 21 kv.m az olduğu müəyyən olunur. Həmin 0.2585 ha torpaq sahəsinin Cavabdeh tərəfindən 21 kv.m hissəsi istifadə edilir və istifadə olunan hissə tərtib olunmuş sxemdə göstərilmişdir. Həmçinin, həmin 0,2585 ha torpaq sahəsində Cavabdeh tərəfindən tikinti aparılmışdır və 5 kv.m torpaq sahəsi əsas tikiliyə, 16 kv.m torpaq sahəsi səthi hamarlanmış əraziyə düşür. Mübahisləndirilən torpaq sahəsi tərtib edilmiş sxemdə istinad nöqtələri və kordinatları gös tərilmişdir. Həmin torpaq sahəsinə yol "xxxx" MMC-nin elektron baza məlumatlarında olan kompleks yerquruluşu layihələrində nəzərdə tutulmamışdır, həmin torpaq sahəsinə şosse yolu tərəfdən Servitut hüququ ilə yolun verilməsi mümkündür.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 19 avqust 2020-ci il tarixdə verilmiş **********77 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı Kamıl qızının mərhum X4 ilə ümumi birgə mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinin naturada ölçüləri 0,2564 hektardır və hüquqmüəyyənedici sənəddən 21 kv.m azdır. İddiaçı Kamıl qızının mərhum X4 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsi Cava bdeh tərəfindən 21 kv.m hissəsi istifadə edilir və istifadə olunan hissə tərtib olunmuş sxem 2-də göstərilmişdir. Torpaq sahəsinin 5 kv.m hissəsində yaşayış evi və həmin evə bitişik 16 kv.m hissəsinə isə səthi hamarlanmış beton tökülmüşdür. Torpaq sahəsinə yol “Kadastr və Yerqurluşu Layihə Tədqiqat Mərkəzi" MMC-nin elektron baza məlumatlarında olan kompleks yerqurluşu layihələrində nəzərdə tutulmamışdır. Tərtib edilmiş sxem 2-də ərazinin naturada yerləşmə vəziyyəti əks olunmuşdur və torpaq sahəsinə hansı hissədən və konkret olaraq kimin mülkiyyətində olan torpaq sahəsindən yolun verilməsi idarənin səlahiyyətləri xaricindədir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 06 oktyabr 2020-ci il tarixdə verilmiş 10/2184 nömrəli rəydə göstərilmişdir ki, Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 16 mart 2020-ci il tarixli **********13 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı mərhum X4 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinin naturada ölçüləri 0,2564 hektar olmaqla və hüquqmüəyyənedici sənəddən 21 kv.m az olduğu müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, İddiaçı mərhum X4 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayon Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinin 21 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İstifadə olunan hissə mütəxəssis rəyi əlavə edilmiş sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əsasən, İddiaçı X4 ilə ümumi birgə mülkiyyətində ol an, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinin 5 kv.m hissəsində yaşayış evi və hər evə bitişik 16 kv.m hissəsinə isə səthi hamarlanmış beton tökülmüşdür. Mübahisələndirilən torpaq sahəsinin istinad nöqtələri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əsasən, İddiaçı X4 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinə yol "xxxx" MMC-nin elektron baza məlumatlarında olan kompleks yerquruluşu layihələrində nəzərdə tutulmamışdır. Mütəxəssis rəyinə əlavə olunmuş 2-ci sxemdə ərazinin naturada yerləşmə vəziyyəti əks olunmuş və torpaq sahəsinə hansı hissədən və konkret olaraq kimin mülkiyyətində olan torpaq sahəsindən yolun verilməsi səlahiyyətləri xaricində (mütəxəssislərin ) olduğu göstərilmişdir Ekspert tərəfindən qeyd olunur ki, mütəxəssis rəyində ərazinin baza məlumatları (kompleks yerquruluşu xəritələri) Mərkəzə təqdim olunmamışdır. Buna görə də, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.

17. Kompleks məhkəmə mühəndis texnilki, bioloji, əmtəəşünaslıq və torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli 7/903 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respulikası Kənd Təsərrüfatı Nazirliy i Balakən X12 Mərkəzinin Bitkiçilik sektorunun mütəxəssis rəyinə əsasən – sözügedən 0.2585 ha pay torpaq sahəsində Katex kənd sakini Cavabdeh tərəfindən əkilmiş 35 ədəd fındıq toması, 6 ədəd armud, 3 ədəd alma, 5 ədəd gilas, 1 ədəd ərik, 2 ədəd zoğal, 1 ədəd qoz və 1 ədəd xurma ağacı vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəmə mühəndistexniki, bioloji və əmtəəşünaslıq torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 oktyabr 2021-ci il tarixli 9/6461 nömrəli ekspert rəyində göstərilmişdir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqatı məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/903 №li rəyinə əsasən aparılır. Həmin rəydə bir il ərzində qeyd edilən meyvə ağaclarının ayrı-ayrılıqda ümumi məhsuldarlığı və növü, həmçinin otun ümumi kütləsi (və yaxud neçə bağlama) müəyyən edilməmişdir. Bu səbəbdən də ekspert qarşısında qoyulmuş sualı tam olaraq cavablandırmaq mümkün deyil, 16 kq quru otun orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2.00 manat müəyyən edilir.

18. Kompleks məhkəmə mühəndis texniki, bioloji və əmtəəşünaslıq torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli məlumatında göstərilmişdir ki, 2(019)-6/2021 nömrəli mülki iş üzrə tərəfindən xx.xx.2021-ci il ta rixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəbə görə mümkün olmamışdır: -qoyulmuş sualların həlli üçün əlavə sənədlərin təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli vəsatət göndərilmiş, lakin vəsatətin göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq göstərilənlər təmin edilməmişdir. Bu səbəbdən də, qərardadla ekspert qarşısında qoyulmuş sualların həll edilməsi mümkün olmamışdır. Göstiərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icr asız geri qaytarılır.

19. Kompleks məhkəmə mühəndis texniki, bioloji və əmtəəşünaslıq torpaqşünaslıq ekspertizasının təyin edilməsi haqqında Balakən Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 07 dekabr 2021-ci il tarixdə verilmiş **********65 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, X3 xüsusi mülkiyyətində olan DƏDRX-nin tərtib etdiyi reyestr nömrəsi **********12-10301 saylı Çıxarışa əsasən cavabdehin özünün göstərdiyi həyətyanı torpaq sahəsi naturada 0.12 ha olmaqla hüquq müəyyənedici sənədə uyğundur. (yerquruluşu planı 1) X3 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən ümumi sahəsi 268,70 kv.m olan fərdi yaşayış evinin 7 kv.m hissəsi mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin cizgilərindən kənara və qalan hissəsi isə 0.12 ha həyətyanı torpaq sahəsinin cizgilərininin daxilində yerləşir. (yer quruluşu planı 2) X3 xüsusi mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0.2285 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmür. Ancaq İddiaçı mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində X3 fərdi yaşayış evinin 5 kv.m hissəsi və 16 kv.m səthi hamarlanmış beton örtüyü düşür. İddiaçı mülkiyyətində olan, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hansı ağacların əkildiyini, bu ağacların meyvəsindən və oradakı ot biçinindən nə qədər gəlir əldə edildiyini müəyyən etmək idarənin səlahiyyətləri xaricindədir.

20. Balakən Rayon Məhkəməsinin 2(019)-6/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin olunmuş, Cavabdeh RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsindən çıxarılması, cavabdehin iddiaçını həmin torpaq sahəsinə buraxmamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, cavabdehdən əldən çıxmış faydaya görə 1500 manat və mənəvi ziyana görə 1500 manat ın tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin hallarına və məhkəməyə təqdim edilmiş rəylərə əsasən müəyyən edilir ki, cavabdeh uzun müddətdir iddiaçının mülkiyyətində olan 0,2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edir və iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin 5 kv.m hissəsi və 16 kv.m səthi hamarlanmış beton örtüyü iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa olunmuşdur. Bununla da cavabdeh iddiaçının mülkiyyət hüququnu pozur, ona maddi və mənəvi ziyan vurur. Ona görə də, iddiaçının mülkiyyətində olan 0,2585 ha torpaq sahəsinə buraxmamaqla müşayiət olunan cavabdehin qərəzli hərə kətlərinə son qoyulmalı, cavabdeh iddiaçıya məxsus zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalıdır.

22. Məhkəmə həmçinin qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli mütəxəssis rəylərində və xx.xx.2019-cu il tarixli, xx.xx.2020ci il tarixli və xx.xx.2020-ci il tarixli ekspert rəylərində cavabdehin iddiaçının mülkiyyətində olan 0,2585 ha torpaq sahəsinin yalnız 21 kv.m hissəsindən istifadə etdiyi, torpaq sahəsinin qalan hissəsindən iddiaçının özünün istifadə etdiyi göstərilsə də, məhkəmə iclasında tədqiq olunan sübutlarla, o cümlədən cavabdehin özünün izahatı ilə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsindən iddiaçı istifadə etmir. Həmin torpaq sahəsi tikinti altında olan hissə istisna olmaqla bütünlüklə cavabdehin istifadəsindədir. Ona görə də məhkəmə sözügedən mütəxəssis və ekspert rəylərini həmin hissədə sübut kimi qəbul etməmişdir.

23. Maddi və mənəvi zərərin tutulması ilə bağlı hissədə məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin ona 20000 manat maddi və 5000 manat mənəvi ziyan vurduğunu iddia etsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı iddiaçı uzun müddət öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, iki il beş aydan artıq müddətdə dəfələrlə məhkəmə iclaslarına gedib - gəlməsini, bununla bağlı həm maddi, həm də mənəvi iztirab çəkməsinin labüd olmasını nəzərə alaraq, cavabdehdən maddi ziyana görə 1500 manat və mənəvi ziyana görə 1500 manatın alınıb iddiaçıya verilməlidir.

24. Tikililərin sökülməsi ilə bağlı məhkəm ə qeyd etmişdir ki, işdən göründüyü kimi, iddiaçının sökülməsini tələb etdiyi tikililər cavabdehin deyil, X3 mülkiyyətindədir. Məhkəmə iddiaçının Cavabdeh məxsus tikililərin sökülməsini tələb etməsini, sökülməsi tələb edilən tikililərin Cavabdeh deyil, hazırkı işdə cavabdeh qismində iştirak etməyən X3 mülkiyyətində olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi tikililərin sökülməsi hissəsində təmin edilməməlidir.

25. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 238.1, 238.3, 239.2, 1096, 1097.1 və 1097.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh e dilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, İnsan Hüquqlarının və X6 X2 10-cu maddəsinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Qətnаmədən nаrаzı qаlаn iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni, iddianın təmin edilmədiyi hissədə ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçının maddi və mənəvi ziyanla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyini bildirmişdir. Lakin, işin fa ktiki hallarından da görünür ki, iddiaçının qeyd olunan əmlak üzərində hüquqları 01 aprel 2019-cu il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan həmin torpaq sahəsini mişar daşından inşa edilmiş barı ilə hasara almaqla iddiaçının ora giriş hüququnu məhdudlaşdırmışdır. 20 ilə yaxın müddətdir ki, cavabdeh onun torpaq sahəsindən istifadə edir və hər ildə mütəmadi olaraq həmin torpağın hesabına gəlir götürür. Həmçinin ekspert rəyləri ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının torpaq sahəsinin 21 kvadrat metr hissəsini də zəbt etməklə orada tikinti işləri aparmışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçı ona dəymiş ziyanla bağlı məhkəməyə sübut təqdim etmiş, lakin məhkəmə iş üzrə müvafiq məhkəmə ekspertizası təyin etməklə dəymiş ziyanın məbləğini müəyyən etməmişdir. Eləcə də işin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçının torpaq sahəsindən istifadəsinin qarşısını almaqla ona mənəvi ziyan da vurmuşdur.

28. Bundan başqa məhkəmə cavabdehin iddiaçının mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinə qəsdinə son qoysa da, iddianın həmin torpaq sahəsinə giriş-çıxış yolunun açılması hissəsini təmin etməməklə, faktiki olaraq qəsdin davam etməsinə şərait yaratmışdır.

29. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 аpellyаsiyа şikаyəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilərək, həmin hissədə iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

30. Apellyasiya şikayəti onunla əsasl andırılmışdır ki, iddiaçının iddia ərizəsində və məhkəmə iclaslarında etiraf etdiyi mübahisəli əraziyə Katex Bələdiyyəsinin aidiyyatı var, cavabdehin yox. İlk növbədə iddiaçı onu cavabdeh kimi düz seçməyib. Bundan əlavə iddiaçı əsassız olaraq iddia edir ki, cavabdeh olaraq onun həmin torpaqdan 20 il istifadəsinə görə o maddi və mənəvi ziyan çəkib. Bu tam absurddur. Belə ki, həmin ərazinin mövcud olmasını cavabdeh son bir-iki il ərzində öyrənib və çıxarış əldə edib. Bundan əlavə iddiaçı həmin torpaq sahəsindən 20 il onun istifadə etdiyini sübut etməyib. İşin içində bununla bağlı heç bir mötəbər sübut yoxdur. İddiaçıya hansı yolla onun tərəfindəm həm maddi, həm də ki, mənəvi ziyanın dəyməsi iddiaçı tərəfindən eləcə də məhkəmə araşdırması zamanı heç bir halla sübut olunmadı.

31. Şəki Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(107)-430/2022 nömrəli iş üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətində maddi və mənəvi ziyanla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməməsi barədə göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 20000 manat maddi və 5000 manat mənəvi ziyanın tam həcmi ilə bağlı həmin nəticəyə gəlmişdir. Eyni zamanda, İddiaçı uzun müddət öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsi, iki il beş aydan artıq müddətdə dəfələrlə məhkəmə iclaslarına gedi b-gəlməsi, bununla bağlı həm maddi, həm də mənəvi iztirab çəkməsinin labüd olmasını nəzərə alaraq, Cavabdeh maddi ziyana görə 1500 manat və mənəvi ziyana görə 1500 manatın alınıb İddiaçı verilməsini təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

33. Həmçinin, məhkəmə kollegiyası tikililərin sökülməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçının sökülməsini tələb etdiyi tikililər Cavabdeh deyil, X3 mülkiyyətindədir. Ona qarşı isə tələb mövcud olmamışdır. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh məxsus tikililərin sökülməsini tələb etməsini, sökülməsi tələb edilən tikililərin Cavabdeh deyil, hazırkı işdə cavabdeh qismində iştirak etməyən X3 mülkiyyətində olmasını nəzərə alaraq iddia tələbini tikililərin sökülməsi hissəsində təmin edilməməkdə də haqlı olmuşdur. 3

4. Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha torpaq sahəsinə qəsdinə son qoyulsa da, iddianın həmin torpaq sahəsinə giriş-çıxış yolunun açılması hissəsini təmin etməməklə faktiki olaraq qəsdin davam etdirilməsinə şərait yaradılması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, işin faktiki halları ilə və keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq iddiaçının yuxarıda göstərilən torpaq sahəsinə yol şosse yolu tərəfdən servitut hüququ ilə verilə bilər. Həmin tələbin cavabdeh tərəfindən təmin edilməsi mümkün deyildir.

35. Cavabdeh tərəfin apellyasiya şikayətində cavabdehin iddiaçıya hər hansı maddi və mənəvi ziyan vurmaması, cavabdehə məxsus torpaq sahəsini onun zəbt etməməsi, ümumilikdə, hazırki iş üzrə onun cavabdeh olmamalı olması ilə bağ lı göstərdiklərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd etmişdir ki, onun iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli mütəxəssis rəyləri və xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020- ci il tarixli ekspert rəyləri ilə təsdiq edilmişdir. Bu da ötən dövr ərzində iddiaçının öz əmlakından istifadə hüququnu həyata keçirə bilmədiyindən maddi və mənəvi zərər çəkdiyinə dəlalət edir. Cavabdeh tərəfin apellyasiya şikayətinin bu dəlilləri əsassızdır.

36. Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərində göstərdiklərinə, ümumilikdə, münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan tərə flər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onların göstərdikləri əsaslı hesab edilə bilməz.

37. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 238.1, 238.3, 239.2, 1096, 1097.1 və 1097.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 81, 84 və 111-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

38. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin iddiaçının apellyasiya şikayətinin təmin olunmaması hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

39. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr iddia tələbinin yolun açılması hissəsinə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə maddi ziyanla bağlı tələbi üzrə müvafiq ekspertizalar təyin edilsə də, faktiki olaraq dəymiş ziyanın müəyyən edilməsi istiqamətində zəruri olan bütün addımlar atılmamışdır. İddiaçı torpaq sa həsindən uzun müddət istifadə edə bilməməsi nəticəsində əldən çıxmış faydasını və cavabdehin həmin torpaq sahəsində yerləşən bitkilərdən gəlir götürdüyünü bildirmişdir. Lakin, məhkəmə həmin hissələrdə ekspertlərin sualları cavablandıra bilməməsinə səbəb olan halları aradan qaldırmaq üçün heç bir tədbir görməmişdir. Bundan başqa işdən görünür ki, cavabdeh mülkiyyətində olan daşınmaz əmlakı, oğlu X3 adına özgəninkiləşdirmişdir və bu hal məhəmə baxışı zamanı müəyyən edilmişdir. Lakin, işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin tikintilərin sökülməsi hissəsində cavabdehin, əsl cavabdeh olan X7 ilə əvəz edilməsi üçün heç bir qanuni tədbir görməmişdir. Həmçinin iddianın torpaq sahəsinə girişçıxış yolunun açılması hissənə münasibətdə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Ancaq, məhkəmə həmin hissədə də Balakən rayonu Katex bələdiyyəsini iş üzrə cavabdeh qismində cəlb etməmişdir.

40. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

41. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, kassasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçıya maddi və mənəvi ziyanın dəyməsi sübut olunmur. İddiaçı Katex Bələdiyyəsinin hesabına əsassız varlanmışdır. Həmin ərazi təmizlənmiş, bütün əraziyə müxtəlif meyvə ağacları əkilmiş, ağaclar bu günki halına çatanadək qulluq olunmuş, qorunmuş, torpağın daşı təmizlənərək ot toxumu səpilmiş və hazırki vəziy yətinə çatanadək qulluq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

42. İddiaçı cavabdehin verdiyi kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək cavabdehin kasasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

43. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin kassasiya şikayəti əsasasızdır məhkəmə iddia tələbinin təmin edilən hissəsində düzgün nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Tətbiq edilən hü quq Mülki Məcəllə

44. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

46. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

47. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vic dansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

48. Maddə 21.2. Zərər dedikdə, hüququ pozul muş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

49. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı: 50. “... mənəvi zərər adətən vətənd aşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığ ı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Sözügedən Qərarda həmçinin göstərilmişdir ki, “cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur. Mülki Prosessual Məcəllə

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

55. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunu n tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən iddia tələbinin rədd olunun hissəsində, cavabdeh tərəfindən isə iddia tələbinin təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsinin rədd edilməsi hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin olunmamalıdır.

63. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən Balakən rayonu Katex kəndi ərazisində iddiaçının mülki yyətində 0.2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin ərazidə yerləşən digər torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindədir.

64. İddiaçı hazırki tələbində onun mülkiyyətində olan torpaq sahəsinə cavabdehin qərəzli hərəkətlərinə son qoyulması, cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin 5 kvadrat metr hissəsində cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi, torpaq sahəsinə giriş çıxış üçün mövcud olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən inşa edilmiş hasarın sökülməsi və cavabdehin son 20 il ərzində torpaq sahəsindən qanunsuz olaraq istifadə etməsi nəticəsində əldən çıxmış fayda olan 20000 manat pulun və 5000 manat mənəvi ziyanının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

65. Cavabdeh isə iddiaya etiraz edərək bildmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi başqa ərazidə yerləşir. Mübahisəli ərazidə olan torpaq sahəsi Bələdiyyənin mülkiyyətindədir, həmin ərazi Bələdiyyə tərəfindən təmizlənmişdir, iddiaçıya hər hansı maddi və ya mənəzi ziyan dəyməmişdir. İddia tələbi ona qarşı yönəldilə bilməz.

66. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunan hissələrində məhkəmələrin gəlidiyi nəticə ilə razılaşaraq cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

67. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, işdə olan ekseprt və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, cavabdeh uzun müddətdir iddiaçının mülkiyyətində olan torpaq sahəsi torpaq sahəsindən istifadə edir və iddiaçının həmin t orpaq sahəsindən istifadə etməsinə imkan vermir. Bununla da cavabdeh iddiaçının mülkiyyət hüququnu pozur, ona maddi və mənəvi ziyan vurur. Cavabdehin oğlu X3 mülkiyyətində olan fərdi yaşayış evinin 5 kv.m hissəsi və 16 kv.m səthi hamarlanmış beton örtüyü iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa olunmuşdur.

68. Cavabdeh kassasiya şikayətində həmin torpaq sahəsinin iddiaçıya aid olmadığını göstərsə də, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər və ekspertiza və mütəxəssis rəyləri ilə kassasiya şikayətinin bu dəlili öz təsdiqini tapmır.

69. Eyni zamanda, cavabdeh maddi və mənəvi ziyan tələbinin təmin edilməsi hissəsindən, iddiaçı isə iddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsinin rədd edilməsi hissəsindən narazı qalaraq kasasasiya şikayəti versələr də, məhk əmə kollegiyası hesab edir ki, maddi və mənzəvi zuyan tələbi üzrə məhkəmlər düzgün nəticyə gəlmişdirlər. Belə ki, İddiaçı uzun müddət öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsi, iki il beş aydan artıq müddətdə dəfələrlə məhkəmə iclaslarına gedib-gəlməsi, bununla bağlı həm maddi, həm də mənəvi iztirab çəkməsi aşkardır. Lakin iddiaçı ona vurulmuş ziyanın iddia tələbində göstərilən miqdarda olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Buna görə də, məhkəmələrin Cavabdeh iddiaçının torpaq sahəsindən qanunsuz istifadəyə və mülkiyyətçiyə yaratdığı maneələrə görə maddi ziyan kimi 1500 manat və mənəvi ziyana görə 1500 manatın alınıb İddiaçı verilməsini təmin etməsi barədə mövqeyi qanuni və ədalətlidir.Ona görə də, bu hissədə hər iki tərəfin kasassiya şikayətlərinin dəl illəri əsassızdır.

70. Məhkəm kollegiyası həmçinin hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin 5 kv.m hissəsində cavabdeh tərəfindən aparılmış tikintinin sökülməsi tələbini rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının sökülməsini tələb etdiyi tikili cavabdehin deyil, X3 mülkiyyətində olan 268,7 kv.m sahəsi olan yaşayış evidir. Həmin yaşayış evinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və evin məxsus olduğu şəxs hazırkı işdə cavabdeh qismində iştirak etməmişdir.

71. İddiaçı kassasiya şikayətində həmin tələb üzrə cavabdehin əsl cavabdeh X7 ilə əvəz edilməsi üçün hər hansı qanuni tədbir görülmədiyini məhkəmələrə irad tutsa da, məhkəmə kollegiyası hesab edir ki, bu fakt işə birinci instansiya məhkəməsində baxılarkən məlum olmuş, bu barədə sənədlər məhkəməyə xx.xx.2021-ci il tarixli məhkəmə iclasında təqdim edilmiş, iddiaçı da məhkəmə qətnaməsi çıxarılanadək həmin şəxsin cavabdeh kimi işə cəlb edilməsi üçün müraciət etməmişdir. Apellyasiya instansiya məhkəməsi isə birinci instansiya məhkəməsində baxılmış tələblər üzrə işə baxdığından həmin şəxsin bu mərhələdə əsl cavabdeh kimi işə cəlb edilməsi yolverilməz olmuşdur. Buna görə də, iddiaçının kassasiya şikayətinin bu hissəyə aid dəlilləri qətnamənin həmin tələbə aid hissədə ləğv edilməsi üçün əsas vermir.

72. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsinin rədd edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya mə hkəməsi bu tələb üzrə hər hansı dəyərləndirmə aparmadan, iddiaçının torpaq sahəsi ilə gediş-gəliş yolu arasında hansı maneələrin olması, həmin yola çıxışı məhdudlaşdıran hasarın mövcud olması, həmin hasarın kim tərəfindən çəkilməsi və s. məsələlər üzrə heç bir araşdırma aparmadan bu tələbi rədd etmişdir. Apellyasiya məhkəməsi isə bu tələbə bir cümlə ilə qiymət verərək göstərmişdir ki, işin faktiki halları ilə və keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq iddiaçının yuxarıda göstərilən torpaq sahəsinə yol şosse yolu tərəfdən servitut hüququ ilə verilə bilər. Həmin tələbin cavabdeh tərəfindən təmin edilməsi mümkün deyildir.

73. Halbuki iddiaçı bu tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun xüsusi mülkiyyətində olan torpaq sahəsini mişar daşından inşa edilmiş barı ilə hasara al maqla ora giriş hüququnu məhdudlaşdırmışdır.

74. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla məhkəmələr iş üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni həmin torpaq sahəsi ilə şosse yol arasında hansı maneənin olmasını, mübahisəli hasarın kimə məxsus torpaq sahəsinə və km tərəfindən çəkildiyini müəyyən etməmişdir.

75. İş materiallarında olan rəylərə əlavə edilmiş sxemlərdən müəyyən edilir ki, iddiaçının torpaq sahəsi X5 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin arxasında yerləşsə də, həmin torpaq sahəsi ilə yol arasında sxemdə K.P.İ, yəni “X9 üçün ayrılan sahə” kimi qeyd olunmuş torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsindən yola çıxmaq üçün maneənin( hasarın) mövcudluğu, onun kim tərəfindən çəkilməsi, qanuni olması, iddiaçının yolunu bağlayıb-bağlamaması və s. məsələlər araşdırılmadan bu tə ləbin rədd edilməsi düzgün olmamışdır.

76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə iddia tələbinin torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsinin rədd edilməsi hissəsində qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş ləğv edilən hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Digər hissələrdə qətnamə əsaslı olduğundan dəyişdirilm ədən saxlanılmalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-430/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin torpaq sahəsinə giriş-çıxış üçün mövcud olan torpaq sahəsinin qarşısındakı hasarın sökülməsinin rədd edilməsi hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar