Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4341/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alimentin miqdarının azaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4681/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin i nzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Məmmədova (İsayeva) İqlimə Oruc qızı (bundan sonra – birinci cavabdeh) ilə birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü Nuray və xx.xx.2016-cı il təvəllüdlü Zəhra adlı, digər Cavabdeh1 (bundan sonra – ikinci cavabdeh) ilə nikahından xx.xx.2019-cu il təvəllüdlü Akif və xx.xx.2022-ci il təvəllüdlü Tamerlan adlı uşaqları anadan olmuşdur.
2. Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(075)-2192/2017 saylı qətnaməsi ilə iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 221 nömrəli nikah pozulmuş, uşaqların analarının yanında saxlanılması və iddiaçıdan aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi məbləğində alimentin alınaraq birinci cavabdehə verilməsi qət edilmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)591/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq birgə nikahdan olan uşaqlarının saxlanılması üçün iddiaçıdan hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi həcmində alimentin tutularaq birinci cavabdehə verilməsi qət edilmişdir.
4. İddiaçı xx.xx.2009-cu il tarixdən Dövlət Gömrük Komitəsinin əməkdaşıdır və dövlət qulluğunun xüsusi növündə xidmət edir. Hal-hazırda Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsi Gömrük orqanlarının qanunvericilik təminatı şöbəsinin baş inspektoru vəzifəsində çalışır və orta aylıq gəliri 4854 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehl ərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üzərinə müvafiq məhkəmə qətnamələri ilə qoyulmuş aliment həcminin hər iki cavabdehə münasibətdə azaldılaraq ayrı-ayrılıqda birinci cavabdehin xeyrinə birgə nikahdan dünyaya gəlmiş qızları xx.xx.2012-ci il təvəllüdlü Nurayın və xx.xx.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının və gəlirlərinin ¼ hissəsi həcmində və ikinci cavabdehin xeyrinə birgə nikahdan dünyaya gəlmiş oğulları xx.xx.2019-cu il təvəllüdlü Akifin və xx.xx.2022-ci il təvəllüdlü Tamerlanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aylıq qazancının və gəlirlərinin ¼ hissəsi həcmində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda faktiki olaraq 4 uşağın saxla nması üçün aylıq qazancının 2/3 hissəsi, yəni 66,66 faizi miqdarında, təxminən hər iki cavabdehə ayrı-ayrılıqda 1600 – 2000 manat olmaqla, ümumilikdə 3200-4000 manat aliment ödəyir. Üzərində həddindən artıq çox yüksək miqdarda aliment yükü yaranır və eyni zamanda icbari ödəmələrdən sonra onun əmək haqqı çox az məbləğ təşkil edir. Çox çətin və çıxılmaz vəziyyətdədir. Qeyd olunan hal, yəni hər iki nikahdan olan 4 uşağa görə alimentlərin ümumi məbləğinin aylıq qazancının 2/3 hissəsində tutulması yaşamaq hüququnu da pozur və onu maddi cəhətdən həddindən artıq pis vəziyyətə salır. Uşaqlar onun ödədiyi aliment sayəsində özəl məktəb-liseylərə və özəl bağçalara gedirlər. Birinci cavabdeh hal-hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Ba ş İdarəsinin Gömrük Tarifləri və X1 şöbəsinin böyük inspektoru vəzifəsində işləyir və təxminən onun qədər 4300 – 5000 manata yaxın aylıq qazancı var. İkinci cavabdeh hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məxsus Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkim hematoloq vəzifəsində işləyir və onda olan məlumata görə 1000 manat əmək haqqı alır. Digər tərəfdən uşaqların saxlanılması vəzifəsi yalnız bir valideynin üzərinə qoyula bilməz.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1749/23 saylı, 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddia təmin edilmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, məhkəmə aktları ilə uşaqların yetkinlik yaşına çatan adək saxlanılmaları üçün iddiaçının aylıq qazancının 1/3 hissəsində aliment tutulmuş və göründüyü kimi iddiaçı hazırda dörd uşağa görə ayrılıqda aylıq qazancının 2/3 hissəsi miqdarında aliment ödəyir. Yaranmış vəziyyət Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunan normanın tələbinə görə iddiaçıdan aliment şəklində 4 uşaq üçün tutulan alimentin miqdarı onun aylıq qazancının yarısını təşkil etməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75.1, 76, 78.1, 112-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Birinci cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd olu nmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, övladlarının əvvəlki təminat səviyyələrinin maksimal həddə saxlanmasını heçə sayaraq, onların özəl məktəbdə oxuduqlarını, iddiaçı tərəfindən ödənilən alimentin onların yalnız təhsil xərclərini qarşıladığını, yeməkləri, geyimləri, istirahətləri, əlavə məşğuliyyətləri kimi bütün tələbatlarının ananın üzərində olduğunu, evinin olmamasını, hazırda qardaşına məxsus evdə qaldığını, qardaşının isə yaxın zamanda xeyir işinin olacağı səbəbindən iki uşağı ilə birlikdə kirayə çıxmalı olduğunu, alimentin miqdarı azalacağı təqdirdə uşaqların təhsil aldığı məktəbləri dəyişməli olacaqlarını və bütün bunların uşaqların psixoloji gərginlik keçirmələrinə səbəb olacağını nəzərə almamışdır. İddiaçının isə əmək haqqından ve rgilər tutulduqdan sonra hesablanmış olan alimentin əmək haqqından çıxıldığı zaman hər iki nikahdan olan uşaqlara ödədiyi aliment qədər özünə qalan dolanacaq xərcləri (təxmini 1300 manat və daha çox edir) qaldığını nəzərə almadan, məhkəmə Ailə Məcəlləsinin 76-cı maddəsini qanuna zidd təfsir etmişdir. Hətta yay tətilində uşaqların İngiltərəyə məktəblə birlikdə getməsi zərurəti yaranmışdır ki, iddiaçı alimentin azaldılmasına razılıq verilməsi qarşılığında, notariusda icazə vərəqəsi imzalayacağını bildirmişdir. Nəticədə isə onunla bağlı hazırda Mediasiya təşkilatına müraciət edilmiş, Şəki Rayon Məhkəməsinə iddia təqdim ediləcəkdir. Bir sözlə, iddiaçının yeganə məqsədi prinsipial şəkildə alimentin azaldılmasına nail olmaqdır. Həmçinin, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin (bundan sonra – MPM) 218.3-cü maddəsinin tələblərini pozaraq qətnamənin “qət etdi” hissəsində iddia tələbindən kənara çıxmaqla, iddia tələbi birinci cavabdeh ilə olan nikahdan uşaqlar üçün ¼ hissədə, ikinci cavabdeh ilə olan nikahdan uşaqlar üçün ¼ hissədə aliment tutulması olduğu halda birinci cavabdeh ilə olan nikahdan uşaqlar üçün 1/8 hissədə, ikinci cavabdeh ilə olan nikahdan uşaqlar üçün 1/8 hissədə alimentin tutulmasını qət etmişdir.
12. İkinci cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda analıq məzuniyyətində olduğundan işləməməsi, valideynlərinin himayəsində valideynlərinə məxsus evdə qardaşının ailəsi ilə birgə yaşamağı, özünə məxsus mənzilinin olmaması, zaman keçdikcə kirayəyə çıxmasının labüd olacağı, uşaqlarının bütün maddi və mənəvi tələbatlarının üzərində olduğu (eləcə uşağın birinin özəl bağça xərci 500 manat təşkil edir), alimentin azaldılmasının indiki bahalıq və inflyasiya şəraitində uşaqlarının maddi tələbatlarının azalmasına əhəmiyyətli dərəcədə səbəb olacağı, əvvəlki təminat səviyyələrinin aşağı düşəcəyi və digər hallar məhkəmə tərəfindən araşdırılmamışdır.
14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək göstərmişdir ki, birinci nikahından olan övladları üçün ödədiyi aliment birinci cavabdehin adına açılmış hesabda yığılır, istifadə edilmir. Buna səbəb isə birinci cavabdehin orta aylıq 4800 manat əmək haqqı almasıdır. Vəzifə maaşına əlavələr artdıq ca ödədiyi alimentin məbləği də avtomatik artır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4681/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Ailə Məcəlləsinin 76.1.3-cü maddəsində nəzərdə tutulmuş qayda tətbiq oluna bilməz. Bu qayda o halda tətbiq oluna bilərdi ki, iddiaçının yalnız bir ailəsi olsun və yalnız bir nikahdan olan 3 və daha çox uşağın saxlanması üçün ondan aliment tələb edilsin. Hazırkı işdən göründüyü kimi, iddiaçı iki dəfə e vli olmuş, hər evlilikdən iki uşağı olmuşdur və hazırda həmin uşaqlar üçün ayrılıqda, ayrı-ayrı məhkəmə qətnamələri ilə təyin olunmuş alimentlərin miqdarı mübahisələndirilir.
17. Məhkəmə qeyd etmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsi ilə əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən alimentlərin tutulması məbləği 70 faizdən çox ola bilməz. İddiaçının isə əmək haqqından tutulan alimentlərin ümumi məbləği özünün də qeyd etdiyi kimi hər iki nikahdan olan 4 uşağa görə cəmi 66,66 faiz təşkil edir. Göründüyü kimi, məhkəmə qətnamələri ilə iddiaçıdan qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutulması onun əmək haqqının 70 faizini keçmir.
18. Apellyasiya instansiyası məhkəməsi onu da nəzərə almışdır ki, həmin tələbin təmin olunması son nəticədə uşaqların əvvəlki təminat səviyyəsinin azalmasına gətirib çıxarır.
19. Məhkəmə iş üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 78.1 və 112-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi h aqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti və əlavə ərizələr verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, o, ata kimi qanunvericilikdə nəzərdə tutulan alimenti ödəyir, amma Konstitusiyada qeyd olunduğu kimi uşaqların qayğısına qalmaq, maddi və mənəvi tələbatlarının təmin etmək valideyn olaraq tək atanın deyil, həm də ananın haqqı və borcudur. Uşaqların saxlanılması üçün valideynlər birgə və bərabər məsuliyyət daşıdıqlarından bütün xərclərin də ona həvalə edilməsi əsaslı hesab edilə bilməz. Uşaqların saxlanılmaları yükünün bütövlüklə onun üzərinə yönəldilməsi və müvafiq olaraq cavabdehlərin bu xərclərdə heç bir iştirakının olmaması ədalətli olmamaqla yanaşı cavabdehlərin öz valideynlik vəzifələrindən yayınmaları kimi dəyərləndirilməlidir. Bundan başqa, alimentlərdən əlavə onun aylıq əmək haqqından və aylıq vəzifə maaşına əlavələrdən qanunvericiliklə müəyyən edilmiş icbari ödəmələr tutulur. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin yüksək əmək haqqı aldıqlarını və maddi vəziyyətlərini nəzərə almamış, apellyasiya şikayətlərinə qarşı etirazını araşdırmamış, sübutları dəyərləndirməyərək, uşaqların maddi cəhətdən saxlanılması vəzifəsini təkcə atanın ü zərinə qoyaraq ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişlər. Ailə Məcəlləsinin 76.1.3-cü maddəsi məhkəmə tərəfindən səhv təfsir edilmiş, qanunvericiliyin tələbindən kənara çıxılaraq, qeyd olunan maddəyə açıq-aşkar yanlış şərh verilmişdir. Həmçinin, hal-hazırda o, faktiki olaraq 4 uşağın saxlanması üçün aylıq qazancının 2/3 hissəsi, yəni 66,66 faizi miqdarında, təxminən hər iki cavabdehə ayrı-ayrılıqda 1600 - 2000 manat miqdarında, ümumilikdə 3200 – 4000 manat miqdarında aliment ödəyir. Eyni zamanda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən aliment tutulması nəzərdə tutulduğuna görə hər ay əlavə olaraq əmək haqqının və vəzifə maaşına əlavələrin 4 faizi məbləğində, təxminən 250 manat miqdarında aliment ödənişi tutularaq ikinci cavabdehə ödənil ir və bu aliment borcu təxminən 3 il ərzində tutulacaq, bu isə ümumilikdə əmək haqqı və vəzifə maaşına əlavələrin 70 faizini təşkil edir ki, bu da alimentin dövlətin uşaqlar üçün nəzərdə tutduğu minimum həddindən 4 - 5 dəfə çoxdur.
22. Kassasiya şikayəti, həmçinin onunla əsaslandırılmışdır ki, bənzər işlər üzrə iddiaların təmin olunduğuna dair xeyli sayda qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur və hazırkı işə baxılmasında iştirak etmiş hakimlər həmin işlərdə də hakim kimi iştirak etmişlər. Göründüyü kimi işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə təcrübəsinin vahidliyi pozulmuş və bu hal kassasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılmalıdır. b) Kassasiya baxışı zamanı iddiaçının verdiyi vəsatətlər
23. İş kassasiya instansiyası məhkəməsinin icraat ında olduğu dövrdə iddiaçı kassasiya şikayətinə şifahi məhkəmə iclasında baxılması, habelə Ailə Məcəllənin 76.1.3cü maddəsinin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması barədə vəsatətlər vermişdir.
24. Məhkəmə kollegiyası tərəfindən həmin vəsatətlərin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazların dəlilləri
25. Cavabdehlər kassasiya şikayətinə etirazlar təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
26. Hər iki cavabdeh öz etirazını müvafiq olaraq apellyasiya şikayətlərinin dəlilərinə uyğun əsaslandırmışdır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi
27. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
28. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
29. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur.
30. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tər əflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
31. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ed ə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu 33. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli Qərarı 34. “...Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan u şaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8- 2/2016 saylı qərarı
35. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.
36. Bənd 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxl anılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Baxılan iş üzrə iddiaçı alimentin miqdarının azaldılması barədə tələbini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş ayrı-ayrı məhkəmə qətnamələri ilə birinci nikahdan doğulmuş 2 uşağının saxlanması üçün aylıq gəlirlərinin 1/3 hissəsi, ikinci nikahdan doğulmuş 2 uşağının saxlanması üçün aylıq gəlirlərinin 1/3 hissəsi miqdarında aliment ödəməlidir. Hazırda faktiki olaraq 4 uşağın saxlanması üçün aylıq qazancının 2/3 hissəsi, yəni 66,66 faizi miqdarında, təxminən hər iki cavabdehə ayrı-ayrılıqda 1600 – 2000 manat olmaqla, ümumilikdə 3200-4000 manat aliment ödəyir. Halbuki birinci cavabdeh 4300 – 5000 manata yaxın, ikinci cavabdeh isə 1000 manat əmək haqqı alır, digər tərəfdən uşaqların saxlanılması vəzifəsi yalnız bir valideynin ü zərinə qoyula bilməz.
49. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv etmiş və yeni qətnamə ilə iddianı rədd etmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 76.1.3-cü maddəsində nəzərdə tutulmuş qayda yalnız o halda tətbiq oluna bilər ki, iddiaçının bir ailəsi olsun və yalnız bir nikahdan olan 3 və daha çox uşağın saxlanması üçün ondan aliment tələb edilsin. Hazırkı işdən göründüyü kimi, iddiaçı iki dəfə evli olmuş, hər evlilikdən iki uşağı olmuşdur və hazırda həmin uşaqlar üçün ayrılıqda, ayrı-ayrı məhkəmə qətnamələri ilə təyin olunmuş alimentlərin miqdarı mübahisələndirilir. Ona görə də Ailə Məcəlləsinin 76.1.3-cü maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz.
51. Halbuki Ailə Məcəlləsinin 76.1-ci maddəsi uşaqların sayından asılı olaraq onlar üçün valideynlərdən məhkəmə qaydasında hər ay tutulan alimentin miqdarını (qazancın və (və ya) başqa gəlirlərin hissəsi kimi) müəyyən edir. Məcəllənin 76.2-ci maddəsi nəzərdə tutur ki, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
52. İstinad olunan maddənin məzmununda xeyrinə aliment tutulan uşaqların bir nikahdan doğulmuş olması barədə hər hansı göstəriş müəyyən edilməmişdir. Belə bir yanaşma, maddənin məqsədlərindən də irəli gəlmir.
53. Əksinə apellyasiya instansiyası məhkəməsinin də öz qətnaməsinin “Tətbiq edilən hüquq” bölməsində istinad etdiyi “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7 6, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Ailə Məcəlləsinin 76-cı maddənin tətbiqi zamanı məhkəmələr tərəflərin maddi vəziyyətinin araşdırarkən, digər diqqətəlayiq hallarla yanaşı, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair kimi məsələlərə də diqqət yetirməlidir. 54. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8- 2/2016 saylı qərarında isə qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır (bənd 8.3 və 8.7).
55. Göründüyü kimi Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment təyin edildikdə, yaxud həmin maddəyə əsasən təyin edilmiş alimentin miqdarının Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən dəyişdirilmə si barədə məsələlərə baxıldıqda işin digər diqqətəlayiq halları ilə yanaşı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyi kimi məsələlər də məhkəmə tərəfindən nəzərə alınmalı olan hallar sırasındadır.
56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 76.1.3-cü maddəsini düzgün təfsir etməmişdir.
57. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması barədə mövqeyini, həmçinin “İcra haqqında” Qanunun mübahisəyə tətbiq edilməli olmayan 65.3-cü maddəsi ilə əsaslandırmışdır. İcra məmuru tərəfindən icra icraatı üzrə tələbin borclunun əmək haqq ına və digər gəlirlərinə yönəldilməsi qaydalarını tənzimləyən həmin maddə alimentlərin tutulması zamanı əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləğinin yuxarı həddini belə gəlirlərin 70 faizi ilə məhdudlaşdırır.
58. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun məqsədi Azərbaycan Respublikası məhkəmələrinin, digər məhkəmələrin və orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən etməkdən ibarətdir. Alimentin təyin edilməsi və onun dəyişdirilməsi zamanı alimentin miqdarının müəyyən edilməsinin hüquqi əsası kimi həmin Qanunun müddəaları deyil, ailə qanunvericiliyi çıxış edir. Eyni zamanda məhkəmələr tərəfindən alimentin miqdarı müəyyən edilərkən ölkə üzrə müvafiq illər üzrə yaşayış minimumu da nəzərə alındığı üçün bir çox hallarda sabit pul məbləğində təyin edilmiş alimentin (alimentlərin) miqdarı borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə mütənasib olmaya (onların yarısından artıq da ola) bilər.
59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-4681/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.