Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4343/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Ləğvetmə Komissiyasına və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Bazarlarının Nəzarət Palatasına və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yəqarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin ödənilməsi, sığorta hadisəsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamiloğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X6, Üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X10 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-218/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC (bundan sonra cavabdeh) tərəfindən xx xxxxxxxx 2016-cı il tarixli Tİ № 020963 nömrəli “Səyahət sığortası şəhadətnaməsi” verilməklə İddiaçı (bundan sonra iddiaçı) həmin tarixdən xx xxxxxxxx 2017-ci ilədək (365 gün) “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-də şəxsi sığorta, “Platinum” sığorta proqramı növündə 114800 ABŞ dolları məbləğinə sığortalan mışdır.
2. Sığorta haqqı olaraq 19,45 ABŞ dolları, azadolma 50 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı sığorta haqqı olaraq 19,45 ABŞ dollarını “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə xx xxxxxxxx 2016-cı ildə nəğd şəkildə ödəmiş, ona sığorta şəhadətnaməsinin əsli və əlavə edilmiş kompleks sığorta qaydaları, həmçinin Tİ № 020963 nömrəli Platinium plastik kartını verilmişdir.
3. Sığorta şəhatətnaməsinin qüvvədə olduğu müddətdə, yəni xx xxxxxx 2017-ci il tarixdə Almaniya Federativ Respublikasında Roomers Hotelində olarkən gecə saat 23:25-də qəfildən burnundan dayanmadan qanaxma baş vermiş, o təcili-tibbi yardım avtomobili ilə Karlsruhe Şəhər Klinikasına çatdırılmış, ona “dayanmayan burun qanaxması, kompleks burun çəpəri əyriliyi” diaqnozları qoyulmuş, güclü qan itkisi ilə əlaqədar stasionar şöbəy ə təcili qəbul edilmiş, cərrahi müdaxilə edilməklə, qanaxma durdurulmuşdur.
4. İddiaçı xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2017-ci ilədək “dayanmayan burun qanaxması” diaqnozu Almaniyada ilə xəstəxanada qalmış, burun nahiyəsinin və burun qanadlarında cərrahi əməliyyat aparılmışdır.
5. İddiaçı təcili yardımla xəstəxanaya aparılması, orada cərrahi əməliyyat olunması və stasionar müalicəsinə görə 12000 avro pul ödəmişdir.
6. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin (sığorta şəhadətnaməsinin) tərkib hissəsi olan Kompleks Həyat Sığortası Qaydalarının 5.1-ci bəndinə əsasən sığorta müddəti ərzində Sığortalı sığorta hadisəsi nəticəsində bədən xəsarəti alarsa və ya gözlənilməz xəstəlik ortaya çıxarsa, Sığortaçı sığorta hadisəsi baş verdiyi tarixdən etibarən 12 ay ərzində tibbi xərcləri ümumi sığorta məbləği həddində və müqavilənin şərtlərinə əsasən ödəyir.
7. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən Sığortaçı Sığortalıya digəriləri ilə yanaşı səfərin məqsədi tibbi müalicə və ya konsultasiya olduqda ortaya çıxan tibbi xərcləri, sığortalının yaşadığı ölkənin sərhədləri daxilində ortaya çıxan tibbi xərcləri, sığorta müddətindən əvvəl tətbiq olunmuş və ya tövsiyyə olunmuş hər hansı tibbi müalicə, dərman və ya preparatlara görə ödəniş vermir.
8. Kompleks Həyat Sığortası Qaydalarının 20.15-ci bəndinə əsasən əsasən sığortalının sığorta hadisəsi üzrə xərclədiyi məbləğ 50 ABŞ dollarından artıq olduqda, bu məbləği xərcləməmişdən öncə servis şirkətinin ilkin razılığı tələb olunur. Əgər Sığortalı şəxs üzürlü səbəblərdən servis şirkətinə və ya Sığortaçıya məlumat vermək iqtidarında olmamışd ırsa Sığorta etdirənin özü və ya səlahiyyətli nümayəndəsi sığorta hadisəsi baş verdiyi andan 48 saat müddətində Sığortaçını bu barədə məlumatlandırmalıdır. Əks təqdirlə, sığorta hadisəsi ilə əlaqədar ödəniləcək məksimal sığorta ödənişi 50 ABŞ dolları və ya bu məbləğin sığortalının olduğu yerin valyutası ilə ekvivalenti təşkil edəcək.
9. Həmin Qaydaların 7.1-ci maddəsinə əsasən tibbi yardım sığorta müqaviləsi ilə təminatlardan biridir. Bədən xəsarəti və ya xəstəlik nəticəsində təcili tibbi yardımın göstərilməsi zərurəti haqda xəbər alındıqda, servis şirkəti həyata keçiriləcək ən əlverişli tədbirləri seçmək məqsədilə yerli tibbi müəssisə ilə əlaqə saxlayır və sığortalını müalicə edən həkimlə və ya Sığortalının öz həkimi ilə məsləhətləşmə aparır. Daha sonra servis şirkəti yerli həkimin tövs iyə edilməsi və onun xidmətlərinin təmin edilməsi də daxil olmaqla, lakin bununla məhdudlaşmayan zəruri tədbirləri təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh ASC-nin Ləğvetmə Komissiyasına və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx xxxxxxxx 2016-cı il tarixli Tİ 020963 nömrəli “Səyahət sığortası şəhadətnaməsi”nə əsasən 12458,60 avro sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Ləğvetmə Komiss iyasından alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, baş vermiş sığorta hadisəsi ilə əlaqədar çəkdiyi xərclərin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı müraciət etsə də, ona heç bir ödəniş edilməmişdir. Bununla bağlı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına edilmiş xx xxxxxx 2017-ci il tarixli, xx xxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli yazılı müraciətlərin də heç bir müsbət nəticəsi olmamış, yalnız bildirilmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC könüllü ləğvetmə prosesindədir və müraciətləri icra olunması üçün ləğvetmə komissiyasına göndərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Ləğvetmə komissiyasına şəxsən etdiyi xx xxxxxx 2017-ci il tarixli və xx xxx 2018-ci il tarixli müraciətlərə də, bu günədək heç bir cavab verilməmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Vahid Hacıyev) xx xxxxxx 2019-cu il tarixli, 2(004)-433/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Ləğvetmə Komissiyasından xx xxxxxx 2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx xxxxxxxx 2016-cı il tarixli, Tİ № 020963 nömrəli “Səyahət sığortası şəhadətnaməsi”nə əsasən 12458,60 avro sığorta ödənişinin (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçının burnundan qəfildən dayanmayan qanaxma başverməsi və bu qanax manın qarşısının cərrahi əməliyyat aparılması ilə həyata keçirilməsi zəruri və onun həyat və sağlamlığı üçün vacib olmaqla, gözlənilməz tibbi xərclər hesab olunur. Bu hadisənin sığorta hadisəsi olması və gözlənilməz tibbi xərclərə aid olması iddiaçıya təqdim edilmiş xx xxxxxxxx 2016-cı il tarixli Tİ № 020963 nömrəli “Səyahət sığortası şəhadətnaməsi”nə əlavə edilmiş kompleks sığorta qaydalarının 5-ci bəndinlə öz əksini tapmış, həmçinin qanunvericiliyin tələblərinə əsasən sığorta hadisəsi hesab edilir. Sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün Mülki Məcəllənin 935-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Mə mmədov, Şeyda Məhərrəmova) xx xxxxxx 2020-cu il tarixli qətnaməsi iləcavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Ləğvetmə Komissiyası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisənin həlli üçün iddiaçının üzərində xarici ölkədə aparılmış cərrahiyyə əməliyyatının sığorta şəhadətnaməsi ilə təmin olunub-olunmaması, yəni həmin əməliyyatın sığorta hadisəsi olub-olmaması müəyyən olunmalıdır. Belə ki, cavabdeh tərəf iddiaçının üzərində aparılmış əməliyyatın plastik əməliyyat olmasını əsas gətirərək, iddiaçının həyati təhlükəsinin q arşısının alınması üçün zəruri olmasının sübuta yetirilmədiyini apellyasiya şikayətində göstərmişdir.
16. Apellyasiya şikayətinin dəlillərini araşdırmaq məqsədi ilə məhkəmə iş üzrə məhkəmətibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (zərurət yaranarsa digər tibb müəssisələrindən müvafiq mütəxəssis cəlb etməklə) tapşırılmışdır.
17. Keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 219/KEŞ saylı rəyinə əsasən iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, Almaniya Federariv Respublikasının “Karlsruhe Şəhər Klinikası”na xx xxxxxx 2017-ci il tarixdə saat 23.25də müraciət etmiş və sözügedən klinikada xx xxxxxx 2017-ci il tarixdə n xx xxxxxx 2017-ci il tarixədək stasionar şəraitdə müalicədə olmuşdur. Xəstəyə “Dayanmayan burun qanaxması; Kompleks burun çəpərinin əyriliyi” diaqnozu təyin edilmiş və xx xxxxxx 2017-ci il tarixdə “Burun balıqqulaqlarının turbin plastikası və burun çəpərinin korreksiyası” əməliyyatı icra edilmişdir. İddiaçıya təyin edilmiş “Dayanmayan burun qanaxması” diaqnozuna əsasən həkim tərəfindən operativ müalicə taktikası seçilmiş və üzərində nəzərdə tutulan cərrahiyə əməliyyatı icra edilmişdir. Qanaxma prosesinin dayandırılması təcili tibbi müdaxilə tələb edir. İddiaçıya “Karlsruhe Şəhər Klinikası”nda stasionar şəraitdə burun qanaxması dayandırılmış, daha sonra isə onun üzərində plastik əməliyyat hesab edilən “Burun balıqqulaqlıqlarının turbin plastikası və burun çəpərinin korreksiyası” əməliyyat ı icra edilmişdir. Kompleks Səyahət Sığortası Qaydalarının Tariflər hissəsində göstərilən “Xəstəlik” anlayışı ilə əhatə olunub-olunmaması məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.
18. İş üzrə iddiaçı tərəfin vəsatətinə əsasən təyin edilərək keçirilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 421/KEŞ saylı rəyinə əsasən iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə görə, o, xx xxxxxx 2017-ci il tarixdə saat 23.14-də “Karlsruhe Şəhər Klinikası”na müraciət etmiş və müayinəzamanı ona “Dayanmayan burun qanaxması; Kompleks burun çəpərinin əyriliyi” diaqnozu təyin edilmişdir. Bununla əlaqədar xx xxxxxx 2017-ci il tarixdə “Burun balıqqulaqlarının turbin plastikası və burun çəpərinin korreksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. İcra edilmiş cərrahi müdaxilə həkim seçimindən asılı olaraq ümumilikdə həm burun qanaxmasının dayandırılması, həm də burun tənəffüsünün bərpa edilməsi üçün yerinə yetirilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə keçirilmiş ilkin ekspertizanın rəyi ilə İddiaçı təyin edilmiş “Dayanmayan burun qanaxması” diaqnozuna görə operativ müalicənin həyata keçirilməsinin zərurəti qeyd olunsa da, rəylə müəyyən olunmuşdur ki, həmin qanaxma dayandıqdan sonra, üzərində plastik əməliyyat hesab edilən “Burun balıqqulaqlıqlarının turbin plastikası və burun çəpərinin korreksiyası” əməliyyatı icra edilmişdir. Yəni həmin rəylə cərrahiyyə əməliyyatının burun qanaxmasının dayandırılması üçün zəruri olması qeyd olunmamışdır.
20. Müəyyən olunmuş ziddiyyətin aradan qaldırılması üçün əl avə məhkəmə tibbi ekspertizası təyin edilsə də, həmin ekspert rəyi ilə də, icra olunmuş plastik əməliyyatın zərurəti öz təsdiqini tapmamışdır. Belə ki, əlavə məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 421/KEŞ saylı rəyində xx xxxxxx 2017-ci il tarixdə icra edilmiş “Burun balıqqulaqlarının turbin plastikası və burun çəpərinin korreksiyası” cərrahiyyə əməliyyatının ümumilikdə həm burun qanaxmasının dayandırılması, həm də burun tənəffüsünün bərpa edilməsi üçün yerinə yetirildiyi göstərmiş, həmin əməliyyat keçirilmədən başqa üsullarla burun qanaxmasının dayandırılmasının mümkünsüzlüyü qeyd olunmamışdır.
21. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, sığorta hadisəsinin baş verməsi, yəni keçirilmiş “Burun balıqqulaqlarının turbin plasti kası və burun çəpərinin korreksiyası” cərrahiyyə əməliyyatının sığorta şəhadətnaməsi ilə əhatə olunan gözlənilməz xəstəlik olması öz təsdiqini tapmamışdır.
22. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının üzərində keçirilmiş “Burun balıqqulaqlarının turbin plastikası və burun çəpərinin korreksiyası” cərrahiyyə əməliyyatının təxirəsalınmaz əməliyyat olmasına dair sübutlar təqdim edilmədiyindən, həmin xəstəlik iddiaçıda xroniki xarakter daşımaqla, Azərbaycan Respublikasının ərazisində mövcud olduğundan, həmin əməliyyatın keçirilməsinin sığorta hadisəsi kimi qiymətləndirməkdən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuşdur.
23. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, iddiaçı sığortalı olaraq sığortaçını məlumatlandırmaqdan ibarət müqavilə şərtlərini də poz muşdur. İş materiallarında olan Səyahət Sığortası Şəhadətnaməsindən görünür ki, sığortalıya hadisə baş verdikdə Coris İnternational-ın telefon nömrələrinə zəng vurulması tövsiyə olunmuşdur. Lakin iddiaçı nəinki iddia etdiyi sığorta hadisəsi baş verdiyi tarixdə, hətta əməliyyatdan sonra tələb olunan 48 saat ərizində sığortaçılını (onun servis şirkətini) bu barədə məlumatlandırmamışdır. Bu halda, müqavilənin şərtlərinə görə iddiaçı yalnız 50 ABŞ dolları ekvivalentində sığorta ödənişinin verilməsini tələb edə bilərdi ki, həmin məbləğ tərəflər arasında bağlanmış konkret müqavilə ilə şərti azadolmaya daxildir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsinə nəticəsinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçı larının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-218/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi nin ləğv edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 219/KEŞ saylı rəyindən göründüyü kimi, ekspertiza keçirilmiş stasionar müalicəni iki hissəyə bölmüşdür: «Dayanmayan burun qanaxması» diaqnozuna əsasən cərrahiyə əməliyyatının icra edilməsi; «Burun balıqqulaclarının turbin plastikası və burun çəpərinin korreksiyası» əməliyyatının icra edilməsi. Lakin «Burun balıqqulaqlarının turbin plastikası və burun çəpərinin korreksiyası əməliyyatının məhz xəstədə baş vermiş bur un qanaxmasının kompleks şəkildə dayandırılma zərurətindən irəli gəlib-gəlmədiyi ekspertlər tərəfindən cavablandırılmamışdır. Tərəfindən vəsatət verilərək ekspertiza qarşısında icra edilmiş «Burun balıqqulaqlarının turbin plastikası və burun çəpərinin korreksiyası» əməliyyatının məhz baş vermiş burun qanaxmasının kompleks şəkildə dayandırılması zərurətindən irəli gəlib-gəlməməsi barədə sual qoyulmaqla, əlavə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur.İş üzrə keçirilmiş əlavə məhkəmə tibb ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 421/KEŞ saylı rəyinə əsasən ekspertizanın gəldiyi nəticə ondan ibarət olmuşdur ki, icra olunmuş "burun çəpərinin korreksiyası” carrahiyyə əməliyyatı ümumilikdə həm bunun qanaxmasının dayandırılması, həm də burun tənəffüsünün bərpa edilməsi üçün yerinə yetirilmişdir. Belə olan halda, onun qəfildən dayanmayan qanaxma başverməsi və bu qanaxmanın qarşısının cərrahi əməliyyat aparılması ilə həyata keçirilməsi zəruri və onun həyat və sağlamlığı üçün vacib olmaqla, gözlənilməz tibbi xərclər hesab olunduğundan, həmin xərclər xx xxxxxxxx 2016-cı il tarixli Tİ № 020963 nömrəli "Səyahət sığortası şəhadətnaməsi"nə əlavə edilmiş kompleks sığorta qaydalarının 5-ci bəndinin tələbinə əsasən və sığorta münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbinə əsasən birmənalı şəkildə ödənilməlidir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüququ normalarının tələbləri pozulmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmışdır.
26. Bundan əlavə apellyasiy a instansiyası məhkəməsinin iddiaçının sığortalı olaraq sığortaçını məlumatlandırmaqdan ibarət müqavilə şərtlərini pozması barədə dəlili də tam əsassızdır. Belə ki, sığorta hadisəsi barədə sığorta şəhadətnaməsində qeyd olunmuş telefon vasitəsilə İddiaçı tərəfindən vaxtında məlumat verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçı vəkili X12 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
29. Üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X14 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməd i.
30. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh və digər üçüncü şəxsin nümayəndəsi gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə: 31. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 32. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulma sı, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 33. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 34. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələ blərə müvafiq surətdə hərəkət etməlidir. 35. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 36. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 37. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqavil əsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 38. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 39. 923.1-ci maddəsinə əsasən Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verm əlidir. 40. 923.2-ci maddəsinə əsasən Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. 41. 926.1-ci maddəsinə əsasən Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 42. 926.2-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 43. 926.3-ci maddəsinə əsasən Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qan unları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 45. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 46.407.2-ci maddəsinə əsasən Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 47. 4 16-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnam ə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. İş üzrə keçirilmiş hər iki ekspert rəyinə apelyasiya instansiyası məhkəm əsi tərəfindən qiymət verilmiş, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar öz tədqini tapmamışdır.
52. İddiaçı kasasiya şikayətində sığorta hadisəsi ilə bağlı sığorta şirkətinə vaxtında məlumat verdiyi qeyd etsə də, iddiaçı bu barədə birinci instansiya məhkəməsi və apelyasiya instansiyası məhkəməsində işə baxılarkən hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də, apelyasiya instansiyası məhkəməsi iş üzrə təqdim edilmiş sübutlar əsasında işə baxaraq düzgün nəticəyə gəlmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-218/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov