Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4343/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “vurulan mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; işə mülki icraat qaydasında baxılmasının yolverilməzliyi, inzibati orqana qarşı ziyan tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 20 22-ci il tarixli, 2(103)3264/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X1 Hüquqi Şəxsinə və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən 50000 manat, cəmi 100000 manat məbləğində ona vurduqları mənəvi ziyan əvəzi ödəmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər vəkilliyə namizəd olmaqla, bir neçə dəfə test imtahanlarından müvəffəqiyyətlə keçmiş, lakin şifa hi müsabiqə zamanı ona qarşı olunmuş qərəzli münasibət ucbatından imtahandan keçməyə imkan verilməmişdir. O, hər iki cavabdehə ayrı-ayrılıqda dəfələrlə müraciətlər ünvanladırsa da, onun müraciətlərinə baxılmamış, nəticədə iztirablar çəkmiş, ona mənəvi zərər vurulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(005)-4559/2021 nömrəli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(005)-4559/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)-3264/2022 nömrəli qərardadı ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(005)-4559/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “vurulan mənəvi zərərin ödənilməsi” tə ləbinə dair iddia ərizəsi üzrə icraata xitam verilmiş, iddiaçıya iddia ərizəsində göstərdiyi məsələyə dair aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
7. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 2.2. və 2.2.7-ci maddələrinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, iddiaçı cavabdehlərdən onların qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona mənəvi zərər vurulduğunu hesab etdiyi üçün vurulmuş mənəvi ziyana görə kompensasiyanın ödənilməsini tələb edir. Demək, iddiaçının son olaraq istəyi və arzusu cavabdehlərin h ərəkətinin (hərəkətsizliyinin) qanunsuz olduğunu və bunun da nəticəsində ona mənəvi zərər vurulduğunu hesab etdiyi üçün kompensasiya ödənilməsinə nail olmaq olmuşdur. İddia ərizəsinin məzmunundan da görünür ki, orada qoyulan məsələ inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə aid olduğundan həmin məsələyə aidiyyət qaydaları üzrə ümumi məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında da baxıla bilər. Lakin birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozaraq səlahiyyətinə aid olmayan mübahisəyə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
8. İdd iaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)-3264/2022 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən “İnzibati icraat haqqında” Qanunun 1.1-ci, Mülki Prosessual Məcəllənin 24-26 və 30-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Vəkillər Kollegiyası inzibati orqan hesab edilmədiyindən ona qarşı qaldırılan iddia tələblərinə mülki mühakimə icraati qaydasında baxılmalıdır. Hazırkı mübahisədə tərəflər arasında olan münasibətlərin ümumi (publik) hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilmir. Bu münasibətlər ü mumi (publik) hüquq normaları ilə deyil, mülki qanunvericiliyin normaları ilə nizama salınır.
10. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
11. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
12. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istin ad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
13. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-c i maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.7-ci maddəsinə əsasən inzibati müb ahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
18. Belə ki, yuxarıda qeyd olunduğu kimi hazırki iddianın əsasını onun vəkilliyə namizəd olaraq imtahandan keçməsinə “qərəzli olaraq” imkan verilməməsi, bununla bağlı cavabdehlərə etdiyi müraciətlərinə cavab verilməməsi və nəticə olaraq iddiaçıya mənəvi zərər vurulması təşkil edir.
19. Göründüyü kimi iddiaçının tələbi cavabdehlərin diskresion səlahiyyətlərindən istifadə edərək qəbul etdiyi qərarın nəticəsində vurulmuş zərərin öd ənilməsi barədədir. 20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 5.1-ci bəndində məhkəmələr izah olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. Həmin qərarın 7.1-ci bəndində izah olunmuşdur ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ha zırki iddiaya inzibati məhkəmədə baxılmalı olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni olmuşdur.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsindən və iddiaçının şikayətlərinin məzmunundan da müəyyən olunur ki, o, əvvəllər hazırki iş üzrə cavabdehlərə qarşı başqa əsaslarla iddialar vermiş və həmin iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılmışdır. Odur ki, hazırki iddianın mülki icraat qaydasında baxılmalı olmasına dair iddiaçının dəlilləri əsassızdır.
24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)-3264/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.