Məhkəmə qərarları › İş №2(102)-4353/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4353/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4353/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Həmzəyeva Dilarə Mahir qızınaqarşı iş üzrə QƏRARİ (Açar sözlər:pul tələbi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il 06.08.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-14563/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cav abdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı hal-hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, cavabdehlər onun tanışı olmuşlar və onun evində kirayə qalmışlar. 2. xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan xx.xx.2013-cü il tarixdə 56000 ABŞ dolları məbləğində borc pul almış, 5 il müddətində xx.xx.2018ci il tarixədək 56000 ABŞ dolları məbləğində pulu qaytarmağı öhdələrinə götürmüşlər. 3. xx.xx.2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, iddiaçının Xətai RPİ-də qeydə alınmış xx.xx.2018-ci il tarixli şikayət ərizəsi üzrə toplan mış materiallarda, həmçinin Cavabdeh1 və Cavabdeh2 hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanlması rədd edilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4828/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı xx.xx.2013-cü il tarixdə bağlanmış və “Mərhəmət” hüquq firmasında təsdiqlənmiş borc müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmiş, həmin qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 49977 ABŞ dolları məbləğində borcun, 20000 manat məbləğində dəymiş mənəvi ziyanın və dövlət rüsumu qismində ödən ilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər ona xalça yumaq ilə məşğul olduqlarını onun evində kirayə qalmaqda məqsədləri xalça yumaqla pul qazanmaq, bu məqsədlə şirkət qurduqlarını, bu biznesdə yaxşı qazancın olmasını, lakin əllərində pulları olmadığından bu şirkəti inkişaf etdirə bilmədiklərini, əgər onların “xalça yuma maşını” olsa qazanclarının iki qat artacağı, bu səbəbdən də ona “xalça yuma maşını” almağı və bu işə yatırım etmək üçün onlara 56000 ABŞ dolları borc verməsini təklif etmiş, əldə olunan gəlirdən, ona da verəcəklərini bildrimişlər. Ona görə də Bakı şəhəri, Nizami rayonunda yerləşən 1 otaqlı sahəsi 56 kvadrat metr olan evi sataraq 56000 ABŞ dolları məbləğini cav abdehlərə vermişdir. xx.xx.2013-cü il tarixdə 56000 ABŞ dolları məbləğində borcun 5 il müddətinə verilməsini öz imzaları ilə rəsmiləşdirmişlər. Bir müddət keçdikdən sonra iddiaçı cavabdehlərin işində heç bir irəliləyiş görməmiş və başa düşmüşdür ki, cavabdehlər onlara olan etibardan sui-istifadə edərək onun pulunu mənimsəmişlər, iddiaçı onlarla bir gün belə şərik olmamışdır, bunlar azmış kimi Cavabdeh1 verdiyi pulun kifayət etmədiyini söyləyərək ondan əlavə olaraq da 50000 ABŞ dolları istəmişdir. İlk dövrlərdə verdiyi 56000 ABŞ dolları məbləği geri tələb edərkən onlar onu verməkdən imtina etmiş, bir müddət keçdikdən sonra isə ona 1000 ABŞ dolları, 1500 ABŞ dolları, 500 manat (dollar kursu 0,78 olan zaman) 641 ABŞ dolları, 1000 manat (yəni dollar kursu 1,70 olan zaman) 588 ABŞ dolları, 1000 manat (yəni dollar kursu 1.70 olan zaman) 588 ABŞ dolları, 1000 manat (yəni dollar kursu 1.70 kurs zaman) 588 ABŞ dolları, 1000 manat (yəni dollar kursu 1,70 olan zaman) 588 ABŞ dolları, 900 manat (yəni dollar kursu 1.70 olan zaman) 530 ABŞ dolları-ümumilikdə 56000 ABŞ dolları məbləğində puldan ona cəmi 6023 ABŞ dolları qaytarmışlar. Hazırda cavabdehlərin ona 49977 ABŞ dolları borcları qalmışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) 2(011)-3103/19 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 49977 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla və ödənilmiş döv lət rüsumunun əvəzi qismində 20 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

8. İddia tələbinin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləcavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə 5 il müddətinə qanunvericiliyin tələblərinə tam r iayət olunmaqla xx.xx.2013-cü il tarixdə borc müqaviləsi imzalanmışdır, sonuncular 56000 ABŞ dolları məbləğində borc pul almış, xx.xx.2018-ci il tarixədək 56000 ABŞ dolları məbləğində pulu İddiaçı qaytarmağı öhdələrinə götürmüşlər, hazırda onların iddiaçıya ödənilməmiş 49977 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdehlərin iddiaçıya borcunu istisna edən hallar, eləcə də cavabdehlərin 25000 manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən sübutlar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Tərəflər arasında yaranmış hüquqi nəticələr Mülki Məcəllənin 386-cı maddəsinə əsasən borc müqaviləsindən irəli gəlmişdir (§ 16-17). İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər borcu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. Ona görə d ə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissədə düzgün nəticəyə gəlmişdir.

11. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə qeyd etmişdir ki, şikayıtin dəlilləri formal mülahizələrdən ibarətdir. Cavabdehlər şikayətdə qeyd etdikləri hallarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, etirazlarının əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişlər. (§19-20) Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehlər birgə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

13. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olar aq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

16. İddiaçı vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüqu q Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 17. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır 19. 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 22. 407.2-ci maddəsinə əsasən Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 2 3. 416-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikay ətində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Cavabdehlərin öz etirazlarının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdikləri hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehlərin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.

28. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apely asiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-14563/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar