Məhkəmə qərarları › İş №2(102)-4364/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4364/2020

25.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4364/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı1, İddiaçı8, X1, İddiaçı10, onların və digər ilk iddiaçıların vəkili Vnun, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 və vəkili Məmişov Anar Mövsüm oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrə li qətnaməsindən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, X10, İddiaçı1, İddiaçı6, İddiaçı8, İddiaçı14, X5, İddiaçı10, İddiaçı16, İddiaçı17, İddiaçı11, İddiaçı12 Varaqa oğlu, X29 və İddiaçı13 vərəsəsi X15 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) xx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı13, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6, İddiaçı7 nümayəndəsi Nümayəndə, İddiaçı8, İddiaçı14, X1, İddiaçı10, İddiaçı11, X19, İddiaçı12 Varaqa oğlunun, İddiaçı16 və İddiaçı17 cavabdehlər X16, Cavabdeh4, Cavabdeh5 Diliqam oğluna, Cavabdeh6, X6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, Cavabdeh11, 3cü şəxs AR ƏMDK yanında DƏ DRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “bağ torpaq sahələrində özbaşına mişar daşı ilə tikilmiş bir ədəd birmərtəbəli fərdi yaşayış evinin, daş hasarların və yarımçıq tikililərin sökülməsi və torpaq sahələrinin sahiblərinə qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilk iddiasının, iddiaçılar X13, Cavabdeh4, Cavabdeh5 Diliqam oğlunun, Cavabdeh1 və Cavabdeh10 cavabdehlər İddiaçı13, İddiaçı2, X7, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6, İddiaçı7 nümayəndəsi Nümayəndə, İddiaçı8, İddiaçı14, X2, İddiaçı10, İddiaçı11, X24, İddiaçı12 Varaqa oğluna, İddiaçı16 və İddiaçı17 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) xx.xx.2018-ci il tarixli, xx x nömrəli qətnaməsi ilə ilk iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, xxx saylı qətnaməsinin mübahisələndirilən hissədə-ilk iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xələfov, Q.Allahverdiyev, Ə.Şadiyev) xx.xx.2019-cu il tarixli, xxx saylı qərarı ilə ilk iddiaçılar tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, Ş.Məhərrəmova, E.Şamayev) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə ilk iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, xxx saylı qətnaməsinin apelyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun ilk iddia üzrə iddiaçılardan müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçılar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı13, İddiaçı2, X10, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6, İddiaçı7 nümayəndəsi Nümayəndə, İddiaç ı8, İddiaçı14, X5, İddiaçı10, İddiaçı11, X29, İddiaçı12 Varaqa oğlu, İddiaçı16 və İddiaçı17 cavabdehlər X16, Cavabdeh4, Cavabdeh5 Diliqam oğluna, Cavabdeh6, X6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh10, Cavabdeh2, Cavabdeh11, 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “bağ torpaq sahələrində özbaşına mişar daşı ilə tikilmiş bir ədəd birmərtəbəli fərdi yaşayış evinin, daş hasarların və yarımçıq tikililərin sökülməsi və torpaq sahələrinin sahiblərinə qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisindəki bağ sahələrində özbaşına inşa edilmiş 31/32, 35/36 nömrəli bağ sahələrinin ərazilərində 1 mərtəbəli fərdi yaşayış evinin, 1/2-9225/9226, 3/4, 5/6 -9229/9230, 7/8, 9/109233/9237, 11/12, xx/xx-9237/9238, xx/xx-9239/9240, xx/xx-9243/9244, xx/xx-9245/9246, 25/269249/9250, xx/xx-9253/9254, xx/xx-9261/9262 nömrəli bağ sahələrində 1.20-2.20 metr hündürlüyündə təxminən 1050 metr uzunluğundan xaotik şəkildə heç bir memarlıq planlaşdırma normalarına uyğun olmayan yol və keçidlərin tutulması və bağlanılması ilə nəticələnən mişar daşından tikilmiş hasarların və digər bağ sahələrində inşa edilmiş yarımçıq tikililərin Bakı şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən “X14” verilmiş tikinti torpaq sahəsinin ayrılması haqqında ayrıc aktında göstərilmiş dəqiq sərhədlər daxilində cavabdehlərin pul vəsaiti hesabına sökülməsi və iddiaçılar tərəfindən tikilmiş daş hasarın sökülməsi nəticəsində iddiaçılara dəymiş 16240 manat ma ddi ziyanın cavabdehlərdən müştərək qaydada tutulub iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı13, İddiaçı2, X10, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6, İddiaçı7 nümayəndəsi Nümayəndə, İddiaçı8, İddiaçı14, X5, İddiaçı10, İddiaçı11, X29, İddiaçı12 Varaqa oğlu, İddiaçı16 və İddiaçı17 iddia tələbinin dəqqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisindəki bağ sahələrində özbaşına inşa edilmiş 31/32, 35/36 nömrəli bağ sahələrinin ərazilərində 1 mərtəbəli fərdi yaşayış evinin, 1/2-9225/9226, 3/4, 5/6-9229/9230, 7/8, 9/10-9233/9237, 11/12, xx/xx-9237/9238, xx/xx9239/9240, xx/xx-9243/9244, xx/xx-9245/9246, 25/269249/9250, xx/xx-9253/9254, xx/xx-9261/9262 nömrəli bağ sahələrində memarlıq planlaşdırma normalarına uyğun olmayan yol və keçidlərin tutulması və bağlanılması ilə nəticələnən mişar daşından tikilmiş hasarların və digər bağ sahələrində inşa edilmiş yarımçıq tikililərin Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən “Bağban” Bağçılıq Yoldaşlığına verilmiş tikinti torpaq sahəsinin ayrılması haqqında ayrıc aktında göstərilmiş dəqiq sərhədlər daxilində cavabdehlərin pul vəsaiti hesabına sökülməsi, Kürdəxanı Bələdiyyəsi tərəfindən mübahisəli torpaq sahəsi ilə əlaqədar cavabdehlərlə bağlanmış icarə müqavilələrinin bağlandığı gündən etibarsız hesab edilməsi, iddiaçılar tərəfindən tikilmiş daş hasarın cavabdehlər tərəfindən sökülməsi nəticəsində iddiaçılara dəymiş zərərin əvəzi olaraq cəmi 30.240 manat, mənəvi zərərin əvəz i olaraq 900.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub İddiaçı13 xeyrinə 100.000 manat, digər iddiaçıların hər birinin xeyrinə isə 50.000 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar X25, Cavabdeh4, Cavabdeh5 Diliqam oğlu, Cavabdeh1 və Cavabdeh10 cavabdehlər İddiaçı13, İddiaçı2, X7, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6, İddiaçı7 nümayəndəsi Nümayəndə, İddiaçı8, İddiaçı14, X2, İddiaçı10, İddiaçı11, X24, İddiaçı12 Varaqa oğluna, İddiaçı16 və İddiaçı17 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunmaqla cavabdehlər İddiaçı13, İddiaçı2, X10, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6, İddiaçı7 nümayəndəsi Nümayəndə, İddiaçı8, İddi açı14, X5, İddiaçı10, İddiaçı11, X29, İddiaçı12 Varaqa oğlu, İddiaçı16 və İddiaçı17 maddi və mənəvi ziyana görə 100000 manat maddi ziyanın müştərək qaydada tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı13, İddiaçı2, X10, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6, İddiaçı7 nümayəndəsi Nümayəndə, İddiaçı8, İddiaçı14, X5, İddiaçı10, İddiaçı11, X29, İddiaçı12 Varaqa oğlu, İddiaçı16, İddiaçı17 və onların vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisələndirilən qətnamə qanunsuz olmaqla yanaşı, həmçinin ilk iddiaçıların qanunla qorunan mülki hüquqlarının məhdudlaşdırılmasına və cavabdehlərin qanunsuz əməllərinin davam e tdirilməsinə şərait yaradır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Bakı şəhər X23 İcraiyyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli 11/387 №-li qərarı ilə, Ləhiş Bağlar massivində AR DİN-in X32 İdarəsinin “Bağban” bağçılıq-yoldaşlığının üzvlərinə 2,37 ha torpaq sahəsi ayrılmışdır. “Bağban” bağçılıq-yoldaşlığının Nizamnaməsi Bakı şəhəri Lenin rayon XDS İK-nin xx xxxxx 1996-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. İddiaçılarla X9 və İstismarı birliyi arasında 10 il müddətinə 2007-ci il tarixli müqavilələr bağlanmışdır. İş üzrə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri isə onlara Kürdəxanı Bələdiyyəsi tərəfindən 2013-cü ildən başlayaraq icarəyə verilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26485 nömrəli xx.xx.2019-cu i l tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddia predmetini təşkil edən cavabdehlərin faktiki istifadəsində olduğu bildirilən mübahisəli torpaq (bağ) sahələrinin dövlət mülkiyyətində olan torpaqlara aid olduğu, eləcə də həmin torpaq sahələrinin Bakı şəhər X33 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 nömrəli qərarı ilə, AR DİN-in X32 İdarəsinin “Bağban” bağçılıq-yoldaşlığına ayrılmış 2,37 ha torpaq sahəsi (bağçılıq-yoldaşlığının üzvlərinin bağ sahələri) ilə tam üst-üstə düşür. İş materiallarında olan X3 X38 Agentliyinin iddiaçılara ünvanlanan xx xxxxxx 2018-ci il tarixli cavab məktubu ilə təsdiq edilmişdir ki, qeyd edilən bağ sahələrinin, eləcə də gediş-gəliş yollarının zəbt olunması faktları aşkar edilmişdir. Hesab edirlər ki, sadalanan işin mübahisəsiz halları iddia tələbini nə inki təsdiq edir, o cümlədən müdafiə edir. Mübahisələndirilən qətnamənin əsaslandırıcı hissəsində (9-cu səhifənin 1-ci abzası) apelyasiya instansiya məhkəməsi Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1998ci il tarixli, 124 saylı sərəncamının 2-ci bəndini əsas gətirərək qeyd edir ki, bağçılıq yoldaşlıqları ərazilərindən beş ildən artıq müddət ərzində torpaq sahələri götürmələrinə baxmayaraq həmin sahələrdə heç bir abadlıq və becərmə işləri aparmayan-torpaq sahələri istifadəyə ayrılan vaxtdakı vəziyyətdə olan vətəndaşların adından həmin torpaq sahələrinin Bağlar təsərrüfatı birliyinin nümayəndəsinin və aidiyyəti bağçılıq yoldaşlığının 3 üzvünün iştirakı ilə tərtib edilmiş akt əsasında silinməsi və bu vətəndaşların üzvlük kitabçalarının öz hüquqi qüvvəsini itirmiş hesab etməsi qərara alınmışdır. Halbuki, Bakı səhəri İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 124 saylı sərəncam haqqında iddiaçılara heç bir məlumat verilməmiş, nə dəki hansısa kütləvi informasiya vasitələrində acıqlanmamışdır. Bununla bağlı bildirilir ki, Bakı Səhəri Memarlıq və şəhərsalma Baş İdarəsinin rəisi xx xxx 1998-ci il tarixdə bizə məxsus mübahisə predmeti olan bağçılıq birliklərinə verilmiş torpaqların tikinti pasportlarını Bakı şəhərinin rayonlan üzrə təhvil-təslim Aktı ilə X9 və istismarı Birliyinə verib. Bundan sonra isə biz iddiaçılar 2007-ci ilin yanvar ayından Bakı səhəri İcra Hakimiyyətinin X9 və istismarı Birliyi ilə 10 il müddətinə “İcarə” Müqaviləsi bağlamışıq. Bu isə bir daha sübut edir ki, bizim torpaq sahələri Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 124 saylı sərəncamının 2-ci bəndinin təsiri altına düşə bilməz. Əks təqdirdə iddiaçılarla 2007-ci il tarixdə 10 il müddətinə üzvlük kitabçalarına əsasən həmin torpaqlarla icarə müqaviləsi bağlana bilməzdi. Bundan əlavə, apelyasiya məhkəməsində iştirak edən Orxan Bünyatzadə adlı cavabdeh heç onunla müqavilə bağlanmasının vaxtı və tarixini cavablandıra bilməmişdir. Bildirdi ki, müqavilə atası ilə bağlanıb onun adına, sonra dedi ki, o həmin vaxt ümumiyyətlə Azərbaycan Respublikasında olmayıb, Rusiyada olub. Atasına isə onun adından çıxış etməsi üçün etibarnamə də verməyib. Bələdiyyənin nümayəndəsi ilə ifadələri bir-birini tutmadı. Bütün bunlar isə bir daha ona dəlalət edir ki, cavabdehlərin Bələdiyyə ilə bağladıqları icarə müqavilələri saxtadır. Torpaq sahələrinin qanunsuz zəbt edilməsi üçün hüquqi don geyindirməkd ən başqa bir şey deyildir. Apellyasiya instansiyasında məhkəmə iclasında iştirak edən Bələdiyyənin nümayəndəsi çıxışında özü də həmin torpaq sahələrinin dövlət mülkiyyətində olan torpaqlara aid olduğunu bildirmiş və bunlar iclas protokolunda öz əksini tapmalıdır. Bundan əlavə, biz iddiaçılar tərəfindən X3 X38 Agentliyinə (Agentliyik) kollektiv ərizə ilə müraciət edilmişdir: Agentliyin xx xxxxxx 2018-ci il tarixli rəsmi cavab məktubu ilə bildirilmişdir ki, “Müraciətinizdə qeyd edilən məsələ komitənin Bakı şəhəri ərazi şöbəsinin əməkdaşları tərəfindən araşdırılan zaman qeyd edilən bağ sahələrinin, eləcə də gedişgəliş yollarının naməlum şəxslər tərəfindən zəbt olunması faktları aşkar edilmişdir.Bildirilir ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında əsasnamənin 9.5-ci yarımbəndinin tələblərini nəzərə alaraq, ərizənizdə qeyd olunan ünvanda aparılan qeyri-qanuni işlərin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məktub göndərilmişdir”. Bu hal bir daha onu sübut edir ki, torpaq sahəsinin zəbt olunması qanunsuzdur və zəbt olunma faktı mövcuddur. Cavabdehlərə məxsusluğuna dair heçbir hüquqmüəyyənedici sənəd yoxdur. Biz faktiki həmin torpaq sahəsinin mülkiyyətçisiyik, sadəcə olaraq reyestrdə qeydiyyata alınmayıb. Məhkəmə mülki işə baxan zaman göstərilən fakta hüquqi qiymət verməmiş, ümumiyyətlə bu barədə qətnamədə hər hansı bir qeyd göstərilməmişdir. Halbuki, tərəfimizdən X3 X38 Agentliyinə verilmiş sorğuya cavabda həmin hal öz əksini tapmışdır. Bu barədə məhkəmə tərəfind ən qətnamənin əsaslandırıcı hissəsində qeyd aparılmamışdır. Beləliklə, apelyasiya məhkəməsi maddə və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddiaçılar X10, İddiaçı6, İddiaçı14, İddiaçı16, İddiaçı17, İddiaçı11, İddiaçı12 Varaqa oğlu, X29, İddiaçı13 vərəsəsi X17, ilk cavabdehlər Cavabdeh4, Cavabdeh5 Diliqam oğlu, Cavabdeh6, X11, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh10, Cavab deh2, Cavabdeh11, Bünyat-zadə Orxan İlqar oğlu, X20, X21, X30, X12, Kürdəxanı Bələdiyyəsinin və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı1, İddiaçı8, X5, İddiaçı10, onların və digər ilk iddiaçıların vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X 25 və vəkili Məmişov Anar Mövsüm oğlu kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, “Bağban” bağçılıq yoldaşlığına Bakı Şəhər XDS İK tərəfindən 2,37 hektar torpaq sahəsi ayrılmış və bu barədə qəbul edilmiş qərarda həmin sahənin Nardaran qəsəbəsinin Şimal-Qərb hissəsində olan Ləhiş bağlar massivinin ərazisində, DİN-in X32 İdarəsinin yanında yerləşmə si göstərilməklə qərarda həmin yer dəqiqləşdirilmiş və bu, iddiaçılarla X9 və İstismarı Birliyi arasında xx.xx.2007-ci il tarixli Ləhiş bağlar massivində yerləşən bağ sahələrinə dair müqavilələrin bağlanması üçün əsas olmuşdur. Bağların istifadəyə verilməsinə dair bütün müqavilələr 10 il müddətinə - xx.xx.2017-ci il tarixə kimi bağlanmışdır. İş üzrə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri isə onlara Kürdəxanı Bələdiyyəsi tərəfindən 2013-cü ildən başlayaraq icarəyə verilmişdir. İşin birinci cildinin 324-342 vərəqlərində olan bağçılıq-yoldaşlıq Nizamnaməsi və həmin Nizamnamənin təsdiq olunması barədə Bakı şəhəri Lenin rayon XDS İK-nin xx.xx.1996-cı il tarixli qərarı ilə “Bağban” bağçılıq-yoldaşlığının həqiqətən yaradılması və ona 1989-cu ildə 2,37 hektar torpaq sahəsinin ayr ılması öz təsdiqini tapır. Lakin Rayon Məhkəməsi Dövlət Reyestri Xidmətinin elektron məlumat bazasında “Bağban” bağçılıq-yoldaşlığı haqqında heç bir məlumatın olmaması ilə kifayətlənməklə bağçılıq- yoldaşlığın mövcud olmaması nəticəsinə gəlmişdir. İddiaçılar tərəfindən icarə müqavilələri və bağçılıq-yoldaşlığın xx.xx.1995-ci il tarixli ümumi iclasının qərarı ilə təsdiq olunmuş bağ sahələrinin yerləşmə sxemləri məhkəməyə təqdim edilmişdir. Bağ sahələrinin ayrılması üçün əsas verən təsdiqedici sənədlərin, o cümlədən ayrıc aktlarının saxlanmamasına görə iddiaçılar məsuliyyət daşımır. Rayon Məhkəməsinin bağ sahələrinə dair təsdiq olunmuş ayrıc aktlarının məhkəməyə təqdim olunmamasının iddiaçılara hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquq verməməsi qənaəti əsassızdı r. İddiaçılar hesab edirlər ki, onların istifadəsinə ayrılmış torpaq sahələri hazırda cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələri ilə üst-üstə düşür. Mübahisələndirilən torpaq sahələrinin cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin araşdırılması xüsusi bilik tələb etdiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmiş, iş materialları ilə birlikdə iddiaçılar tərəfindən təqdim edilmiş “Bağban” bağçılıq-yoldaşlığının a rxiv qovluğu da Ekspert Mərkəzinə göndərilmişdir. Lakin təqdim olunan sənədlər əsasında bağ sahəsinin künc nöqtələrini (koordinatlarını) müəyyən etmək mümkün olmadığından və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında “Bağban” bağçılıq-yoldaşlığının ayrıc aktı olmadığından iş üzrə bağ sahələrinin mübahisəli torpaq sahələri isə üst-üstə düşübdüşmədiyi barədə rəy verilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsaslanan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçıların təqdim etdiyi sənədlər, habelə səlahiyyətli dövlət orqanlarına verilmiş sorğular (təyin edilmiş ekspertizalar) əsasında mübahisəli torpaq sahələrinin onlara məxsus bağ sahələri ilə üst-üstə düşdüyünü müəyyən etmək mümkün deyildir və bu səbəbdən iddiaçılar mübahisəli torpaq sahələrinin boşaldılması və onlara qaytarılması tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməzlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün tərəflərə lazımi şərait yaratmamış, iddiaçıların dəlillərinin yoxlanılması və iş üzrə mütəxəssis rəyinin əldə edilməklə mübahisəyə aydınlıq gətirilməsi üçün qanunda müəyyən olunmuş bütün imkanlardan istifadə etməmişdir. MPM-nin 420-ci maddəsinə görə isə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün mə cburidir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı tərəfin vəsatəti əsasında iş üzrə əlavə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 X38 Agentliyinin və “xxxx” MMC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və yekunda Məhkəmə Ekspertiza Mərkəzinin 26485 nömrəli xx.xx.2019cu il tarixli rəyi alınmışdır. Həmin rəylə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 X38 Agentliyinin xx.xx.2019-cu il tarixli **********12 saylı məktubun və “xxxx” MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 105 saylı məktubla, “xxxx” MMC-nin mütəxəssisi, yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən mülki iş üzrə iddianın predmetini təşkil edən, cavabdehlərin faktiki istifadəsində olduğu bildirilən mübahisəli torpaq (bağ) sahələrinin dövlət mülkiyyətində olan torpaqlara aid olduğu, eləcə də həmin torpaq sahələrinin Bakı Şəhəri X33 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 11/387 nömrəli qərarı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X32 İdarəsinin “Bağban” bağçılıq-yoldaşlığına ayrılmış 2,37 ha torpaq sahəsi (bağçılıq-yoldaşlığının üzvlərinin bağ sahələri) ilə tam üst-üstə düşür. Göründüyü kimi, Rayon Məhkəməsi tərəfindən lazımi qaydada ekspertiza düzgün təşkil edilmədiyi üçün işin həqiqi hallarını müəyyən etmək mümkün olmamışdır. İşin hazırki mərhələsində Məhkəmə tərəfi ndən müəyyən edilir ki, ekspertiza düzgün təşkil edilsəydi rəyin alınması mümkün olardı. Lakin buna baxmayaraq, iddiaçılar bağ sahələrinin onlara ayrılmasından sonra uzun müddət ərzində (iddiaçılar özləri apellyasiya şikayətində onlara ayrılmış torpaq sahələrində tikinti işlərinə yalnız 2005-ci ildə başladıqlarını qeyd edirlər) həmin sahələrə faktiki sahiblik etməmiş, ondan təyinatı üzrə istifadə etməmiş, qanunsuz sahiblikdən geri tələb etməmişlər. Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 124 nömrəli sərəncamının 2ci bəndi ilə bağçılıq yoldaşlıqları ərazilərindən beş ildən artıq müddət ərzində torpaq sahələri götürmələrinə baxmayaraq həmin sahələrdə heç bir abadlıq və becərmə işləri aparmayan – torpaq sahələri istifadəyə ayrılan vaxtdakı vəziyyətdə olan vətəndaşların adınd an həmin torpaq sahələrinin Bağlar təsərrüfatı birliyinin nümayəndəsinin və aidiyyəti bağçılıq yoldaşlığının üç üzvünün iştirakı ilə tərtib edilmiş akt əsasında silinməsi və bu vətəndaşların üzvlük kitabçalarının öz hüquqi qüvvəsini itirmiş hesab etməsi qərara alınmışdır. Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 46-cı maddəsinin mənasına görə, vətəndaş torpaq sahəsindən dalbadal 2 il istifadə etmədikdə və ya ondan müəyyən edilmiş məqsədə müvafiq surətdə istifadə etmədikdə, torpaq sahəsindən istifadə hüququna xitam verilə bilər. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 32-cı maddəsinin mənasına görə, qeyri-kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində üzrlü səbə b olmadan istifadə edilmədikdə torpaq sahəsindən istifadə hüququna xitam verilir. Hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərindən görünür ki, qeyrikənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə torpaq sahəsindən istifadə hüququna xitam verilir. Göründüyü kimi, istər torpaq sahəsi bağçılıq-yoldaşlığına ayrılan zaman, istərsə də, həmin sahələrə dair iddiaçılar ilə müqavilələr bağlanan zaman qüvvədə olan Torpaq Məcəllələrinin yuxarıda şərh olunan müddəaları baxımından ilk iddia üzrə iddiaçılar mübahisəli torpaq sahələri üzərində subyektiv hüquqlarını itirmişlər. İlk iddia üzrə iddiaçıların mübahisəli torpaq sahələrinə dair subyektiv hüquqlarının artıq olmamasını nəzərə alan Məhkəmə hesab edir ki, mübahis əli torpaq sahələrinin Kürdəxanı bələdiyyəsinin sərəncamına ayrılıb-ayrılmamasından asılı olmayaraq subyektiv hüquqa söykənməyən ilk iddia tələbi əsaslı hesab edilib təmin oluna bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apelyasiya baxışı zamanı istər torpaq sahəsi bağçılıq-yoldaşlığına ayrılan zaman, istərsə də, həmin sahələrə dair iddiaçılar ilə müqavilələr bağlanan zaman qüvvədə olan Torpaq Məcəllələrinin müddəaları baxımından ilk iddia üzrə iddiaçıların mübahisəli torpaq sahələri üzərində subyektiv hüquqlarını itirmələri düzgün olaraq müəyyən edilmiş və hüquqi cəhətdən düzgün əsaslandırılmışdır. Hazırki halda kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən ma ddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi hal müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməs i dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, X10, İddiaçı1, İddiaçı6, İddiaçı8, İddiaçı14, X5, İddiaçı10, İddiaçı16, İddiaçı17, İddiaçı11, İddiaçı12 Varaqa oğlu, X29 və İddiaçı13 vərəsəsi X15 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar