Məhkəmə qərarları › İş №2(102)-4369/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4369/2020

13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4369/2020 13.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsindən Cavabdeh və vəkili X7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin x saylı xx.xx.2015-ci il tarixli qərarına əsasən, cavabdehin xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının azaldı lması, cavabdehin xeyrinə ondan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay almış olduğu təqaüdün 1/3 hissəsində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.Rəhimli) xx xxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x saylı xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının azaldılması, xx xxxxxx 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 300 (üç yüz) manat məbləğində sabit pul şəkilində alimentin tutularaq Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sərlik edən və məruzəçi), E.Kazımov və İ.Şirinov) xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11969/19 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Xətai rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı hər ay 300 (üç yüz) manat məbləğində sabit pul şəkilində alimentin tutulması hissəsində dəyişdirilməsi, xx xxxxxx 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 100 (bir yüz) manat məbləğində sabit pul şəkilində alimentin tutularaq Cavabdeh ödənilməsi, cavabdeh X3 apelyasiya şikayəti təmin edilməməsi qət edilmişdir. Cavabdeh və vəkili X7 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarix li qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin iddia tələblərinin təmin edildiyi hissədə ləğv, iddia tələbinin təmin edilməməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişl ər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x saylı xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh İddiaçı 500 manat sabit pul məbləğində alimentin tutular aq Cavabdeh verilməsi qərara alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X9 xx.xx.2015-ci il tarixdə Cəlilabad R.İ.H.B-nın Kürdlər kənd İ.Ə.D.Ü Nümayəndələyində nikaha daxil olmuş və nikahlarını 04 saylı qeydlə rəsmiləşdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 rayonunda anadan olmuşdur, valideynləri qrafasında atası İddiaçı, anası isə X4 göstərilmişdir. İş materiallarında olan doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X9 və İddiaçı xx.xx.2019-cu il tarixdə bir uşaqları dünyaya gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov ad ına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş 9537 saylı, xx.xx.2016-cı il tarixli epikrizin və digər epikrizlərin surətlərindən aydın olur ki, İddiaçı “sol diz oynağının menskektomiyadan sonrakı deformasiyaedici osteoartrozu, oynağın funksional pozğunluğu və ağrı sindromu ilə” kliniki diaqnozu qoyulmuşdur. İş materiallarında olan Förde Sağlamlıq mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayış-poliklinikada olma sənədinin surətindən görünür ki, İddiaçı həqiqətən də, xx.xx.2016-cı ildə saat 07:30-da poliklinikanın Ortopediya şöbəsində əməliyyat olunmuşdur. İş materiallarında olan ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən xx.xx.2019-ci il tarixdə verilmiş 026586 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müddətsiz 1-ci qrup ümumi əli ldir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, İddiaçı 1-ci qrup əlildir. Kollegiyanın iclasında iddiaçı tərəfindən təqdim edilmiş arayışın surətindən görünür ki, ƏƏSMN yanında DSMF Cəlilabad rayon şöbəsi tərəfindən Nuriyeva Leyla akir qızına 1-ci qrup əlil İddiaçı baxmağa görə 50 manat məbləğində aylıq Prezident təqaüdü alır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi və ailə vəziyyətində dəyişiklik olmuş, iddiaçı yenidən evlənmiş, yeni evliliyindən iki övladı anadan olmuşdur. Bundan başqa iddiaçı 1-ci qrup əli l olmaqla, dizindən əməliyyat olunmuş və hazırda sərbəst hərəkət edə bilmədiyi üçün işləmir. İddiaçı 2016-cı ildə ondan tutulan aliment məbləğinin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etsə də, həmin vaxt iddiaçının ikinci evliliyindən uşaqları olmamış və həm də iddiaçının 1-ci qrup əlil olması müəyyən edilməmişdir. Hazırda isə göstərilən hallara əsaslanaraq, iddiaçı alimentin azladılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda işə baxan məhkəmə qətnamədə göstərmişdir ki, alimentin miqdarı müəyyən edildikdən sonra xeyli zaman keçmiş, iddiaçının səhhətində problem meydana gəldiyi üçün maddi vəziyyətində dəyişiklik olmuş və artıq o, hər ay 500 manat məbləğində aliment ödəmək iqtidarında deyildir. Həmçinin iddiaçının ailə vəziyyətində bir sıra dəyişiklikl ər olmuş, o, yenidən ailə qurmuş və artıq öhdəliyində cavabdehlə olan övladından başqa, iki başqa övladı da vardır. Birinci instansiya məhkəməsi iddianı təmin edib cavabdehdən tutulması qət edilmiş alimentin məbləğini 300 (üç yüz) manat müəyən edərkən alimentin hansı formada tutulmanın müəyyən etmək hüququnun aliment ödəyənə yox, aliment vəsaitinin tutulmasını tələb edən şəxsə məxsus olmasını əsas götürmüşdür. Rayon məhkəməsi hesab etmişdir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması və uşağın digər diqqətəlayiq maraqları nəzərə alınmaqla iddiaçıdan tutulan alimentin miqdarı 300 manat məbləğində müəyyən edilməlidir. Apelyasiya məhkəməsi isə hesab etmişdir ki, məhkəmənin istinad etdiyi hallar nə birinci instansiya məhkəməsində, nə də ki kollegiyanın iclasınd a sübuta yetmədiyindən, cavabdehdən tutulmalı alimentin miqdarının 300 manat müəyyən edilməsi qanuni hesab edilə bilməz. Apelyasiya şkayətində cavabdeh iddiaçının küllü miqdarda müvinat almasını bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Odur ki, işin halları, iddiaçınınn 1-ci qrup əlil olmaqla faktiki əmək qabiliyyətli olmaması nəzərə alınmaqla, İddiaçı cavabdehin xeyrinə 100 manat məbləğində alimentin tutulması ağlabatan və ədalətli məbləğ hesab edilir. Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bi lər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə alimentin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən məbləği uşağın mənafeyi baxımından məqsədəuyğun deyil. Odur ki, bu məbləğ müəyyən edilərkən yuxarıda qeyd edilən hallarla yanaşı uşaqlar üçün yaşayış minimumu, habelə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması və işin digər diqqətəlayiq halları nəzərə alınmalıdır. «Azərbaycan Respublikasının 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il yanvarın 1-dən etibarən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respub likası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, X saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onla rı tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsin in qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. x nömrəli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar