Məhkəmə qərarları › İş №2(102)-4371/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4371/2019

24.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4371/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “24” iyun 2019-cu il iş №2(102)-4371/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili X6 iştirakları ilə. İddiaçı İddiaçı oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnamə si ilə (hakim:Ə.S.Qəhrəmanov; 2(003)-1986/2018)İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov 2(103)-11790/18) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Xəzər rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona olan 4000(dörd min) manat borcun, banka ödədiyi 5000(beş min) manat faiz borcun, 10000(on min) manat mənəvi ziyanın alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İd diaçıiddia tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildən etibarən özəl şirkətdə mühafizəçi işləmişdir. Onun bacanağı X1 Q6 2011-ci ildə əsgəri xidmətindən sonra polisə işə düzəlmək arzusunda olduğunu və bu işdə ona kömək etməyi xahiş etmişdir. Bir müddət sonra o, tanışlarından hərbi xidmətini başa çatdırmış cavanların polisə işə düzəlməsinə köməklik göstərə bilmələri ilə maraqlanmış və o, zaman tanışları bacanağının oğlu Q6 Polisə işə düzəldə biləcəklərini demişlər. Ona görə qaynı X4 müraciət etmiş və o, zaman N6 ona bildirmişdir ki, qaynı X7 tanışları var və bu işdə köməklik göstərə bilər. 2011-ci ilin noyabr ayının əvvəllərində N6 köməyi ilə Ü6 ilə Qaradağ rayonunun Sahil qəsəbəsində kirayədə yaşadığı evdə görüşmüşdür. Həmin vaxtı ona demişdir ki, tanışlarının vasitəsi ilə 1000 0 manat müqabilində Q6 Gəncə şəhər Baş polis İdarəsinə post patrul xidmətinə polis nəfəri kimi işə düzəldə biləcəkdir. Ü6yə bildirmişdir ki, bu söhbəti Q6 özünün yanında olsun ki, Q6 bilsin ki, bu işin qiyməti 10000 manat olacaq və onun gücü çarmayacaq, onun yalnız 1000 manat pulu vardır, qalan 9000 manatı o, Q6 əvəzinə verəcəkdir. Sonra Q6 işləyib pulunu qaytarar. 2-3 gündən sonra o, ikinci dəfə Ü6 ilə Nərimanov rayonu, ********** metrosunun yaxınlığında yerləşən çayxanaların birində görüşmüşdür. Həmin görüşə o, Q6la birlikdə getmişdir. Ü6 isə görüşə "V6" adlı şəxslə gəlmişdir. X15 İşlər Nazirliyinin ehtiyatda olan polis mayoru kimi təqdim etmiş və işi V6 müəllimin həll edəcəyini bildirmişdir. Həmin vaxtı V6 işin həllinə 10000 (on min) manat məbləğində pul lazım olduğunu demişdir. V6 bu qiyməti təsdiqləmiş və 2 günə həmin pulu düzəldib çatdırmaq lazım olduğunu demişdir. O, həmin məbləği 2 günə düzəldib verə bilməyəcəyini və pulu yalnız ona hissə -hissə verə biləcəyini demişdir. V6 razılaşaraq pulun bir hissəsini indi, qalan hissəsini isə Q6 işə düzələndən sonra verməsini demişdir. V6 öz telefon nömrəsini də əlaqə saxlamaq üçün vermişdir. O, Q6la birlikdə V6 danışmış və V6 Q6ı işə düzəltməsi üçün pulun tezliklə çatdırılmasım bildirmişdir. Bir neç gündən sonra o, 3000 manat məbləğində pulu toplamış, Q6a zəng vurub bu barədə demiş və Q6 onun özündə də 1000 manat məbləğində pul olduğunu dçmişdir. Həmin pulu Q6dan alaraq və özüdə pulun üstünə qoyaraq 4000 manat düzəltmiş və Ü6 zəng vurub bu barədə ona xəbər vermişdir. V6 tanımadığı üçün pulu V6 vermək istəməmişdir. 25 noyabr 2 011-ci il tarixdə səhər saat 11 radələrində ünvan 1 ünvanda yerləşən "********" kafesində görüşmüş və Ü6yə 4000 manat məbləğində pulu vermiş və Ü6 pulu ondan alaraq yaxın müddətdə Q6ı işi düzəldəcəyini bildirmiş, sonra V6la söhbət etmiş və V6 tanışı A6 işi həll etməyə söz vermişdir. Həmin vaxtı V6 A6a zəng etmiş və görüşmək lazım olduğunu bildirmiş, sonra Q6la birlikdə avtomaşınla getmişlər. Təxminən iki saatdan sonra geri qayıtmışlar və bildirmişdir ki, Q6 Polisə işə düzəlməsində "boy" problemi vardır. Bundan sonra tanışı N6 vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. Onunla 28 May metro stansiyasının yaxınlığında Dəmir Yolu İdarəsini qarşısında görüşmüş və Q6 adlı qohumunu Polisə İşə düzəltmək istədiyini bildirmişdir. Həmin vaxt X18 Patrul Xidmətinə polis nəfəri kimi işə düzəldə biləcəyini demiş və bunun üçün 10000 (on min) manat pul istəmişdir. O, Ə8 8000 (səkkiz min) manata gücü çatdığını büdirmiş və həmin məbləğə razılaşmışlar. Ə8 pulun yarısını hazırda, qalanını isə Q6 işə düzələndən sonra vermək lazım olduğunu, pulu gətirəndə Q6 sənədlərini də gətirilməsini bildirmişdir. 2011-ci ilin dekabr ayında Q6la birlikə Ə8in işlədiyi ünvan 2 ünvanda yerləşən "xxxx" Elmi Tədqiqat və İstehsalat Mərkəzi ASC-nin binasında 2-ci mərtəbəsində yerləşən ofisində Ə8lə görüşmüş və sənədlərin sürətlərini və 4000 (dörd min) manat pulu Ə8 vermişdir. O, zaman Ə8 Q6 işini danışdığını, hər şey qaydasında olduğunu, tezliklə işə düzələcəyini və pulun qalan hissəsini də həmin vaxtı gətirməyi bildirmişdir. Onun Ə8lə görüşündən bir xeyli sonra Ə8 ona zəng edib Q6 sənədlərinin əslini və pulun qalan hi ssəsini də gətirməyi bildirmişdir. 06.02.201-ci ildə o, Ə8lə "********" adlanan kafedə görüşmüş və Q6 yanında sənədlərin əslini və 4000 (dörd min) manat pulu Ə8 vermişdir. Bundan sonra o, bir neçə dəfə Ə8dən işin vəziyyəti üə maraqlanmış və Ə8 hər dəfə narahat olmamağım, tezliklə işin düzələcəyini bildirmişdir. Lakin üstündən xeyli vaxt keçdiyini, Q6 işə düzəlmədyini və buna görə Ə8dən ya Q6ı işə düzəltməyi, ya da pulu qaytarmağı ondan tələb etmişdir. Həmin vaxtı başa düşmüşdür ki, Ə8in onu aldatmış və ona görə də Ə8in iş yerinə gedib pulu geri tələb etmişdir. Lakin Ə8 ilk vaxtlar pulu qaytaracağını bildirsə də, onu yenidən aldatmış və pulu qaytarmamışdır. Ona görə o, Polis orqanlarına müraciət etmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsi ilə cinayət işi başl amışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan zaman Ə8 və onun qohumları hissə -hissə ona 4000 (dörd min) manat qaytarmış və digər 4000 (dörd min ) manat pulu da Ə8 və onun qohumları tezliklə qaytaracaqlarnı bildirmişlər. O, zaman Ə8 və onun qohumları güzəşt etməyi, Ə8in həbs edilməməsi üçün guya ona vurulmuş zərərin ödənildiyi barədə ərizə yazmağını xahiş etmişlər. Həmin vaxt Cavabdeh onun və digər şəxslərin iştirakı ilə ona olan borcunu qaytaramaq üçün 10.11.2017-ci il tarixdə borc öhdəliyi yazıb vermişdir. Həmin Borc öhdəliyində qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı aldığı 4000 (dörd min ) manat borcunu 30.01.2018-ci ilə kimi qaytarmağı öhdəsinə götürür. Borc öhdəliyi üzrə borcu vaxtında qaytarmadığına görə İddiaçı məhkəməyə müraciət edərək borcu məhkəmə qaydası ilə təl əb etmək hüququ vardır. O, təqsirləndirilən Ə8in və onun qohumlarının Ə8in həbs edilməməsi üçün ondan xahişini nəzərə alaraq insanlıq etmiş və məhkəməyə ərizə yazaraq guya Cavabdeh ona vurulmuş olduğu ziyanı ödədiyini bildirmişdir. Halbuki, cavabdeh ona pul ödəməmişdir. Cavabdehin günahı ucbatından o, kredit götürdüyü Banka 5000 (manatdan çox) faiz pulu ödəmişdir. Hazırda hesab edir ki, cavabdeh ona borclu olduğu 4000 (dörd min) manat, Banka ödədiyi 5000 (beş min) manat ziyanı və 10000 ( on min) manat mənəvi ziyanı ödəməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)33/2018 saylı 11.01.2018-ci il tarixli Hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3000 ( üç min) manat cərimə cəzsma məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.4-cü m addəsinə əsasən Cavabdeh şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla cərimə cəzası yüngülləşdirərək üzərində 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Lakin məhkəmə Hökmü elan edildikdən sonra o, Ə8dən pulu qaytarmağı tələb etsə də, Ə8 bu gün sabaha salaraq bu vaxta kimi pulu qaytarmamışdır. Eyni zamanda Ə8 uzun müddət onu aldadaraq aldığı pulu qaytarmaması ilə əlaqədar o, məcburiyyət üzündən Polis, Prokurorluq və Məhkəmə orqanlarına gedib gəlməyi mənəvi sarsıntı, əziyyət və psixoloji gərginlik keçirməyinə səbəb olmuşdur. Ona görə hesab edir ki, cavabdeh ona mənəvi ziyana vurmuşdur. Cavabdeh ona vurmuş olduğu mənəvi ziyanı 10000 manat qiymətləndirir və cavabdehdən həmin məbləği tələb edir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edil məsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 9,77,88,217,218-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işə bitərəfli,qeyriobyektiv və qərəzli yanaşılmışdır. Tərəflərin İzahatları Məhkəməkollegiyasınıniclasında İddiaçı və vəkili X11 kassasiyaşikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahişetdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələ lərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan 10 noyabr 2017-ci il tarixli borc öhdəliyindən görünür ki, Cavabdeh İddiaçı aldığı 4000 manatı 30 yanv ar 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Borc öhdəliyi Cavabdeh, İddiaçı, X8 və X9 tərəfindən imzalanmışdır. İşdə olan İddiaçı tərəfindən Xətai rayon Polis idarəsinə ünvanlanmış 07 dekabr 2017-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh onlan aldığı 8000 manat pulu tam ödəmişdir. Ondan şikayəti, tələbi və iddiası yoxdur. Cinayət işinə xitam verilməsini xahiş edir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1 (011 )-33/2018 saylı 11.01.2018-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3.000(üç min) manat cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Cavabdeh şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla cərimə c əzası yüngülləşdirərək üzərində 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesb etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddanın təmin edilməsi üçün əsas ola bilməz. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məh kəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsasıvə ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki əsasları (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdehin cinayət mühakimə icraatı qaydasında barəsində olan cinayət işi üzrə i ddiaçı ərizə ilə müraciət edərək 8000 manatın cavabdeh tərəfindən ona qaytarıldığını, buna görə də, cavabdehə qraşı şikayəti, tələbi və iddiasının olmadığını bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Bu hal cavabdehin barəsində çıxarılmış ittiham hökmündə də, öz əksini tapmışdır. Bu halların mövcudluğu, özü-özlüyündə iddianın əsassızlığını bilavasitə təsdiq edir. İddiaçı qətnamə ilə bir neçə səbəbdən razı olmadığını bildirsə də, şikayətində bunun əsaslarını göstərməmişdir, Məhkəmə cavabdehə qarşı olan iddia ərizəsinin hansı ehtiyacdan qaldırılmasını deyil, onun qanuniliyini və əsaslılığını araşdırmalıdır ki, bunu da birinci instansiya məhkəməsi araşdırmışdır. Cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatı olub iştirak etməməsi çəkişmə prinsipinə riayət olunmadığına dəlalət etmir. Bu halda, yetər ki, iddiaçı iddiasının əsaslılığını sübuta yetirsin. Cavabdehin məhkəmə iclasında iştirak etməməsi isə ona qarşı tədbir görülməsi üçün əsas deyildir. Məhz buna görə də, məhkəmənin işə birtərəfli, qeyri-obyektiv və qərəzli yanaşdığı nəticəsinə gəlməsi iddiaçının subyektiv mülahizəsi ilə bağlı olan fikriləridir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Ona görə də apellyasiya qaydası nda işə baxan məhkəmə kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qanunu və əsaslı hesab edərək onu dəyişdirmədənsaxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassa siya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar