Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4373/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vnun və Cavabdeh iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin (hakim Ə.Paşayev) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ pulun, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 19000 manat məbləğində pulun tutularaq İddiaçı oğluna verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev, Q.Kərimov, Z.Babayev) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xxx saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pulun qyatarılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, Cavabdeh 19000 manat məbləğində pulun, 2016-cı ilin aprel ayından məhkəmə qərarının çıxarıldığı gün üçün illik bank uçot dərəcəsi əsas götürülməklə faizlərlə birlikdə maddi zərərin, 10000 manat mənəvi zərərin əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili R kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçının əri X3 cavabdehin xalası oğludur. Həsən Sultanov cavabdehə 2016-cı ilin yanvar ayında kənd təsərrüfatı biznesi sahəsində şərikli iş görməyi təklif etdmiş, aralarında olan razılaşmaya əsasən Həsən Sultanov 9450 manat pul qoyacaq, qazanc və ziyanın 30 faizi onun, 70 faizi isə Həsənin olacaqdır. Bu məqsədlə onl ar 120 baş quzu almış, o, həmin quzuları Salyan rayonunun Marışlı kəndində saxlamış, təxminən 4-6 ay saxladıqdan sonra quzuları 13.000 manata satmışlar. Cavabdeh həmin pulun 12.000 manatını Həsənə vermişdir. 2017-ci ilin fevral ayında Həsənlə yenidən kənd təsərrüfatı sahəsində şərikli iş görməyə başlamışlar. Bu dəfə isə sarımsaq və kartof əkmək barədə razılığa gəlmişlər. Bununla bağlı Həsənlə meyvə bazarına gedərək oradan 9 ton kartof almışlar. Qazanc və ziyanla bağlı şərtləri əvvəlki qaydada olmuşdur. Sarımsağa görə 1000 manat, kartofa görə 4500 manat pul ödəmişlər. Həsən kartof və sarımsağın becərilməsi üçün 4800 manat pulu bank yolu ilə cavabdehə göndərmişdir. Onlar əkinlə birgə məşğul olmuşlar. Amma əsas nəzarət onda olmuşdur. Həsənlə arvadı Həyat mütəmadi olaraq gələrək əkinlərə baş çəkmişlər. Bir müddət sonra yetişdirilən kartof və sarımsağı anbara yığmışlar. Dəfələrlə yığılmış məhsulu satmaq üçün dükanlara müraciət etmişlər. Kartofdan 800 manatlıq satılsa da, alıcı olmadığından kartof məhsulunun qalan hissəsi xarab olmuşdur. Sarımsaq isə hələ də anbardadır. Cavabdeh İddiaçı borc pul almamışdır. Həsən ona demişdir ki, arvadının yanında xəcalətlidir. Ona görə də bankdan 2700 manat kredit götürüb Həsənə vermək istəmişdir ki, xalası oğlu düşdüyü ziyanın 30 faizini ödəsin. Lakin Həsən pulu götürməyərək ona həmin pulla yenidən təsərrüfat işləri görməsini, pul qazandıqdan sonra ona da kömək etməsini bildirmişdir. O da həmin pula qoyun-quzu almışdır. Lakin sonradan Həsən ona ziyana düşdüyü üçün arvadının onu evdən çıxardığını bildirərək, ondan pul borc almasına dair müqavi lə yazmasını xahiş etmişdir. O da Həsənlə qohum olduğu üçün 2017-ci ilin payızında guya Həsənin arvadı İddiaçı 19.000 manat borc pul alması barədə müqavilə yazıb imzalamışdır. Müqavilənin tarixini isə xx.xx.2016-cı il qeyd etmişlər. Müqavilədəki imza cavabdehindir. Lakin həqiqətdə isə o, İddiaçı pul almamışdır, Həsən Sultanovla şərikli iş görmüşlər. Apelyasiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası MPM-nin 14, 77 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kredit müqaviləsi ilə bağlı tam və hərtərəfli araşdırma aparmamış, İddiaçı dindirməmişdir. Həmçinin məhkəmə iclasında cavabdehin iştirakı təmin edilməmişdir. Bununla da onun məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə əlavə araşdırma aparılması üçün mülki işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh vəkili R məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili V kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi lər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh iddianı qəbul etməyərək izahatında iddiaçının əri X1 onun xalası oğlu olduğunu, Həsən Sultanovun 2016-cı ilin yanvar ayında ona kənd təsərrüfatı biznesi sahəsində şərikli i ş görməyi təklif etdiyini göstərmişdir. Aralarında olan razılaşmaya əsasən Həsən Sultanov 9450 manat pul qoyacaq, qazanc və ziyanın 30 faizi onun, 70 faizi isə Həsənin olacaqdır. Bu məqsədlə onlar 120 baş quzu almış, o, həmin quzuları Salyan rayonunun Marışlı kəndində saxlamış, təxminən 4-6 ay saxladıqdan sonra quzuları 13.000 manata satmışlar. Həmin pulun 12.000 manatını Həsənə vermişdir. 2017-ci ilin fevral ayında Həsənlə yenidən kənd təsərrüfatı sahəsində şərikli iş görməyə başlamışlar. Bu dəfə isə sarımsaq və kartof əkmək barədə razılığa gəlmişlər. Bununla bağlı Həsənlə meyvə bazarına gedərək oradan 9 ton kartof almışlar. Qazanc və ziyanla bağlı şərtləri əvvəlki qaydada olmuşdur. Sarımsağa görə 1000 manat, kartofa görə 4500 manat pul ödəmişlər. Həsən kartof və sarımsağın becərilməsi üç ün 4800 manat pulu bank yolu ilə ona göndərmişdir. Əkinlə birgə məşğul olmuşlar. Amma əsas nəzarət onda olmuşdur. Həsənlə arvadı Həyat mütəmadi olaraq gələrək əkinlərə baş çəkmişlər. Bir müddət sonra yetişdirilən kartof və sarımsağı anbara yığmışlar. Dəfələrlə yığılmış məhsulu satmaq üçün dükanlara müraciət etmişlər. Kartofdan 800 manatlıq satılsa da, alıcı olmadığından kartof məhsulunun qalan hissəsi xarab olmuşdur. Sarımsaq isə hələ də anbardadır. O, İddiaçı borc pul almamışdır. Həsən ona demişdir ki, arvadının yanında xəcalətlidir. Ona görə də bankdan 2700 manat kredit götürüb Həsənə vermək istəmişdir ki, xalası oğlu düşdüyü ziyanın 30 faizini ödəsin. Lakin Həsən pulu götürməyərək ona həmin pulla yenidən təsərrüfat işləri görməsini, pul qazandıqdan sonra ona da kömək etməsini bildirmi şdir. O da həmin pula qoyunquzu almışdır. Lakin sonradan Həsən ona ziyana düşdüyü üçün arvadının onu evdən çıxardığını bildirərək, ondan pul borc almasına dair müqavilə yazmasını xahiş etmişdir. O da Həsənlə qohum olduğu üçün 2017-ci ilin payızında guya Həsənin arvadı İddiaçı 19.000 manat borc pul alması barədə müqavilə yazıb imzalamışdır. Müqavilənin tarixini isə xx.xx.2016-cı il qeyd etmişlər. Müqavilədəki imza onundur, lakin həqiqətdə isə o, İddiaçı pul almamışdır, Həsən Sultanovla şərikli iş görmüşlər. Həmin işin müqabilində isə artıqlaması ilə iddiaçının əri Həsənə pul qaytarmışdır. Hazırda onun iddiaçıya borcu yoxdur, lakin iddiaçının ərinin qohumu olduğunu və onların ailə vəziyyətini nəzərə alaraq 2019-cu ilin axırınadək iddiaçıya 10.000 manat pul verə bilər. İddiaçı Cavabdeh borc o laraq ondan aldığı 19000 (on doqquz min) manat pulu vaxtında qaytarmaması səbəbindən 10000 (on min) manat maddi və mənəvi ziyana məruz qaldığını göstərsə də istinad etdiyi halları təsdiq edən nə birinci instansiya məhkəməsinə və nə də apelyasiya məhkəməsinə heç bir mötəbər sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayəti də formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh müqavilədəki imzanın ona məxsus olduğunu, lakin iddiaçıdan borc almadığını, iddiaçının əri ilə şərikli iş görməsin i və ərinin xahişi ilə həmin müqaviləni imzalamasını göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Digər tərəfdən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmədiyini bildirsə də, iş materiallarından müəyyən olunur ki, hər iki tərəfə məhkəmə bildirişi ünvanlanmış, hətta iddiaçının nümayəndəsi də məhkəmə iclasında iştirak edərək iddiaya münasibətini bildirmişdir. Ümumilikdə kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə gör ə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417. 1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4373/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4373/2020
25.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver