Məhkəmə qərarları › İş №2(102)-4388/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4388/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4388/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin bağlanmış hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-609/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt Şəhər Bələdiyyə Şurasının 02 fevral 2004-cü il tarixli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyi nəzərə alınaraq, şəhər bələdiyyəsi torpaq komissiyasının 02 fevral 2004-cü il tarixli, 3 saylı protokoluna əsaslanaraq Sumqayıt şəhəri, 20 mikrorayon ərazisində yerləşən 500 kvadrat metrdən ibarət torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 28.01.2004-cü il tarixli, 02/23 saylı rəyinə əsasən Sumqayıt şəhər bələdiyyəsinin 20-ci mikrorayon ərazisində fərdi ev tikmək üçün baş plan əsasında İddiaçı torpaq sahəsinin ayrılması barədə müraciətin ə baxılmış, Sumqayıt şəhər şöbəsinin mütəxəssisi tərəfindən 20-ci mikrorayon ərazisində baş plan əsasında ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi üçün sahəyə baxış keçirilmişdir. Ərazinin cizgi planı hazırlanmışdır. Torpaq sahəsi 3-cü qiymət zonasında yerləşir və ölçüsü 500 kvadrat metrdir. Sumqayıt şəhərinin Baş planına əsasən fərdi yaşayış evi tikmək üçün 20-ci mikrorayon ərazisindən İddiaçı 500 kvadrat metr torpaq sahəsinin alğı-satqı qaydasında rəsmiləşdirilməsinə Sumqayıt şəhər şöbəsi etiraz etmir. Torpaq sahəsinin ayrılması barədə müvafiq qərar verildikdən sonra vətəndaş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə alaraq X1 və Dövlət Torpaq Reyestrində qeydiyyatdan keçməlidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə toxunulmazlığına dövlət təminat vermir. CZX seriyalı 114376 saylı kassa məxaric orderinə əsasən İddiaçı torpağın altı-satqısı ilə bağlı Sumqayıt Bələdiyyəsinə 23.01.2004-cü il tarixdə həmin dövrün ekvivalenti ilə ******* manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 07 fevral 2020-ci il tarixli **********66 saylı məktubu ilə torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmadığına, eləcə də alğı-satqı aktı tərtib edilmədiyinə görə Sumqayıt şəhəri, 20 mikrorayon ərazisində yerləşən 500 kvadrat metrdən ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından i mtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 02 fevral 2004-cü il tarixli 104 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 500 kvadrat metrdən ibarət olan torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsinin arasında alğısatqı müqaviləsinin 02 fevral 2004-cü ildən bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin əldə edilməsi üçün özünə aid hərəkətləri etsə də ondan asılı olmayan səbəblərdən bələdiyyə orqanı onunla alğısatqı müqaviləsi bağlamamışdır. Alğı-satqı aktının zəruriliyi nə bələdiyyə, nə də torpaq şöbəsi tərəfindən ona bildirilməmişdir. Sözügedən torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmadığından, onun üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi mümkün olmur. Digər qaydada həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi mümkün olmadığından hüququn məhkəmə qaydasında təsdiq edilməsinə dair müraciət etmək zərurəti yaranıb. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Almaz Süleymanova) 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya müraciəti əsasında Sumqayıt şəhər Bələdiyyəti tərəfindən torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin əldə edilməsi üçün cavabdeh tərəfindən ödəniş edilmiş, lakin tərəflər arasında torpağın alğı-satqısına dair akt tərtib edilməm iş, həmin sənədlər olmadığı üçün mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. İddiaçı iddianın əsası kimi, müqavilənin bağlanması üçün müəyyən məbləğdə ödəniş etməsini, lakin ondan asılı olmayan səbəblərdən alğı-satqı müqaviləsinin bağlanmadığını göstərərək cavabdehlə aralarında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb edir. Məhkəmə hesab etmişdir ki, hüquqi əsası olmadığından iddia təmin edilə bilməz. Belə ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Müqavilə azadlığını nəzərdə tutan MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-nin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin 405.1ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Məhkəmə qeyd olunan hüquq normalarına istinadən hesab etmişdir ki, müqavilə azadlığı prinisipinə əsasən tərəflər müqavilənin şərtləri barədə razılaşmaqla qanunvericiliyinə zidd olmayan müqavilə bağlaya bilərlər və şəxs müqavilə bağlanmasına məcbur edilə bilməz. Odur ki, iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur və mülki qanunvericiliyin müqavilə azadlığı ilə bağlı ümumi prinsiplərinə zidd olduğundan təmin edilməməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Səyyad Qafari - sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Telman Məmmədov) 10 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, Sumqayıt Bələdiyyəsinin məhkəməyə ünvanladığı yazılı etirazdan da görünür ki, mübahisəli torpaq sahəsi 3cü qiymət zonasına düşən torpaqlara aid olduğundan torpaq sa həsinin qiyməti müvafiq normativlərə əsasən hesablanmalıdır. Mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazidə torpağın normativ qiyməti iddiaçının ödəniş etdiyi dövrə 1 kvadrat metrə görə 01 (bir) manat 80 qəpik olmuşdur. 500 kvadrat metr ümumi sahənin normativ (minimal) qiyməti isə 900 manat təşkil edir. Hazırda isə həmin ərazidə yerləşən həyətyanı torpaq sahələrinin qüvvədə olan normativ xarakterli akta əsasən hər 100 kvadrat metr torpaq sahəsinə görə son hərrac qiyməti 1010 manat olmaqla, 500 kvadrat metr torpaq sahəsinə görə ümumilikdə 5050 manat təşkil edir. Göründüyü kimi tərəflər arasında torpaq sahəsinə dair müvafiq alğı-satqı müqaviləsinin bağlanmamasına səbəb sonuncunun torpaq sahəsinin müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş dəyərini bələdiyyəyə ödəməməsi olmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq norm alarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: Maddə

6. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Maddə 390.1 Fizik i və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 390.3 Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. “Bələdiyyələrin statusu” haqqında Azərbaycan Respublikası Qanunu: Maddə

33. Bələdiyyə mülkiyyətini bələdiyyələr idarə edirlər və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Maddə 10.1. (bələdiyyə qərarının verildiyi zaman mövcud olmuş redəktəsində) Bələdiyyə mülkiyyətində olan torpaq sahələri satıldıqda, qiymətlər torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-609/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar