Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4391/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X1rşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: alimentin 50 faizdən artıq olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-447/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş kassasi ya şikayəti üzrə işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə cavabdeh X3 arasında bağlanmış nikah Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmaqla İddiaçı 04 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay gəlirlərinin (qazancının) dörddə bir hissəsi miqdarında aliment tutulmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən yaradılmış “X5 Ltd” şirkətində anbardar-təchizatçı vəzifəsində işləməklə əmək haqqı 2924 ABŞ dolları təşkil edir. Onun hər ay ödədiyi alimentin miqdarı təxminən 1030 manatdır. Cavabdeh x1 adlı azyaşlı uşaqla birlikdə Qusar rayonu Köhnə Xudat kəndində yaşayır. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.01.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay gəlirinin (qazancının) dörddə bir (1/4) hissəsi miqdarında ödədiyi alimentin 50 faiz məbləğinin uşağın adına açılmış bank hesabına köçürmək barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nikahın pozulması barədə qətnamə qüvvəyə mindiyi andan 7700 manat birdəfəlik və sonradan bir aylıq gəlirdən asılı olaraq 1030-1600 manat aliment ödəmişdir. Bu isə bir uşağın saxlanması üçün yüksək məbləğdir. Bu kimi hallarda aliment ödəyən valideynin hüququ vardır ki, həmin məbləğin müəyyən hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini tələb etsin. Həmçinin cavabdeh bankda işləyir, onun özünün də gəlirləri vardır. Qusar Rayon Məhkəməsinin (hakim Adil Vəliyev) 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xeyrinə azyaşlı xxxin yetkinlik yaşına çatanadək saxlanması üçün ödədiyi alimentin miqdarı uşağın saxlanması üçün tələb olunan məbləğdən xeyli miqdarda artıq olduğundan həmin məbləğin 50 faiz hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi həmin uşağın mənafeyi naminə daha məqsədəmüvafiqdir. Belə ki, həmin uşaq kənddə yaşayır, məktəbə getmir və kənd şəraitində onun qidalanması, geyimi və s. xərclərin ödənilməsi üçün tələb olunan məbləğ aylıq 1030 manatdan xeyli miqdarda azdır. Alimentin qalan 50 faiz hissəsi 500 manatdan artıq təşkil edir ki, həmin miqdarda aliment uşağın saxlanması və hərtərəfli ehtiyaclarının ödənilməsi üçün kifayət edər, həmin məbləğ ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan bir neçə dəfə artıqdır. Bu səbəbdən də iddia təmin olunmalı, iddiaçının hər ay ödədiyi alimentin 50 faiz hissəsi xxx adlı uşağın adına açılmış bank hesabına köçürülməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Səyyad Qafari - sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Telman Məmmədov) 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi n əticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilərinin əsassız hesab etmişdir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Etirazda göstərilmişdir ki, uşağın autizm xəstələiyindən əziyyət çəkməsi həqiqətə uyğun deyildir. Belə ki, 21 noyabr 2020-ci il tarixdə oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon PNRM-də həkim psixiatr komissiyasından keçirilmişdir. Müayinə zamanı uşaqda “autizm” xəstəliyi aşkar olunmamışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədi klərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Maddə 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqları n saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır Kassasiya instansiyası məhkəməsini n mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəlimünasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçının azyaşlı uşağa görə hər ay ödədiyi alimentin miqdarının təxminən 1030 manat təşkil etməsi müəyyən edilmişdir. Cavabdeh bu məbləğin yarısının uşağın tələbatını ödəməməsi, uşağa hər ay göstərilən məbləğdən artıq vəsait sərf etməsi barədə nə birinci instansiya məhkəməsinə, nədə ki apellyasiya məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-447/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.