Məhkəmə qərarları › İş №2(102)-4406/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4406/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4406/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icbari sığorta münasibətlərində subroqasiya, əşyanı istifadə etmək hüququnun olmaması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları

1. X2 məxsus olan “Mersedes” markalı, **-Cİ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən AC 117464 №-li şəhadətnamə ilə 26.01.2014-cü il tarixdən 18.07.2017-ci il tarixədək icbari sığorta edilmişdir. Avtomobil etibarnamə əsasında Cavabdeh sahibliyinə verilmişdir. 2. 18.08.2014-cü il tarixdə Cavabdeh oğlu x həmin avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq “Mercedes Vito” markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobillə toqquşdurmuşdur.

3. İddiaçı "xxxx" ASC bildirir ki, sığorta hadisəsi nəticəsində ölmüş 3-cü şəxs X1 ailəsinə 5000 manat, ağır xəsarət almış X3 1.500 manat, yüngül xəsarət almış X7ma 750 manat, zərərə uğramış “Mercedes Vito” markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobilin sahibi X6 5000 manat olmaqla, cəmi 12.250 m anat sığorta ödənişi ödənilmişdir.

4. Həmin məbləğin subqroqasiya qaydasında “Mersedes” markalı, **-Cİ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Rakit Mustafayevdən tutulması haqqında "xxxx" ASC-nin iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə rədd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır.

5. İddiaçı "xxxx" ASC Cavabdeh avtomobili heç bir hüquqi əsas olmadan xun istifadəsinə verdiyini bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-də sığortalanmış "Mercedes" markalı, ** Cİ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X4 təqsirin dən baş vermiş, yol nəqliyyat hadisəsi nəticəsində 3-cü şəxslərin sağlamlığına dəymiş zərərə görə ödənilmiş 7.250 manat, 3-cü şəxsin əmlakına dəymiş zərərə görə ödənilmiş 5000 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 12.280 (on iki min iki yüz səksən) manat məbləğinin Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Cavabdeh “Mercedes” markalı, **-Cİ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən və hadisə zamanı həlak olan xun atasıdır. Cavabdeh heç bir hüquqi əsas olmadan avtomobili xun istifadəsinə verdiyinə, həmin şəxsin törətdiyi yol nəqliyyat hadisəsi zamanı təqsirli olduğuna və "xxxx" ASC-nin zərərə görə 3-cü şəxslərə ödədiyi sığorta ödənişi görə hazırkı tələbə görə cavabdehdir.

8. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

9. Sumqayıt Şəhər Rayon Məhkəməsinin (hakim R.Qoşqarlı) 20 noyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh X4 təqsirindən baş vermiş, yol nəqliyyat hadisəsi nəticəsində 3-cü şəxslərin sağlamlığına dəymiş zərərə görə ödənilmiş 7250 manat, 3cü şəxsin əmlakına dəymiş zərərə görə ödənilmiş 5000 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 12280 (on iki min iki yüz səksən) manat məbləğinin "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 1097.1-ci, 1108-ci, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) 03 may 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayı t Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində işin müəyyən olunmuş faktiki hallarını və hüquq normaları sadalamış və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmamasını xahiş etmişdir.

14. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hesab etmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən subroqasiya hüququ Cavabdeh qarşı yaranır. “İcbari sığortalar haqqında ” Azərbaycan Respublikasının Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Lakin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Səhmdar Cəmiyyəti “Abşeron” İxtisaslaşdırılmış Mədə-bağırsaq sanatoriyasından 21.05.2021-ci il tarixdə göndərilən arayışa əsasən Cavabdeh İbrahim oğlu həqiqətən 054250 saylı yollayışla 04 avqust 2014-cü il tarixdən başlayaraq 18 avqust 2014-cü il tar ixə qədər “Abşeron” sanatoriyasında şəkərli diabet diaqnozu ilə qalıb və müalicə almış, oğlu X8 bu zaman “Mercedes” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili atası Cavabdeh xəbəri olmadan icazəsiz götürmüşdür. Yəni qeyd olunan avtomobil Cavabdeh tərəfindən X12 oğluna öz iradəsi daxilində verilməmişdir. Nəticədə 18.08.2014-cü il tarixdə X8 “Mercedes” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan Yasamal rayon ərazisində idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və “Mercedes Vito” markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə özü və “Mercedes Vito” markalı **-HA-*** dövlət nömrə nişanlı avtomobildə olan sərnişinlərdən biri ölmüş, digər 2 sərnişin isə xəsarət almışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respubl ikasının Qanunun 25.1.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, Cavabdeh qarşı subroqasiya hüququ yaranmır və Cavabdeh sığorta məsuliyyəti daşımır. Ona görə də bu iddia əsassızdır və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.05.2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlu mat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

19. Maddə

732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.

20. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıya n üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

21. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

22. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icba ri sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 217.3. Qətnamə iş üzr ə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və ya müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

29. Hazırkı işə mahiyyəti üzrə baxan məhkəmələr qəbul etdikləri aktlarda iş materiallarındakı məlumatları (faktiki halları) və hüquq normalarını sadalamaqla kifayətlənmiş, həmin normaların dispozisiya şərtlərinin işin hallarına uyğunluğunu, habelə cavabdehin dəlilləri üzrə gəldikləri qənaəti əsaslandırmamışlar. Başqa sözlə məhkəmələrin bu iş üzrə niyə iddianın əsaslı olması nəticəsinə gəlmələri aydın deyil.

30. Bu hal qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual normanın pozulmasına dəlalət edir (§ 24).

31. İddia ərizəsindən görünür ki, "xxxx" AS C subroqasiya tələbinin faktiki əsası kimi Cavabdeh avtomobili hüquqi əsas olmadan xun istifadəsinə verməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir.

32. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır (§ 22).

33. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər (§ 21).

34. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.

35. Kollegiya vurğulayır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.

36. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.

37. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.

38. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

39. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtibləməsi tələb olunmur.

40. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sah iblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir.

41. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır.

42. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks y anaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı.

43. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı mübahisənin düzgün həlli üçün apellyasiya məhkəməsi işin faktiki hallarını araşdırmaqla, “Mersedes” markalı, **-Cİ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş xun əşyaya sahibliyinin və ondan istifadəsinin hüquqa zidd olub-olmamsını müəyyənləşdirməli, əgər o, əşyaya hüquqa zidd şəkildə yiyələnmişsə, bunda Cavabdeh təqsirinin olub-olmnamasını yoxlamalı və nəticəsindən asılı olaraq iddia tələblərinə yekun hüquqi qiymət verməlidir.

44. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar