Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4415/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “X12 Azerbaijan” MMC və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: maddi və mənəvi ziyan tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-219/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 22 avqust 2019-cu il tarixdə “X12 Azerbaijan” MMC-nin direktoru X5 ilə Cavabdeh2nin təsisçisi Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “X12 Azerbaijan” MMC (satıcı) Cavabdeh2-yə (alıcı) balıq və balıq məhsullarını satmaq, Cavabdeh2 isə həmin məhsulların dəyərini ən çoxu 60 gün ərzində “satıcı” tərəfindən təqdim edilən vergi hesab fakturası əsasında satıcıya nağd və ya köçürmə yolu ilə ödəmək barədə üzərlərinə öhdəlik götürmüşlər. Müqavilənin müddəti 31 dekabr 2020-ci il tarixə kimi müəyyən olunmuşdur. Həmin müqaviləyə əsasən tərəflər arasında balıq məhsullarının alqı-satqısı ilə əlaqədar əməliyyatlar aparılmışdır. 02 sentyabr 2019-cu il tarixdə isə Cavab deh2-nin təsisçisi ilə X5 arasında müştərək işbirliyi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən tərəflər balıq, qoyun, dana, at və toyuğun ixracı və idxalının həyata keçirilməsini qərara almışlar. Həmin müqavilə çərçivəsində tərəflər birgə fəaliyyət göstərməklə bir sıra əməliyyatlar aparmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin oktyabr ayında “X12 Azerbaijan” MMC və MMC-nin direktoru X5 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu ilə qədər Cavabdeh1 məxsus "xxxx" firması ilə balıq alqı-satqısı ilə məşğul olmasını, 2019-cu ilin avqust ayında Cavabdeh1 ona müraciət edərək yeni təsis etdiyi Cavabdeh2yə maliyy ə vəziyyətinin ağır olması ilə əlaqədar nisyə mal satılmasını xahiş etməsini, Cavabdeh1 "xxxx" MMC firmasının direktoru işləyərkən ona 59.178,43 manat məbləğində borcunun qalmasını bildirdikdə sonuncunun ona birgə iş birliyi qura biləcəkləri təqdirdə onun həmin borcu da ödəyəcəyini vəd etməsini və bununla əlaqədar onların arasında 22 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasını və müqavilədən sonra Cavabdeh2-yə müxtəlif çeşiddə 112.672,67 manat dəyərində balıq məhsullarını satmasını, həmin məhsullara görə onlara cəmi 17.592,48 manatın ödənilməsini, 95.080,28 manatın isə ödənilməmiş qalmasını, bundan əlavə Cavabdeh1 ona birgə fəaliyyət göstərməyi təklif edərək Cavabdeh2-nin 50 faizinin ona məxsus olması barədə razılaşma imzalamasını, bundan sonra 02 sentyabr 2019-cu il ta rixdə aralarında müştərək iş birliyi müqaviləsinin bağlanmasını və toyuq məhsullarının alınması üçün Cavabdeh1 60.000 manat ödənilməsi, bundan başqa Cavabdeh1 təklifi ilə Qazaxıstandan iri buynuzlu heyvanların gətirilməsi üçün bacısı oğlu İddiaçı3la birlikdə ona 55.000 ABŞ dolları verməsini, bundan başqa Rusiya Federasiyasından balıq məhsullarının gətirilməsi üçün Cavabdeh1 cəmi 154.432 ABŞ dolları verməsini və həmin pulun Cavabdeh2-nin adından satıcının hesabına köçürməsini, həmin malların gətirilməsi üçün əlavə olaraq 53.200 manat gömrük rüsumu, 9.200 dollar isə 4 sürücüyə zəhmət haqqı kimi ödəməsini və həmin məhsulların “X12 Azerbaijan” MMC-nin anbarına yerləşdirilməsini, bundan başqa onun toyuq və toyuq filesinin alması üçün Cavabdeh2-nin adından 60.000 manat (35.295 ABŞ dolları) ödəmə sini, həmin malın gətirilməsi üçün 8000 manat məbləğində gömrük rüsumu ödəməsini və həmin malların Cavabdeh1 qalmaqla onun tərəfindən malın dəyərini və çəkilmiş xərcin ödənilməməsini, eyni zamanda mal-qaranın alınması üçün Cavabdeh1 55.294 ABŞ dolları ödəməsini, həmin mal-qaranın qidalanması üçün 4730 manat məbləğində vəsait sərf etməsini, həmin heyvanların da Cavabdeh1 olmaqla onun tərəfindən satılması həyata keçirilməklə ona həmin malların maya dəyərinin belə ödənilməməsini, 2019-cu ilin sentyabr ayının sonunda Qazaxıstandan 73 baş iri buynuzlu mal-qaranın gətirilməsi üçün Cavabdeh2-nin adından Qazaxıstana 18.000 ABŞ dolları məbləğində pul vəsaitini köçürməsini, lakin həmin məbləğin də ona ödənilməməsini, toyuq və danalara görə cavabdehin ona 82.944,45 ABŞ dolları məbləğində borclu qal masını, toyuq-file və danalardan əldə edilən gəlirdən Cavabdeh1 ona 12.219 ABŞ dolları ödəməli olmasını və Cavabdeh1 ona ödəməli olan borcunun 161.777,1 manat təşkil etməsini, beləliklə, Cavabdeh2-nin və Cavabdeh1 ona 95.080,28 manat məbləğində borcunun olmasını, “Aqro İnvestdən” qalan borcun 59.178,43 manat, işgüzar nüfuzuna dəyən zərərin 10.000 manat, Cavabdeh2-nin və Cavabdeh1 birlikdə ona vurduqları ziyanın mənəvi zərər (20.000 manat), uçot faiz dərəcəsi (12.942,68 manat) ilə birlikdə 294.749,68 manat təşkil etməsini əsas göstərməklə Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada “X12 Azerbaijan” MMC-nin xeyrinə maddi və mənəvi zərər görə cəmi 164.258,71 manat, Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada X1 xeyrinə maddi və mənəvi zərərə görə cəmi 294.749,68 manat tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İşə məhkəmədə baxılana qədər iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə verməklə Cavabdeh1 və Cavabdeh2-dən “X12 Azerbaijan” MMCnin və X1 xeyrinə maddi və mənəvi zərərə görə cəmi 584.220,28 manatın, həmçinin Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada X5 və İddiaçı3 xeyrinə maddi və mənəvi zərərə görə cəmi 399.056,38 manatın, X2 iddiaçıların xeyrinə maddi zərərə görə 10.000 manatın, mənəvi zərərə görə 20.000 manatın tutulmasını xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 2(027)-272/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim: R.T.Həsənov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 "xxxx" MMC-nin adına olan 432.668,43 manat məbləğində borcun tutularaq “X12 Azerbaijan” MMC-nin hesabına ödənilməsi, Cavabdeh2- dən 83.552,28 manat məbləğində borcun tutularaq “X12 Azerbaijan” MMC-yə ödənilməsi, Cavabdeh1 toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manatın tutularaq X4 verilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərardadı ilə saxlanılması üçün müvafiq şəxsə təhvil verilmiş 122 baş dana və ya onların dəyərinin 80 danaya nisbətdə X2 və 42 baş danaya nisbətdə Cavabdeh1 alınaraq X4 verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Qəbul edilmiş qətnamədən maraqlarına toxunan şəxs X6 və cavabdeh X7 apellyasiya şikayəti verərək, məhkəmə iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərin xəbərdar olunmadan onlarsız baxılmasını, qətnamənin işdə iştiraka cəlb olunmamış şəxslərin hüquq larına toxunmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətində eyni zamanda iddiaçıların əməllərində cinayətin əlamətlərinin olması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi xahiş olunmuşdur. Qətnamədən eyni zamanda Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən qanun pozuntusu ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən “X12 Azerbaijan” MMC-nin direktoru və təsisçisi X5 və İddiaçı3 iddiadan qismən imtinas ı qəbul edilərək Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərardadı ilə saxlanılması üçün müvafiq şəxsə təhvil verilmiş 80 baş dananın dəyərinin X2 alınaraq X4 verilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-219/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(027)-272/2020 saylı qətnaməsi qismən ləğv edilərək Cavabdeh1 "xxxx" MMC-nin adına olan 432.668,43 manatın tutulub “X12 Azerbaijan” MMC-nin hesabına ödənilməsi, Cavabdeh2-d ən 83.552,28 manat məbləğində borcun tutularaq “X12 Azerbaijan” MMC-yə ödənilməsi, Cavabdeh1 toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manatın tutularaq X4 verilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərardadı ilə saxlanılması üçün müvafiq şəxsə təhvil verilmiş 42 baş dananın dəyərinin Cavabdeh1 alınaraq X4 verilməsi, iddianın qalan hissədə təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək onun iddiaçı Camaləddin Quluyevə məhkəmə qətnaməsi ilə qət olunan məbləğdə borcunun olmamasını, alınmış malların dəyərinin ödənilməsini, ümumiyyətlə borcun ondan tutulmas ının qanunsuz olmasını, Cavabdeh2-yə məxsus 122 baş dananın iddiaçıya verilməsi üçün qanuni əsasların olmamasını, onun MMC-nin öhdəlikləri üzrə məsuliyyət daşımamasını, qətnamənin işin həqiqi hallarının müəyyən olunmadan, sübutlara düzgün qiymət verilmədən çıxarılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı MMC-nin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İddiaçı3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 87.1 Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrini n icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən - Cavabdeh1 "xxxx" MMC-nin adına olan 432.668,43 manat borcun “X12 Azerbaijan” MMC-nin xeyrinə, toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manatın və 42 baş dananın dəyərinin tutularaq X4 verilməsi hissəsində ləğv edilərək həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi, qalan hissədə -Cavabdeh2-dən 83.552,29 manatın “X12 Azerbaijan” MMC-nin xeyrinə tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılmasına d air qərar qəbul edilməlidir. Kollegiya hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə pul məbləğlərinin tutulmasına dair hissədə məhkəmənin nəticəsi qanunun tələblərinə uyğun əsaslandırılmadığından qətnamə qanuni və əsaslı hesab edilə bilməz. İş materiallarından görünür ki, Cavabdeh1 həm "xxxx" MMC-nin direktoru həm də Cavabdeh2-nin təsisçisi olmuş və iddiaçı ilə mal-mübadiləsi və müştərək iş birliyi əlaqələrinin məhz həmin Cəmiyyətlərin adından qurmaqla həyata keçirmişdir. İddiaçı qarşısında borclar isə, işdən göründüyü kimi həmin Cəmiyyətlərin, yəni "xxxx" MMC və Cavabdeh2-nin borcları olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə görə bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin hüquqi və ya fiziki şəxslərin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyətini müəyyən edən 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 yuxarıda göstərilən pul məbləğlərini ( 432.668 manat, 211.846,4 manat və 42 baş dananın dəyəri) tutarkən qanunun yuxarıda göstərilən normalarının tələblərini nəzərə almamış və mübahisənin həmin normaların qüvvəsinin tətbiq edilməklə həlli imkanını müzakirə etməmişdir. Qətnamədə ümumiyyətlə həmin pul məbləğlərinin Cavabdeh1 tutulmasının səbəbləri əsaslandırılmamış və müvafiq maddi hüquq normasına istinad olunmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, mübahisə həmin hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə həll edilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətn amə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mübahisə qalan hissədə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun həll edildiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-219/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi qismən – Cavabdeh1 "xxxx" MMC-nin adına olan 432.668,43 manat məbləğində borcun “X12 Azerbaijan” MMC-nin hesabına ödənilməsi, toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manatın və 42 baş dananın dəyərinin X4 verilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmas ı üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4415/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4415/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver