Məhkəmə qərarları › İş №2(102)-442/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-442/2021

25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-442/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şikayətin qeyri mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4483/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli, iş № 2(004)-6752/2019) iddia ərizəsi təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin xx xxxxxxx 2019-cu il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəm əsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)4483/2020 ) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-6752/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsi və mülki işin Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətin qeyri-mümkün hesab edilib və mülki iş birinci instansiya məhkəməsinə qaytarılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini, yaxud onun dövlət rüsumu ödəmək dən azad olunmasını təsdiq edən sənəd əlavə olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mülki Prosessual Məcəlləsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (108.1.4). Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imka nı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Mülki Prosessual Məcəlləsininin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən qətnamədən verilmiş şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadığından qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci inst ansiya məhkəməsinə göndərilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessua l Məcəllənin tələblərinə riayət edilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması əsasdır. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərardadının ləğvinin əsası kimi ona istinad etmişdir ki, “Bakı Apellyasiya Məhkəməsi 2(103)-4483/2020 saylı xx xxx 2020-ci il tarixli Qərardadı bununla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən verilmiş şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadığından qeyri-mümkün hesab edilərək mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir nəticəyə gəlmişdir. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayətim təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(103)-4483/2020 sa ylı qərardadı (mümkünsüzlük barədə) qanunsuz və əsassız olduğu üçün tamamilə ləğv edilməli, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)6752/2019 saylı qərardadından müəyyən olunur ki, Cavabdeh apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin vasitəsi ilə göndərilmişdir. Apellyasiya şikayətinin qoşma hissəsində göründüyü kimi "xxxx"ASC Bərdə filialı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin hesabına Cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixdə 10 (on ) manat dövlət rüsumu ödənilməsinə dair qəbz əlavə olunmuşdur.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, mülki işin 57ci vərəqinə "xxxx"ASC Bərdə filia lı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin hesabına Cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixdə 10 (on ) manat dövlət rüsumu ödənilməsinə dair qəbz əlavə olunmuşdur. Beləliklə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən dövlət rüsumu ödənilməsinə dair qəbz apelyasiya şikayətinə əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi səhv olaraq olaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini tətbiq etmişdir. Həmin normanın tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdu rsa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4483/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mül ki Kollegiyasının 2(103)-4483/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş həmin məhkəməyə göndərilsin.. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar