Məhkəmə qərarları › İş №2(102)-4436/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4436/2020

08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4436/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X1, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-221/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədr lik edən hakim T.Əkbərov) iddia qismən təmin edilmiş, Bakı şəhəri X saylı bağ evində Cavabdeh tərəfindən hazırlanmış pilləkəndə aşkara çıxmış qüsurların aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulması, Cavabdeh vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərc üzrə 200 manat tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdeh “Cavabdeh 100 manat ekspertiza xərcinin alınaraq Məhkəmə Ekspertiza Mərkəzi hesabına köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Talışinski, R.Eyvazov və Z.Əliyev) hazırkı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-221/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı "qüs urların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı "qüsurların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx xxxxxxx 2018-ci il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhəri X saylı bağ evində Cavabdeh tərəfindən hazırlanmış pilləkəndə aşkara çıxmış qüsurların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5000 manatın tutularaq iddiaçıya ödənilməsi, məhkəmə və hüquqi müdafiə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı il ə cavabdehin razılaşmasına əsasən 2013-cü ilin iyul-sentyabr aylarında iddiaçıya məxsus Bakı şəhəri X saylı bağ evində cavabdeh tərəfindən özünün materiallarından istifadə edilməklə mərtəbələrarası taxta pilləkən quraşdırılmışdır. Artıq ikinci ildir ki, pilləkənin taxta materiallarında müxtəlif gizli qüsurlar aşkara çıxmış və pilləkən mənəvi və fiziki cəhətdən gözdən düşmüşdür. Podratçı istifadə etdiyi materialların keyfiyyətsiz olması və pilləkənin qüsurları barədə iddiaçıya qəsdən məlumat verməmişdir. Qüsurların aradan qaldırılması üçün iddiaçı cavabdehə dəfələrlə telefonla müraciət etməyinə baxmayaraq, müraciətlərin heç bir nəticəsi olmamışdır. Eyni zamanda, başqa ustaların dəvət edilməsi və müxtəlif maddələrdən istifadə pilləkənin taxta hissələrindəki qurd yeməsinin qarşısını ala bil məmişdir. Cavabdehə xx xxxxxx 2018-ci il tarixdə yazılı pretenziya göndərilərək pilləkəndəki qüsurların aradan qaldırılması və ya pilləkənin hazırlanmasına cavabdeh tərəfindən istifadə edilmiş materiala və işə görə alınmış 10000 manat məbləğində pulun qaytarılması ondan tələb edilmişdir. Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə pretenziya məktubunu qəbul etmiş və pretenziya məktubuna səsli ismarıc vasitəsilə cavab vermişdir. Cavabdeh həm telefon danışıqlarında, həm də iddiaçıya göndərdiyi səsli ismarıcda qüsurların olduğunu qəbul (etiraf) etmiş və onları aradan qaldıracağına söz vermişdir. Amma sonradan müxtəlif bəhanələr gətirərək həmin qüsurları aradan qaldırmaqdan boyun qaçırmışdır. Pilləkənin yüksək zövqlə hazırlanmasını istəməsə də, pilləkənin taxta materiallarında müxtəlif gizli qüsurla rın aşkara çıxması nəticəsində pilləkən mənəvi və fiziki cəhətdən gözdən düşmüşdür. Hər dəfə pilləkəni belə vəziyyətdə görmək iddiaçıya pis təsir edir, narahatlıq keçirir, əziyyətinin və pulunun boşa getdiyini düşünür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, əmələ gəlmiş qüsurların istifadə olunmuş taxtanın xammal materialının xüsusi texnoloji proseslərdən keçirilməməsi cavabdehin birbaşa təqsirini göstərir. İddia müddətinin ötürülməsi ilə bağlı apelyasiya məhkəməsi heç bir əsas gətirməyib. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edi lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Mübahis ənin mahiyyəti ondan ibarətdir ki, cavabdeh iddiaçının bağ evində 2013-cü ilin iyul-sentyabr aylarında taxta pilləkən quraşdırmış və 2018-ci ildən həmin pilləkəndə qüsurlar aşkar olunduğu üçün mübahisə başlamışdır. Qüsurlar pilləkənin bir sıra yerlərində qurdlamanın əmələ gəlməsi ilə bağlıdır. İş üzrə keçirilmiş və əldə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli rəyinə əsasən Bakı şəhəri Xəzər rayonu X7 yolunda yerləşən 28 saylı bağ evində cavabdeh tərəfindən taxta (fısdıq) materialdan hazırlanmış pilləkənin bəzi pillələrində müxtəlif ölçüdə qüsurların əmələ gəlməsi, əmələ gəlmiş qüsurların istifadə olunmuş taxtanın xammal materialının xüsusi texnoloji proseslərdən keçirilməməsinə xarakterik olduğu müəyyən edilir. Hər han sı qüsurun əmələ gəlməsininin vaxtının müəyyən olnumasına dair metodika olmadığından mövcud qüsurların nə vaxt əmələ gəlməsini müəyyən etmək mümkün deyildir. Tədqiq olunan pilləkən qəfəsinin bütün pillələrində deyil, bir neçəsində (10 pillə) qüsurların əmələ gəlməsini, əmələ gəlmiş qüsurların məhz istifadə olunmuş taxtanın xammal materialının xüsusi texnoloji proseslərdən keçirilməməsinə xarakterik olduğunu və gələcəkdə digər pillələrdə eyni qüsurların əmələ gəlməsinin istisna olmadığını nəzərə alaraq, pilləkanın bərpası deyil, xüsusi texnologiyaya müqaviq olaraq sökülüb yenidən quraşdırılması məqsədə müvafiq hesab olunur. Bu zaman görüləcək işin ümumi dəyəri pilləkənin sökülməsi nəticəsində, materialların hansı vəziyyətdə olmasından, materilların təkrar istifadə olunmasından, işin həcmind ən əlavə oluna biləcək materilların növündən və görüləcək işin müqabilində xidmət haqqından asılı olaraq müəyyən edilməlidir. Bu səbəbdən də, tələb olunan vəsaitin məbləğini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İşə baxan Apellyasiya məhkəməsi bir sıra əsaslarla iddianı rədd etmişdir. O cümlədən, məhkəmə Azərbaycan Respublikasının MM-in 372-384, 527-529, 589.2, 560, 752–776, 1128-1133; MPM-nin 14.2, 68.2, 76.1, 77.1, 8082, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən qeyd etmişdir ki, 1-ci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, qüsurların cavabdehin təqsirli hərəkətləri əsasında yaranması sübuta yetirilməmiş və iddia müddəti də ötürülmüşdür. Məhkəmə kollegiyası iş üzrə Apelyasiya Məhkəməsinin gəl diyi nəticə ilə razılaşır. Əvvəla, taxta pilləkənin iddiaçıya məxsus olan dənizkənarı bağda quraşdırılmasından uzun müddət keçdikdən (beş il) sonra həmin qüsurların əmələ gəlmə səbəbləri ilə bağlı verilmiş ekspert rəyininin həqiqiliyi şübhədənkənar deyil. Ona görə qüsurların cavabdehin günahından və yaxud taxta pilləkənin saxlama şəraitindən, digər səbəblərdən baş verməsini sübutetməyə ehtiyacı var. İddiaçı tərəf bu halı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa, tərəflər arasındakı münasibətlər, podrat münas ibətləri olmuşdur. İddiaçı cavabdehə evində taxta pilləkən quraşdırmağı sifariş vermiş, iş görülmüş və 2013cü ildə iddiaçı işi qəbul etmişdir. İddiaçı hazırkı tələbi 2018-ci ildə irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1. maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 762, 763, 764, 765, 766-cı maddələrində işin qüsurlu görülməsinin hüquqi nəticələri şərh olunur. Normaların məzmunundan göründüyü kimi sifarişçi aşkar etdi qüsurlarla bağlı etirazlarını müqavilə müddətində qarşı tərəfə bildirməklə əlavə icra tələb edə bilər, qüsurları özü aradan qaldırmaqla həmin zərəri podratçıdan tələb edə bilər, podrat müqaviləsindən imtina e də bilər, məmulatın qüsuru nəticəsində muzdun azaldılmasını tələb edə bilər. Bütün bunlar qüsurların müqavilə müddətində aşkar edilməsi hallarına aiddir. Analoji münasibətlərin spesifik xüsusiyyətləri ondan ibarətdir ki, podrat münasibətləri zamanı sifarişçi görülən işi təhvil alanadək həmin tələbləri irəli sürə bilər. Ona görə işin qəbul edilməsi bu qəbildən olan münasibətlərdə xüsusi əhəmiyyət kəsb edir. Çünki hazırkı işdə olduğu kimi uzun müddət keçdikdən sonra qüsurların hansı səbəbdən yaranmasını sübut etmək çətinlik törədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1. maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, qanunverici əsaslı inşa edilmiş binadan başqa digər görülən işlərə bir illik müddət şamil etmişdir. Bu hal görülən işin qəbul edilməsi ilə bağlı sifarişçinin üzərinə ciddi öhdəliklər qoyur. Təsadüfi deyil ki, qanunverici nöqsanların aşkar olunduğu vaxtdan deyil, görülən işin qəbul edildiyi vaxtdan həmin müddəti hesablayır. Ona görə iddiaçı pilləkəni qəbul etdiyi gündən bir il müddətində podratçıya qarşı iddia irəli sürə bilərdi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı X4nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar