Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4442/2022 07.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Yusifova (Abdullayeva) Təyminə Şamil qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun paylara uyğun bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış borcun paylara uyğun bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1058/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 sentyab r 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 26 dekabr 1990-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha girmiş, həmin nikahdan xx.xx.2003-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur.
2. Birgə nikah dövründə müxtəlif daşınar və daşınmaz əmlaklar əldə edilmişdir ( Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (Darvin) küçəsi, 2379-8182-ci məhəllədə yerləşən qeyriyaşayış sahəsi xx.xx.2000-ci ildə, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99cu məhəllədə yerləşən başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710,0 kv.m. torpaq sahəsi xx.xx.2002-ci ildə, ünvan 7-də yerləşən 290,9 kv.m. sahəli qeyri-yaşayış sahəsi 26 aprel 2004-cü ildə, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392-99-cu məhəllədə yer ləşən tikintisi başa çatdırılmamış su anbarı (yarımçıq tikili) xx.xx.2006-cı ildə, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392-99-cu məhəllədə yerləşən su anbarının yarımçıq tikilisini yerləşdiyi 284,7 kv.m. torpaq sahəsi xx.xx.2006-cı ildə, ünvan 7-də yerləşən 29,6 kv.m. sahəli qeyri-yaşayış sahəsi 13 fevral 2007-ci ildə, ünvan 7-də yerləşən 41,1 kv.m. sahəli qeyri-yaşayış sahəsi 13 fevral 2007-ci ildə, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 9 saylı fərdi yaşayış evi xx.xx.2009-cu ildə, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 14 saylı evin 12,13,14 saylı mənzili xx.xx.2013-cü ildə, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 18/49 saylı evin 23 saylı mənzili xx.xx.2013-cü ildə, Cadillac CTS markalı **-LO*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2003-cü ildə, Porsche Cayenne markalı **-ZE-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2015-ci ildə) 3. ünvan 7-də yerləşən 290,9 kv.m., 29,6 kv.m. və 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələri sonradan vahid bir sahədə birləşdirilməklə hazırda M.İbrahimov 18 ünvanında mövcud yüksək mərtəbəli binanın alt mərtəbələrində fəaliyyət göstərən “Nemi Museum”otelinin sahəsinə daxildir və otelin sahəsini təşkil edir.
4. Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 25 nömrəli 12 fevral 2010-cu il tarixli sərəncamı ilə M.İbrahimov küçəsi 9 saylı ünvanda Cavabdehnın mülkiyyətində olan fərdi yaşayış evinin sökülüb yerində razılaşdırılmış eskiz layihəsinə müvafiq ofis və qonaq evinin tikintisinə icazə verilmişdir.19 dekabr 2012-ci ildə qeyd olunan ünvanda tikintisi başa çatmış ofis və qonaq evi binası istismara qəbul edilmiş, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Cavabdehnın adına verilmiş xx.xx.2013-cü il tarixli lisenziya ilə “Nemi” mehmanxanasının fəaliyyətinə 5 il müddətinə icazə verilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2016-cı il tarixli qətnaməsi ilə Şahid İddiaçı qarşı 473.000 ABŞ dolları məbləğində pul tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı Şahid xeyrinə 425.000 ABŞ dollarının tutulması qət edilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsi ilə isə İddiaçı X3 xeyrinə 750.000 ABŞ dollarının manata uyğun məzənnə ilə tutulması qət edilmişdir.
7. Həmin qətnamələr qanuni qüvvəyə mindikdən sonra onlara dair müvafiq olaraq 2016-cı ilin may və iyul aylarında icr a vərəqələri verilmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh və İddiaçı birgə nikahı dövründə əldə edilmiş, İddiaçı adına rəsmiləşdirilmiş əmlakların (Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12,13,14 saylı mənzil; ünvan 7/49-da yerləşən 159,78 kv.m. sahəli, 4 otaqlı 23 saylı mənzil; ünvan 7-də yerləşən 290,9 kv.m. sahəli qeyri-yaşayış sahəsi; ünvan 7-də yerləşən 29,6 kv.m. sahəli qeyri-yaşayış sahəsi; ünvan 7-də yerləşən 41,1 kv.m. sahəli qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (Darvin) küçəsi, 2379-8182-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, başa çatdırılmam ış yaşayış evinin yerləşdiyi 3710 kv.m. torpaq sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, tikintisi başa çatdırılmamış su anbarı (yarımçıq tikili); Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, 284,7 kv.m. sahəsi olan su anbarının yarımçıq tikilisi; 2003 buraxılışlı, gümüşü metal rəngli, 1G6DM57N530159883 ban nömrəli, “Cadillac CTS” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil; 2013 buraxılışlı, qara rəngli, WP1ZZZ92ZDLA12964 ban nömrəli, “Porsche Cayenne” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil) İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş, bərabər paylarda ümumi əmlakları hesab edilməsi və həmin əmlakların 1/2 hissəsinə Cavabdeh mülkiyyət hüquqlarının müəyyən edilməsi qət olunmuşdur
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qətnaməsi ilə Barat və Təranə Abdullayevlərin nikahı pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə yaranmış borca görə 212.500 ABŞ dollarının (Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)- 3201/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 425.000 ABŞ dollarının 1/2 hissəsi) və 375.000 ABŞ dollarının (Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 750.000 ABŞ dollarının 1/2 hissəsi), cəmi 587.500 ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) Cavabdeh alınaraq İddiaçı ödəni lməsi, qeyd edilən pul məbləğinin ödənilməsinin Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-430/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə mülkiyyət hüququ müəyyən edilmiş əmlaklara yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmış və onların birgə nikahından xx.xx.2003-cü il təvəllüdlü Neman adlı uşaqları doğulmuşdur. Səbail Rayon Məhkəməsinin 2(009)-2386/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Həmçinin, Səbail Rayon Məhkəməsinin 2(009)-430/2017 saylı,xx.xx.2017-ci il tarixli qətnaməsi il iddiaçı Cavabdeh iddia tələbi təmin edilərək, İddiaçı adına rəsmiləşdirilmiş əmlakların, yəni Bakı şəhə ri, Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12,13,14 saylı mənzil; ünvan 7/49-da yerləşən 159,78 kv.m. sahəli 4 otaqlı 23 saylı mənzil; ünvan 7-də yerləşən 290,9 kv.m. sahəli qeyri-yaşayış sahəsi; ünvan 7-də yerləşən 29,6 kv.m. sahəli qeyri-yaşayış sahəsi; ünvan 7-də yerləşən 41,1 kv.m. sahəli qeyriyaşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2379-8182 saylı məhəllədə yerləşən qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m. torpaq sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 2392/99-cu məhəllədə yerləşən tikintisi başa çatdırılmamış su ambarı (yarımçıq tikili); Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 2392/99-cu məhəllədə yer ləşən 284,7 kv.m. sahəsi olan su ambarının yarımçıq tikilisi; «Cadillac CTS» markalı, ** LO *** dövlət nömrə nişanlı avtomobil və «Porsche Cayenne» markalı ** ZE *** dövlət nömrə nişanlı avtomobil İddiaçı ilə Cavabdeh birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilmiş və həmin əmlakların 1/2 hissəsinə Cavabdeh mülkiyyət hüquqları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12438/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin 2(009)-430/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onunla Cavabdeh nikahda olduqları dövrdə ailənin borclanmasına və konkret olaraq Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən daşınmaz əmlakların alınmasına sərf edilmi ş pul vəsaitləri ilə bağlı öhdəliklər yaranmışdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Şahid cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş və İddiaçı 425.000 ABŞ dolları məbləğində pulun iddiaçı Şahid xeyrinə tutulması qət edilmişdir. Bundan əlavə Nəsimi Rayon Məhkəməsinin 2(006)3775/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş və İddiaçı 750.000 ABŞ dolları məbləğində pulun Qasım Həsənağanın xeyrinə tutulması qət edilmişdir. Qeyd edilən məhkəmə qətnamələri qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Artıq qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı xx.xx.2016-cı il tarixli, 2( 006)3775/2016 saylı xx.xx.2016-cı il tarixli qətnamələri ilə müəyyən edilmişdir ki, o, adları qeyd edilən şəxslərdən borc aldığı məbləğləri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh pay hüququnun müəyyənləşdirildiyi əmlakların satınalınması və tikintisi üçün əldə etmiş və həmin əmlaklara xərcləmişdir. Məhz bunun nəticəsində ailənin ümumi borcu yaranmışdır. Hazırki vəziyyətdə Cavabdeh ilə onun arasında olan ümumi əmlak bölündüyündən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinin təldəbinə əsasən onların nikahda olduqları dövrdə yaranmış borclar da onların payına uyğun olaraq bölünməlidir.
12. Cavabdeh Şahin qızı iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, İddiaçı iddia tələbinin əsaslandığı Səbail Rayon Məhkəməsinin qətnamələrindən a pellyasiya şikayəti vermişdir. Doğrudur hal-hazırki vaxtadək həmin şikayətlərin apelyasiya məhkəməsi tərəfindən icraata götürülməsi barədə qərarlar qəbul edilməmişdir. Lakin həmin qətnamələr onun maraqlarına toxunur və bu səbəbdən o, həmin qətnamələri əsassız hesab edir. Qaldırılan iddia tələbi ilə bağlı isə bildirir ki, onun keçmiş həyat yoldaşı İddiaçı kifayət qədər maddi təminata malik olan şəxs olmuşdur, “Triumf” şirkətinin prezidenti olmuşdur, Bakı şəhərində bir neçə bina tikmişdir, həmin binalarda olan mənzillərin satışından əldə olunan pul vəsaiti hesabına əmlaklar alınmışdır. İddiaçının borc aldığı kimi göstərdiyi şəxsləri tanıyır, iddiaçının yaxın dostlarıdır, onlardan biri Dubayda yaşayır. Həmin pulun Barata hansı yolla göndərilməsi məlum deyil. Ümumiyyətlə isə Barat həmin dostla rına əl tutub pul vermişdir. Əgər Barat borca pul götürürdüsə, onun da bundan məlumatı olmalı idi, lakin borc pulun alınmasında o iştirak etməmişdir. Hazırki tələb ona görə qaldırılmışdır ki, əmlakların bir hissəsi onun əlindən alınsın. Ümumiyyətlə hal-hazırda onun yaşayış yeri yoxdur, iddiaçı onu mənzillərində yaşamasına imkan vermir. Qaldırılan iddianı əsassızdır və rədd edilməlidir.
13. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: Şahin Abdullayev) iddia qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2016-cı il və 23 may 2016-cı il tarixli qətnamələri ilə tutulması müəyyən edilmiş pul məbləğlərinin (1.175.000 ABŞ dolları) ½ hissəsinin (587.500 ABŞ dolları) Cavabdeh aid edilməklə həmin məbləğin C avabdeh İddiaçı xeyrinə manata uyğun məzənnə ilə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən ər-arvadın birgə nikahda əldə etdikləri əmlak bölünərkən, ümumi borclar da hər birinin əmlak üzərində hüququ tanınmış payına uyğun olaraq müəyyən edilir. Məhkəmə qətnaməsi ilə iddiaçı və cavabdehin birgə nikah dövründə əldə etdikləri əmlaklar üzərinə payları bərabər (hər birinin 1/2 pay hüququ) müəyyən edilmişdir. Belə olan halda birgə nikah dövründə götürülən borcun 1/2 hissəsi də qanunun tələbinə əsasən cavabdehə aid edilməlidir. Ona görə də məhkəmə qətnaməsi ilə iddiaçıdan ayrı-ayrı şəxslərin xeyrinə götürülmüş borcun əvəzi kimi tutulmuş pul məbləğləri, tərəflərin bi rgə nikahda olduqları vaxt götürülən borc olduğundan, iddiaçı həmin borcun 1/2 hissəsinin cavabdehə aid edilməklə ondan tutulmasını tələb etməkdə tam haqlırdır.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının götürdüyü borc pul birgə nikah dövründə əldə edilmiş daşınmaz və daşınar əmlakların alınmasına sərf olunduğu üçün (məhkəməyə təqdim edilmiş məhkəmə qətnamələrindən göründüyü kimi tərəflər birgə nikah dövründə çoxlu sayda daşınmaz və daşınar əmlaklar əldə etmişlər), götürülən borc pullar üzrə yaranmış öhdəliyinin 1/2 hissəsinin cavabdehə aid edilməsi tam qanunidir.
16. Məhkəmə iddia tələbinin tutulacaq pul məbləğinin cavabdehin məhkəmə qətnaməsi ilə mülkiyyət hüququ müəyyən edilmiş əmlaklara yönəldilməsi hissəsi üzrə qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə mülkiyyət hüququ müəyyən edilmiş əmlaklar üzərində cavabdehin mülkiyyət hüquqlarının müvafiq qeydiyyat orqanlarında rəsmiləşdirilməsi barədə sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin tələbin cavabdehin mülkiyyətində olan əmlaka yönəldilməsi icra mərhələsində həll olunmalı məsələ olduğundan, həmin hissədə tələb təmin edilməməlidir.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Ailə Məcəlləsinin 37.1, 37.3, 41.2-ci maddələrinə istinadla ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli qətnamələrindən cavabdeh tərəfində şikayət verilmişdir. Belə ki, həmin qətnamlər cavabdehin maraqlarına toxunmuşdur. Buna görə də məhkəmədən icraatın dayandırılması xahiş olunsa da, məhkəmə qeyd edilən hala əhəmiyyət verməmişdir. Bundan başqa məhkəmə tərəfindən 450000 ABŞ dollarının və 750000 ABŞ dollarının ailənin hansı ehtiyaclarına yönəldilməsi, xərclənməsi və ya həmin borcların hansı qaydada və hansı şəraitdə İddiaçı verilməsi müəyyən edilməmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsində qeyd olunur ki, İddiaçı həmin 450000 ABŞ dollarını NEMİ otelin tikintisini başa çatdırmaq üçün almışdır. Məhkəmə həmin otelin hansı tarixdə tikilib başa çatdığını və hansı tarixdə istismara qəbul edilməsini araşdırmamışdır. Halbuki, borcun alındığı iddia edilən xx.xx.2012-ci il tarixində həmin otel artıq tikilib başa çatdırılmış, xx.xx.201 2-ci il tarixində istimara qəbul edilmişdi. 2013-cü il tarixindən isə otel kimi fəaliyyət göstərir. Məhkəmənin həmin qətnaməsində eyni zamanda göstərilir ki, otel binası tikilib qurtardıqdan sonra guya satılmalı və Şahid pulu qaytarılmalı idi”. Lakin həmin bina tikilir və 2013-cü il tarixindən otel kimi iddiaçı tərəfindən işlədilərək qazanc əldə edilir. Həmin tarixdən 2016-cı ilin əvvəllərinə kimi İddiaçı borc verdiyini iddia edən şəxslərin heç biri borcu tələb etməmiş, yalnız iddiaçı ilə onun arasında mübahisələr başladıqdan sonra onlar pullarını istəməyə başlamışdırlar. Nəyə görə həmin obyekt otel kimi istifadə edilən zaman, təxminən 4 ildən çox bir müddətdə həmin şəxslər Barata pretenziya edərək onların vəsaiti hesabına tikildiyini iddia etdikləri obyektin satılmadığını, otel kimi istif adə edərək qazanc əldə etdiyini soruşmamışdılar? Borc məbləğinin qaytarılmasını tələb edən borc verənlər borcun otelin satışı əsasında qaytarılmasını tələb etmək əvəzinə nə səbəbdən iddiaçı ilə onun arasında birgə nikah dövründə əldə edilmiş əmlaka yönəldilməsini tələb edirlər. Halbuki, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-430/2017 saylı qətnəməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlakların hamısı 2012-ci ilə kimi əldə edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1936/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Cəmilova (sədrlik edən və məruzəçi), Ü.A.Mayılov və V.M.Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməs i iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışıdr ki, birinci instansiya məhkəməsi iddianın təmin edildiyi hissə üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
22. Belə ki, qanunvericiliyin tələblərinə əsasən ər-arvadın birgə nikahda əldə etdikləri əmlak bölünərkən, ümumi borclar da hər birinin əmlak üzərində hüququ tanınmış payına uyğun olaraq müəyyən edilir. Hazırki işdə məhkəmə qətnaməsi ilə iddiaçı və cavabdehin birgə nikah dövründə əldə etdikləri əmlaklar üzərində payları bərabər (hər birinin 1/2 pay hüququ) müəyyən edilmiş, bu barədə olan məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasını n 2(102)-1762/2020 saylı 12 iyun 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda birgə nikah dövründə götürülən borcun 1/2 hissəsi də qanunun tələbinə əsasən cavabdehə aid edilməlidir.
23. Cavabdehin məhkəmə qətnaməsi ilə üzərində payları bərabər müəyyən edilmiş əmlaklar iddiaçının məhkəmə qətnamələrinə əsasən borc götürdüyü və bölünməsini tələb etdiyi pul vəsaitləri hesabına əldə olunmadığına görə həmin borc məbləğlərinin tərəflər arasında bölünə bilməməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçıdan məhkəmə qətnamələrinə əsasən tutulmalı olan borc məbləğləri birgə nikah dövründə alındığı üçün həmin borc məbləği tərəflərin ümumi əmlakları üzərində bərabər paylarının müəyyən edilməsi səbəbindən onun ½ hissəsi də yu xarıda göstərilən maddi hüquq normalarının tələblərinə görə cavabdehə aid edilməlidir. Odur ki, iddiaçının bölünməsini tələb etdiyi borc məbləğlərinin tərəflərin birgə nikah dövründə alınması işin mübahisəsiz halı olduğu üçün və bu halı təkzib edə biləcək hər hansı hal cavabdeh tərəfindən sübuta yetirilmədiyi üçün məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
24. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 37.1, 37.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Cavabdeh kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi ni xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-172/21 nömrəli, 08 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər – A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəkil1a və E.Y.Şamayev) kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1936/2020 saylı, 05 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
28. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, iddiaçının 2010, 2012-ci illərdə “Nemi” otelinin tikintisi üçün aldığı borcun qətnamə ilə onların arasında bölünmüş əmlakların əldə edilməsinə sərf edilmiş vəsait olması nəticəsinə gəlmək əsas lı sayıla bilməz. Çünki borc otel tikintisi üçün alınıb, tərəflərin payı bərabər müəyyən edilən əmlaklar içərisində isə həmin otelin olubolmaması müəyyən edilməyib. İş materillarından görünür ki, hazırki iş üzrə iddiaçının 2010, 2012-ci illərdə “Nemi” otelinin tikintisi üçün aldığı borcun qətnamə ilə onların arasında bölünmüş əmlakların əldə edilməsinə sərf edilmiş vəsait olması halı işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilməyib. Halbuki iddianın təmin edilmə əsası kimi iddiaçı məhz bu hala istinad edib və bu hal müəyyən edilmədən iddia tələbini təmin edilməsi də istisna edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iddiaçıdan məhkəmə qətnamələri əsasında tutulan borc məbləğinin tərəflər arasında payları bərabər müəyyən edilən əmlaklar ın alınmasına sərf edilibedilməməsi məsələsinə qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi də bununla bağlı apelyasiya şikayətinin dəlilini araşdırmamış, eyni səhvi təkrarlayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla səhv nəticəyə gəlmişdir. Baxmayaraq ki, cavabdeh apellyasiya şikayətində iddiaçının aldığı borcun onların arasında bölünmüş əmlakların əldə edilməsinə sərf edilən vəsait olmasını mübahisələndirmişdir.
29. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 37.1, 37.3, 41.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 407.2, 416, 417.1.1, 418.1, 418.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-38 00/2021 nömrəli, 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin göstərişinin araşdırılması üçün Məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirakı ilə 08 may 2021-ci il tarixdə ünvan 7-də yerləşən 290,9 kv.m; ünvan 7-də yerləşən 29,6 kv.m; ünvan 7-də yerləşən 41,1 kv.m. sahəli qeyriyaşayış sahələrində yerli müayinə aparılmış və müayinə zamanı müəyyən olunmuşdur ki, həmin ünv anda yerləşən hər üç qeyri-yaşayiş sahəsi vahid bir sahə olmaqla hazırda M.İbrahimov 18 ünvanında mövcud yüksək mərtəbəli binanın alt mərtəbələrində fəliyyət göstərən “Nemi Museum”otelinin sahəsini təşkil edir, başqa sözlə, həmin otel tərəflər arasında payları bərabər bölünmüş M.İbrahimov 18 -dəki üç qeyri-yaşayış sahəsinidə yerləşir, onları əhatə edir.
32. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1, 37.3, 41.2-ci, MPM-in 14.2, 77.1, 119.1, 384, 385.2, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. Cavabdeh kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyəti olan halları tam və hərtərəfli yoxlamamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iddiaçıya borc verdiyi qeyd edilən Şahid iddiaçının qardaşının işçisi olmaqla 450 manat maaş alır. Belə olan halda həmin şəxsin müdirinin qardaşı olan iddiaçıya külli miqdarda borc verməsi ağlabatan deyildir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5894/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər – İlqar Xələfov (sədrlik edən və məruzəçi), Ələsgər Əliyev və Zaur Əliyev) cavabdeh Abdullayeva (Yusifova) Təyminə Şamil qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 2(103)-3800/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
36. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin nəticəsi səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlarla əsaslandırılmışdır. Belə ki, işin 8-9-cu səhifəsində olan Səbail Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh nikahın pozulması barədə məhkəməyə müraciət edərkən onunla İddiaçı arasında son bir neçə il ərzində mübahisə yarandığından ailə münasibətləri pozulmuş, bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Həmin işə baxan məhkəmənin nəticəsindən də görünür ki, tərəflərin ailə münasibətləri xeyli müddət əvvəl pozul muş, ailənin bərpası mümkün deyildir. İddiaçıdan borcun tutulması barədə qətnamələr isə, işdən göründüyü kimi, 2016cı ilin aprel, may aylarında, yəni nikahlarının pozulmasından təxminən 1 il əvvəl qəbul edilmişdir. İşdən isə görünür ki, tərəflər arasında notariatda təsdiq olunmuş borc müqavilələri bağlanmamışdır. Həmin işlərə baxılarkən İddiaçı tələb olunan borcu almasını etiraf etdiyi üçün ona qarşı yönəlmiş iddia tələbləri təmin edilmişdir. Beləliklə, işdən görünür ki, iddiaçıdan borcun tutulması barədə qətnamələr tərəflərin ailə münasibətləri pozulduğu dövrdə qəbul edilmişdir. Həsənağa Qasım iddiaçıya 2010-cu ilin sonlarında, Şahid isə 2012-ci ilin əvvəllərində borc verməsini iddia etsələr də, işdən görünür ki, onlar uzun müddət ərzində borcun qaytarılmasını iddiaçıdan tələb etməmişlər. Halbuki, iddiaçı Şahid təqdim etdiyi 07 yanvar 2012-ci il tarixli qəbzə görə iddiaçı aldığı borcu 2 il müddətinə qaytaracağına söz vermişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən işin həmin hallarına qiymət verməmiş, tərəflərin ailə münasibətlərinin pozulduğu vaxtın müəyyən olunması istiqamətində araşdırma aparmamışdır.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı iddia ərizəsindən görünür ki, o, mübahisə predmeti olan borc pul vəsaitinə onların pay hüquqları müəyyən olunmuş bütün əmlakları əldə etmişdir. Həmin əmlaklar isə, işdən göründüyü kimi 2 mənzildən, 3 qeyri-yaşayış sahəsindən, iki avtomobildən, torpaq sahəsindən və digər daşınmaz əmlaklardan ibarətdir. İşə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, nə idd iaçı, nə də cavabdeh heç vaxt işləmədikləri üçün dəyəri milyonlarla ölçülən həmin əmlaklar başqalarından götürülmüş borc hesabına alınmış, onlar təmir və rekonstruksiya edildikdən sonra baha qiymətə satılmaqla ailə biznesi inkişaf etdirilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 2 qeyri yaşayış sahəsi 2007-ci ildə, bir qeyri-yaşayış sahəsi 2014-cü ildə, Əhməd Cavad küçəsində yerləşən mənzillər isə 2013-cü ildə və s. əldə edilmişdir. Göründüyü kimi əldə olunmuş əmlakların bir qismi borcun alındığı iddia olunan vaxtdan əvvəl əldə edilmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi işin həmin hallarına qiymət verməmişdir. Mübahisə predmeti olan borcların iddiaçıdan tutulması barədə məhkəmə qətnamələrinin mövcudluğu da həm in əmlakların məhz Şahid və Həsənağa Qasımdan alınmış borc hesabına əldə edilməsi barədə qəti nəticəyə gəlmək üçün əsas verməmişdir.
38. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin təmir olunma, istifadəyə hazır olma və otel kimi fəaliyyət göstərməsi vaxtları müəyyən olunmamış və borcun məhz otelin fəaliyyətinin təmin olunmasına sərf olunması araşdırılmamışdır.
39. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 20 aprel və 23 may 2016-cı il tarixli qətnamələri üzrə icra vərəqələri verilsə də, həmin icra sənədlərinin icra olunma vəziyyəti yoxlanmamış, iddiaçının həmin borcları Şahid və Həsənağa Qasıma qaytarıbqaytarmaması müəyyən olunmamışdır. İddiaçının həmin borcları qaytarmadığı təqdirdə onun hazırkı iddia tələbi ilə məhkəməyə mürac iət etmək hüququna malik olubolmamasına məhkəmə tərəfindən qiymət verilməmişdir.
40. Tərəflər arasında əmlak bölgüsü ilə bağlı məhkəmə mübahisəsi zamanı İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın başqalarından götürülmüş borcların hesabına alınmasını göstərməmiş, eləcə də Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin borcların onların ümumi əmlakdakı paylarına uyğun olaraq müəyyən edilməsi barədə tələb irəli sürməmişdir. Həmin işə birinci instansiya məhkəməsində baxıldıqdan 2 il sonra İddiaçı məhkəmə qətnaməsi ilə ondan tutulması qət olunmuş pul vəsaitinin ½ hissəsini təşkil edən 587.500 ABŞ dollarının Cavabdeh onun xeyrinə tutulmasını tələb etmişdir. Həmin tələb, onun məzmunundan göründüyü kimi, Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələbinə uyğun qaldırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərkən həmin hallara, eləcə də, birgə nikah dövründə əldə olunmuş əmlakın hansı vəsait hesabına əldə edilməsi ilə əlaqədar iddiaçının ziddiyyətli izahatlarına qiymət verməmiş, səbəblərini araşdırmamışdır.
41. Qeyd edilən işə tərəflərin hər ikisinin iştirakı ilə baxılmış və həmin əmlakların məhz ailənin büdcəsi hesabına, yəni ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi müəyyən olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi işin həmin halını da nəzərə almamış və MPM-nin 82.3-cü maddəsinin qüvvəsinin tətbiqi imkanını müzakirə etməmişdir
42. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.1, 37.3, 41.2-ci, MPM-in 14.2, 77.1, 82.3, 88, 418.1-ci maddələrinə istinadla əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
43. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, iddiaçı aralarında olan nikah rəsmi qaydada 2017-ci il məhkəmə qətnaməsi iə pozulsa da, münasibətləri xeyli müddət qabaq korlanmışdı və ailənin bərpası mümkün olmamışdır. Hazırda iddiaçının qeyd etdiyi Mirzə İbrahimov küçəsi 18-də yerləşən qeyri-yaşayış sahəsi təxminən 2005-ci il tarixdə restoran kimi fəaliyyət göstərmiş, daha sonra ailə münasibətləri pozulduqdan sonra isə otelə çevrilmiş, 2019-cu ildən otel kimi fəaliyyət göstərmişdir. Həmçinin iddiaçının aldığı borclar ümumi əmlakların əldə edilmə tarixindən sonrakı dövrə təsadüf edir. Eyni zamanda iddiaçı kifayət qədər maddi imkana malik olmuş, iddiaçı borclanma görü ntüsünü süni şəkildə yaratmışdır. Eləcə də Mirzə İbrahimov küçəsi 9 və 18 ünvanında fəaliyyət göstərən otellər fərqli otellər olmaqla adları da fərqlidir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov 9 ünvanındakı “Nemi” oteldir, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov 18 ünvanındakı otel “Nemi Museum” oteldir. “Nemi” otelin tikintisi təxmini olaraq yadındadır ki, 2012-ci ildə yekunlaşıb, Bakı şəhəri, Mirzə İbrahimov 9 ünvanındakı otelin bölgüsü isə olmamışdır. İddiaçının nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi sənədlər Mirzə İbrahimov 9 ünvanındakı “Nemi” otelinə aid olmaqla, Mirzə İbrahimov 18 ünvanında fəaliyyət göstərən “Nemi Museum” otel ilə əlaqəsi yoxdur.
44. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərə k, izahatında əlavə olaraq bildirmişdir ki, ailənin rəsmi gəliri olmamışdır, dost tanışdan götürülmüş borcun hesabına otel tikilmişdir. Sonradan isə bu mübahisələr yaranıb, ona görə pulu qaytara bilməyiblər. Bakı şəhəri, Mirzə İbrahimov 9 küçəsində yerləşən otelin tikintisi 2012-ci ildə bitib. Həm Bakı şəhəri, Mirzə İbrahimov 9 küçəsində, həm də Bakı şəhəri, Mirzə İbrahimov 18 küçəsində yerləşən otelin təmir pulu tələb edilir. İddia tələbində nə otelin adı var, nə də ünvan qeyd edilib. Götürülmüş borclar təmirə və ailə büdcəsinə xərclənib. Payların bölgüsü aparılmış əmlak Bakı şəhəri, Mirzə İbrahimov 18 küçəsində yerləşir. İddiaçı pulu alıb bütün əmlaklarının təmirinə xərcləyib. Borc alınan pul Bakı şəhəri, Mirzə İbrahimov 18 ünvanında yerləşən əmlakın, Bakı şəhəri, Mirzə İbrahimov 9 ünvan ında yerləşən otelin təmirinə, həmçinin ümumi ailə büdcəsinə xərcləmişdir. ünvan 4 ünvanında 3 qeyri-yaşayış sahəsi sökülmüşdür. Onlar mövcud deyil. Məhkəmə həmin əmlakı böləndə orada qeyri-yaşayış sahəsi mövcud deyildi. Qarşı tərəf özü deyir ki, 2010-cu ildə onun yerində bina tikilmişdir. Təyminə özü əvvəlki apellyasiya baxışında yerində müayinə zamanı bildirdi ki, onun mülkiyyətində olan həmin qeyri-yaşayış sahələrinin yerində bina tikilmişdir. Həmin bina 2000-ci ildə tikilmişdir. Məhkəmə tərəfindən əmlak bölünən zaman necə həmin qeyri-yaşayış sahələri mövcud ola bilər. 2012-2013-cü illərdə oteldə yenidənqurma işləri həyata keçirilmişdir. İddia tələbində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə istinad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin bir qətnaməsi ilə 425000 AB Ş dollar, digər qətnaməsi ilə 750000 ABŞ dollar pul tutulmuşdur. 2012-ci ilin 19 dekabrında otelin tikintisi yekunlaşmışdır. Otelin tikintisi üçün 2 dəfə borc pul alınmışdır – bir dəfə 2010-cu ildə borc pul alınıb, biri də 2011-ci ildə alınıb. Otelin istismara qəbul edilməsi ilə bağlı müvafiq qurumların aktı var. Bakı şəhəri, Mirzə İbrahimov 9 ünvanında yerləşən otellə üzbəüz Bakı şəhəri, Mirzə İbrahimov 18 ünvanında otel yerləşir. Bu hündürmərtəbəli binanın birinci mərtəbəsi oteldir. Otellərin hər ikisi “Nemi” adlanır. Nemi birgə nikahdan olan övladlarının Neymanın adına olan oteldir. Otellərdən biri Nemi otel adlanır, digəri isə “Nemin Museum” Otel adlanır. ünvan 4 ünvanındakı otel bu gün də fəaliyyət göstərir. 2012-ci ildə həmin oteldə yenidənqurma işləri olub, ondan sonra çevrilib olub otel, indi də otel kimi fəaliyyət göstərir. Eyni zamanda hər iki otelin sənədləşməsi 1 otelin, yəni Mirzə İbrahimov 9 ünvanındakı fəaliyyət göstərən “Nemi” otelinin adı altında qeydə alınmış, hər iki otel eyni vaxtda fəaliyyətə başlamışdır. Bununla bağlı qiymətləndirmə aktı təqdim etmişdir. Qiymətləndirmə aktına əsasən “Nemi” otelinin tikintisinə, təmiri, abadlaşdırılımasına, avadanlıqla təchiz edilməsinə və.s 2010-2012-ci illərin bazar dəyərinə uyğun dəyəri 1569700,0 manat, “Nemi Musem” otelinin təmiri, abadlaşdırılımasına, avadanlıqla təchiz edilməsinə isə 420090,0 manat xərc çəkmişdir.
45. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1058/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşa d Həsənov) Cavabdeh apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin edilən - Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı xx.xx.2016-cı il tarixli və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı xx.xx.2016-cı il tarixli qətnamələri ilə tutulması müəyyən edilmiş pul məbləğlərinin (1175000 ABŞ dolları) 1/2 hissəsi (587500 ABŞ dolları) Cavabdeh aid edilməklə həmin məbləğ - 587500 (beş yüz səksən yeddi min beş yüz) ABŞ dollarının Cavabdeh İddiaçı xeyrinə tutulduğu anda ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması hissəsində ləğv edilmiş, həmin h issədə iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı - Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı xx.xx.2016-cı il tarixli və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı xx.xx.2016-cı il tarixli qətnamələri ilə tutulması müəyyən edilmiş pul məbləğlərinin (1175000 ABŞ dolları) 1/2 hissəsi (587500 ABŞ dolları) Cavabdeh aid edilməklə həmin məbləğ -587500 (beş yüz səksən yeddi min beş yüz) ABŞ dolları Cavabdeh İddiaçı xeyrinə tutulması barədə iddia tələbi rədd edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıdan borcun tutulması barədə qətnamələr tərəflərin ailə münasibətlərinin pozulduğu dövrdə qəbul edilmişdir. Həsənağa Qasım iddiaçıya 2010-cu ilin sonlarında, Şahid isə 2012-ci ilin əv vəllərində borc verməsini iddia etsələr də, işdən görünür ki, onlar uzun müddət ərzində borcun qaytarılmasını iddiaçıdan tələb etməmişlər. Halbuki, iddiaçı Şahid təqdim etdiyi 07 yanvar 2012-ci il tarixli qəbzə görə iddiaçı aldığı borcu 2 il müddətinə qaytaracağına söz vermişdir. Hazırki iş üzrə iddiaçıdan borcun tutulmasına dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi, 2(006)-3775/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamələri qəbul edilmişdir. Həmin mülki işlərə baxılarkən İddiaçı qeyd edilən borc məbləğlərini otel tikintisini başa çatdırmaq məqsədi ilə almasını bildirmişdir. İş materiallarından eləcə də tərəflərin izahatlarından müəyyən edildiyi kimi tərəflər arasında bərabər paylarda bölünmüş və otel kimi fəaliyyət göstərən əmlak lar ünvan 7 ünvanında yerləşir. Göründüyü kimi İddiaçı Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)3201/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi, 2(006)-3775/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnamələri ilə müəyyən edilmiş borc məbləğlərinin bütövlükdə cavabdehin pay hüququnun tanındığı əmlaklara xərclənməsini bildirsə də, həmin hal öz təsdiqini tapmamışdır.
47. Digər tərəfdən iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin təmir olunma, istifadəyə hazır olma və otel kimi fəaliyyət göstərməsi vaxtlarının müəyyən olunması və borcun məhz otelin fəaliyyətinin təmin olunmasına sərf olunmasının müəyyən edilməsi üçün iddiaçı tərəfə müvafiq sübutların təqdim edilməsi təklif edilmişdir. Təqdim edilmiş Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 25 nömrəli 12 fevral 2010- cu il tarixli sərəncamınd an görünür ki, M.İbrahimov küçəsi 9 saylı ünvanda Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin sökülüb yerində razılaşdırılmış eskiz layihəsinə müvafiq ofis və qonaq evinin tikintisinə icazə verilmişdir.19 dekabr 2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktından görünür ki, qeyd olunan ünvanda ofis və qonaq evi binası istismara qəbul edilmiş, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2013-cü il tarixli lisenziyadan müəyyən edilir ki, “Nemi” mehmanxanasının fəaliyyətinə 5 il müddətinə icazə verilmişdir. Göründüyü kimi təqdim edilmiş sərəncam, lisenziya, eləcə də aktla müəyyən edilmişdir ki, həqiqətən 2010-2012-ci il tarixlərində, yəni İddiaçı borc aldığı ərəfələrdə M.İbrahimov küçəsi 9 saylı ünvanda ofis və qonaq evi tikilərək istismara verilmişdir. Lakin qeyd olunan ünvandakı əmlak tərəflər arasında mübahisə predmeti olmamış və qanuni qüvvəsini almış qətnamə ilə həmin əmlaklar tərəflər arasında bölünməmişdir. Tərəflər arasında bərabər paylara bölünmüş M.İbrahimov küçəsi 18 ünvanındakı əmlaka dair isə iddiaçı tərəfindən borc alınan dövrdə otel kimi tikilərək fəaliyyət göstərməsi barədə, sərəncam, akt, eskiz layihə və ya lisenziya təqdim edə bilməmişdir.
48. İddiaçı tərəf apellyasiya baxışı zamanı M.İbrahimov küçəsi 9 və 18 ünvanında yerləşən əmlakların adlarının və ünvanlarının fərqli olsa da, eyni sənəd altında otel kimi fəaliyyət göstərdiyini bildirməsinə baxmayaraq, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən tə qdim edilmiş X2 08 fevral 2022-ci il tarixli rəyindən görünür ki, M.İbrahimov küçəsi 9 ünvanında “Nemi” otel, 18 ünvanında isə “Nemi muzeum” oteli fəaliyyət göstərir. Göründüyü kimi M.İbrahimov küçəsi 9 və 18 ünvanında yerləşən əmlaklar ayrı-ayrı ad altında fəaliyyət göstərən iki oteldən ibarət olmuşdur ki, iddiaçı tərəfin təqdim etdiyi M.İbrahimov küçəsi 9 ünvanında yerləşən əmlak tərəflərin mübahisə predmeti olmamışdır və iddiaçı tərəf M.İbrahimov küçəsi 18 ünvanında yerləşən əmlakda aldığı borc vəsaiti hesabına otel tikintisini həyata keçirməsini sübut edə bilməmişdir.
49. Bununla yanaşı iddiaçı tərəf tələbində tikinti ilə yanaşı aldığı borcun satınalmaya sərf edildiyini qeyd etsə də, tərəflər arasında mübahisə predmeti olan və bərabər paylara bölünmüş M.İbrahimov küçəsi 18 ünvanında ye rləşən 3 əmlakın satın alınması borc alınan vaxtdan əvvəlki dövrə təsadüf edir. (ünvan 7-də yerləşən 29,6 kv.m. sahəli qeyriyaşayış sahəsi 13 fevral 2007-ci il tarixli müqavilə; ünvan 7-də yerləşən 41,1 kv.m. sahəli qeyri-yaşayış sahəsi 13 fevral 2007-ci il tarixli müqavilə və ünvan 7-də yerləşən 290,9 kv.m. sahəli qeyri-yaşayış sahəsi 26 aprel 2004-cü il tarixli müqavilə ilə İddiaçı tərəfindən əldə edilmişdir).
50. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının qeyd etdiyi kimi qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə ondan tutulması müəyyən edilmiş borc hesabına cavabdehlə birgə nikah dövründə hansı əmlakları əldə etməsi və ya tikintisi üçün xərcləməsi eyni zamanda iddiaçının qeyd etdiyi borc məbləğlərinin tərəflərin faktiki ailə münasibətləri dövründə gö türülüb-götürülməməsini müəyyən etməyərək - məhkəmə qətnaməsi ilə iddiaçıdan ayrı-ayrı şəxslərin xeyrinə götürülmüş borcun əvəzi kimi tutulmuş pul məbləğlərinin tərəflərin birgə nikahda olduqları vaxt götürülən borc olması, iddiaçının həmin borcun 1/2 hissəsinin cavabdehə aid edilməklə ondan tutulmasını tələb etməkdə tam haqlı olması barədə səhv nəticəyə gəlmişdir. Çünki yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının götürdüyü borc məhz Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən otelin fəaliyyətinin təmin olunmasına sərf olunmamışdır.
51. Digər tərəfdən qeyd edilməlidir ki, mübahisə predmeti olan borcların iddiaçıdan tutulması barədə məhkəmə qətnamələrinin mövcudluğu həmin əmlakların məhz Şahid və Həsənağa Qasımdan alınmış borc hesabına əldə edilməsi barədə qəti nəticəyə gəlmək üçün əsas verməmişdir. Bununla yanaşı təkrar apellyasiya baxışı zamanı Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 20 aprel və 23 may 2016-cı il tarixli qətnamələri üzrə icra vərəqələrinin icra olunma vəziyyətinin yoxlanılması barədə müvafiq sorğular göndərilsə də həmin icra sənədləri üzrə müvafiq icra hərəkətləri aparılması müəyyən olunmuş, lakin iddiaçının həmin borcları Şahid və Həsənağa Qasıma qaytarması müəyyən olunmamışdır.
52. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 mart 2017-ci il tarixli qətnaməsi ilə qeyd olunan əmlakların, götürülmüş borc hesabına deyil, tərəflərin birgə nikahı zamanı dəyəri ödənilərək əldə edilməsi müəyyən edildiyindən MPM-in 82.3cü maddəsinə əsasən də həmin faktların yenidən sübut edilməsi istisna edilir
53. Qeyd olunanlara əsasən məhk əmə kollegiyası hesab edir ki, M.İbrahimov küçəsi 18 ünvanında yerləşən əmlakın borc hesabına deyil, tərəflərin birgə nikahı zamanı dəyəri ödənilərək əldə edilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, həmçinin məhz qətnamə ilə bölgüsü aparılmış qeyri-yaşayış sahəsində otel kimi yenidənqurma işlərinin aparılması, təmir-tikintisi və istismara verilməsi iddiaçının borc aldığı dövrə təsadüf etməsi barədə hər hansı sübut təqdim edilməmiş, təqdim etdiyi sənədlərlə isə həmin ərəfədə M.İbrahimov küçəsi 9 ünvanında yerləşən əmlakın tikintisinin başa çatdırılması müəyyən edilir, halbuki iddiaçı tələbində M.İbrahimov küçəsi 18 ünvanında yerləşən otelin aldığı borc vəsaiti hesabına tikilməsini bildirmişdir.
54. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəllə sinin 37.3-cü, MPM-in 14.2, 77.1, 82.3, 119.1, 217.3, 217.4, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
55. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və birgə nikah dövründə yaranmış borca görə 212.500 ABŞ dollarının və 375.000 ABŞ dollarının, cəmi 587.500 ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələbi kobud şəkildə pozulmuş və artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə birgə nikah dö vründə öhdəliklərin əmələ gəlməsi tam təsdiq olunduğu halda, formal mülahizələr irəli sürülməklə, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmuşdur.
57. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qətnaməsini qanuni əsaslar və dəlillərlə əsaslandırmalı olduğu halda, yalnız qətnaməni söz oyunu ilə əsaslandırmağa çalışmış və qətnamədə bir neçə dəfə vurğulanmışdır ki, iddia tələbində yalnız Mirzə İbrahimov 18 ünvanında yerləşən otelin borc hesabına alındığı göstərilmişdir. Halbuki məhkəməyə təqdim olunmuş iddia ərizəsinin 1-ci vərəqinin 5-ci abzasında açıq-aşkar göstərilmişdir: “İddiaçı ilə X1 nikahda olduqları dövrdə ailənin borclanmasına və konkret olaraq Bakı səhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən daşınmaz əmlakların alınmasına sərf edilmiş pul vəsaitləri ilə bağlı öhdəliklər yaranmışdır.” Belə olan halda maraqlıdır, apellyasiva instansiyası məhkəməsi iddia tələbi dedikdə, nəyi nəzərdə tuturmuş, axı hələ Səbail Məhkəməsinə təqdim olunmuş iddia tələbində yuxarıdakı fikirlər əks olunmuş və məhkəmə prosseslərində dəfələrlə vurğulanmışdır ki, iddianın əsaslandığı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnamələrindən açıqaşkar görünür ki, həmin iş üzrə iddiaçı Qasım Həsənağa 2010-cu ilin sonlarında məhz otel tikintisi üçün İddiaçı 750.000 ABŞ dolları verdiyini, İddiaçı nümayəndəsi də məhz otel tikintisini həyata keçirilməsi üçün Qasım Həsənağadan qeyd edilən məbləğdə pulu aldığını göstərmişdir. Digər bir iş üzrə iddiaçı Şahid 2012-ci ilin əvvəllərində “Nemi" otelinin tikintisi üçün İddiaçı 450.000 ABŞ dolları verdiyini göstərmiş və iş materialların a əlavə olunmuş qəbzlərdə də həmin hallar öz təsdiqini tapmışdır. Qeyd olunan dövr ərzində yəni 2010-2012-ci illər ərzində İddiaçı tərəfindən Mirzə İbrahimov küçəsində otel tikintisini həyata keçirilməsi təqdim olunmuş sənədlərlə tam təsdiqini tapmışdır.
58. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli Sərəncamı ilə təsdiq olunur ki, ünvan 9 ünvanında fərdi yaşayış evinin sökülməsinə, yerində ofis və qonaq evinin tikintisinə Cavabdeh icazə verilmiş, bundan sonra Barat Abdullavev tərəfindən həmin ərazidə olan ev sökülərək otel tikilmiş və xx.xx.2012-ci il tarixdə aidiyyəti qurumlar tərəfindən istismara qəbul olunaraq “Nemi" otel (Nemi tərəflərin birgə nikahından olan Neman adlı uşağın adına uyğun qoyulmuşdur) adı ilə fəliyyətə başlamışdır. (Həmin S ərəncam, istismara qəbul aktı iş materiallarına əlavə olunmuşdur.). Həmin otelin tikintisinə 2010-2012-ci illər ərzində İddiaçı tərəfindən 1.500.000 manatdan artıq vəsait xərclənmişdir. Hazırda Yasamal Rayon Məhkəməsinin 2(004)-237/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Təyminə Yusifovanın iddiası qismən təmin edilməklə, “Nemi" otel kimi fəaliyyət göstərən ünvan 9 ünvanında yerləşən ofis və qonaq evinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi qət edilmişdir. (Qətnamədən çıxarış iş materiallarında mövcuddur). Bununla da tam təsdiq olunur ki, İddiaçı Qasım Həsənağa və Şahid aldığı borc pullara otel inşa etmiş və hazırda həmin otelə məhkəmə qətnaməsi əsasında Təyminə Yusifova sahiblənmişdir. Bundan əlavə ünvan 10 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının bi rinci mərtəbəsində İddiaçı mülkiyyətində olan sahələri, 41.1, 29.6, 290.9 kv.m. təşkil edən qeyri-yaşayış sahələrində 2012-ci ildə yenidənqurma işləri aparılaraq otel vəziyyətinə gətirilmiş və “Nemi Museun oteli kimi fəaliyyətə başlamışdır. Həmin otel üçün də 400.000 manatdan artıq pul vəsaiti xərclənmişdir. Azərbacan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən alınmış 457№-li. xx.xx.2013-cü il tarixli Lisenziyadan görünür ki, məhz 2013-cü ildə “Nemi" mehmanxanasının fəaliyyətinə 5 il müddətində icazə verilmişdir. Məhz həmin lisenziya əsasında “Nemi" və “Nemi museum” otelləri fəaliyyət göstərmişdir.
59. Bundan başqa, məhkəmə qətnaməsinə əsasən tərəflər arasında bölgüsü həyata keçirilmiş Bakı şəhəri, Mirzə İbrahimov 18/49 ünvanında yerləşən 23 saylı mənzilin təmirinə 150.000 manat civ arında pul vəsaiti İddiaçı tərəfindən xərclənmişdir. Qeyd olunan hallar iş materiallarına əlavə edilmiş X2 08 fevral 2022-ci il tarixli rəyi ilə tam təsdiq olunmuşdur.
60. Bütün göstərilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ancaq və ancaq onun üzərində köklənmişdir ki, Mirzə İbrahimov küçəsi 18 ünvanında yerləşən otelin tikintisi və yenidənqurması ilə bağlı iddiaçı sübut təqdim edə bilməmişdir. Bununla da tam təsdiq olunur ki. apellaysiva məhkəməsi iş üzrə sübutları bir kənara qoymaqla, yalnız cavabdehin istəyini əsaslandırmağa çalışmış və iddiaçının haqlı dəlillərini nəzərə almamışdır. Belə ki, dəfələrlə məhkəmədə vurğulanmışdır ki, tərəfər birgə nikah dövründə yalnız Mirzə İbrahimov 18 ünvanındakı əmlakı əldə etməmişlər, onların əldə etdikləri çoxsaylı digər əmlaklar mövc uddur ki, bunlardan biri də Mirzə İbrahimov küçəsi 9 ünvanında olan əmlakdır və bu gün də artıq Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə həmin əmlak Təyminə Yusifovanın sahibliyinə və istifadəsinə verilmişdir. Hazırki iş üzrə isə iddia tələbində açıq qeyd olunmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə təsdiq olunmuş borclar Mirzə İbrahimov küçəsindəki daşınmaz əmlakların əldə edilməsinə sərf edilmişdir.
61. Məhkəmə MPM-in 82.3-cü maddəsini tamamilə səhv təfsir edərək hesab etmişdir ki, “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 mart 2017-ci il tarixli qətnaməsi ilə qevd olunan əmlakların, götürülmüş borc hesabına deyil, tərəflərin birgə nikahı zamanı dəyəri ödənilərək əldə edilməsi müəyyən edildiyindən MPM-in 82.3cü maddəsinə əsasən də həmin faktların ye nidən sübut edilməsi istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, M.İbrahimov küçəsi 18 ünvanında yerləşən əmlakın borc hesabına deyil, tərəflərin birgə nikahı zamanı dəyəri ödənilərək əldə edilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir." Göründüyü kimi işə baxan məhkəmə tamamilə səhv və kökündən yanlış olan bir qiymətləndirmə ilə iddianı əsassız hesab etmişdir. Birgə nikah dövründə əldə olunmuş əmlakların əldə olunması ilə bağlı borc alınması dedikdə, heç də həmin əmlakların borc və ya nisyə olaraq alınması nəzərdə tutulmur, burada o nəzərdə tutulur ki, tərəfin biri digər tərəfdən borc pul götürür və digər tərəfdən almış olduğu borc pulu əmlakın satıcısına ödəməklə, əmlakı dəyərini ödəməklə əldə edir. Belə olan halda işin mübahisələnd irilməyən halını əsassız olaraq prosessual hüquq normasını səhv tətbiq etməklə, iddianı təkzib edən hal kimi təqdim etməklə, apellvasiya məhkəməsi tamamilə əsassız və hüquqi əsası olmayan bir qiymətləndirmə həyata keçirmiş, prosessual hüquq normasının tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
62. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
63. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
64. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
65. Maddə 41.2 Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.. Mülki Prosessual Məcəllə
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hü quq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
79. Belə ki, mübahisəli borc məbləğlərinin hazırkı iş üzrə İddiaçı tutulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2016-cı il tarixli və 23 may 2016-cı il tarixli qətnamələrindən görünür ki, həm borcverən şəxlər (Şahid və X4) həm də İddiaçı qeyd edilən borc məbləğlərinin otel tikintisinin başa çatdırılması məqsədi ilə alınmasını bildirmişlər.
80. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bərabər paylarda bölünmüş və hotel kimi fəaliyyət göstərən əmlakları ünvan 13 ünvanında yerləşən “Nemi museum” hotelindən ibarət olmuşdur.
81. İddiaçı tərəfindən mübahisəli borcun hesabına tikildiyi iddia edilən digər hotel, ünvan 14 ünvanında yerləşən “Nemi” oteli isə tərəflər arasında mübahisə predmeti olmamış və qanuni qüvvəsini almış qətnamə ilə həmin əmlak tərəflər arasında bölünməmişdir.
82. Qeyd edilən əmlaklardan yalnız ünvan 14 ünvanında yerləşən “Nemi” otelinin 20102012-ci il tarixlərində, yəni İddiaçı borc aldığı ərəfələrdə tikilərək istismara verildiyi iş materiallarına əlavə edilmiş Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 25 nömrəli 12 fevral 2010-cu il tarixli sərəncamı, 19 dekabr 2012-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi h aqda qəbul komissiyasının aktı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Cavabdehnın adına verilmiş xx.xx.2013-cü il tarixli lisenziya ilə təsdiq edilmişdir. Lakin bu hal da özlüyündə həmin əmlakın məhz mübahisəli borc hesabına tikilməsi faktını təsdiq edə bilməz.
83. Digər otelə dair isə iddiaçı tərəfindən ümumiyyətlə borc alınan dövrdə otel kimi tikilərək fəaliyyət göstərməsi barədə, sərəncam, akt, eskiz layihə və ya lisenziya təqdim edilməmişdir.
84. Göründüyü kimi, iddiaçı M.İbrahimov küçəsi 9 və 18 ünvanında yerləşən əmlakların mübahisə predmeti olan borc məbləği hesabına tikilməsini sübut edə bilməmiş, M.İbrahimov küçəsi 9 ünvanında yerləşən əmlak isə ümumiyyətlə tərəflərin arasında bölünməmişdir. Bu baxımdan apelyasiya instansiya məhkəməsi haqlı nəticəyə gəl mişdir.
85. Kassasiya şikayətinin işin faktiki halları ilə bağlı digər dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi olaraq işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlillərə qiymət verə bilməz.
86. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
87. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi n. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1058/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.