Məhkəmə qərarları › İş №2(102)-445/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-445/2025

02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-445/2025 02.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdehnə qarşı ilk, Cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia tələbinə İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və X1 Cavabdeh MMC-yə qarşı qarşı iddia tələblərinə iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə maneənin aradan qaldırılması, müqavilə öhdəliklərini icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4121/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsində n iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı1 və “MeredianM” Məhdud Məsluiyyətli Cəmiyyətinin kassasiya şikayətlərinə 02 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 (payçı) ilə "xxxx" MTK (icraçı) arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün xx.xx.2012-ci il tarixli müqavilədə qeyd edilmişdir ki, icraçı ünvan 1 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 3-cü blokunda, 4-cü mərtəbəsində 96/103 nömrəli mənzili payçıya verməyi öz öhdəsinə götürür. Mənzilin ümumi sahəsi 122 m2 təşkil edir. (sahə təhvil verilən zaman).

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasən ünvan 1 də İddiaçı1 xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın ümumi sahəsi 12 1.4 m2-dir.

3. Cavabdeh MMC (“idarəedici təşkilat”) ilə İddiaçı1 arasında çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair xx.xx.2016-cı il tarixli 25A/107-103 saylı müqavilə bağlanmışdır. - Müqavilənin 2.1-ci bəndinə əsasən hazırkı müqavilənin şərtləri çoxmənzilli binanın bütün mülkiyyətçiləri üçün eynidir; - Müqavilənin 4.1-ci bəndinə əsasən idarəedici təşkilat çoxmənzilli yaşayış binasında xidmətlər göstərməyi və ümumi əmlakın lazımi qaydada saxlpnıiması və təmiri üzrə işləri yerinə yetirməyi, mülkiyyətçilərə və mülkiyyətçinin mənzillərindən qanuni əsaslarla istifadə edən digər İstifadəçilərə kommunal xidmətlər göstərməyi, habelə çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olunmasına yönələn digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür; - Müqavilənin 4.2-ci bəndinə əsas ən mülkiyyətçilər idarəedici təşkilatın xidmətlərini hazırkı müqavilə ilə müəyyən olunmuş qaydada ödəməyi öhdəsinə götürür; - Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin məbləği və yaşayış sahəsinə görə ödənişin həcmi “Yaşayış sahələrindən istifadə haqqı Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunai xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli qərarına əsasən müəyyən edilir, ümumi əmlaka mülkiyyət hüququnda Mülkiyyətçinin tutduğu yaşayış sahəsinə mütənasib paya uyğun müəyyən edilir; - Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilə 1 (bir) il müddətinə bağlanıb və tərəflər onu imzaladığı andan qüvvəyə minir; - Müqavilənin 12.2-ci bəndinə əsasən m üqavilənin müddəti başa çatdıqdan sonra tərəflərdən hər hansı biri müqavilənin pozulması haqqında digər tərəfə məlumat vermədikdə, müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab olunur; - Müqaviləyə 1 nömrəli əlavənin 2-ci maddəsindən görünür ki, çoxmərtəbəli binadan xidmət haqqı yaşayış sahəsinin payına uyğundur və mülkiyyətçinin yaşayış sahəsinin hər kvadratmetrinə görə müəyyən edilir.

4. XXX MMC-nin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, sakinlər və daha 22 nəfər şəxsən, 42 nəfərin qiyabi iştirakı ilə sakinlərə göstərilən kommunal xidmətin səviyyəsi, kommunal xidmətlərin yığımı, 2013-cü ildən tətbiq olunan kommunal xidmət haqlarının 2018-ci ilin yanvar ayından 0.05 qəpik artırılması, binanın həyətinə nəqliyyat vasitələrinin daxil olunmasına məhdudiyyətlərin tətbiqi məsələsinə dair səsvermə nəticəsində kommunal xidmətlər haqqının 0.45 qəpikdən 0.50 qəpiyə artırılması, mərtəbələrdəki qapıların təmiri və açarların yenilənməsi, işıqların təzələnməsinin həyata keçirilməsi, binanın həyətində maşınların girişinin məhdudlaşdırılması (taksi, FHN, polis, təcili yardım xidməti maşınlardan başqa) məsələsi müzakirə olunmuş, adı çəkilən xidməti maşınlara qısa müddətdə həyətə daxil olunmasına icazə verilməsi qərara alınmışdır.

5. Cavabdeh MMC-nin ümumi iclasının xx.xx.2017-ci il tarixli 5 saylı protokolunda qeyd edilmişdir ki, gündəlikdə duran məsələlər səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-487/2023 saylı qətnaməsi ilə İddiaçı1 2306.60 manat məbləğində borcun tutularaq Cavabdeh MMCnin xeyrinə ödənilməsi qət edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı və Bakı şəhəri, X küçəsində yerləşən 25 "xxxx" saylı binada Cavabdeh (bundan sonra “cavabdeh” və ya "xxxx") tərəfindən liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi, MMC-nin binanın idarəçiliyindən uzaqlaşdırılması, binanın idarəçiliyinin Xətai Rayon bələdiyyəsinə təhvil verilməsi, vurulmuş zərərin əvəzi olaraq 480 ABŞ dolları və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi, MMC tərəfindən mənzilin hər m2-nə görə təyin edilmiş kommunal haqqının 0,50 manat olmasının MMC tərəfindən əsaslandırılması barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən çoxmənzilli bina faktiki olaraq idarəedici təşkilat kimi cavabdeh MMC tərəfindən idarə olunur. Lakin Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq MMC-yə bu səlahiyyəti nə binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı, nə də bələdiyyə verməyib. Sadəcə MMC bəzi sahə mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlayaraq, hətta müqavilə bağlamamış sahə mülkiyyətçilərindən də xidmət haqqı tələb etmiş, sonra isə xidmət haqqını bir neçə dəfə artırmışdır (mənzilin ümumi sahəsinin hər m2-nə görə 0,50 manat). Sahə mülkiyyətçilərinin xeyli hissəsi nəinki bu qanunsuzluqdan, həmçinin də binanın bərbad idarə edilməsindən narazıdır. xx.xx.2012-ci ildə binanı tikib, istismara təhvil verən "xxxx" MT K qanunsuz olaraq, idarəçiliyi, mülkiyyətçilərin ümumi yığıncağını keçirmədən, özbaşına həyata keçirmiş, qeyri-qanuni, sakinlərdən kommunal xidmət adı altında vəsait yığaraq, hesabat da verməmişdir. Mənzil Məcəlləsinin 109.5. maddəsinin tələblərinə görə yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüququ MTK üzvlərinə keçdikdən sonra bir ay ərzində MTK qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya MMMC-yə çevrilməli idi. Ancaq "xxxx" MTK bunu etməyib, sonra isə idarəçiliyi, varisi olan MMC-yə ötürüb. "xxxx" MTK xx.xx.1997-ci ildə (VÖEN: **********)qeydiyyata alınıb, cavabdeh olan MMC isə xx.xx.2016-cı il tarixdə (**********017600 saylı çıxarış) qediyyatdan keçmişdir. Ötürmə prosesi heç bir sənədlə təsbit edilməyərək, nə "xxxx" MTK, nə də MMC mülkiyyətçilərin ümumi yığıncağın ı keçirmədən idarəçiliyi özəlləşdirmişlər. İndiyədək binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı bir dəfə də olsun keçirilməyib. Ümumi yığıncaq keçirilməyibsə, deməli, binanın idarəetmə üsulu da seçilməyib.

9. Cavabdeh MMC də İddiaçı1 (iddiaçıya) qarşı qarşılıqlı iddia ilə müraciət edərək, ünvan 1A saylı evin 103-cü mənzilinə dair kommunal xərclərə görə yaranmış 1097.35 manat, məhkəmə xərcləri üçün 30.97 manat, ümumilikdə 1128.32 manat pulun İddiaçı1 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 07 may 2016-cı il tarixdə qarşılıqlı İddiaçı1 ilə MMC arasında çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair 25A/107-103 saylı müqavilə bağlanmışdır. İddiaçı1 həmin müqavilə üzrə öhdəlikləri mütəmadi olmasa da, icra edirdi. Lakin İddiaçı1 2022-ci ilin sonuna MMC-yə kommunal xidmətlərə görə borcu yaranmışdır. 2022-ci ilin oktyabr ayında Xətai rayon məhkəməsində İddiaçı1 qarşı kommunal xərclərə görə yaranmış 2453.00 manat, məhkəmə xərcləri üçün 44.53 manat, ümumilikdə 2497.53 manat pulun MMC-nin hesabına ödənilməsinə dair iddia qaldırılmış və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(011)-487/2023 saylı Qətnaməsi ilə iddia təmin edilmişdir. Buna baxmayaraq İddiaçı1 2022-ci ilin sentyabr ayından bu günə qədər yaranmış borcundan heç bir ödəniş etməmişdir. Kommunal xidmətin ödənişi MMC-nin xx.xx.2017-ci il tarixli Qərarına əsasən hər m2-ə görə 0.50 manat müəyyən edilmişdir. İddiaçı1ı mənzili 129,1 m2-dir. (0.50 manat x129.1 m2 = 64.55 manat, 17 ay x 64.55m=1097.35 manat). Bununla da İddiaçı1 MMC-yə ziyan vurmuşdur. Kommunal ödənişlərdən bütün təminatlara (su, kanalizasiya, işıq təchizatı, lift təmiri, məişət tullantıların daşınması, binada digər təmir işləri, təmizlik, mühafizə) ödənişlər olunur, eyni zamanda həmin yığılan puldan işçilərə əmək haqqı ödənilir. Bununla bağlı hər rübdə müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. İddiaçı1 və digər investorların ödəmələrində gecikmələr olması nəticəsində MMC-nın Vergi borclarının vaxtında ödənilməməsi nəticəsində faiz borcları yaranmışdır. Hazırda yaranmış borclar üzrə müxtəlif məhkəmə instasiyalarında işlərə baxılmaqdadır. Bununla bağlı İddiaçı1 və digər sakinlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir.

11. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X3 da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin rəhb ərliyi tərəfindən binada yerləşən liftlərə qanunsuz olaraq tətbiq edilmiş kart sisteminin ləğv edilməsi və liftlərdən əvvəlki qaydada sərbəst istifadə edilməsi üçün şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qeyd edilən iddiaçılar tələblərini onunla əsaslandırıblar ki, yaşadıqları ünvan 3 ünvanında yerləşən bina sakinlərinin razılığı və xəbəri olmadan MMC-nin rəhbərliyi binada yerləşən liftlərə qanunsuz olaraq kart sistemi təbiq etmişlər, bu da mülkiyyətçilərin hüquqlarını pozaraq çətinliklər yaradır. Mülkiyyətçilər mənzillərinə sərbəst şəkildə daxil ola bilmirlər. Eyni zamanda bu məhdudiyyət uşaqların, qonaqların da lifdən istifadəsinə maneə yaradır.

13. Birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(011)-905/2024 saylı qərardadla iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və X1 iddia tələbi üzrə mülki iş İddiaçı1 iddia tələbi üzrə mülki işlə bir icraatda birləşdirilmişdir.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(011)2186/2024 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və X1 iddiası rədd edilmiş, cavabdeh MMC-nin qarşılıqlı iddiası qismən təmin olunmuş, İddiaçı1 kommunal xidmətlərə görə 607 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq isə 30 manat olmaqla, cəmi 637 manat məbləğində pulun tutularaq MMC-yə ödənilməsi qət edilmişdir. (hakim Sahibə Hacıyeva)

15. Birinci instansiya məhkəməsi iddiaçıların (bina sakinlərinin) liftlərdə kart sisteminin tətbiqinə dair iddia tələbinə münasibətdə göstərmişdir ki, həmin şəxslər ünvan 4 ünvanında i nşa edilmiş çoxmərtəbəli yaşayış binasının sakinləri olmaqla, həmin ünvanda yaşayırlar. Liftlərdə kart sisteminin tətbiqinin məqsədi kənar şəxslərin həmin liftlərə daxil olaraq yuxarı mərtəbələrə qalxmasının qarşısının alınması, bina sakinlərinin daha təhlükəsiz şəraitdə yaşamaları və kommunal xidmətlərin ödənilməsidir. Həmin binada liftlərdə kartdan istifadə edilməsi bina sakinlərinin həmin liftdən istifadəsini qadağan etmir. 16. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il 40 №-li Qərarına 2 nömrəli əlavəyə əsasən yaşayış binalarında liftdən istifadəyə görə adambaşına 1 ayda manat la (ƏDV nəzərə alınmaqla) tarif 1.000 manat təşkil edir. İddiaçı1 çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair 25A/107-103 saylı müqavilə bağlamaqla bununla razılaşmışdır.

17. Birinci instansiya məhkəməsi “cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması, idarəçiliyin Xətai rayon Bələdiyyəsinə təhvil verilməsi” barədə İddiaçı1 iddiasına münasibətdə bu tələbin qanuni əsasının Mənzil Məcəlləsinin 141-ci maddəsinin təşkil etməsini göstərərək qeyd etmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin bi nanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Hazırkı işdə isə bu proseslərin heç biri binanın mülkiyyətçiləri tərəfindən həyata keçirilməmiş, onlar tərəfindən birbaşa məhkəməyə müraciət olunmuşdur.

18. Birinci instansiya məhkəməsi həmçinin izah etmişdir ki, mülkiyyətçilərin binaya dair Mənzil Məcəlləsinin 141-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin (binanın sahə mülkiyyətçilərinin yığıncağını n çağırılması və (və ya) idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi öhdəliyinin Xətai rayon bələdiyyəsinin üzərinə qoyulması ilə bağlı inzibati icraat qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır.

19. Birinci instansiya məhkəməsi İddiaçı1 “480 ABŞ dolları zərərin əvəzinin ödənilməsi” barədə iddiasına münasibətdə bildirmişdir ki, İddiaçı1 nümayəndəsi həmin zərəri xx.xx.2012-ci il tarixli kooperativ binadan mənzil tikintisi üçün müqavilə ilə ona verilən sahə ilə çıxarış ilə verilən sahə arasında fərqə görə tələb etdiyini bildirmişdir. Lakin iddiaçıya müqavilə üzrə 122 m2 sahə verilməli olduğu, hazırda İddiaçı1 mülkiyyətində olan mənzilin çıxarış əsasında 121.4 m2 olması, yəni əmsallar tətbiq edildikdən sonrakı fərqin az olması nəzərə alınaraq, idd ia həmin hissədə də təmin edilməməlidir.

20. Birinci instansiya məhkəməsi İddiaçı1 iddia tələbinin “cavabdeh tərəfindən mənzilin hər m2-nə görə təyin edilmiş kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması” hissəsini də əsassız sayaraq mövqeyini belə əsaslandırmışdır ki, kommunal xidmətlər haqqının 0,45 qəpikdən 0,50 qəpiyə artırılması MMC-nin xx.xx.2017ci il tarixli qərarı əsasında həyata keçirilmiş, gündəlikdə duran məsələ səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul edilmişdir.

21. Birinci instansiya məhkəməsi MMC-nin qarşılıqlı iddia tələbi ilə bağlı isə göstərmişdir ki, İddiaçı1 yaşadığı mənzilə mülkiyyət hüququnu xx.xx.2018-ci il tarixdə əldə etmişdir. Mənzilə mülkiyyət hüququ əldə etdiyi andan İddiaçı1 ilə MMC arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hüquq münasi bətləri yaranmış olur. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsi isə belə münasibətlərin yaranması üçün müqavilənin mütləq bağlanmasını tələb etmir, bunun üçün hər bir mülkiyyətçinin çoxmənzilli yaşayış evində yaşaması və mənzilə mülkiyyət hüququ əldə etməsi onu kommunal xidmətlərlə bağlı münasibətlərin subyektinə çevirir. MMC tərəfindən təqdim olunmuş sənədlərdə İddiaçı1 mülkiyyətçisi olduğu mənzilin ümumi sahəsi 129,1 m2 qeyd edilsə də, “çıxarışda” mənzilin ümumi sahəsinin 121,4 m2 olduğu qeyd edilmişdir. Buna görə də kommunal xidmətlərə görə ödəniş mənzilin “çıxarışla” müəyyən edilmiş ümumi sahəsinə uyğun olaraq hesablanmalıdır. İddiaçı1 hər ay (0,50 x 121,4 m2 =) 60,70 manat məbləğində kommunal xidmətlərə görə ödəniş etməli olması və Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(01 1)-487/2023 saylı qətnaməsi ilə 38 ay müddətinə görə kommunal haqqına görə pul tutulması nəzərə alınmaqla, hazırkı halda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə, yəni qarşılıqlı iddia ilə müraciət edilən vaxta qədər olan komunnal xidmət haqqının əvəzi olaraq (10 ay x 60,70 =) 607 manat məbləğində pul tutularaq MMC-yə ödənilməlidir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 777.1, 777.2, 783.2, 783.3,1087.1,1087.2,1090.1-ci maddələrinə, Mənzil Məcəllənin 43.1, 43.2.1-43.2.5, 44.1-44.4, 44.5.1-44.5.5, 44.6, 44.6.1, 45.1-45.7, 135.1, 135.2.3, 136.2, 136.2.1, 136.3, 136.4, 137.4, 137.7, 137.10, 141.1-141.10-cu, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

23. İddiaçılar İddiaçı2 v ə İddiaçı1 apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(011)- 186/2024 nömrəli qətnamənin ləğv edilməsini və iddialarının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2(103)-4121/2024 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni İddiaçı2 və ba şqalarının cavabdeh MMC-yə qarşı irəli sürdükləri “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi barədə” iddiasının rədd edilməsi hissəsində tam, İddiaçı1 cavabdeh MMC qarşı irəli sürdüyü iddianın “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə aşağıdakı məzmunda yeni qətnamə qəbul edilmişdir: - İddiaçı1 cavabdeh MMC-yə qarşı irəli sürdüyü iddianın “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” hissəsi, İddiaçı2 və başqalarının cavabdeh MMC-yə qarşı irəli sürdükləri “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi tələbi barədə” iddiası tam təmin edilərək, "xxxx" MTK tərəfindən Bakı şəhəri, X küçəsində yer ləşən 25 və 25 "xxxx" saylı binalarda yerləşən liftlərə cavabdeh MMC tərəfindən tətbiq edilmiş kart sistemi ləğv edilmiş və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması; - İddiaçı1 satılmış mənzilin ölçüsündə 0,6 m2 fərqin yaranması nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 408 (dörd yüz səkkiz) manat məbləğində pulun MMC-dən tutularaq İddiaçı1 ödənilməsi; - İddiaçı1 iddiasının qalan hissəsi, yəni “cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması, binanın idarəçiliyin Xətai rayon bələdiyyəsinə verilməsi, cavabdeh tərəfindən mənzilin hər kvadrat metrinə görə təyin etdiyi kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması barədə” hissəsinin təmin edilməməsi; - İddiaçı2 və başqalarının cavabdeh MMC- yə qarşı irəli sürdükləri iddia tam təmin edildiyindən həmin iddianın verilməsi üçün İddiaçı2 ödədiyi 30 manat dövlət rüsumunun MMC-dən tutularaq İddiaçı2 ödənilməsi; - İddiaçı1 iddiası qismən təmin olunduğundan iddianın verilməsi üçün onun ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 1/2 hissəsi onun özünə, qalan 1/2 hissəsinin MMC-yə aid edilməklə, bu məqsədlə 15 (on beş) manat məbləğində pulun MMC-dən tutularaq İddiaçı1 ödənilməsi; - hazırki qətnamə əsasında MMC-dən İddiaçı1 xeyrinə (408 + 15=) 423 manat pul məbləği ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 18 aprel 2024-ci il tarixli qətnamə əsasında İddiaçı1 MMC-nin xeyrinə (607 + 30=) 637 manat pul məbləğinin tutulması nəzərə alınaraq və bu məbləğlər ilə bağlı əvəzləmə aparılması; - bu məqsədlə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 18 aprel 2024-ci il tarixli qətnamənin İddiaçı1 MMC-nin xeyrinə pul məbləğinin tutulması hissəsində dəyişdirilərək, İddiaçı1 MMC-nin xeyrinə (637 - 423=) 214 (iki yüz dörd) manat məbləğində pulun tutulması; - qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Xumar Mərdanova, Elnur Həsənov)

26. Apellyasiya instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iş materiallarına olan adsız siyahıda qeyd edilmişdir ki, mübahisəli ünvanda liftlərin kart sisteminin quraşdırılmasına həmin binanın 1-ci blokunun 27 nəfər sakini, 2-ci blokunun 22 nəfər sakini, 3-cü blokunun 32 nəfər sakini liftlərdə onun razılığı olmadan kart sisteminin tətbiqinə etiraz etmiş və dərhal sistemi nin liftlərdən demontajını tələb etmişlər. Əlavə olaraq liftlərin kart sisteminin tətbiqi barədə anketdən görünür ki, 24 nəfər sakin liftlərdə kart sisteminin keçməsinə etiraz etməmişdir.

27. Apellyasiya instansiya məhkəməsi Mənzil Məcəlləsinin 43, 44, 45, 135, 136, 137 və 141-ci maddələrinə normalarına istinadən göstərmişdir ki, liftlərdə kart sisteminin tətbiqi binanın idarə edilməsi qaydası ilə bağlıdır. Cavabdeh MMC tərəfindən binanın idarə edilməsi səlahiyyətinin olması və mənzil mülkiyyətçilərinin buna razılığının olması müəyyən edilmir. Liftlərdə kart sisteminin tətbiqinin hansı məqsədə xidmət etməsi və ya sahə mülkiyyətçilərinin liftdən istifadəsinə maneə yaratmaması bu qaydanın tətbiqinə əsas vermir. "xxxx" MMC ilə mülkiyyətçilər arasında bağlanmış müqavilədə lift xidmətinin göstə rilməsi, yaxud belə xidmətin göstərilməsi şərtləri öz əksini tapmamışdır. Buna görə də iddiaçıların həmin müqavilələri imzalaması MMC-yə istədiyi kimi liftdən istifadə qaydalarını müəyyən etməsi hüququnun yaranması üçün əsas ola bilməz.

28. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə hər iki iddia üzrə iddiaçılar binanın sahə mülkiyyətçiləri olmaqla cavabdeh MMC-nin tətbiq etdiyi liftlərdə kart sisteminin ləğvini tələb etməkdə haqlıdırlar. Bu baxımdan, birinci instansiya məhkəməsinin iddianın həmin hissəsinə dair gəldiyi nəticə səhv, apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır.

29. Apellyasiya instansiya məhkəməsi Mənzil Məcəlləsinin 141-ci maddəsinin tələblərini nəzərə alaraq bildirmişdir ki, iddia tələblərinin “cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması, idarəçiliyi n Xətai rayon bələdiyyəsinə təhvil verilməsi” hissəsi əsassızdır, belə ki, iddiaçılar qeyd edilən maddi hüquq normasında nəzərdə tutulmuş prosedura əməl etməmiş, birbaşa olaraq məhkəməyə müraciət etmişlər. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçılara izah etmişdir ki, mülkiyyətçilərin binaya dair Mənzil Məcəlləsinin 141-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin (binanın sahə mülkiyyətçilərinin yığıncağının çağırılması və (və ya) idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi öhdəliyinin Xətai rayon bələdiyyəsinin üzərinə qoyulması ilə bağlı inzibati icraat qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır.

30. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin “İddiaçı1 vurulmuş zərərin əvəzinin – 480 ABŞ dolları məbləğində və saitin ona qaytarılması” ilə bağlı dəlillərini qismən əsaslı hesab edərək göstərmişdir ki, İddiaçı1 həmin zərərin əvəzini xx.xx.2012-ci il tarixli kooperativ binadan mənzil tikintisi üçün müqavilə ilə ona verilən sahə ilə çıxarış ilə ona verilən sahə arasında fərqə görə tələb etdiyini bildirir.

31. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına” görə, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir (maddə 3.2.). Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşa ğı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır (maddə 3.8.).

32. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçıya müqavilə üzrə 122 m2 sahə verilməli olduğunu, hazırda onun mülkiyyətində olan mənzilin çıxarış əsasında 121,4 m2 olduğunu, yəni əmsallar tətbiq edildikdən sonrakı fərqin az olduğunu nəzərə alaraq, iddianı həmin hissədə də təmin edilməməsi düzgün olmamaışdır. Çünki fərqin az olması iddianın əsassız olması anlamına gələ bilməz. Tərəflər arasında möv cud mübahisənin həlli ilə bağlı razılaşma əldə edilməmiş və iddiaçı sahə fərqinə görə zərərin əvəzini tələb etməkdə haqlıdır.

33. İddiaçı1 ilə cavabdeh MMC arasında bağlanmış müqavilənin şərtlərini əsas götürən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, həmin hissədə rayon məhkəməsinin qətnaməsi ləğv edilməli və Azərbaycan Respublikası Konstitusiyasının 19cu maddəsinə görə Azərbaycan Respublikasının pul vahidinin manat olması nəzərə alınmaqla vurulmuş zərərin əvəzi olaraq 408 manat pul cavabdeh MMC-dən İddiaçı1 xeyrinə tutulmalıdır.

34. Apellyasiya instansiya məhkəməsi cavabdeh MMC tərəfindən mənzilin hər m2-nə görə təyin edilmiş kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması” hissəsində birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək diqqətə çatdı rmışdır ki, kommunal xidmətlər haqqının 0,45 qəpikdən 0,50 qəpiyə artırılması MMCnin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarı əsasında həyata keçirilmiş, gündəlikdə duran məsələlər səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul edilmişdir.

35. Apellyasiya instansiya məhkəməsi MMC-nin qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd etmişdir ki, MMC ilə “İstifadəçi” olaraq mülkiyyətçi İddiaçı1 arasında çoxmənzilli binaya xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmışdır. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsi isə belə münasibətlərin yaranması üçün müqavilənin mütləq bağlanmasını tələb etmir, bunun üçün hər bir mülkiyyətçinin çoxmənzilli yaşayış evində yaşaması və mənzilə mülkiyyət hüququ əldə etməsi onu kommunal xidmətlərlə bağlı münasibətlərin subyektin ə çevirir. İddiaçı1 tərəfindən təqdim olunmuş sənədlərdə onun mülkiyyətçisi olduğu mənzilin ümumi sahəsi 129,1 m2 qeyd edilsə də, çıxarışda mənzilin ümumi sahəsinin 121,4 m2 olduğu qeyd edilmişdir. Buna görə də, kommunal xidmətlərə görə ödəniş mənzilin reyestr xidməti tərəfindən müəyyən edilmiş ümumi sahəsinə uyğun olaraq hesablanmalı olduğu üçün birinci instansiya Məhkəməsi haqlı olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə, yəni qarşılıqlı iddia ilə müraciət edilən vaxta qədər olan müddət üçün kommunal xidmət haqqının əvəzi olaraq (10 ay x 60,70 =) 607 manat məbləğində pulun İddiaçı1 MMC-nin xeyrinə tutulması qənaətinə gəlmişdir.

36. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəyə uyğun olaraq hesab etmişdir ki, hazırkı qətnamə əsasında MMC-dən İddiaçı1 xeyrinə tutulan pul məbləği (408 + 15=) 423 manat ilə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə əsasında İddiaçı1 MMC-nin xeyrinə tutulan (607 + 30=) 637 manat pul məbləği nəzərə alınmalı və bu məbləğlər ilə bağlı əvəzləmə aparılmalı, son olaraq birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 MMC-nin xeyrinə pul məbləğinin tutulması hissəsində dəyişdirilməli və İddiaçı1 MMC-nin xeyrinə (637 – 423 =) 214 manat məbləğində pul tutulmalıdır.

37. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 777.1, 777.2, 783.2, 783.3, 1087.2, 1090.1-ci və Mənzil Məcəlləsinin 2.1, 4.2, 6.1, 12.1, 12.2, 43.1, 43.2, 43.2.5, 44.1, 44.2, 44.3, 44.4, 44.5, 44.6, 45.1, 45.2, 45.3, 45.4, 45.5, 45.6, 45.7, 135.1, 135.2.3, 136.2, 136.3, 136.4, 137.4, 137.7, 141.1, 141.2, 141.3, 141.5, 141.4, 141.5, 141.6, 141.7, 141.8 və 141.9-cu maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

38. İddiaçı1 (Vəkil3 ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilkin iddia tələbinin təmin edilməyən “cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması və cavabdeh tərəfindən mənzilin hər kvadrat metrinə görə təyin edilən kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması tələbi” hissəsində ləğv edərək, həmin hissədə də iddia tələbininin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, binanı qanunsuz zəbt edib sakinlərin iradəsi ziddinə idarəetməni həyata keçirən cavabdehin xidmətlərinin istər kəmiyyət, istərsə də keyfiyyət göstəricilərinin aşağı olması barədə kifayət qədər sübutlar təqdim edilsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Halbuki müqavilə üzrə hər bir tərəfin üzərində müəyyən öhdəliklər vardır ki, onların yerinə yetirilməsi zəruri şərtdir. Bu səbəbdən xidmət haqqının 0.45 manatdan 0.50 manat səviyyəsinə qaldırılması yalnız cavabdehin vicdanlı icrası zamanı qanuni və əsaslı ola bilər. Hazırki mübahisəyə baxan məhkəmələr, ümumiyyətlə, cavabdehin binanın idarəçiliyinin həyata keçirilməsi zamanı çoxmənzilli binalarda idarəçilik qaydasını müəyyən edən mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsini araşdırmamış, həmçinin, iddiaçının cavabdehin çoxmənzilli bina mülkiyyətçiləri ilə müqavilə bağlamadan kommunal xidmətlərə görə haqq tutması, eləcə də kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair on a məlumat verməməsi barədə dəlillərinə hüquqi qiymət verməmişlər. Müqaviləyə əlavə olaraq təqdim edilən, kommunal xidmət haqqının 0.50 manat olması barədə razılaşma protokolu isə saxta bir sənəd olmaqla, nəinki binanın mülkiyyətçiləri, həmçinin heç iddiaçı tərəfindən də imzalanmamışdır.

40. Cavabdeh MMC də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddiaçıların “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması öhdəliyinin MMC-nin üzərində qoyulması barədə iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

41. Cavabdehin kassasiya şikayəti belə əsaslandırılıb ki, birinci və apellyasiya instansiyası məhkəmələrində dəfələrlə bildirilmişdir ki, keçmiş kart sistemi sakin lərin xahişi ilə (mülki işin materiallarına əlavə 49 nəfərin imzası ilə təsdiq edilmiş bildiriş var ) yenidən bərpa edilib. Lakin bəzi sakinlər ödənişləri vaxtında ödəmədiklərinə görə həmin servisin xidmət haqqını ödəmək mümkün olmadığından kart sistemi dayandırılmışdır. Liftdən istifadə etmək üçün heç kimə MMC tərəfindən məhdudiyyət qoyulmayıb. Bundan başqa, məhkəmə proseslərində dəfələrlə bildirilib ki, ünvan 5 ünvanının Cavabdeh MMC-yə heç bir aiddiyəti yoxdur. Sözügedən bina "xxxx" MTK-ya məxsusdur və idarəçilik "xxxx" MTK tərəfindən həyata keçirilir. Göründüyü kimi, liftlərdə kart sisteminin tətbiqi çoxsaylı mənzil mülkiyyətçilərinin razılığı əsasında təhlükəsizliyi təmin etmək məqsədi ilə tətbiq edilmişdir. Hazırki iddia, yəni liftlərdə kart sisteminin ləğvi mənzil mülkiyyətçilərin in umumi razılığı nəticəsi deyildir. Məhkəmə digər çoxluq təşkil edən sakinlərin liftə kart sistemin tətbiqi barədə ümumi razılıqlarının olmasını nəzərə almamışdır. MMC mülkiyyətçilər arasında bağlanmış eyni məzmunlu müqaviləyə əsasən öhdəliyi yerinə yetirərək mülkiyyətçilərin ümumi istifadəsində olan yollardan, liftlərdən, dəhlizlərdən təhlükəsiz və rahat istifadə edilməsi, onların ümumi istifadədə olan liftlərdə müasir xidmətin yaradılmasına çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydaları”nı, MM 777.1, 777.2 və 783.2-ci maddələrini pozaraq, birgə mülkiyyətçilərin ümumi mənafeyinə uyğun çalışmış MMC-nin hərəkətlərini əsassız olaraq qanunsuz hesab etmişdir. İddiaçıların verdiyi ziddiyyətli izahatlara hüquqi qiymət veriıməmişdir. Belə ki, İddiaçı4 apellyasiya baxışnda etiraf etmişdir ki, iddiaçılardan olan atası X4 MMC-nin deyil, "xxxx" MTK mülkiyyətçisidir. Məhkəmə iddiaçı Tahir İsgəndərovdan niyə "xxxx" MMC-yə qarşı iddia qaldırmasının səbəbini araşdırmamışdır. Məhkəmə İddiaçı4 münasibətdə iddianı onun subyektiv hüququ olmaması əsası ilə rədd etməli idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətlərinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işl əri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2 Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Maddə 1087.2. İşlərin tapşı rıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 2.1 Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyən ləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 43.2. Çoxmənzilli binanın sahə mül kiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: Maddə 43.2.5. Bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Maddə 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Maddə 44.3. Çoxmənzilli binanın sah ə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Maddə 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərini n ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Maddə 44.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir Maddə 44.6. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Maddə 45.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyinə daxil olmayan məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur. Maddə 45.3. Ç oxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. Maddə 45.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolları və səsə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin yığıncağın qərarı ilə müəyyən edilmiş yerdə və ya ünvanda saxlanılır. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səl ahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Maddə 45.7. Əgər çoxmənzilli binada bütün sahələ r bir mülkiyyətçiyə məxsusdursa, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər üzrə qərarlar həmin mülkiyyətçi tərəfindən təkbaşına qəbul edilir və yazılı formada rəsmiləşdirilir. Bu halda bu fəslin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına hazırlıq, onun çağırılması və keçirilməsi qayda və müddətlərini müəyyənləşdirən müddəaları tətbiq edilmir. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; Maddə 136.2. Çoxm ənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan s onra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlver işli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmi n binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərt lə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Maddə 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Maddə 141.7. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin. Maddə 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Maddə 141.9. Bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqə keçirilmədən çoxmənzilli binanın idarəetmə müqaviləsinin bağlanmasına o şərtlə yol verilir ki, göstərilən müsabiqə qanunvericiliyə uyğun olaraq baş tutmamış hesab edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəmə si işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

44. Kassasiya şikayətlərində qətnamə İddiaçı1 tərəfindən “cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması və cavabdeh tərəfindən mənzilin hər kvadrat metrinə görə təyin edilən kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması” barədə iddianın təmin edilməyən, cavabdeh MMC tərəfindən isə iddiaçıların “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması öhdəliyinin Cavabdeh MMC-nin üzərində qoyulması barədə iddianın təmin edilən hissələrində mübahisələndirildiyindən həmin məhkəmə aktı həmin h issələrdə yoxlanılır.

45. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası ilk olaraq İddiaçı1 kassasiya şikayətini yoxlayaraq hesab edir ki, iddianın təmin edilməyən hissələrində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

47. Həmin hissələrlə bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini hazırki qərarın 29 və 34-cü bəndlərində əks edilən mövqeyi ilə razılaşır.

48. Belə ki, İddiaçı1 təmin edilməyən tələbləri üzrə həmçinin müəyyən edilib ki, İddiaçı1 ilə cavabdeh arasında çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair xx.xx.2016-c ı il tarixli 25A/107-103 saylı müqavilə bağlanmış, həmin müqavilə ilə cavabdeh iddiaçının yaşadığı mənzilə xidmət göstərməsi tərəflərin razılığı ilə baş tutmuşdur, eyni zamanda cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli qərarı ilə kommunal xidmət haqqı 2013-cü ildən hər m2-ə görə tətbiq edilən 0,45 manatdan 2018-ci ilin yanvarından 0,50 manata qaldırılmışdır.

49. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilən halına görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-487/2023 saylı qətnaməsi ilə İddiaçı1 eyni mənzilə görə eyni tarif və əsasla kommunal xidmətə 2306.60 manat məbləğində borc tutularaq MMC-yə ödənilmişdir. Başqa sözlə, İddiaçı1 eyni mənzilə görə eyni tarif və əsasla kommunal xidmətə görə haqq ödəməli olması artıq qanuni qüvvəyə minm iş qətnamə ilə tanınıb.

50. Həmçinin Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3 və 135.2.4-cü maddələrinə görə isə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi, yaşayış sahəsinin mülkiyyətçisi üçün isə – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir.

51. Bu baxımdan, İddiaçı1 kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı1 iddias ının təmin edilməyən hissələrində dəyişdirilmədən saxlanmalıdır.

52. Cavabdeh MMC-nin kassasiya şikayətinə gəldikdə, məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

53. Cavabdeh iddiaçıların “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması öhdəliyinin MMC-nin üzərində qoyulması barədə” iddiaya etirazını və həmin tələbin təmin rədd edilməli olması barədə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, kart sistemi sakinlərin xahişi ilə və onların təhlükəzsiliyini təmin etmək üçün yenidən bərpa edilib. Lakin bəzi sakinlər ödənişləri vaxtında ödəmədiklərinə görə həmin servisin xidmət haqqını ödəmək mümkün olmadığından kart sistemi dayandırılmışdır. Liftdən istifadə etmək üçün heç kimə MMC tərəfi ndən məhdudiyyət qoyulmayıb.

54. Mülki Məcəllənin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

55. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilə r, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

56. Hər iki normadan görünür ki, yaşayış binasının mənzildən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlər, lift şaxtası ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur.

57. Hazırki işin halları da ondan ibarətdir ki, mübahisədə adı keçən yaşayış binaları çoxmənzilli binalardır və iddiaçılar həmin binalarda yerləşən mənzillərin mülkiyyətçiləridir. Belə olan halda, qanunvericiliyin tələbinə görə həmin şəxslər mənzillərindən kənarda yerləşən, birdən çox mənzilə xidmət edən mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, o cümlədən, liftlərə ümumi paylı mülkiyyət hüququna malikdirlər.

58. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorun an hüququdur.

59. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə isə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

60. Göründüyü kimi, mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsi dövlət tərəfindən tanınır və qorunur, bununla belə bu hüquq da mütləq deyil, qanunda və ya müqavilədə müəyyən edi lən məhdudiyyətlərə məruz qala bilər.

61. Bunun üçün də mülkiyyət hüququna məhdudiyyət ya qanunda, ya da müqavilədə nəzərdə tutulmalıdır. Bunlardan hər hansı birinin olmaması istənilən digər əsaslarla mülkiyyət hüququna müdaxiləni istisna edir. Çünki mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması konstitusion hüquqdur.

61. Baxılan işdə belə bir qanuni əsas nə Mülki, nə Mənzil Məcəllələrində, nə də digər qanunlarda nəzərdə tutulmayıb.

62. Həmçinin müəyyən edilib ki, İddiaçı1 ümumi paylı mülkiyyətində olan liftdən istifadəsinə hər hansı əsasla, o cümlədən xidmət haqqının ödənilməməsinə görə məhdudiyyət tətbiq edilməsi onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 25A/107-103 saylı müqavilədə şərtləşdirilməyib. Digər iddiaçılarla cavabdeh MMCnin xidmət müqaviləsi bağlaması isə, ümumiyyətlə, müəyyən edilməyib. Başqa sözlə, müdaxilənin müqavilə əsası da istisna edilib. Eləcə də, liftdən istifadə və ona məhdudiyyətin tətbiq edilməsi qaydaları ilə bağlı bina sakinlərinin ümumi yığıncağının qərarı da yoxdur.

63. O da qeyd edilməlidir ki, çoxmənzilli binanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Binanın sahə mülkiyyətçiləri tərəfindən MMMC yaradıldığı hallarda sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərinin cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər (Mənzil Məcəlləsi, maddə 43.1, 44.6).

64. Kooperativ binanın tikintisi tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının 50%-dən çoxuna mülkiyyət hüququ ko operativin üzvlərinə keçdikdən sonra 1 ay ərzində kooperativ MMMC-yə çevrilməsi barədə qərar qəbul edilməlidir (Mənzil Məcəlləsi, maddə 109.5). Bu halda binanın sahə mülkiyyətçilərinin maraqlarına aid məsələlər üzrə mülki prosessual hüquq qabiliyyəti həmin MMMC-yə aiddir, yəni bununla bağlı iddialar MMMC tərəfindən qaldırıla bilər.

65. Baxılan işdən görünür ki, binanın tikintisi başa çatmış, lakin sahə mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) yaradılmamışdır. Belə olan halda, hazırda mübahisəli çoxmənzilli binaların idarəetmə orqanı sahə mülkiyyətçilərinin ümumi yığıncağı hesab olunur və iş materiallarında liftdən istifadə və ona məhdudiyyətin tətbiq edilməsi qaydaları ilə bağlı bina sakinlərinin ümumi yığıncağının qərarı da yoxdur.

66. Belə olan halda, cavabdeh MMC-nin iddiaçıların liftdən istifadə qaydalarına, xidmət haqqının ödənilməsinə görə məhdudiyyət (kartın deaktiv edilməsi) tətbiq etməsi onların mülkiyyət hüququna müdaxilədir və iddiaçıların bu müdaxilədən Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən müdafiə hüquqları vardır. Belə ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

67. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdeh MMC-nin iddiaçılara münasibətdə liftlərə məhdudiyyət qoyulmasının onlar tərəfindən xidmət haqqının ödəməməsi ilə bağlı izahını əsaslı saymır.

68. Bununla belə, məhkəmə kollegiyası apellyasiya insta nsiyası məhkəməsinin İddiaçı1 və digər 6 nəfər iddiaçının “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi tələbinin təmin edilərək, liftlərə cavabdeh MMC tərəfindən tətbiq edilmiş kart sisteminin ləğv edilməsi və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə gəldiyi nəticəni düzgün hesab etmir.

69. Belə ki, iddiaçılar liftlərə qoyulmuş kart sisteminin bütövlükdə ləğvini deyil, mülkiyyətçi olaraq özlərinə münasibətdə liftlərdən istifadəyə tətbiq edilən məhdudiyyətin (kartın deaktiv edilməsi, liftdən istifadəni məhdudlaşdıran digər halların) aradan qaldırlmasını tələb edə bilərlər.

70. Qeyd edilməlidir ki, çoxmənzilli yaşayış binalarında liftlərdən xüsusi kart vasitəsilə istifadə edilməsi (kart sisteminin tətbiqi) liftl ərin təmiz saxlanması, onların texniki baxımından daha uzun müddətli saz vəziyyətdə istismarı, eləcə də bina sakinlərinə təhlükəsiz şərait yaradılması, kənar şəxslərin liftlərə daxil olmasının qarşısını almaq məqsədi daşıyır ki, bu sistemin qalması həm binanın digər sakinləri, eləcə də iddiaçıların özlərinin təhlükəsizliyi baxımından da məqsədəuyğundur.

71. Bu baxımdan, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında həmin hissədə yeni qərar qəbul edilməklə belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəfindən tətbiq edilmiş kart sisteminin ləğv edilməsi və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması öh dəliyinin MMC-nin üzərinə qoyulması hissəsində ləğv edilməli, yalnız iddiaçılara münasibətdə yaşadıqları ünvanda yerləşən liftlərə cavabdeh tərəfindən tətbiq edilmiş məhdudiyyət (hər hansı səbəbdən kartın deaktiv edilməsi, yeni kartların verilməsindən imtina edilməsi və liftdən istifadəni məhdudlaşdıran digər halların) aradan qaldırılmalı və həmin şəxslərin liftlərdən sərbəst istifadə etmələri üçün şərait yaradılması öhdəliyi cavabdeh MMC-nin üzərinə qoyulmaldır.

72. Cavabdehin mənzil mülkiyyətçilərinin liftdən istifadə kartlarının deaktiv edilməsində əsas məqsədin kommunal və xidmət haqlarının ödənilməsini hər dəfə məhkəməyə müraciət etmədən, daha effektiv təmin etmək olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası izah edir ki, əvvəla, yuxarıda qeyd edildiyi k imi heç bir hal qanunda və müqavilədə göstərilmədiyi təqdirdə mülkiyyətə müdaxiləyə haqq qazandırmır.

73. Bundan başqa, işdən görünür ki, İddiaçı1 xidmət haqqının tutulması barədə Xətai Rayon Məhkəməsinin qanunu qüvvədə olan qətnaməsi var, eləcə də hazırki işdə də MMCnin bu barədə qarşılıqlı iddiası təmin edilib. Yəni, mənzil mülkiyyətçisindən xidmət haqqını almaq üçün hüquqi müdafiə vasitəsi vardır.

74. Mənzil Məcəlləsinin 29.3-cü maddəsinə görə qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əml akının saxlanması yükünü daşıyır.

75. İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. 76. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti nin 15 fevral 2016-cı il tarixli, 795 №-li Fərmanının 5.39-1-ci bəndinə görə həmin Məcəllənin 393-1.1-ci və 393-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 393-1.4-cü və 393-1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxırlar.

77. Göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçisinin ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırmasına görə inzibati məsuliyyət də nəzərdə tutulub və məhkəməyə müraciət edilmədən də qeyd edilən hüquqi müdafiə vasitəsindən istifadə edilməklə mülkiyyətçinin həmi n xərclərə cəlb edilməsini təmin etmək mümkündür.

78. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı1 kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı1 iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanmalı, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi "xxxx" MTK tərəfindən Bakı şəhəri, X küçəsində yerləşən 25 və 25 "xxxx" saylı binalarda yerləşən liftlərə Cavabdeh tərəfindən tətbiq edilmiş kart sisteminin ləğv edilməsi və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması hissəsində ləğv edilməli, iddiaçıların “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilm əsi tələbi barədə” iddia tələbləri qismən təmin edilməli, iddiaçılara münasibətdə yaşadıqları ünvanda yerləşən liftlərə cavabdeh MMC tərəfindən tətbiq edilmiş məhdudiyyət ləğv olunmalı və həmin şəxslərin liftlərdən sərbəst istifadə etmələri üçün şərait yaradılması öhdəliyi cavabdeh MMC-nin üzərinə qoyulmalıdır.

79. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi İddiaçı1 iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlansın. cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(103)-4121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi "xxxx" MTK tərəfindən Bakı şəhəri, X küçəsində yerləşən 25 və 25 "xxxx" saylı binalarda yerləşən liftlərə Cavabdeh tərəfindən tətbiq edilmiş kart sisteminin ləğv edilməsi və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması hissəsində ləğv edilsin. iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və X1 Cavabdeh MMC-yə qarşı “liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi tələbi barədə” iddia tələbləri qismən təmin edilsin. iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və X2 münasibətdə yaşadıqları ünvanda yerləşən liftlərə Cavabdeh tərəfindən tətbiq edilmiş məhdudiyyət ləğv edilsin və həmin şəxsləri n liftlərdən sərbəst istifadə etmələri üçün şərait yaradılması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar