Məhkəmə qərarları › İş №2(102)-4451/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4451/2020

08.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4451/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Nəcəfov Faiq Əjdər oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3992/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.Musta fayeva) İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Bakı şəhəri 12 saylı Notariat Kontoru mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh “xxxx” KB ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsızlığı və bağlanmamış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Səmədov, İ.Şirinov və E.Kazımov) hazırkı iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” KB ASC-nin 8 saylı filialı, X1 və onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli 61Bİ 8/13 saylı ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh “xxxx” KB ASC-nin 8 saylı filialı, X1 və onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli 61Bİ8/13 saylı ipoteka müqaviləsinin xx.xx.2015-ci il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsinə və xx.xx.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdeh “xxxx” KB ASC-nin 8 saylı filialı, X1 və iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 61Bİ8/13 saylı ipoteka müqaviləsinin x x.xx.2015-ci il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsinə və xx.xx.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi və etibarsız sayılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi belə əsaslandırılmıdır: Bakı şəhəri, X nömrəli mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh “xxxx” KB ASC-nin 8 saylı filialı ilə X1 arasında xx.xx.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit xətti müqaviləsi bağlanmışdır. Həmin kredit xətti müqaviləsi əsasında cavabdeh “xxxx” KB ASC-nin 8 saylı filialı ilə X 1 arasında xx.xx.2015-ci il tarixli 61B8/13- 3 saylı əlavə kredit müqaviləsi bağlanmış və bank tərəfindən borcalana istehlak məqsədi ilə 48 ay müddətinə xx.xx.2019-cu il tarixədək illik 20 faiz olmaqla 60.778 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan əlavə xx.xx.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsi bağlanmış və bank tərəfindən borcalana istehlak məqsədi ilə 36 ay müddətinə xx.xx.2018-ci il tarixədək illik 20 faiz olmaqla 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh “xxxx” KB ASC-nin 8 saylı filialı ilə X1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit xətti müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Cavabdeh “xxxx” KB ASC-nin 8 saylı filialı, X1 və İddiaçı arasında x x.xx.2013-cü il tarixli 61 Bi8/13 saylı ipoteka müqaviləsi bağlanmış və iddiaçıya məxsus olan Bakı şəhəri, X nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin Əsas Kredit Xətti müqaviləsində, həmçinin ipoteka müqaviləsində qanunvericiliyin əsas tələbləri olan mühüm şərtlər, o cümlədən faizlər qeyd edilməmişdir. Əlavə Kredit müqavilələri bağlanarkən həmin faiz dərəcələri barədə iddiaçının razılığı alınmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasia şikayəti işin hallarına dair iddia ərizəsində qeyd olunanlarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, o cümlədən Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2018-ci il tarixli Qərarı, “Ban klar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarı düzgün tətbiq edilməmiş və əsassız qərarlar qəbul edilmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Nəcəfov Faiq Əjdər oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesa b edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. “xxxx” KB ASC-nin 8 saylı filialı (Borcverən) ilə X1 (Borcalan) arasında xx xxxxxx 2013-cü il tarixli 61B8/13 saylı əsas kredit müqaviləsi bağlanmışdır. Borcverən Borcalana 1.000.000 manat məbləğində 60 ay müddətinə xx xxxxxx 2018-ci il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin təminatı olaraq “xxxx” KB ASC-nin 8 saylı filialı (İpoteka saxlayan), İddiaçı (İpoteka qoyan) və X1 (Borcalan) arasında xx xxxxxx 2013-cü il tarixli 61B8/13 saylı ipoteka müqaviləsi bağlanmışdır. Mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan və ipoteka kimi çıxış edən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində 2 sayl ı evdə yerləşən 52 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Bundan sonra “xxxx” KB ASC-nin 8 saylı filialı (Borcverən) ilə X1 (Borcalan) arasında bağlanmış xx xxxxxxx 2015-cü il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana istehlak məqsədi ilə 48 ay müddətinə illik 20 faiz olmaqla 60778 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra “xxxx” KB ASC-nin 8 saylı filialı (Borcverən) ilə X1 (Borcalan) arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana istehlak məqsədi ilə 36 ay müddətinə illik 06 faiz olmaqla 1 5000 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Sonrakı kredit müqavilələri bağlanarkən müqavilənin mühüm şərtləri barədə ipoteka qoyanın razılığının alınması həyata keçirilməmişdir. İşdən görünür ki, sonradan həmin kredit müqavilələri üzrə borcun qaytarılması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yöənldilməsi ilə bağlı məhkəmə qərarları çıxarılmışdır. İddiaçı hazırkı tələbində sonradan bağlanmış və müqavilənin əsas şərtləri barədə onun razılığı alınmayan müqavilələrə münasibətdə ipotekanın bağlanmamış hesab olunması və eyni zamanda etibarsız hesab olunması iddiasını irəli sürmüşdür. Tələbini həmin məsələlərlə bağlı Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli, 2019-cu il 25 iyul tarixli şərhləri ilə əsaslandırmışdır. İşə baxan məhkəmələr istər müqavilənin bağlanmamış hesab olunması və istərsə də ipoteka müqaviləsinin etibarsızlığına dair hissəyə ayrılıqda qiymət verərək iddianı əsaslı saymamışlar. Məhkəmə kollegiyası iddianın əsassız olması ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ona görə ki, irəli sürülən iddianın özü əlaqəsiz və bir-birini təkzib edən iki hissədən ibarətdir. İddiaçı ipoteka müqaviləsinin sonradan bağlanmış kerdit müqavilələrinə münasibətdə bağlanmamış hesab olunmasını və eyni zamanda etibarsız hesab olunmasını tələb edir. Müqavilə bağlanmayıbsa, onda həmin müqavilənin etibarsız hesab olunması tələbi və onunla bağlı aparılmış dəyərl əndirmənin özü məntiqsizdir. Ya, bu müqavilə bağlanmayıb, yada bağlanmasını qəbul edərək əqdin etibarsızlığı əsası ilə mübahisələndirilməlidir. İddiaçı sonradan bağlanmış və müqavilənin əsas şərtləri barədə onun razılığı alınmayan müqavilələrə münasibətdə ipotekanın bağlanmamış hesab olunması iddiasını irəli sürmüşdür. Yuxarıda qeyd olunduğu kimi tələbini həmin məsələlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarının 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin "onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsin in bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin müddətində faiz dərəcəsinin valyuta və s., zəruri şərtlərin göstərilməsini ehtiva edir. Həmin qərarın qərar verdi hissəsində deyilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi b ağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi ilə bağlı bildirir ki, qərarda ipoteka müqaviləsinin sonradan bağlanmış və ipoteka qoyanın razılığı alınmayan müqavilələrə münasibətdə bağlanmamış hesab olunması barədə ifadə formasını belə iddialar irəli sürülməsinə çağırış kimi başa düşülməməlidir. Qərarın məzmunu baxımından bağlanmamış hesab olunma onu ifadə edir ki, sonradan bağlanmış müq avilələrin əsas şərtləri barədə ipoteka qoyan iradə ifadə etməmişdirsə həmin müqavilə onun üçün yoxdur, həmin müqavilənin ona təsiri, gücü yoxdur. Əslində belə müqavilənin mövcud olmaması ipotekanın həmin müqaviləyə münasibətdə təsiri olmaması, öhdəlik yükü daşımaması anlamını verir. Ona görə həmin qərarlarda qeyd edilmişdir ki, İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qərarda qeyd olunan fikrin ifadə formasını rəhbər tutaraq müqavilənin bağlanmamış hesab olunması barədə iddialar irəli sürülməsin i əsaslı saymır. Çünki Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış etsək əslində qeyd olunan ipoteka müqavilələri, və yaxud zaminlik müqavilələri ipoteka qoyan və zamin üçün heç bir öhdəlik yaratmır. Belə hallarda əmlakın yüklülükdən azad olunması, zaminliyə xitam verilməsi barədə iddialar irəli sürülə bilər, və yaxud bankların həmin müqavilələri (bağlanmamış) əsas tutaraq tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, tutmanın zaminlərdən müştərək qaydada tutulması barədə tələblər irəli sürdükdə qeyd olunan əsaslar iddiaların rədd edilməsi üçün əsas ola bilər. Müqavilənin bağlanmamış hesab olunması iddiası məntiqsizdir. Müqavilə ya mövcuddur, ya da mövcud deyil. Konstitusiya Məhkəməsinin şərhi əslində müqavilənin mövcud olmamasını ehtiva edir. Belə iddialara baxmaq və təmin et mək Mülki Prosessual qanunvericiliyin mahiyyəti baxımından düzgün deyil. İddia etmək-qarşı tərəfdən hansısa hərəkətləri etməyi, və yaxud hansısa hərəkətləri etməkdən çəkinməyin tələb olunmasıdır (iddianın predmeti olmalıdır). Qarşı tərəfdən elə hərəkətin edilməsi və yaxud edilməsindən çəkinməsi tələb olunur ki, həmin hərəkətləri etmək qarşı tərəfin imkanları dairəsində olur. Məsələn, pul verə bilər, aliment ödəyə bilər, müəyyən hüquqları həyata keçirməyə mane olmaya bilər, iş görə bilər, ziyanı ödəyə bilər və.s. Tələb üzrə qətnamə çıxarılır və ona uyğun olaraq müəyyən hərəkətlər edilməsi qət olunur. İpoteka müqaviləsinin bağlanmamış hesab olunması və ümumiyyətlə əqdin bağlanmamış hesab olunması tələbi heç kimə qarşı yönələ bilməz. Kiminsə müqaviləni bağlanmamış hesab etmək səlahiyyəti yoxd ur. Müqavilə ya bağlanıb, ya da bağlanmayıb. Müqavilə yoxdursa tələb edən, olmayan (bağlanmayan) müqavilənin törətdiyi məhrumiyyətlərin aradan qaldırılmasını tələb edə bilər. Analoji iddiaların təmin olunması məhkəmələrə qeyri-müəyyən, çoxsaylı iddiaların daxil olmasına rəvac verir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə müqavilənin bağlanmamış hesab olunması tələbi özlüyündə əsassız bir iddiadır. Ona görə Apelyasiya Məhkəməsinin həmin tələbi hansı əsaslarla rədd etməsindən asılı olmayaraq iddia təmin olunan iddia olmadığından qətnamə həmin hissədə, o cümlədən əqdin etibarsız hesab olunması ilə bağlı yuxarıda qeyd olunan fikirlər nəzərə alınmaqla (əqd bağlanmayıbsa onun etibarsızlığından söz gedə bilməz) həmin hissədə də dəyişdirilmədən sa xlanmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar