Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4454/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4454 /2018 05 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim) Əsgərov Qürbət Ağa oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili X4 və cavabdeh "xxxx" qəzetinin baş redaktoru X1in iştirak ilə İddiaçı cavabdehlər "xxxx" qəzetinə və Cavabdeh1 qarşı «şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurulduğuna görə mənəvi zərərin əvəzinin ödənilməsinə dair» iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 09.02.2018-ci il tarixli 2(103)-1905/2018 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" qəzetinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" qəzeti-nin internet səhifəsində 02.05.2017-ci il tarixdə “keçmiş rektorun “torpaq biznesi” başlığı altında dərc edilmiş məqalədə göstərilənlərin həqiqətə uyğun olmayan, İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi, həmin məqalə qəzetin internet səhifəsindən çıxarılmasını, "xxxx" qəzeti “keçmiş rektorun “torpaq biznesi” başlığı altında dərc edilmiş məqalədəki məlumatları təkzib edərək həmin qəzetin internet səhifəsində təkzib verməsini, Təkzib: “"xxxx" qəzetinin internet səhifəsində 02.05.2017-ci il tarixdə “keçmiş rektorun “torpaq biznesi” başlığı altında dərc edilmiş məqalədə İddiaçının şərəfləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır."xxxx" qəzetinin redaksiyası bildirir ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən İddiaçı üzr istəyirik.”, Cavabdeh1 “keçmiş rektorun “torpaq biznesi” başlığı altında dərc edilmiş məqalədəki məlumatları təkzib edərək həmin qəzetin internet səhifəsində təkzib verilməsini, Təkzib: “"xxxx" qəzetinin internet səhifəsində 02.05.2017-ci il tarixdə onun verdiyi məlumatlar əsasında “keçmiş rektorun “torpaq biznesi” başlığı altında məqalə dərc edilmiş və bunun nəticəsində İddiaçı şərəf və ləyaqətin, işgüzar nüf uzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. O, Cavabdeh1 bildirir ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən İddiaçı üzr istəyirik.”, İddiaçı şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər vurulduğuna görə mənəvi zərərin əvəzi kimi cavabdeh "xxxx" qəzeti-ndən 10.000 manat; Cavabdeh1 10.000 manat tutularaq iddiaçıya ödənilməsi; Cavabdehlərin hərəkətində cinayət əməlinin olması ilə əlaqədar "xxxx" qəzeti- nin baş redaktoru və Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2(004)5108/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" qəzeti tərəfindən –“"xxxx" qəzetinin internet səhif əsində 02.05.2017-ci il tarixdə “keçmiş rektorun “torpaq biznesi” başlığı altında dərc edilmiş məqalədə İddiaçı şərəf-ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. "xxxx" qəzetinin redaksiyası bildirir ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən İddiaçı üzr istəyirik” məzmunda və Cavabdeh1 tərəfindən -““Qanun naminə qəzeti”nin internet səhifəsində 02.05.2017-ci il tarixdə onun verdiyi məlumatlar əsasında “keçmiş rektorun “torpaq biznesi” başlığı altında məqalə dərc edilmiş və bunun nəticəsində İddiaçı şərəf və ləyaqətin, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. O, Cavabdeh1 bildirir ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterli dir. Bu səbəbdən İddiaçı üzr istəyir” məzmunda təkzib olunması, Cavabdeh1 şərəf və ləyaqətin alçaldılmasına görə 500 (beş yüz) manat məbləğində mənəvi ziyan pul tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlu) 09.02.2018-ci il tarixli 2(103)-1905/20 18 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli, 2(004)-5108/2017 nömrəli qətnaməsinin İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasıqət edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.02.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətini onunla əsaslandırılmışdırki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi cavabdehlər tərəfindən iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yayılması barədə düzgün nəticəyə gələrək, müvafiq təkzib verilməsi vəzifəsini onların üzərinə qoymaqla qanuni və əsaslı qətnamə qəbul etsələr də, həmin hərəkətlər nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin məbləği kimi yalnız bir cavabdehdən – Cavabdeh1, özü də cüzi məbləğdə pul tutulmasını qət etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür, fizika-riyaziyyat elmləri doktoru, professordur, Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli, 280 saylı Fərmanı ilə ona “Əməkdar Elm Xadimi” fəxri adı verilmişdir, Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2010cu il tarixli, 692 saylı Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir, Azərbaycan Respublikası Təhsil nazirinin müşaviridir, YUNESKO-nun Elmi biliklərin və texnologiyaların etik ası Azərbaycan Milli Komitəsinin üzvüdür. Sübut etməyə ehtiyac yoxdur ki, bütün həyatını elm və təhsilin inkişafına sərf etmiş, bu sahədə böyük nailiyyətlər əldə etmiş, cəmiyyətdə böyük nüfuza malik olan, fəaliyyəti dövlət tərəfindən yüksək səviyyədə qiymətləndirilən şəxsi qanunsuz əməllərdə ittiham etmək, onun barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması həmin şəxs üçün böyük mənəvi sarsıntıya səbəb olmuşdur və bunun təqsirkarı olmuş şəxsin üzərinə cüzi məsuliyyət (500 manat ödəmək vəzifəsi) qoyulması ədalətli hesab edilə bilməz. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 fevral 2018ci il tarixli, 2(103)-1905/2018 saylı qətnaməsinin iddianın təmin olunmamış hissəsində dəyişdirilərək, iddianın həmin hissədə də tam təmin olunmasına və vurulmuş mənəvi zərərə görə cavabdehlərin hər birindən ayrı-ayrılıqda 10 000 (on min) manatın tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: İddiaçının vəkili X7 məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" qəzetinin baş redaktoru X2 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İşdə iştirak edən digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsiniştirakı o lmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Cavabdeh2 internet səhifəsində 02.05.2017-ci il tarixdə “keçmiş rektorun “Torpaq Biznesi” adlı məqalə dərc edilmişdir. Həmin məqalədə göstərilmişdir ki: “...redaksiyaya Azərbaycan Pedaqoji Universitetinin müəllimi Cavabdeh1 tərəfindən şikayət məktubu daxil olmuşdur. Həmin Universitetin keçmiş rektoru İddiaçı ona və Universitetin digər əməkdaşlarına qarşı dələduzluq və fırıldaq əməllərinin törədildiyi iddia edilən həmin məktub ölkə Preziden ti İlham Əliyev cənablarına və aidiyyəti üzrə dövlətin digər ali qurumlarının rəhbərlərinə ünvalanıb. Hörmətli oxucular. Məktub müəllif tərəfindən keçmiş rektor çox ciddi şəkildə ittiham olunur. Belə ki, İddiaçı universitetə rəhbərlik etdiyi dövrdə dövlət əmlakını şəxsi məqsədləri üçün taladığı, universitetin balansında olan avtonəqliyyat vasitələrini öz ailəsinin şəxsi “xidmətinə” verdiyi, universitetin kollektivi üçün paylanılmış torpaq sahələrini müxtəlif təzyiq vasitələri ilə ələ keçirməsi və digər bir çox qanunsuz əməlləri barədə məlumat verilir. Məktubla qarşı tərəfin qanunsuz əməllərdə ittiham olunduğunu nəzərə alaraq müəyyən jurnalist araşdırması aparmağa və qarşı tərəfin də mövqeyini işıqlandırmağa zərurət yaranmışdır. Növbəti yazımızda baş verənlərlə sizi ətraflı məlumatlandıraca yıq. Bizi izləyin.” İş materialında olan 08 avqust 2017-ci il tarixli, 18034 saylı məhkəmə linqvistik ekspertizasının rəyindən görünür ki, Cavabdeh2 internet səhifəsində 02.05.2017-ci il tarixdə “keçmiş rektorun “torpaq biznesi” başlığı altında yayımlanmış məqalədə əks olunmuş məlumatlar böhtan olaraq bildirildikdə aid edildiyi şəxsin-İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur. Həmin məlumatların böhtan olub-olmamasını müəyyən edilməsi isə ekspert-linqvistin səlahiyyətinə aid olmayıb, hüquqi araşdırma tələb edən məsələdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 46.1, 46.2, Mülki Məcəlləsinin 23.1, 23.2, 23.4, «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 10, 44, 45-ci maddələrinə, «Şərə f və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarın 7-ci bəndinə istinad edərək, məqalədə əks olunan məlumatların həqiqətə uyğun olması sübut olunmadığından həmin məlumatların ziyalı, elm xadimi, yüksək elmi dərəcələri, fəxri adları və dövlət təltifləri olan iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar olması müəyyən edilmiş, buna görə də hər iki cavabdehin mülki hüquqi məsuliyyətə cəlb edilərək iddiaçı dan üzr istəməklə təkzib verməsi, həmçinin Cavabdeh1 500 (beş yüz) manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi qalan hissələrdə iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Həmin qətnaməni iddiaçının apellyasiya şikayəti əsasında iddianın təmin edilməmiş hissəsində yoxlayan apellyasiya məhkəməsi iddianın təmin edilməmiş hissəsi ilə razılaşaraq, yanlış məlumatların təkzib edilməsi və zərərçəkəndən üzr istənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoymaqla yanaşı həmçinin Cavabdeh1 500 (beş yüz) manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi nəticəsini işin araşdırılmış halları üzrə əsaslı hesab etmiş, həmçinin məhkəmə cavabdehlərdən "xxxx" qəzetinin maliyyə imkanlarının tələb olunan mənəvi zərərin pulla ifadə olunan məbləğinin ödəmək iqtidarında olmamasına dair baş redakto run izahatının nəzərə alaraq iddiaçıya vurulmuş mənəvi zərərin cavabdehlərdən "xxxx" qəzetinin üzərinə müəyyən vəzifələr qoymaqla təmin edilməsi ilə kifayətlənərək, ona aid hissədə mənəvi ziyanın rədd edilməsi hissəsi ilə razılaşmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının ziyalı, elm xadimi, yüksək elmi dərəcələri, fəxri adları və dövlət təltiflərinin olması işin mübahisəsiz halı olmaqla bu hallar iş materialları ilə tam təsdiq olunmasına dair qənaəti ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə cavabdehlərin iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaydığına görə hər iki cavabdehin mülki hüquqi məsuliyyətə cəlb edilərək iddiaçıdan üzr istəməklə təkzib verməsi, həmçinin Cavabdeh1 500 (beş yüz) manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi kimi qanuni və əsaslı nəticələrə gəlmişdir. Lakin məhkəmə kollegiyası iddia tələbinin cavabdeh "xxxx" qəzetinə qarşı mənəvi zərərin pulla müəyyən edilərək təmin edilməməsi hissəsi üzrə gəldiyi nəticəsi ilə razılaşmır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mülki Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər(məsələn, şərəf, ləyaqət və işgüza r nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarında asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cavabdeh "xxxx" qəzetinə münasibətdə mənəvi zərərin qəzetin üzərinə təkzib verilməsi və üzr istənilməsi vəzifəsinin qoyulması ilə ödənilməsi qənaətinə gələrkən, bu cür məlumatların yayılmasında tərəflərin təqsirinin dərəcəsini nəzərə almamış, məqalənin Azərbaycan Pedaqoji Universitetinin müəllimi Cavabdeh1 tərəfindən verilən şikayət məzmunu ilə uyğun olmamasına diqqət yetirməmişdır. Belə ki,cavabdeh "xxxx" qəzeti tərəfindən "xxxx" qəzetinin internet səhifəsində 02.05.2017-ci il tarixdə “keçmiş rektorun “torpaq biznesi” başlığı altında dərc edilmiş məqalədə əks olunmuş ifadələrin bəziləri (məs. dələduzluq və fırıldaq əməlləri və s) cavabdeh Cavabdeh1 qəzetə ünvanlanmış ərizəsində göstərilməmiş, qəzet həmin ifadələri özü əlavə etmişdir. Belə olan halda, İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkəyən belə məlumatlara görə "xxxx" qəzetindən də mənəvi zərərə görə pul tutulması tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qa nununun: - 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən dəyərlərin məcmusudur. Şərəf insana kənardan verilən dəyəri və qiyməti ehtiva edirsə, ləyaqət həmin dəyərləri dərk edən şəxs in özünə qarşı duyduğu hörmət hissidir. Bu mənada insanın şəxsiyyətinə uyğun olmayan, onu alçaldan, nüfuzdan salan və ağır cinayət törətməkdə ittiham edilən ifadələr şəxsin şərəf və ləyaqətini alçatmaqla mənəvi iztirab və sarsıntı keçirməsinə, bununla da mənəvi zərərə məruz qalmasına səbəb ola bilər. Məhkəmə kollegiyası tutulmalı olan mənəvi zərərin məbləği ilə bağlı qeyd edir ki, həmin məbləğ mənəvi iztirab və sarsıntıları kompensasiya etməklə yanaşı qanun pozuntusuna yol vermiş şəxslərin intizamlandırmaq üçün təsirli həddə olmalı, lakin onları maddi çətinliyə də düçar etməməlidir. Buna görə də, məhkəmə kollegiyası hər iki cavabdehdən tutulmalı olan mənəvi zərərin məbləğinin 500 manat təşkil etməsini ədalətli hesab edir və həmin məbləğin cüzi olması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “De Cubber Belçikaya qarşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin 417.1.4-cümaddəsinəəsasən kassasiyaməhkəməsiişəbaxarkənapellyasiyainstansiyasıməhkəməsininqətnaməvəyaqərar dadınıtamamilə, yaxudqismənləğvedibapellyasiyainstansiyasıməhkəməsindəmüəyyənedilmişhallarvəsübutl arəsasındayeniqərarqəbuledəbilər. Kollegiya AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin 417.1.4-cümaddəsini rəhbər tutaraq işdə iştirak edən şəxslərin apellyasiya instansiyası məhkəməsində verdikləri izahatlarını nəzərdən keçirərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, ona qarşı olan etirazların əsasları kimi istinad edilmiş hallara, işdə olan sübutlara işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, qismən, “cavabdeh "xxxx" qəzetinə qarşı 10.000 manat mənəvi zərər tələbinin təmin edilməməsi hissəsində ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli, iddia bu hissədə qismən təmin olunmaqla cavabdeh qəzetdən şərəf və ləyaqətin alçaldılmasına görə 500 (beş yüz) manat məbləğində mənəvi zərər tutularaq İddiaçı verilməli, qətnamənin qalan hissədə kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.02.2018-ci il tarixli 2(103)-1905/2017 nömrəli qətnaməsi qismən, “cavabdeh "xxxx" qəzetinə qarşı 10.000 manat mənəvi zərər tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. "xxxx" qəzetindən İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi zərər tutulsun. Mənəvi zərər tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamə qalan hissədə kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın
Məhkəmə qərarları › İş №2(102)-4454/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-4454/2018
05.07.2018 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver