Məhkəmə qərarları › İş №2(102)-4459/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4459/2021

17.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4459/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X3, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və 4 saylı Cavabdeh3 notariat ofisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4459/21 (Açar sözlər: bağışlama müqaviləsinin və çıxarışın ləğvi) Bakı şəhəri, 17 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Nümayəndə1 iştirak ları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2732/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı Mətəlb oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Mətəlb oğlu cavabdehlər X2, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və 4 saylı Cavabdeh3 notariat ofisinə qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh X4 arasında Bakı şəhəri, E nömrəli mənzilə dair 22.09.2019-cu il tarixli, 4Ə-1365 nömrə ilə bağlanmış bağışlama müqaviləsinin və onu n hüquqi nəticəsi olan çıxarışın ləğv edilməsi, mənzilin ilkin hüquqi vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Mətəlb oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X4 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan 2 azyaşlı uşaqlar dünyaya gəlmişdir. Ailə münasibətləri bir müddət qarşılıqlı razılıq əsasında davam etsə də, sonradan kəskinləşməyə başlamışdır. Ailə qurmamışdan əvvəl yəni 2011-ci ilin aprel ayının 29-da o, pay hüququnu tam ödəməklə Bakı şəhəri, Esaylı mənzilini əldə etmişdir. Arvadı ilə yaşadığı dövrdə cavabdeh Mina və onun valideynləri tərəfindən tez-tez psixi mənəvi təzyiqlərə məruz qalmışdır. Belə ki, onlar ona qarşı ail ə başçısı olmaması və öz əmlakı üzərində müstəqil olaraq sərəncam verə bilməməsinə dair ifadələr işlədirdilər. O, cavabdehlə ülvi duyğular əsasında ailə qurarkən onunla bir ömür boyu həyat sürməyi düşündüyündən ailənin dağılmaması və qorunub saxlanması üçün uşaqlarını gözünün qabağına gətirib, Bakı şəhəri, Esaylı mənzili 22 sentyabr 2019-cu il tarixdə cavabdeh X2 bağışlamışdır. O, ailə dəyərini mənzildən üstün tutaraq mənzilin kimin adına olmasının əhəmiyyətsiz olmasını düşünmüşdür. Ancaq bağışlamanın növbəti günü X1 ona qarşı olan münasibətləri kəskin şəkildə dəyişmiş və üstündən 1 ay keçmiş ona qarşı nikahın pozulması barədə iddia qaldırmışdır. Qətnamə qəbul edilənə kimi hesab edirdi ki, cavabdeh fikirlərindən daşınacaq. Məhkəmə onlara 3 ay vaxt versə də, Mina Məmmədova boşanmada israrlı olduğunu bildirmişdir. Nəticədə Nizami Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş, uşaqlar X1 himayəsində saxlanmaqla ondan hər uşaq üçün 150 manat, cəmi 300 manat aliment tutulması qət olunmuşdur. Beləliklə də X4 tərəfindən ona evin ona bağışlaması barəd göstərdiyi təsirlərin məqsədi özünü biruza vermişdir. X4 onunla ailə münasibətlərini davam etdirməyi arzulamadığından ona bir arvad kimi qayğı və qulluq göstərmək niyyətində olmadığından o, bağışlamadan imtina etmək qərarına gəlmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 noyabr 2020-ci il tarixli 2(007)-2660/2020 nömrəli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia tələbinin təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, bağışlamadan imtina üçün qanunvericilikdə 7 konkret hal nəzərdə tutulmuşdur. İddiaçının öz iddia ərizəsində sadaladığı və məhkəmə iclasında göstərdiyi hallar qanunla müəyyən edilmiş və yaxarıda göstərilən 7 haldan heç birinə uyğun gəlmir. Hədiyyə alanın nikahın pozulması üçün məhkəmədə iddia qaldırması ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də iddia təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.2, 673.1, 673.2-ci və Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Ziya Şirinov) 2(103)-2732/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2660/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı «ai lə hüquq münasibətlərində aliment (bir-birini saxlamaq üçün vəsait ödənilməsi) öhdəliyindən az əhəmiyyəti olmayan ailə üzvünə qayğı göstərmək və hörmətlə yanaşmaq öhdəliyi» əsasını irəli sürərək şikayətini ailə hüquq münasibətlərinə aid nəzəri baxışları ilə əsaslandırmağa cəhd etmiş, bağışlamadan imtina (proseduruna riayyət) etmədən bu əsasla müqavilənin ləğvi tələbin irəli sürmüşdür. Qeyd edilməlidir ki, nigahın pozulması və uşaqların anada saxlanılması ər-arvad arasında ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi anlamını məhdudlaşdırır. İddiaçının (nümayəndəsinin) də qeyd etdiyi kimi bağışlamadan öncə ailə münasibətlərində pozuntu baş verməmiş və bağışlama nigahın pozulmaması ilə şərtləndirilməmişdir. Ona görə, cavabdeh (şəxsi həyatına mənsub hüquqlar müstəvi sində) nikahının pozulmasında azad olmuş, iddiaçı isə məhz nikahın pozulmasına istinad edərək cavabdeh tərəfindən ailə münasibətlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə əsaslanmış, lakin nikah pozulduğu halda və ya bundan öncə cavabdehin daşıyıcısı olduğu hansı vəzifələrinin yerinə yetirilməməsini belə müzakirəyə təqdim etməmiş və bu halları sübuta yetirə bilməmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Mətəlb oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şi kayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Apelyasiya instansiya məhkəməsi o qədər tələsirdi ki, işə baxıb nəticə versin, son nəticədə İddiaçı atası Nümayəndə2 da söz vermək istəməmişdir. Halbuki, məhkəmə başlamamışdan əvvəl onun da etibarnaməsi məhkəmə tərəfindən alınıb işə əlavə edilmişdir. Mənzilin bağışlanması məhz ailənin dağılmaması üçün edilmişdir. X7 iddiaçı ilə yaşamaq niyyətində olmamışdırsa nəyə görə ona əmlakına sərəncam verə bilməməsi kimi təzyiqlər etdirib evini özünə bağışladırdı? Qeyd edilməlidir ki, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyində n əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Lakin bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Mülki Məcəllənin 673.1.2-ci maddəsi əsasında işin hallarına hüquqi qiymət verilərkən, əvvəlcə ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə verən şəxsə münasibətdə hədiyyə alan şəxsin üzərinə qoyulmuş vəzifələrin dairəsini müəyyən etmək, daha sonra bu vəzifələrə hədiyyə alan tərəfindən riayət olunub olunmaması araşdırılmalıdır. Göründüyü kimi bu norma üzrə hədiyyə verənin bağışlamaqdan imtina hüququ, məhz hədiyyə verənlə hədiyyə alanın ailə münasibətləri müstəvisində yaranan hüquqları ilə bağlıdır. Nəzərə alınmalıdır ki, hədiyyə alanın vəzifələri ailə qanunv ericiliyində təsbit edilmişdir. Bu baxımdan cavabdeh arvad iddiaçı isə ər olduğundan, Mülki Məcəllənin 673.1.2-ci maddəsində göstərilən «hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri», Ailə Məcəlləsinin 29.4-cü maddəsində nəzərdə tutulan prinsiplər rəhbər tutulmalıdır. Belə ki, ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Lakin cavabdeh iddiaçıya nəinki qayğı göstərməmiş, mütəmmadi olaraq ona təzyiqlər göstərmiş, nəticədə bağışlama müqaviləsi bağlanan kimi mülkiyyətçi statusunu əldə etmiş və İlkinlə ailə bağları qırmışdır. Burda söhbə t ondan gedir ki, bu hadisə bağışlanandan dərhal sonra bas vermişdir. Bağışlama müqaviləsi alqı-satqı müqaviləsi deyil və hədiyyə alan öz üzərinə öhdəlik götürmüş olur. Təsadüfi deyil ki, bağışlama müqaviləsinin bağlanması yalnız yaxın qohumlarına münasibətdə mümkündür. Göründüyü kimi, cavabdeh Mina Məmmədova ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozmuşdur. Dəqiq desək cavabdeh Mina Məmmədova ailə münasibətlərinə bağışlama baş tutduqdan qısa bir müddətdə səbəbsiz verə xitam vermiş, öz üzərinə götürdüyü öhdəliyi icra etməyə başlamadan onu pozmuş, dəqiq desək tələsmiş, bu da Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsasən bağışlamadan imtina üçün əsasdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin və 4 saylı Cavabdeh3 notariat ofisinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Nümayəndə1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxı n qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Maddə 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. İddiaçı kasasiya şikayətində də apelyasiya şikayətində olduğu kimi cavabdeh ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirməməsini əsas gətirərək və cavabdehin niyyətini göstərərək bağışlama müqaviləsinin ləğv edilməli olmas ına istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı öz iradə ifadəsi ilə və hər hansı öhdəlik müəyyən edilməməklə öz əmlakı barəsində sərbəst sərəncam verərək mənzilini cavabdehə bağışlamışdır. Bağışlama müqaviləsinin ləğv edilməsi əsası kimi Mülki Məcəllədə müəyyən edilmiş halların mövcudluğu və bu barədə hər hansı normanın pozuntusuna yol verilməsi isə müəyyən edilməmişdir. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən də apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Od ur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Mətəlb oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2732/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar