Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4470/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi birgə mülkiyyətdə olan əmlakda payın müəyyən edilməsi, istifadə hüququnun tanınması, evə köçürülmə, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlundan (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka payının müəyyən edilməsi, istifadə hüququnun tanınması və evə köçürülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-557/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-3138A saylı şəhadətnaməyə əsasən 0,04 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 (bundan sonra “cavabdeh”), Cavabdeh2, Cavabdeh3, X7, X4 və İddiaçı (bundan sonra “iddiaçı”) ümumi birgə mülkiyyətinə verilmişdir. 2. xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Yevlax şəhəri, Bakıxanov küçəsi, 12 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehin adın a mülkiyyət hüquqları ilə qeydə alınıb. RX seriyalı, ******* №li çıxarışa əsasən həmin ev tam şəkildə cavabdehin adına, evin yerləşdiyi 0,0393 ha torpaq sahəsi isə 6 nəfərin, o cümlədən iddiaçı və cavabdehin adına ümumi birgə mülkiyyət hüquqi ilə xx.xx.2015-ci ildə dövlət reyestrində qeydiyyatdan keçib.
3. Cavabdeh iddiaçının qaynıdır. İddiaçının X1 28 iyun 2021-ci ildə ölüb.
4. Mübahisə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,0393 ha torpaq sahəsinə (mübahisəli ev və torpaq sahəsi) iddiaçının istifadə hüququnun yaranması və həmin evə köçürülmə barədə yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, RX seriyalı ******* nömrəli çıxarışına əsasən ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsinin 1/6 hissəsinə payının müəyyən edilməsi, o cümlədən cavabdehin mülkiyyətində olan evə onun istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 1996-cı il tarixindən mübahisəli evdə həyat yoldaşı ilə birlikdə yaşamış, həyat yoldaşı vəfat etdikdən sonra yas mərasimləri həmin evdə keçirilmiş, bundan sonra cavabdeh 2021-ci ilin avqustunda onu məcburi qaydada evdən çıxarmışdır.
7. İddiaçı həmin evdə ailəsi ilə birlikdə 23 il yaşamışlar. Onun və mərhum həyat yoldaşının həmin evin yerləşdiyi torpaq sahəsində payı var. Özünə münasibətdə həmin payın müəyyən edilməsini və qeyd olunan yaşayış evinə istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsin i istəyir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi 1982-ci il tarixli Mənzil Məcəlləsinin 123-cü maddələrinə istinad etmişdir.
9. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri: - mülkiyyətində olan fərdi yaşayış evi 1990-cı ildən ona məxsus olmuşdur; - işi ilə əlaqədar 1996-cı ildə arvadı və uşaqları ilə (digər cavabdehlərlə) birlikdə müvəqqəti yaşamaq üçün Rusiya Federasiyasına getmişdir: - iddiaçı onun mərhum bacısı Zəminə Ağayevanın əri olmuşdur; - həmin dövrdə bacısının da özünə məxsus ayrıca evi olmuş və bacısı əri Asiflə birlikdə həmin mənzildə yaşamışlar; - Rusiyaya gedən zaman ev nəzarətsiz qalmasın deyə bacısından və İddiaçı onun evinə nəzarət etmələrini xahiş etmiş, bacısı onunla razılaşmış və özlərinə məxsus evi kirayəyə verərək onun evində yaşamağa başlamış, o da ailəsi 2021- ci ilin yay ayına qədər Rusiyada yaşamışdır. Evinə qayıtdıqdan sonra evi təmir etdiklərindən özləri də evdə yaşaya bilməyəcəkləri üçün evdən çıxmışlar; - bundan sonra məlum olmuşdur ki, iddiaçı onlara qarşı iddia qaldırıb; - iddiaçının ona məxsus yaşayış evinə heç bir hüququ yoxdur, evin yerləşdiyi torpaq sahəsinə iddiaçının payının müəyyən edilməsinə də etiraz edir, iddiaçının adının həmin çıxarışa neçə salındığı ona məlum deyil və həmin çıxarışı mübahisələndirmək fikri var.
10. Cavabdeh2 Cavabdeh1 izahatını təsdiq etmiş və iddiaçının onlara məxsus yaşayış evinə köçürülməsinə etiraz etdiyini bildirmişdir.
11. Yevlax Rayon Məhkəməsinin 2(039)-2434/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Ko mitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışı ilə Cavabdeh1 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı payının müəyyən edilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Günay Cavadova)
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli yaşayış evi 1990cı ildən Cavabdeh1, evin yerləşdiyi torpaq sahəsi isə hazırki iş üzrə tərəflərin və mərhum Zəminə Ağayevanın mülkiyyətindədir. Cavabdeh1 iddiaçının qaynıdır. İddiaçı mərhum Zəminə Ağayevanını əri olub və 1996-cı ildən 2021-ci ilin avqust ayıma kimi mübahisəli evdə yaşayıb.
13. Birinci instansiya məhkəməsi mübahisəli yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sah əsinə iddiaçının payının müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Belə olan halda, iddiaçı Mülki Məcəllənin 213.5-ci maddəsinə uyğun olaraq özünə məxsus olan hissədə torpaq sahəsinə payının müəyyən olunmasını tələb edə bilər.
14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, ünvan 2 ünvanda yerləşən 0,0393 ha torpaq sahəsinin 1/6 hissəsinə iddiaçının payının müəyyən edilməsi tələb əsaslıdır və təmin edilməlidir.
15. Birinci instansiyası məhkəməsi iddia tələbinin mübahisəli yaşayış evinə iddiaçının istifadə hüququnun tan ınması və köçürülməsi hissəsi ilə bağlı qeyd edib ki, tərəflər arasında hüquq münasibətləri 1996-cı ildə yarandığı, yəni iddiaçının həmin ildə mübahisəli mənzilə köçdüyü və orada yaşadığı nəzərə alınarsa, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin qaydalarına uyğun müəyyən edilməlidir.
16. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 1996-cı ildən 2021-ci ilədək mübahisəli yaşayış evində yaşasa da, evin mülkiyyətçisi ilə birgə yaşamamış və onunla birgə təsərrüfat aparmamış, bu səbəbdən iddiaçı mübahisəli evin mülkiyyətçisinin ailə üzvü hesab edilə bilməz. Həmçinin cavabdeh işi ilə əlaqədar 1996-cı ildə müvəqqəti olaraq Rusiya Federasiyasına getmiş və bacıs ı mərhum Zəminə Ağayevanın və onun əri – hazırkı iş üzrə iddiaçının mübahisəli evə nəzarət etmələri üçün həmin evdə müvəqqəti yaşamaqlarına icazə vermişdir. Zəminə Ağayevanın özünə məxsus mənzili olmuş və iddiaçı da məhkəmə iclasında verdiyi izahatında bunu təsdiq edərək bildirmişdir ki, arvadına məxsus mənzili kirayəyə vermiş və 2007-ci ildə həmin mənzili satmışlar. Belə olan halda, iddiaçı mübahisəli mənzilə daimi yaşaması üçün köçməmiş və mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün deyil, müvəqqəti olaraq yaşaması üçün icazə verildiyindən mübahisəli evə iddiaçının istifadə hüququnun tanınması və köçürülməsi tələbi əsassızdır və təmin edilə bilməz
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 213.2, 213.5-ci, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 123-cü və Mülki Prosessual Məcəllənin 217.2-ci maddələri ilə əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı 1991-ci ilədək mülkiyyətçi ilə birlikdə olub və onun razılığı ilə 1996-cı ildən 2021-ci ilədək həmin fərdi yaşayış evində daimi olaraq 25 il yaşaylb, daimi qeydiyyatda olub; - evin ilkin mülkiyyətçi olan qayınanası X3 razılığı ilə evdə yaşayıblar, həmin evə istifadə hüququ əldə edib; - iddiaçı qayınanasının öldüyü anadək onun yanında olmaqla ölümündən sonra da bir müddət arvadı il ə orada yaşayıblar, 1996-cı il tarixindən hazırki mülkiyyətçinin də razılığı olmaqla 2021-ci ilin avqust ayınadək orada yaşayıb. Məhkəmə işin bu halını aydınlaşdırmayıb; - birinci instansiya məhkəməsi mübahisəyə baxarkən tələbi Mənzil Məcəlləsinin 53, 54 və 123-cu maddəsinin tələblərinə münasibətdə araşdırmamışdır. Nəzərə alınsa ki, mübahisə 1996-cı ilin dövrünü əhatə edir. Burada hüquqi tənzimləmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54 və 123-cu maddələrinə uyğun olmalı idi, lakin məhkəmə mübahisəyə bu sferadan baxaraq qiymət verməmişdir; - iddiaçı həyat yoldaşı olmuş mərhum X6 ilə 1975-ci ildə rəsmi nikaha daxil olmuşdur. Mübahisələndirilən evin mülkiyyətçisi mərhum qayınanası X3 razılığı ilə onun mülkiyyətində olan Yevlax şəhəri Bakıxanov küçəsi 12 sayl ı evdə onlar onun sağlığında birlikdə yaşamışlar; - iddiaçı 1991-ci ildən 1996-cı ilədək işi ilə əlaqədar başqa yerdə müvəqqəti yaşamış, amma hər həftə mübahisələndirilən evdə olmuşdur; - qayınanasının vəfatından sonra 1996-cı ildən etibarən isə onlar daimi olaraq bu evdə yaşamışlar. Onlar ilkin mülkiyyətçi ilə razılaşaraq onun sağlığında həmin evə əşyalarını yığmışlar. X1 vəfat edəndən sonra arvadının qardaşı olan cavabdeh 40 mərasimindən bitən kimi iddiaçını evdən çıxarmışdır; - iddiaçı ilkin icarədarın ailə üzvü hesab edilir. İlkin icarədarla birlikdə yaşamış, birgə təsərrufat idarə etmişdir; - bundan əlavə, iddiaçı evdə müəyyən dəyişikliklər aparmış, tikinti işləri görmüşdür və 25 il ailəsilə, yəni cavabdehin bacısı ilə rəsmi nikahda olan bir şəxs kimi bu evdə yaşamışdır; - işin hallar ından da aydın olur ki, 25 il bir evdə yaşayan bir şəxsin yaşaması üçün mülkiyyət sahibinin razılığı lazımdır. 25 il müvəqqəti yaşamaq üçün nəzərdə tutulan bir müddət deyildir. Onları yəni onu və arvadını yəni birinci icarədarın qızını bu evdə yaşamağa, əşyalarını yerləşdirməyə icazə verən birinci icarədar, mülkiyyətçi X5 olmuşdur. Onlar həmin icarədarın ailə üzvləri idilər. Onların bu evdə 25 il daimi yaşamağının zəmanətini, razılığını ilkin icarədar, mülkiyyətçi olan qaynanası A.Səlimova vermişdir. Onlar bu səbəbdən evdə yenidənqurma işləri aparmış, aparılan torpaq islahatlarında onların hər ikisinin torpaq payı belə müəyyən olunmuşdur.
20. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-557/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edil miş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianını təmin edilməyən hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi iddiaçının evə istifadə hüququnun tanınması köçürülməsi hissəsində də təmin edilmişdir. (hakimlər Ələddin Məcidov (məruzəçi və sədrlik edən), Mahir Əsədli, Ayaz Mahmudov)
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki halda, iddiaçı və onun həyat yoldaşı olan X6 mübahisələndirilən evin ilkin mülkiyyətçisi olmuş iddiaçının qayınanası, eyni zamanda Cavabdeh1 anası X3 razılığı ilə həmin evə köçmüş və onun sağlığında həmin evdə birlikdə yaşamışlar. X2 öldükdən sonra da həmin evdə yaşamaqda davam etmişlər. Bunu iddiaçı ilə yanaşı, cavabdehlər də etiraf etmişlər. İddiaçı Cavabdeh1 mərhum bacısı X6 ilə o 1975-ci ildə rəsmi nikaha daxil olmaları, iddiaçının mərhum qayınanası X3 razılığı ilə sonuncunun mülkiyyətində olan ünvan 1 evdə 1991-ci ildən 1996-cı ilədək, 1996-cı ildən etibarən isə Cavabdeh1 razılığı ilə 2021-ci ilin iyul ayının sonunadək həmin evdə yaşamaları, sonuncunun 1996-cı ildən 2021-ci ilin iyun ayınadək Rusiya Federasiyasında yaşaması, həmin dövr ərzində mübahisəli evin iddiaçı və iddiaçının arvadı tərəfindən istifadə və idarə edilməsi işin mübahisəsiz hallarındandır.
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri 1991-ci ildən başlandığından hazırki mübahisənin evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə aid hissəsinə həmin vaxt qüvvədə olmuş xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
23. Apellyasiya insta nsiyası məhkəməsi hesab edib ki, iddiaçı cavabdehin ailə üzvü kimi sonuncunun evinə köçürülmüş, həmin evdən istifadə hüququ əldə etmiş və cavabdehin istəyinə uyğun olaraq təqribən 25 il ərzində onunla birgə təsərrüfat aparmışdır. O, həmin evdən istifadə hüququnu öz iradəsinə zidd olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2021-ci ilin avqust ayının əvvəlində müvəqqəti olaraq reallaşdıra bilməmişdir. Buna görə də iddiaçının həmin evdən istifadə hüququ vardır və bu hüquq reallaşdırılmalıdır.
24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 228.2, Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi nin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsini qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış, həmçinin maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir. İddiaçı həqiqəti təhrif edib. 1990-cı ilin sonundan mənzilin mülkiyyətçisi cavabdeh olub. Buna görə də ilk ica rədarın qayınana olması təkzib edilir. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
27. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi (1982-ci il) Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşl ar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə mü nasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarı: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlid ir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini n pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyinə görə kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın torpaq sahəsində payın müəyyən edilməsi barədə təmin olunan hissəsindən tərəflər apellyasiya şikayəti verməyib. Apellyasiya baxışının predmeti iddiaçının şikayəti üzrə yalnız iddianın təmin edilməyən hissəsi – evə istifadə və evə köçürülmə barədə tələbin təmin edilməməsi hissəsi olub və apellyasiya instansiyası məhkəməsi də həmin hissə üzrə işə baxaraq yeni qətnamə çıxarıb. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkə mə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, həmin hissədə də iddianı təmin etməklə düzgün nəticəyə gəlməyib.
32. Məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, tərəflər arasında hüquq münasibətlərinin yaranma dövrünə uyğun olaraq mübahisəyə 1982-ci il tarixli Mənzil Məcəlləsinin normalarının tətbiq edilməsi işin müəyyən edilmiş hallarına uyğundur.
33. İşin müəyyən edilmiş hallarınadan görünür ki, iddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsində işə baxılarkə n tələbinin faktiki əsası kimi mübahisədə adı keçən evin mülkiyyətçisinin cavabdeh olmasına istinad etmişdir. (bax:5-7-ci bəndlər)
34. İşdən o da görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən ona istinad edib ki, iddiaçı evin mülkiyyətçisi olan Cavabdeh1lə ümumi birgə təsərrüfat aparmayıb.
35. Apellyasiya məhkəməsində isə iddiaçı iddia tələbinin faktiki əsasını dəyişib, evin ilkin mülkiyyətçisinin qayınanası olmasını bildirmiş və bununla bağlı apellyasiya instansiyasına yeni faktlar vermişdir. (bax: 19-cu bənd)
36. Mülki Prosessual Məcəllənin 372.3-cü maddəsinə görə isə tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
37. Göründüyü kimi, iddiaçı birinci və apellyasiya instansiyalarında bir-birin ə zidd olan fərqli faktiki əsaslara istinad etmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətə aydınlıq gətirməmiş, baxmayaraq ki, prosessual qanunvericilik apellyasiya instansiyasında yalnız iddianın hüquqi əsasını dəyişməyə imkan verir, əksinə, iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi yeni faktlar üzrə mübahisələndirilən evin ilkin mülkiyyətçisinin iddiaçının qayınanası, yəni Cavabdeh1 anası olan X3 olmasını, iddiaçının məhz evin ilk mülkiyyətçisinin razılığı ilə həmin evə köçməsini və ilk mülkiyyətçi ilə həmin evdə birlikdə yaşamasını müəyyən edərək iddianı qeyd edilən hissədə təmin etmiş, eyni zamanda hansı sübut əsasında evin ilk mülkiyyətçisinin X5 olmasını da qətnamədə göstərməmişdir. Halbuki işdə olan qeydiyyat vəsiqəsinə əsasən Yevlax şəhəri, Bakı xanov küçəsi, 12 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına mülkiyyət hüquqları ilə xx.xx.1990cı ildə qeydə alınıb.
39. Tətbiq edilən Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən ailə üzvü sırasına daxil olmayan şəxsin yaşayış evinə istifadə hüququnun yaranıb-yaranmaması mülkiyyətçi (icarədar) ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparıb-aparmaması ilə müəyyən edilir.
40. Qətnamədən isə görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının evin mülkiyyətçisi olan Cavabdeh1 münasibətdə deyil, evin ilk mülkiyyətçisinin X3 olmasına və iddiaçının məhz ilk mülkiyyətçi olan A.Səlimovaya münasibətdə evə istifadə hüququnun yaranmasına istinad edərək iddianı təmin etmişdir. Qeyd edildiyi kimi, iddiaçının evdə yaşadığı vaxt ərzində həmin evin mülkiyyətçisinin X3 olmasına dair işdə hər hansı sənəd yoxdur.
41. Buna görə də işin halı müvafiq sübuta istinad olunmaqla müəyyən edilmədiyi üçün gəlinən nəticə də düzgün olmamış, Mənzil Məclləsinin 53 və 124-cü maddələri işin hallarına uyğun şəkildə tətbiq edilməmişdir.
42. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
43. Qanunvericiliyin tələbinə görə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə m əhkəmənin istinad etdiyi sübutlar qətnamənin əsaslandırıcı hissəsində göstərilməlidir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini əsaslı saymır və belə nəticəyə gəlir ki, evə istifadə və evə köçürülmə barədə tələbin təmin edilməsi hissəsində qətnamə ləğv edilməlidir.
47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının evə istifadə və evə köçürülmə barədə tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışın a qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, mülkiyyətçiyə (Cavabdeh1) münasibətdə iddiaçının evə istifadə hüququnun yaranıbyaranmaması hallarına aydınlıq gətirməli və işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.
48. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-557/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi İddiaçı ünvan 1 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi hiss əsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.