Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4483/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ödənilməmiş əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin tutulması, işdən azad olunma barədə əmrin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2078/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə dair işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı Cavabdeh-yə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh-dən ödənilməmiş əmək haqqı olaraq 25 648 manat və məzuniyyət haqqı olaraq 3 341 manat məbləğində pulun tutularaq ona ödənilməsini, 01.10.2019-cu il tarixli işdən çıxarılma haqqında əmrin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ilə bağlı ərizə verərək cavabdehdən 5 aylıq hər ay 4 600 manat maaş olmaqla 23 000 AZN, 70 gü n ödənilməmiş məzuniyyət pulu olaraq 10 733 AZN, 150 gün əmək müqaviləsində hər günə 45 AZN nəzərdə tutulmaqla gecikdirmə nəticəsində 6 750 AZN tutulması, 01.10.2019-cu il tarixli işdən çıxarılma haqqında əmrin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında 17.02.2014-cü ildən əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında və kommersiya sirrinin açıqlanmamasına dair müqavilələr bağlanmaqla əmək münasibətləri yaranmışdır və iddiaçı mübahisəli hüquq münasibəti yaranan dövrdə "xxxx" MMC-də məhsul satışı şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 4. 07.06.2019-cu il tarixdə İddiaçı növbəti məzuniyyətə çıxmışdır. 18.06.2019-cu il tarixdə ona məlumat verilmişdir ki, məhsul satışı şöbəsinin qapısı plomblanmışdır. Bu məsələ ilə əlaqədar məzuniyyət müddəti bitənədək MMC-yə gəlməməsi bildirilmiş, o isə məzuniyyət müddətinin bitdiyi tarixdən, yəni 01.07.2019-cu il tarixdən işdən azad olunması barədə rəhbərliyə 20 iyun 2019-cu il tarixli ərizə yazmışdır. 01.07.2019-cu il tarixli məktubla ona bildirilmişdir ki, vəzifəsini yerinə yetirən zaman nöqsanlar olmasına şübhələr vardır və buna görə də öz ərizəsi ilə işdən azad olunması məqbul hesab edilmir.
5. Eyni zamanda "xxxx" MMC-nin 31.07.2019-cu il tarixli əmri ilə məhsul satışı şöbəsinin və İddiaçı iş fəaliyyətinin yoxlanılması məqsədilə 4 nəfərlik komissiya (bundan sonra Komissiya) yaradılmışdır.
6. Bununla yanaşı Cavabdeh-nin 31.07.2019-cu il tarixli və 31.08.2019-cu il tarixli əmrlərinə əsasən İddiaçı yoxlama komissiyasının fəal iyyəti müddəti ərzində, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən 31.07.2019-cu il tarixdən 30.09.2019-cu il tarixinədək işdən kənarlaşdırılmış, Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü hissəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqının ödənilməməsi əmr edilmişdir.
7. Komissiya tərəfindən tərtib edilmiş 19.09.2019-cu il tarixli rəydə göstərilmişdir ki, İddiaçı tərəfindən "xxxx" MMC yaradılmış və həmin Cəmiyyət 15.02.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı həmin Cəmiyyətin təsisçilərinin biridir və onun nizamnamə kapitaldakı payı 50% təşkil edir. İddiaçı "xxxx" şirkətinin "xxxx" MMC ilə kontragent münasibətinə daxil olmasına nail olmuş və həmin əlaqələrdən öz mənafeyinə uyğun və birbaşa olaraq "xxxx" MMC-nin maraqlarına ziddin ə istifadə etmişdir. İddiaçı fəaliyyət dövrü ərzində şirkət qarşısında götürdüyü öhdəliklərini, o cümlədən əmək müqaviləsindəki öhdəliklərini kobud şəkildə pozmuş, bununla da şirkətə əhəmiyyətli zərər vurmuşdur. İddiaçı öz xahişi ilə vəzifədən azad edilməsi məqsədə müvafiq deyil, əksinə əmək müqaviləsinin şərtlərini və götürdüyü digər rəsmi öhdəliiklərinin kobud şəkildə pozduğuna görə işə götürən tərəfindən Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin tələblərinə əsasən əmək müqaviləsi ləğv edilməlidir. Komissiya bu zaman İddiaçı "intechauto.az" domenində e-mail ünvana sahib olmasına, bir sıra elektron yazışmalara istinad etmişdir.
8. Komissiaynın rəyini rəhbər tutaraq "xxxx" MMC 02.10.2019-cu il tarixli əmrlə İddiaçı əmək müqaviləsinə 02.10.2019- cu il tarixidən Əmək Məcəlləsinin 70-ci madd əsinin 2-ci hissəsinin "ç" bəndinə (maddə 72 "c" bəndi - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən xitam vermişdir
9. Cavabdeh-nin son haqq-hesab cədvəlinə əsasən ödənilməyən məzuniyyət günləri 2015-2016-ci il üçün 1008.28, 2017-2018-ci il üçün 3168.88, 2018-2019-cu il üçün 4321.20, 2019-2020-ci il üçün 2448.68 manat, ödənilməyən əmək haqları 2019-cu ilin may ayı üçün 4676.77, 2019-cu ilin iyun ayı üçün 3442.51, 2019-cu ilin iyul ayı üçün 4474.04 manat müəyyən olunmuşdur.
10. İddiaçı bildirir ki, 17.02.2014-cü il tarixdən Cavabdeh-də fəaliyyət göstərir, bu müddət ərzində satış nümayəndəsi, baş mütəxəssis, daha sonra isə məhsul satış şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmiş, 07.06.2019-cu il tarixdə məzuniyyətə çıxmışdır. 18.06.2019- cu il tarixdə məhsul satış şöbəsinin işçiləri onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq otağın qapısının plomblandığını, içəri daxil olmalarına icazə verilmədiyini bildirmişlər. Bundan sonra o, MMC-nin ofisinə gələn zaman nəzarət buraxılış məntəqəsində xidmət edən şəxs ona ofisin inzibati binasına daxil olmağına məhdudiyyət qoyulduğunu bildirmiş, onun vəzifəsini müvəqqəti icra edən X məzuniyyət müddəti bitdikdən sonra iş yerinə qayıda biləcəyini ona izah etmişlər. 20.06.2019-cu il tarixdə könüllü olaraq işdən çıxmağı ilə bağlı ərizə ilə müraciət edərək 01.07.2019-cu il tarixdə məzuniyyətinin başa çatdığı tarix işdən çıxdığı gün hesab olunmasını xahiş etmişdir. 01.07.2019-cu il tarixli Cavabdeh tərəfindən ona göndərilmiş məktubda vəzifəni yerinə yetirən zaman nöqsanlar olmasına şübhələr olması əsas gətirilərək öz ərizəsi ilə işdən azad oliunmağının məqbul hesab edilməməsi qeyd edilmişdir. 02.07.2019-cu il tarixdən onun MMC-in ofisinin inzibati binasına daxil olmağına qadağa qoyulmuş, 01.05.2019-cu il tarixdən hal-hazırkı günədək MMC tərəfindən ona aylıq əmək haqqı və 70 gün üzrə məzuniyyət haqqı ödənilməmişdir. Bununla da, MMC tərəfindən ona 25 648 manat əmək haqqı və 3 341 manat məzuniyyət üzrə ödənilməli olan öhdəliyi icra edilməmiişdir. 01.10.2019-cu il tarixdən hal-hazırıkı günədək işdən azad olunma barədə əmrin surətini Cavabdeh-dən tələb etməyinə baxmayaraq, həmin əmrin surəti ona verilməmişdir. MMCnn binasında olan zaman onun 01.10.2019-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndində uyğun olaraq işdən azad olunmağı ilə bağlı şifahi məlumat verilmişd ir
11. Cavabdehin nümayəndəsi bildirir ki, İddiaçı Cavabdeh-nin məhsul satış şəbəsinin rəisi vəzifəsində çalışarkən məzuniyyət müddəti başa çatdıqdan sonra 01.07.2019-cu il tarixindən işdən azad edilməsi barədə ərizə ilə müraciət etmiş, onun ərizəsinə qanunla müəyyən edilmiş müddətdə baxılaraq rəsmi bildiriş verilmiş, sonuncunun fəaliyyətinin yoxlanılması məqsədilə komissiya təşkil olunmuş və səlahiyyətli orqan olaraq fəaliyyətə başlamışdır. Komissiya fəaliyyətə başladığı 31.07.2019-cu il tarixdə səlahiyyətli orqan olaraq komissiyanın işinin produktiv təşkili üçün, hərtərəfli və obyektiv araşdırmanın təminatı olaraq İddiaçı vəzifəsindən kənarlaşdırılması üçün müəssisə rəhbəri qarşısında vəsatət qaldırmış və müəssisə rəhbərinin həmin tarixli əmri ilə İddiaçı vəzifəsindən müvəqqəti kənarla şdırılmışdır. Komissiya rəyində göstərilən xüsusatlara əsasən İddiaçı fəaliyyət dövrü ərzində şirkət qarşısında götürdüyü öhdəliklərini, əmək müqaviləsindəki öhdəliklərini kobud şəkildə pozduğu, bununla da şirkətə əhəmiyyətli zərər vurduğu sübutlarla tam təsdiq edilmişdir. Baş verənlərə görə iddiaçıya izahat verilməsi üçün məlumat verilməsinə baxmayaraq, gəlməmiş və yazılı izahatını verməmişdir. Əmək Məcəlləsinin tələblərinə əsasən işçiyə ödənilməli olan son haqq-hesabı ödəməkdən imtina etmir. İddiaçı 22,446.92 manat məbləğində pul ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(012)-543/2020 saylı qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən 2019-cu il in may ayından iyul ayınadək ödənilməmiş əmək haqqı kimi-12 593 manat 32 qəpik, ödənilməyən məzuniyyət günlərinə görə 10 947 manat 04 qəpik, ümumilikdə 23 540 manat 36 qəpik məbləğində pulun tutularaq İddiaçı verilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 2019-cu ilin may ayından iyul ayınadək olan ödənilməmiş əmək haqqı - 12 593 manat 32 qəpik, ödənilməyən məzuniyyət günlərinə görə 10 947 manat 04 qəpik, ümumilikdə, 23 540 manat 36 qəpik təşkil edir. Ona görə də bu hissədə iddia qismən təmin edilməli həmin məbləğ Cavabdeh-dın tutularaq İddiaçı ödənilməlidir.
14. İddianın əmək haqqı tələbinin təmin edilməyən hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı işdən kənarlaşdırıldıqdan so nra Cavabdeh-nin 02.10.2019- cu il tarixli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə 02.10.2019-cu il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə (maddə 72 "c" bəndi - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən xitam verilmişdir.
15. İddia tələbinin əmək haqqını gecikdirməyə görə faiz tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh-nin 31.07.2019, 31.08.2019- cu il tarixli əmrlərindən göründüyü kimi İddiaçı işdən kənarlaşdırılması, fəaliyyətinin yoxlanılması ilə əlaqədar olmuş və işin bu halı tərəflər arasında fərdi əmək mübahisəsinin yarandığını göstərdiyindən habelə, iddia olunan 2019- cu ilin may, iyun aylarına münasibətdə Cavabdeh-in ödəniş qabiliyyəti olmamasının cavabdehin izahatından və i şin faktiki hallarına əsasən müəyyən edildiyindən əmək haqqının ödənilməsinin gecikdilməsi cavabdehin təqsirli hərəkəti kimi qiymətləındirilə bilməz.
16. Bundan başqa İddiaçı işdən çıxması barədə ərizə versə də, onun barəsində audit yoxlamalarının nəticələrinə görə fəaliyyətində əhəmiyyətli zərərə səbəb olan nöqsanlar olmasında əsaslı şübhələr olduğundan öz xahişi ilə işdən azad olunması qəbul edilməmiş, Cavabdeh-də sonuncunun fəaliyyətinin yoxlanılması məqsədilə təşkil olunmuş komissiya tərəfindən verilmiş rəydə əmək müqaviləsindəki öhdəliklərini kobud şəkildə pozması və şirkətə əhəmiyyətli zərər vurması barədə dəlillər iddianın onun işdən çıxarılması haqqında əmrin ləğv edilməsi hissəsini təkzib edir və məhkəmə hesab edir ki. iddia bu hissədə əsaslı olmadığı üçün təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62.3, 70(ç), 71.2, 71.3, 83.2, 143.2, 144.2, 172.5, 186.2, Mülki Prosessual Məcəllənin 119.2, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2078/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov - sədrlik edən və məruzəçi, Z.Məmmədov və T.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(012)- 543/2020 saylı qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin olunmas ı, İddiaçı işdən azad olunması barədə "xxxx" MMC-nin 02 oktyabr 2020-ci il tarixli, AZT İR-1/274 saylı əmrinin ləğv edilməsi, "xxxx" MMC tərəfindən İddiaçı 02 oktyabr 2019cu il tarixinə yaranmış məcburi iş buraxmaya görə əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15,40 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq ona verilməsi qət edilmişdir.
20. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının fəaliyyətinin yoxlanılması barədə yaradılmış komissiya hesab etmişdir ki, İddiaçı tərəfindən təsisçisi olduğu "xxxx" MMC yaradılmış, bu şirkət "xxxx" MMC ilə kontragent münasibətinə daxil olmasına nail olmuş və həmin əlaqələrdən öz mənafeyinə, lakin "xxxx" MMCnin maraqlarına ziddinə istifadə etmişdir. İddiaçı fəaliyyət dövrü ərzində şirkət qarşısında götürdüyü öhdəliklərini, o cümlədən əmək müqaviləsindəki öhdəliklərini kobud şəkildə pozmuş, bununla da şirkətə əhəmiyyətli zərər vurmuşdur. Lakin iş materiallarında iddiaçının "xxxx" MMC qarşısında götürdüyü hansı öhdəlikləri pozması, "xxxx" MMC-yə hansı əhəmiyyətli zərər vurması barədə hər hansı sübut yoxdur. Onun hər hansı MMC-nin təsisçisi olması, bu Cəmiyyətin hər hansı şirkətlə kontragent münasibətinə daxil olması, müqavilələr bağlaması, elektron poçt ünvanı ilə məktub göndərməsi və ümumiyyətlə, kommersiya fəaliyyəti göstərməsi qüvvədə olan qanunvericiliyə zidd deyildir və iddiaçının əmək müqaviləsindəki öhdəliklərini kobud şəkildə pozması k imi qəbul edilə bilməz. İddiaçının öz fəaliyyətilə "xxxx" MMC qarşısında götürdüyü hər hansı öhdəlikləri pozmasını, "xxxx" MMC-yə hər hansı əhəmiyyətli zərər vurmasını isə Əmək Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən sübuta yetirməlidir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, "xxxx" MMC-nin tərkibində yaradılan yoxlama komissiyasının 19.09.2019-cu il tarixli rəyi ilə İddiaçı fəaliyyəti dövründə kontragentlərlə apardığı alqı-satqı və maliyyə əməliyyatları, həmçinin kommersiya sirrinin açıqlanmamasına dair müqavilənin şərtlərinin pozulması nəticəsində şirkətə dəymiş zərərin müəyyən edilməsi məqsədilə müstəqil auditin cəlb edilməsi qərara alınsa da, işə bu zərər və onun məbləği barədə heç bir mötəbər sübut əlavə edilməmişdir. İşin bu hallarına qiymət verən məhkəmə kollegi yası hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla xitam verilə bilməz və buna görə də həmin əsaslarla iddiaçının işdən azad olunması barədə "xxxx" MMC-nin 02.10.2019-cu il tarixli əmri ləğv olunmalıdır.
21. İşdən görünür ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qismən, 22446,92 manat hissədə etiraf etmiş, məhkəmə isə borcu, əmək haqqına görə 12593 manat 32 qəpik, ödənilməyən məzuniyyət günlərinə görə 10947 manat 04 qəpik, ümumilikdə, 23540 manat 36 qəpik məbləğində müəyyən etmişdir. Məhkəmə məcburi işburaxma müddətini 2019-cu ilin may ayından iyul ayınadək müəyyən etmiş və əmək haqqını bu müddət üçün hesablamışdır. Halbuki, işin faktiki hallarından görünür ki, iddiaçının "xxxx" MMC ilə əmək münasibətlərində oldu ğu sonuncu müddət 02 oktyabr 2019-cu ildir və əmək haqqının hesablanması da bu tarixədək aparılmalıdır.
22. İşdən görünür ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qismən, 22446,92 manat hissədə etiraf etmiş, məhkəmə isə borcu, əmək haqqına görə 12593 manat 32 qəpik, ödənilməyən məzuniyyət günlərinə görə 10947 manat 04 qəpik, ümumilikdə, 23540 manat 36 qəpik məbləğində müəyyən etmişdir. Məhkəmə məcburi işburaxma müddətini 2019-cu ilin may ayından iyul ayınadək müəyyən etmiş və əmək haqqını bu müddət üçün hesablamışdır. Halbuki, işin faktiki hallarından görünür ki, iddiaçının "xxxx" MMC ilə əmək münasibətlərində olduğu sonuncu müddət 02 oktyabr 2019-cu ildir və əmək haqqının hesablanması da bu tarixədək aparılmalıdır.
23. İşçının işdən kənarlaşdırılması Əmək Məcəlləsinin 62-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda;b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə;c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə;ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.
24. Yenə həmin maddənin 2-ci bəndinin tələblərinə görəişçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.
25. İstinad olunan maddənin əsas dispozitiv şərtlərindən göründüyü kimi işdən kənarlaşdırma daha öncə sadalanan halların mövcudluğu halında müvafiq iş vaxtı ərzində ola bilər.
26. Göründüyü kimi qanunverici işdən k ənarlaşdırmanı daha öncə sadalanan halların mövcud olması halında mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə həmin iş vaxtı üçün müəyyən etmişdir.
27. Başqa sözlə, qanunda hazırki iş üzrə olduğu kimi uzun müddət üçün işdən kənarlaşdırma nəzərdə tutulmamışdır.
28. Digər tərəfdən, işin faktiki hallarından göründüyü kimi iddiaçının hərəkətlərində daha öncə istinad olunan maddənin dispozisiyasında sadalanan hallar da olmamışdır.
29. Belə olan halda işçini uzun müddət işdən kənarlaşdırmaq və ona həmin müddət üçün əmək haqqı ödəməmək absurddur.
30. Qeyd edildiyi kimi, hazırkı mərhələdə iddiaçının sonuncu iş günü, yəni işdən azad olunma tarixi 02 oktyabr 2019-cu il olduğund an həm əmək haqqı, həm də istifadə edilməmiş məzuniyyət pulu məhz bu tarixədək olan dövr üçün hesablanmalı və onun xeyrinə tutulmalıdır.
31. Bundan başqa iddiaçı əlavə olaraq 6750 manat məbləğində pulun ödənilməli olmasını da iddia etmiş, lakin bu barədə məhkəməyə hər hansı bir əsaslandırılmış sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın cavabdeh "xxxx" MMC-dən 2019-cu ilin may ayından iyul ayınadək ödənilməmiş əmək haqqı və ödənilməyən məzuniyyət günlərinə görə pulun tutularaq iddiaçıya veril məsi hissəsində təmin edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-də işlədiyi dövrdə "xxxx" MMC-ni yaradaraq, həmin şirkətin "xxxx" MMC ilə kontragent münasibətinə daxil olmasına nail olmuş və həmin əlaqələrdən öz mənafeinə uyğun və bir başa olaraq "xxxx" MMC-nin maraqlarına zidd olaraq istifadə etmişdir.
34. Apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın cavabdeh "xxxx" MMC-dən 2019-cu ilin may ayından iyul ayınadək ödənilməmiş əmək haqqı və ödənilməyən məzuniyyət günlərinə görə pulun tutularaq iddiaçıya verilməsi hissəsində təmin edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
38. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
39. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin ( maddə 418.3).
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
42. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası nı vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. (maddə 10 (a))
43. İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. ( maddə 10 (ç))
44. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. (maddə 62.3)
45. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. (maddə 70 (ç))
46. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəli klərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. (maddə 71.2)
47. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. (maddə 71.3)
48. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və di gər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. (maddə 83.2)
49. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. (maddə 143.2)
50. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. (maddə 144.2)
51. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mü bahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. (maddə 172.5)
52. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehini” verə bilər. (maddə 186.2 (ç)) Mülki Prosessual Məcəllə
53. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
54. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
55. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
56. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
57. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
58. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməs inə göndərə bilər. (maddə 417.1.3)
59. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
61. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (56)
62. İşin mübahisə edilməyən halları ilə müəyyən olunur ki, mübahisə tərəfləri arasında 2014-cü ildən əmək münasibətləri yaranmışdır və iddiaçı sonuncu olaraq "xxxx" MMC-də məhsul satışı şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
63. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı vəzifəsini yerinə yetirən zaman nöqsanlar olmasına şübhələr yarandığından "xxxx" MMC-də 31.07.2019-cu il tarixli əmrlə onun iş fəaliyyətinin yoxlanılması məqsədilə 4 nəfərlik komissiya yaradılmışdır. Bu komissiya tərəfindən tərtib edilmiş 19.09.2019-cu il tarixli rəydə göstərilmişdir ki, İddiaçı tərəfindən "xxxx" MMC yaradılmış və həmin Cəmiyyət 15.02.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Araşdırma materiallarında olan "xxxx" MMC-nin təsis sənədlərinin surətlərindən görünür ki, İddiaçı həmin Cəmiyyətin təsisçilərinin biridir və onun nizamn amə kapitaldakı payı 50% təşkil edir. İddiaçı "xxxx" şirkətinin "xxxx" MMC ilə kontragent münasibətinə daxil olmasına nail olmuş və həmin əlaqələrdən öz mənafeyinə uyğun və birbaşa olaraq "xxxx" MMC-nin maraqlarına ziddinə istifadə etmişdir. İddiaçı fəaliyyət dövrü ərzində şirkət qarşısında götürdüyü öhdəliklərini, o cümlədən əmək müqaviləsindəki öhdəliklərini kobud şəkildə pozmuş, bununla da şirkətə əhəmiyyətli zərər vurmuşdur. Əmək müqaviləsinin şərtlərini və götürdüyü digər rəsmi öhdəliiklərinin kobud şəkildə pozduğuna görə işə götürən tərəfindən Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin tələblərinə əsasən əmək müqaviləsi ləğv edilməlidir. Komissiya bu zaman İddiaçı "intechauto.az" domenində e-mail ünvana sahib olmasına, bir sıra elektron yazışmalara istinad etmişdir.
64. Komissiaynın rəyini rəhbər tutaraq "xxxx" MMC 02.10.2019-cu il tarixli əmrlə İddiaçı əmək müqaviləsinə 02.10.2019-cu il tarixidən Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə (maddə 72 "c" bəndi - təqsirli hərəkətlıri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən xitam vermişdir.
65. Bundan başqa "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinə qarşı verdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı "xxxx" MMC-də işlədiyi dövrdə "xxxx" MMC-ni yaradaraq "xxxx" MMC-nin distribyutoru olduğu “X şirkəti ilə əlaqəyə girərək sonuncunun distribyutoru olmuş, "xxxx" MMC ilə eyni bazarda rəqabət təşkil edərək eyni müştərilərə eyni məhsulların satışını təşkil etmiş, bununla da "xxxx" MMC-yə əhəmiyyətli miqdarda ziyan vurmuşdur.
66. Həmçinin etirazda qeyd edilmişdir ki, İddiaçı "xxxx" MMC-yə məxsus “Volvo” markalı **-JA-***/**-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün "xxxx" MMC adından etibarnamə vermişdir.
67. Qeyd edilən halların araşdırılması hazırkı mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi bu halları araşdırmamış və həmin hallara hüquqi qiymət verməmişdir.
68. Belə ki, MMC-nin iddiaçının verdiyi iddia tələbinə yuxarıda qeyd edilən etirazlarının mahiyyəti ondan ibarətdir ki, iddiaçı işə götürənin mənafeyinə münasibətdə əmək funksiyasını vicdanla yerinə yetirməmiş, və bu hərəkətləri ilə ona maddi zərər vurmuşdur.
69. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinn “a” və “ç” bəndlərinin məzmunundan göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək fun ksiyasını vicdanla yerinə yetirmək və işəgötürənə vurduğu maddi zərərə görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir. (42-43)
70. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd edilən halları araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.
71. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
72. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
73. Şərh edilənləri və Azərbaycan Respublika sı MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh-nin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2078/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.