Məhkəmə qərarları › İş №2(102)-4484/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4484/2020

28.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4484/2020 28.10.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx.xx.2017-ci il tarixli, 2(075)-492/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xsində, 0.02767 ha torpaq sahəsin də yerləşən 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə dair X2 Mərkəzi ilə “xxxx” İKB ASC arasında xx.xx.2013-cü ildə bağlanmış hərracın nəticələri barədə Y-311 protokolu və hərracın yekunları barədə xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xxxx” İKB ASC-nin adına ƏMDK-si yanında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, xsində, 0.02767 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə dair İddiaçı ilə “xxxx” İKB ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 301 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Şükürov (sədrlik edən və məruzəçi), M.Hüseynov və R.Əliyev) xx.xx.2017-ci il tarixli, x nömrəli qətnaməsi cavabdeh “xxxx” İKB ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” ASC-nin həmin qətnamədən verdiyi kassasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və R.Əliyev) xx.xx.2020-ci il tarixli, x nömrəli qərardadı ilə geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti müəyyən olunmuş müddət ötürülməklə və buraxılmış müddətin bərpasına dair ərizə əlavə edilmədən verilmişdir. Cavabdeh “xxxx” ASC qeyd edilən qərardaddan kassasiya şikayəti vermişdir. K assasiya şikayətinin həddi, dəlilləri və etirazı: Kassator həmin qərardadın ləğv olunmasını və kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh Bank, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsini xx.xx.2020-ci il tarixdə aldığından, qeyd olunan qətnamədən kassasiya şikayətinin verilmə müddətini ötürməmişdir. Cavabdeh İddiaçı nümayəndəsi Ələsgər Xəlilov, kassasiya şikayətinə etiraz verərək onun təmin olunmamasını xahiş etmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh Bankın vəkili x, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün M ülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kollegiya sözügedən qətnamədən kassasiya şikayətinin verilməsi üçün müddəti ötürməməsinə dair “xxxx” ASC-nin şikayətini əsaslı saymır. Ona görə ki, Şəki Apellyasiya Məhk əməsinin xx xxxxxx 2017-ci il tarixli, x nömrəli qətnaməsinin surəti poçt vasitəsi proses iştirakçılarına göndərilmişdir. Cavabdeh xxxx” İKB ASC-nə göndərilmiş məktub xəbərnaməyə imza edilməklə xx xxxxxx 2017-ci il tarixdə alınmışdır (iş vər. 188). Kassasiya şikayəti isə qanunla müəyyən edilmiş müddət ötürülməklə xx.xx.2020-ci ildə verilmişdir. Buraxılmış prosessual müddətin bərpasına dair ərizə isə təqdim olunmamışdır. Halbuki, MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən, ka ssasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. MPM-in 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1—408.1.6-cı maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Kassator, qətnaməni poçt xəbərnaməsində göstərilən tarixdə deyil, xx.xx.2020-ci il tarixdə aldığını bildirsə də, bu faktı təsdiqləyən mötəbər sübutları təqdim edə bilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qərardadı dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar