Məhkəmə qərarları › İş №2(102)-4487/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4487/2019

28.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4487/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh1 vəkili Kazımov Əfqan Xanlar oğlunun iştirakı ilə, Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti verər ək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “etibardan sui-istifadə etməklə ələ keçirilmiş pulun geri qaytarılması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Ağayev, iş 2(010)-4530/2018)iddia qismən təmin edilmiş, Cavabdeh1 10.000 (on min) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın, cəmi 10030 (on min otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbinin qalan hissəsi təmin edilməmişdir. Bakı Ap elyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn, iş № 2(103)-1581/2019) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 vəkili Kazımov Əfqan Xanlar oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki hal ların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə X1 (etibarnamə əsasında Cavabdeh2 təmsil etmişdir) arasında 07 mart 2016-cı ildə sözügedən torpaq sahəsinə dair ilkin müqavilə bağlansa da, İddiaçı həmin müqavilə üzrə digər tərəfə, yəni X1 pul verməmiş, X1 pulu almamışdır. Belə olan halda aydın olur ki, İddiaçı ilkin müqavilənin şərtlərini yerinə yetirməmişdir, buna görə də alıcının qanunla müəyyən edilmiş hüquqlarından istifadə edə bilmir. İşin faktiki halları ilə həmçinin müəy yən edilmişdir ki, Cavabdeh1 iddiaçıdan aldığı 10.000 manat pulu Cavabdeh2 verməsi barədə bildirdikləri Cavabdeh2 tərəfindən etiraf edilmir. Cavabdeh2 bildirir ki, Cavabdeh1 ona cəmi 5.000 manat pul vermiş, qalan məbləğ şərtləşdirilmiş vaxtda verilmədiyindən əsas müqavilə bağlanmamış, torpaq sahəsi başqa şəxsə satılmışdır. Həmçinin Cavabdeh1 10.000 manat pulun müqabilində 0,05 ha torpaq sahəsini satmaqla İddiaçı həmin torpaq sahəsində mülkiyyət hüququ verməsi barədə razılaşmanın mövcud olması, İddiaçı həmin razılaşmaya əsasən 10.000 manat pulu Cavabdeh1 ödəməsi işin mübahisəsiz halıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 441.2, 442, 21.1, 21.2, 1096.1, 1097.1-cü maddələrini tətbiq etmişdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki hallar ın sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etm işdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar