Məhkəmə qərarları › İş №2(102)-4487/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4487/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4487/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Zaqatala rayon X7 hüquqi şəxs və X1rşı iş üzrə QƏRARI (Açar sözlər: mənəvi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu(məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Zaqatala rayon X7 hüquqi şəxs və X1rşı mənəvi ziyan tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4124/2022 nömrəli, 2 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh Zaqatala rayon X7 hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. X8 14 yanvar 1995-ci il tarixdə Qazax rayonu Kəmərli kəndində doğulmuşdur.

2. X4, anası İddiaçıdır.

3. X8 12 fevral 2018-ci il tarixdə hamiləlik, sol uşaqlıq boru cırılması səbəbindən vəfat etmişdir.

4. Zaqatala rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(033)-3/2019 saylı hökmündən görünür ki, ittiham aktına əsasən təqsirləndirilən şəxs X2 Zaqatala RMX-da həkim ümumi cərrah vəzifəsində işləyərkən, xx.xx.2018-ci il tarixdə Zaqatala RMX-nın qəbul şöbəsində həkim ümumi-cərrah kimi növbədə olduğu zaman rayon mərkəzi xəstəxanasına daxil olmuş xəstə X6 qəbul şöbəsində müayinə edər kən anamnezi səthi toplamış, sonuncuda olan patoloji proses, yəni sol tərəfli boru hamiləliyi klinik, laborator və ultrasəs müayinəsi ilə müəyyən olunmalı olduğu halda, xəstəyə düzgün diaqnoz qoymamış, düzgün diaqnozun qoyulmaması ilə də müvafiq olaraq düzgün əlavə müalicə tədbirləri görməmiş, xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan sol tərəfli boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanı vaxtında müəyyən etməmiş, xəstəyə vaxtında operativ müalicə taktikasının seçilməsinə və yerinə yetirilməsinə əsas olmalı olan və zəruri sayılan müayinələri (USM, KT, rentgen, dinamik laborator və sairə), həmçinin aidiyyəti mütəxəssislərin konsultativ baxışlarını tam həcmdə aparmamış, xəstənin vəziyyətinin ağırlığı və hemodinamik göstəricilərinin qeyri stabil olması, yəni xəstədə mövcud olan sol tə rəfli pozulmuş boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanın dayandırılması üçün təxirəsalınmaz operativ müdaxilənin keçirilməsinə ehtiyac olduğu halda, xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək lazımi tədbirlər görməmiş, qanaxmanın mənbəyini aşkar etməmiş və cərrahiyyə əməliyyatının aparılmasını təmin etməməklə, cinayətkarcasına etinasızlıq göstərmiş və bununla da zərərçəkmiş X6 davam edən qanaxmanın qarşısını almamaqla ehtiyatsızlıqdan öldürmüşdür.

5. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a).Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Zaqatala rayon Mərkəzi Xəstəxanasına qarşı «mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 60.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 270 manat dövlət rüsumunun cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən və Zaqatala rayon Mərkəzi Xəstəxanasından müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X3 cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmiş və iddiaçının vəsatəti təmin edilmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə qardaşı oğlu Tural Məmmədovun yas yerində olmuş və qızı Naimə əri ilə yas mərasiminə gəlmişdir. Həmin vaxt Naimə ona soyuqladığı üçün xəstəxanaya getdiyini, orada həkimin müalicə üçün də rman yazdığını və oradan da birbaşa yasa gəldiyini demişdir. Sonra qızı ona Turalın ölümü ilə bağlı vəziyyətinin pis olduğunu görüb «ana, bəs mən də varam axı, sənə bir şey olsa mən nə edərəm, bu qədər pis olma» demişdir. Daha sonra onlar evlərinə getmişlər. Həmin gün, yəni xx.xx.2018-ci il tarixdə o, qardaşı Qərib Məmmədovgildə qalmış, ürəyinə pis şeylər gəldiyi üçün tez-tez Naiməyə, digər qohumılarına zəng etmişdir. Qohumları ona Naimənin qızdırması olduğunu və həkim çağırıb sistem qoşacaqlarını demişlər. Daha sonra qızının vəziyyəti pisləşib deyə ona xəbər etmədən Zaqatala rayon mərkəzi xəstəxanasına aparmışlar. O, bunu həmin gün gecə saat 24-ə qalmış öyrənmiş və birbaşa xəstəxanaya getmişdir. Həmin gecə saat 2-3-ə qədər xəstəxanada olarkən qızının yanına girib çıxmışdır. Daha sonra hək imlər onu qızının yanına buraxmamışlar və komada olduğunu bildirmişlər. xx.xx.2018-ci il tarixdə səhər saat 9-10 radələrində adını bilmədiyi həkim ona qızının öldüyünü bildirmişdir. Onun eyni zamanda həm qardaşı oğlunun hərbi xidmətdə vəfat etməsi, həm də yenicə toyu olmuş qızının vəfat etməsi ilə çəkdiyi mənəvi sarsıntı və iztirabı ondan başqa heç kim hiss edə bilməz. Onun bircə qızı var idi, idman zalında işləməklə aldığı əmək haqqı ilə onu saxlayırdı. Toyu yenicə olmasına baxmayaraq onun dolanışığını qızı təmin edirdi, çünki həyat yoldaşı da qızından əvvəl vəfat etmiş və o, meylini yalnız yeganə qızına salmışdır. Qızını Zaqatala rayonunda dəfn etmişlər. O, bu həsrətə dözə bilməyib qızının nəşini Gəncə şəhərində dəfn etmişdir ki, heç olmasa qızının qəbrini tez-tez ziyarət edə bilsin. Qey d edir ki, Səhiyyənin bərbad vəziyyətdə olması, xüsusən də ana və uşaq ölümlərinin tez-tez baş verməsi göz qabağındadır. Onun təkidli tələbindən sonra Zaqatala rayon Mərkəzi xəstəxanasının həkimləri məsuliyyətə cəlb olunmuşlar. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Səhiyyə Nazirliyinin əməkdaşının – Zaqatala rayon Mərkəzi xəstəxanasının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Qızının vəfatından sonra hələ də özünə gələ bilmir. Kim özünü bir anlıq onun yerinə qoysa, bütün bunlar gözlərinin önündə canlanar. Xüsusilə qeyd etmək istəyir ki, son dönəmlər ana və uşaq ölümü ilə bağlı hadisələrin artması, həkim səhlənkarlığı cəmiyyətdə hiddətə səbəb olmuşdur. Hal-hazıra kimi qızının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə - hər h ansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunvericilik isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum qızının faciəvi ölümü keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir.

9. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının qızının ölümünə səbəb həmin vaxt həkim-cərrah vəzifəsində çalışmış X3 səhlənkar hərəkətləri olmuşdur. İddiaçının ona vurulduğunu dediyi zərər həkimin səhlənkar hərəkətləri nəticəsində baş verə biləcəyindən iddia tələbi məhz X1rşı yönəlməlidir. Zaqatala rayon X7 Hüquqi Şəxsdir və Xəstəxanaya hesablanmış büdcə vəsaiti Maliyyə Nazirliyi tərəfindən müəyyən hesabla ayrılır. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının sözügedən işdə heç bir təqsiri yoxdur. Hal-hazırda Zaqatala Rayon Mərkəzi Xəstəxananın işçilərinin sayı kifayət qədər çoxdur və həmin işçilərin aylıq əmək haqq ı və digər təminatları müəssisə tərəfindən qarşılanır. Xəstəxananın hər işçisinin təqsirinə görə dəymiş zərərin müəssisənin üzərinə qoyulması müəssisənin maliyyə cəhətdən iflas olması ilə nəticələnər. Hal-hazırda isə müəssisənin maliyyə vəziyyəti qənaətbəxş deyildir, iddiaçı tərəfindən tələb olunan məbləğin tərəflərindən qarşılanması mümkünsüzdür. Bu səbəbdən iddianın Zaqatala rayon Mərkəzi Xəstəxanasına aid olan hissəsində rədd edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-672/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində pulun və 135 manat dövlət rüsumunun cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasından tutularaq İddiaçı ödənilməsi, iddianın d igər hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə iddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ağlabatan həddə, yəni 30.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır.

12. Həmçinin məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 30.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə almışdır.

13. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1099.1-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydal arı»nın 13-cü bəndinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərara, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxa nası apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmayaraq tamamilə ədalətsiz bir qətnamə qəbul etmişdir. Belə ki, hazırki işdə meydana gələn hər hansı hüquqazidd hərəkət və ya situasiya Zaqatala rayon X7 hüquqi şəxsin hərəkətləri nəticəsində meydana gəlməmişdir. Mülki işin materiallarından da görünür ki, həkim Məmmədhacı Əlixanov birbaşa olaraq hazırki situasiyada yeganə cavabdeh şəxs kimi tanınmalı olan tərəf idi. Buna baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə mövcud olan məhkəmə hökmlərini düzgün araşdırmamış və hazırki əsassız qərarı çıxarmışdır. Həmçinin ha zırki situasiyada Məmmədhacı Əlixanov məhkəmənin hökmü ilə cinayət törətməkdə təqsirli bilinmişdir və iş üzrə hər hansı bir mülki hüquq pozuntusundan deliktdən söhbət gedə bilməz. Hansı ki, məhkəmə bu fakta əsaslanaraq yaranan məsuliyyəti xəstəxananın üzərinə qoymağa çalışmaqdadır. Halbuki törədilən cinayətə görə yaranan məsuliyyət tamamilə fərdidir və təqsirləndirilən şəxs tərəfindən daşınmaqdadır. Təqsirləndirilən şəxs X2 AR CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərindən kənara çıxaraq baş vermiş cinayət əməlini mülki hüquq pozuntusu kimi nəzərə almışdır. Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını v ə ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Hazırki qərardakı bir çox prosessual pozuntulardan biri də qətnamədə göstərilən maddi zərərin üç cavabdehdən yalnızca birinə yönəldilməsinin hüquqi cəhətdən əsaslandırılmaması ilə bağlıdır. Həmçinin qeyd edir ki, əgər törədilmiş cinayət nəticəsində vurulmuş zərərin Zaqatala rayon Mərkəzi Xəstəxanası tərəfindən ödənilməli olması ilə bağlı zərərçəkmiş tərəfin irəli sürdüyü fikri olsaydı bununla bağlı cinayət işinin gedişində Zaqatala rayon Mərkəzi Xəstəxanasının mülki cavabdeh kimi tanınmasını tələb etməli idi. Lakin görünür ki, Nəsimi rayon Məhkəməsi mülki hüquq pozuntusu ilə törədilmiş cinayət əməli arasındakı fərqi nəzərə ala bilməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4124/2023 nömrəli mülki iş üzrə 2 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkil-Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tamamilə təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində icraat zam anı məhkəmə prosesində sübutlar lazımınca qiymətləndirilməyərək işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Bununla da qərəzli qətnamə qəbul edilmişdir. Hazırki iş üzrə çıxarılmış məhkəmə hökmünün məcburi qüvvəsinə baxmayaraq birinci instansiya məhkəməsi kimi apellyasiya instansiya məhkəməsi də təqsirli hərəkətlərin birbaşa olaraq həkim tərəfindən edilməsi həqiqətini və məsuliyyətin də həmin şəxs tərəfindən daşınmalı olmasını nəzərə almamışdır. Həmçinin, qeyd edir ki, məhkəmə bir neçə cavabdehin ələyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnamənin hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Hazır ki qətnamədəki bir çox prosessual pozuntulardan biri də qətnamədə göstərilən maddi zərərin üç cavabdehdən yalnızca b irinə yönəldilməsinin hüquqi cəhətdən əsaslandırılması ilə bağlıldır.

20. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1099.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 87.2, 88, 217 və 226.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

25. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üç ün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş p rosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Cavabdehin dəlili bağlı apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Zaqatala rayon mərkəzi Xəstəxanasının həkimi olmuş X3 təqsiri səbəbindən iddiaçının qızı vəfat etmiş və onun təqsiri qanuni qüvvədə olan məhkəmə hökmü ilə tə sdiqlənir.

39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 4

1. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

44. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4124/2023 saylı, 02 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar