Məhkəmə qərarları › İş №2(102)-449/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-449/2023

17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-449/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər YYYŞirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, iddiaya cavab verməli olan cavabdeh, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər YYYŞirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və Cavabdeh2nə qarşı «kompensasiya, eləcə də maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2022-ci il tarixli, 2(104)-1845/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı mülkiyyətində Tovuz rayonun Əyyublu kəndində yerləşən 0.37 ha torpaq sahəsi vardır və bu torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 27 aprel 2013-cü il tarixdə qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

2. İddiaçının torpaq sahəsi ilə həmsərhəd olan torpaq sahəsinin mülkiyyətçiləri X9 və qeyriləri ilə X17 Kəməri Şirkəti arasında kəmərin altına düşən torpaq sahəsinə dair 12 fevral 2015ci il tarixli icarə müqaviləsi bağlanmış, icarə müddəti 31 dekabr 2066-cı il tarixə dək müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər YYYŞirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 74000 manat torpağın qiyməti, 20000 manat əldən çıxmış fayda, 5000 manat mənəvi zərər olmaqla, cəmi 99000 manatın cavabdehlərdən birdəfəlik tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 74000 manat torpağın qiyməti, 30000 manat əldən çıxmış fayda, 5000 manat mənəvi zərər olmaqla, cəmi 109000 manatın cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Həmçinin, birinci instansiya məhkəməsində icraat zamanı İddi açı iddia predmetinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 74000 manat torpağın qiyməti, 30000 manat əldən çıxmış fayda, 5000 manat mənəvi zərər olmaqla, cəmi 109000 manatın cavabdehlərdən alınıb ona verilməsi, eləcə də ona məxsus olan Tovuz rayonu Əyyublu kəndində yerləşən 0.37 ha torpaq sahəsinin X18 keçən və mühafizə zolağı hissəsinə dair istismar müddəti ərzində onunla cavabdehlər arasında icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X3 məxsus olan pay torpaq sahəsindən keçir. Bu hal 15 saylı Tovuz LTİ tərəfindən ona verilən mütəxəssis sənədi ilə müəyyən olunub. Mübahisə olunan torpaq sahəsinin ortofoto planında da kəmərin pay torpaq sahəsindən keçməsi açıq-aşkar gös tərilmişdir. 23 oktyabr 2020-ci il tarixli, 10/1924 saylı ekspert rəyi ilə müəyyən olunur ki, onun adına tərtib olunmuş plan və ölçü sənədində olan 0,37 ha torpaq sahəsinin koordinatları ilə X17 Kəmərinin keçdiyi ərazinin 2851 kv metrə qədər hissəsi üst-üstə düşür. Zərər aktı ilə 0,37 ha torpaq sahəsinə dəymiş zərər 74000 manat hesablanmışdır. X17 Kəməri şirkəti ilə X13, X1, X4 və X9 arasında 28 deabr 2007-ci il icarə müqaviləsinə və 26 noyabr 2015-ci il tarixli 2 nömrəli əlavəyə əsasən ümumi sahəsi 0,22217 ha torpaq sahəsi 12 fevral 2015-ci ildən 21 dekabr 2066-ci ilədək cənubi X14 şirkətinin icarəsinə verilməklə onun xeyrinə yüklü edilmişdir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində **********47 saylı reyestr nömrəsi ilə qe ydiyyata alınmışdır. Onun mülkiyyətində olan torpaq sahəsi ilə icarəyə verilmiş torpaq sahəsi bitişikdir. İcarə müqaviləsi Cavabdeh2 tərəfindən təsdiq olunmuş, reyestrdə mülkiyyətçi kimi X13, X1, X4 və X9 göstərilmişdir. Mübahisə olunan torpaq sahəsində hər il əkin işləri ilə məşğul olurlar. Boru kəməri onun mülkiyyətində olan torpaq sahəsindən keçsə də, onunla icarə müqaviləsi bağlanmamışdır. İllik olaraq 9000-10000 manat gəlir götürürdülər. 0,01 ha torpaq sahəsindən gəliri 2000 manat 0,37 ha torpaqdan isə 74000 manat dəyərləndirir, mənəvi iztirabını isə 5000 manat qiymətləndirir. Cavabdehlərə mübahisə ilə bağlı müraciət etsə də, öz aralarında razılığa gəlməmişlər.

6. İş üzrə Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxs us torpaq sahəsindən kəmər keçəcək olsa idi, onunla müqavilə bağlanardı. Belə bir müqavilə yoxdur. Ona görə də, iddianın təmin edilməməsini xahiş edir.

7. İş üzrə cavabdeh “BP Exploration (Shah Deniz) Limited” Şirkətinin etibarnamə üzrə nümayəndəsi (vəkil) X7 iddia tələbinə etiraz edərək bildirmişdir ki, boru kəməri yerin altından keçir. Mülki işə əlavə olunmuş ekspert rəyində koordinatlar göstərilməyib. Kəmər mübahisəli ərazidən keçmir. Əgər qaz kəməri iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçirsə, onunla müqavilə bağlanardı. İşə əlavə olunmuş zərər aktı mötəbər sübut deyil. Torpağın dəyəri ödənilirsə, alqı-satqı müqaviləsi bağlanardı. İddianı tam əsassız hesab edir. Belə ki, iddiaçı inzibati məhkəməyə müraciət etməli, öhdəlik qoyulmalı, sonra kompensasiya tələb edə bilər. Ona görə də iddianın təmin olunmamasını xahiş edir.

8. Birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2020-ci il tarixli 10/1924 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən İddiaçı adına qeydə alınmış RX ******* saylı çıxarışa əsasən verilmiş plan və ölçü sənədində olan 0.37 ha torpaq sahəsinin koordinatları ilə X17 Kəmərinin keçdiyi ərazinin 2851 kv.m-ə qədər hissəsi üst-üstə düşür.

9. İddiaçı ona vurulmuş ziyanın məbləğinə dair sübut kimi Tovuz Rayon Kooperativ Cəmiyyətləri İttifaqı tərəfindən verilmiş zərər aktını təqdim etmişdir. Həmin aktda iddiaçıya məxus Tovuz rayonu Əyyublu kəndində yerləşən 0.37 ha torpaq sahəsinin qiymətinin 74000 manat, illik gəlirinin 10000 manat tə şkil etdiyi göstərilib.

10. Tovuz Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(062)-542/2022 nömrəli qətnaməsi ilə (hakim Q.Y.Baxşıyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və «BP Exploration (Shah Deniz) Limited as Operator of: X11» LTD-dən birdəfəlik və müştərək qaydada 57000 manat məbləğində pulun tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 50 (əlli) manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh2 və «BP Exploration (Shah Deniz) Limited as Operator of: X11» LTD-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Tovuz Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(062)-15/2021 nömrəli qərardadı ilə İddiaçı məhkəmədə Cavabdeh2nə qarşı iddia tələbinin cavabdehin üzərinə icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulmas ı hissəsinə xitam verilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə edilən torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin olunmuş, lakin mütəxəssis rəyi olmadığına görə geri qaytarılmışdır. Tərəflər əlavə mütəxəssis rəyi təqdim edə bilməmişlər. Bu səbəbdən məhkəmə iddiaçının təqdim etdiyi rəyi əsaslı hesab edərək kifayətlənmiş və təkrarən ekspertizaya göndərməmişdir.

13. Beləliklə, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Tovuz rayon Əyyublu kəndində yerləşən ümumi sahəsi 0,37 ha torpaq sahəsi **********73 saylı çıxarışa əsasən, dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. İşdə olan sübutlarla müəyyən olunur ki, iddiaçıya məxsus ümumi sahəsi 2851 kv.metr torpaq sahəsindən respublika əhəmiyyətli X17 kəmə ri çəkilmişdir. Kəmərin mübahisəli torpaqdan keçməsi işdə olan 23 oktyabr 2020-ci il tarixli 10/1924 saylı ekspert rəyi ilə müəyyən olunmuş və bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Tərəflər məhkəməyə həmin torpaq sahəsi ilə bağlı icarə müqaviləsi təqdim etməmişlər. Göründüyü kimi, 2851 kv.metr torpaq sahəsinə dair tərəflər arasında icarə müqaviləsi mövcud deyil. İşdə olan zərər aktı ilə vurulmuş ziyan 74000 manat hesablanmışdır. Sübutetmə yükü tərəflərin üzərinə düşdüyündən cavabdeh tərəf vurulmuş zərərin nə qədər olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir. Boru kəməri iddiaçının mülkiyyətində olan torpağın 2851 kv.metr hissəsindən keçdiyindən, 0,37 ha torpaq sahəsinə vurulmuş zərəri zərər aktı ilə 74000 manat qiymətləndirildiyindən, məhkəmə vurulmuş zərəri 28,5 h a torpaq sahəsi üçün 57000 manat qiymətləndirir və vurulmuş ziyanın cavabdehlərdən alınıb iddiaçıya ödənilməsini ədalətli hesab etmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 1096.1, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunun 3.1.1, 4.1, 8.1, 8.2.1, 9.1, 10.1, 18.1, 54.1, 58.1, 58.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh YYYŞirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, cavabdehə qarşı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2022-ci il tarixli, 2(104)1845/2022 nömrəli qətnaməsi ilə (hakim Ə.G.Abdullayev (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməsi cavabdehlər Cavabdeh2 və «BP Exploration (Shah Deniz) Limited as Operator of: X11» LTD-dən birdəfəlik və müştərək qaydada 57000 manat məbləğində pulun tutulub İddiaçı ödənilməsi və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbinin həmin hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, İddiaçı 60 manat alınaraq Əmlak Məsələləri Dövlət Xidməti yanınd a Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin «Kapital bankın» Tovuz filialındakı hesabına, 50 manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı məxsus torpaq sahəsinin dövlət ehtiyaclarına alınmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməmiş, eləcə də iddiaçı ilə torpağa dair icarə müqaviləsi bağlanmamışdır. Bundan başqa, iddiaçı tərəfin verdiyi izahatlara əsasən, torpaq sahəsi hal-hazırda da İddiaçı özünün sahibliyində və istifadəsindədir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, t orpaq sahəsinin dövlət ehtiyaclarına alınması kompensasiyası İddiaçı ödənilə bilməz.

18. Bundan əlavə, torpaq sahələrinin dövlət ehtiyaclarına alınması ilə bağlı qərar qəbul edilməsi və həmin qərarların icrası ilə bağlı digər zəruri hərəkətlərin həyata keçirilməsi funksiyasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, YYYŞirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi hazırkı iş üzrə iddianın təmin olunan hissəsi üzrə cavabdehlik daşıyan şəxs deyil.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci, 2-ci, Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1-ci, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunun 3.1, 4.1, 6, 7, 8, 9, 18, 19, 23-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2022-ci il tarixli, 2(104)-1845/2022 nömrəli qətnaməsinin ləğv edərək işə yenidən baxılması üçün göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

21. Kassasiya şikayəti iddia ərizəsinin əsaslandırılması zamanı irəli sürülən dəlillərlə əsaslandırılıb və əlavə olaraq qeyd olunub ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

23. A zərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bil ər.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

30. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

31. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olm aq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanun

32. Maddə 3.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyacıdır.

33. Maddə 4.1. Dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna u yğun olaraq alına bilər.

34. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir.

35. Maddə 8.5. Nəzarət orqanı öz mülahizəsinə görə alınmanın bu Qanunla müəyyən edilmiş tələblərə riayət edilməməklə həyata keçirildiyini hesab etdiyi hallarda, alınma prosesinin istənilən mərhələsində alan orqan tərəfindən torpaq üzərində hüquqların alınması, alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsi, torpaqda mövcud tikililərin sökülməsi, tikinti işlərinin aparılması da daxil olmaqla, hər hansı işlərin və hərəkətlərin dərhal dayandırılması haqqında sonuncuya icrası məcburi olan göstərişlər verə bilər. Bu göstərişin yerinə yetirilməsinin təmin edi lməməsi nəticəsində maraqlı şəxsə dəymiş ziyan alan orqan tərəfindən ödənilir.

36. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir.

37. Maddə 80.1. Dövlət orqanlarının və ya bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88 M əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

45. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normaları pozulduğuna görə kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

47. Belə ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 aprel 2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışda əksini tapmış 0.37 ha torpaq sahəsinin 2851 kv.m-ə qədər hissəsindən X17 Kəməri keçir.

48. Lakin boru kəmərinin çəkilməsi iddiaçı ilə razılaşdırılmamış, buna görə ona kompensasiya ödənilməmişdir. Halbuki, Mülki Məcəllənin 169.2-ci maddəsinə əsasən, hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.

49. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir.

50. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, torpaq sahəsi hal-hazırda da İddiaçı özünün sahibliyində və istifadəsindədir. Belə olan halda, torpaq sahəsinin dövlət ehtiyaclarına alınması kompensasiyası İddiaçı ödənilə bilməz.

51. Nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində boru xətti ke çir və işə əlavə olunmuş hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan, icarə haqqında müqavilədən və layihə üzrə kompensasiya məbləğinin hesablanması haqqında cədvəldən (1-ci cild səh. 56, 2-ci cild səh. 362, 363) görünür ki, iddiaçı ilə qonşu torpaq sahəsinin mülkiyyətçilərinə boru xəttinin keçməsinə görə kompensasiya ödənilmiş və torpaq sahəsi icarəyə götürülmüşdür. Torpaq sahəsinin X17 Kəməri Şirkətinin (X8 Company Limited) xeyrinə yüklü olması xx.xx.2016-cı ildə qeydiyyata alınmışdır.

52. Məhkəmə, qonşu torpaq sahəsinin mülkiyyətçilərinə kompensasiya ödənildiyi halda iddiaçıya kompensasiya ödənilməsinin mümkünsüzlüyünü əsaslandırmamışdır.

53. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı məxsus torpaq sahəsinin dövlət ehti yaclarına alınmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul edilməmişdir. Torpaq sahələrinin dövlət ehtiyaclarına alınması ilə bağlı qərar qəbul edilməsi və həmin qərarların icrası ilə bağlı digər zəruri hərəkətlərin həyata keçirilməsi funksiyasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, YYYŞirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi hazırkı iş üzrə iddianın təmin olunan hissəsi üzrə cavabdehlik daşıyan şəxs deyil.

54. Lakin əvvəla nəzərə alınmalıdır ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 54.2-ci maddəsinə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir.

55. Həmin Qanunun 80.1-ci maddəsinə əsasən, dövlət orqanlarının və ya bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz.

56. Bundan başqa, məhkəmə öz qətnaməsində də qeyd etmişdir ki, Qanunun 6.1-ci maddəsinə görə torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir.

57. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövc udluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. 58. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentxx.xx.2011-ci il tarixli Fərmanının 1.1-ci bəndinsə müəyyən edilmişdir ki, Həmin Qanunun 6.3-cü, 8.4-cü, 9.1-ci, 9.2.6-cı,... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

59. İşə baxmış məhkəmə, ümumiyyətlə X18 Şirkətinə məxsus borunun keçdiyi torpaq sahələrinin alınması üçün alan orqanın müəyyən edilib edilmədiyini araşdırmamışdır. Bu hal on a görə zəruri idi ki, əvvəla yuxarıda qeyd olunduğu kimi iddiaçının qonşuluğunda yerləşən mülkiyyətçi ilə icarə müqaviləsini Cavabdeh2 Əyyublu İƏD üzrə nümayəndəsi imzalamışdır. Baxılan iddiada cavabdeh qismində həm də Cavabdeh2 qeyd olunmuş, tələb olunan məbləğin digər cavabdeh YYYŞirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən müştərək qaydada tutulmasını tələb edib. Bu halda verilmiş iddiada cavabdeh kimi göstərilən Cavabdeh2 cavabdeh olub olmamasına qəti cavab verilməlidir. 60. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 6.1-ci maddəsinə uyğun olaraq alan orqanın müəyyən olunması barədə qərarın, habelə 9.1-ci maddəsinə uyğun torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə müvafiq icra hakimiyyəti orqanının qərarının olması müəyyən edil mədiyi halda, iddianın alan orqana qarşı verilməli olması barədə dəlil özlüyündə ziddiyyətlidir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır.

62. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır.

63. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əh əmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı).

64. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələ blərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, YYYŞirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin X17 Kəməri Şirkətinin (X8 Company Limited) hüquq varisliyini araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2022-ci il tarixli, 2(104)1845/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar