Məhkəmə qərarları › İş №2(102)-4490/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4490/2021

07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4490/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlu Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Səbail Rayon Məhkəməsinin 2(009)-1849/2020 saylı, 27.10.2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş. Abdullayev) İddiaçı Cavabdehnə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini ömürlük 25% itirilməsi ilə əlaqədar sağlamlığa vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, hər ay ömürlük zərərin əvəzinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.02.2021-ci il tarixli, 2(103)1605/2021 saylı qətnaməsi ilə (hakim A. N. İmanov), birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəməyə daxil olmuşdur. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi 30.06.2021-ci il tarixli, 2(103)-1605/21 saylı məktubla Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət edərək iş üzrə İddiaçı tərəfindən də kassasiya şikayəti verildiyini bildirmiş və həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin kassasiya baxışından çıxarılıb Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nin müraciətinə əsasən hazırki iş kassasiya icraatına qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03.02.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya icraatına qəbul edilmədən mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar