Məhkəmə qərarları › İş №2(102)-4501/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4501/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4501/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka müqaviləsinin etibarsızlığı, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1346/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh və ya Bank) ilə X1 arasında bağlanmış 40L000000682 saylı, 17 iyun 2014-cü il tarixli kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında 17 iyun 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən, iddiaçıya məxsus Masallı şəhəri, Qarabağ küçəsi, ev 22, mənzil 24 (bundan sonra – ipoteka predmeti) ipoteka ilə yüklü edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-485/2018 nömrəli iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, Bankın hazırkı iş üzrə iddiaçıya və qeyrilərin ə qarşı iddiası qismən təmin edilərək, kredit razılaşmaları üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Banka qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Bank arasında bağlanmış 17.06.2014-cü il tarixli ipoteka müqaviləsi və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsi bağlanan zaman “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) şərtlərinə əməl olunmamışdır. Belə ki, həmin Qanuna əsasən, əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin onunla bağlanmış ipoteka müqaviləsində əsas öhdəliyin məbləği qeyd olunmamışdır, halbuki, xxx bağlanmış 17.06.2014-cü il tarixli kredit xətti müqaviləsində əsas öhdəliyin məbləği müəyyən edilməmiş, həmin məbləğ sonrakı tarixlərdə bağlanmış kredit razılaşmaları ilə müəyyən olunmuşdur. Belə olan halda, ipoteka müqaviləsi qanunun tələblərini pozmaqla bağlandığından bağlandığı andan etibarsız olan əqddir. Çıxarış da həmin müqavilə əsasında verildiyi üçün, çıxarış da etibarsız hesab olunmalı və ipotekaya xitam verilməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarı da mövcuddur və həmin qərarda da qeyd olunmuşdur ki, kredit xətti müqaviləsində əsas öhdəlik müəyyən olunmayıbsa, ipotekaya xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi X2 izahatında iddianın əsassız olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmiş, həmçinin qeyd etmişdir ki, borcun tutulması ilə bağlı artıq Masallı Rayon Məhkəməsinin qətnaməsi vardır. İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş bir illik iddia müddətinə əməl etməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-2954/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim – G.Axundova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının dəlilləri əsassızdır. Belə ki, tərəflər a rasında bağlanmış ipoteka müqaviləsindən müəyyən olunur ki, müqavilədə kredit xəttinin məbləği 50.000 ABŞ dolları, müddəti 120 ay olmuşdur. Beləliklə, ipoteka müqaviləsində məbləğ, valyuta və müddət göstərilmişdir. O cümlədən, iddia ərizəsinə əlavə edilmiş ödəniş planına dəyişikliyə dair sənəddən də müəyyən olunmuşdur ki, iddiaçı həmin ödənişlə tanış olaraq razı olduğunu qeyd etmişdir. Məhkəmə eyni zamanda göstərmişdir ki, kredit borcunun ipoteka predmetinə yönəldilməsi barədə tələbə 2018-ci ildə, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə isə 21 fevral 2019-cu il tarixdə baxılmasına baxmayaraq, iddiaçı ipoteka müqaviləsinin etibarsızlığını bir il müddət keçdikdən sonra mübahisələndirmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 354.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1346/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), X.Cəmilova və E.Mehdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ipoteka müqaviləsində əsas öhdəliyin məbləği göstərilmişdir. Belə ki, m üqavilənin 1.1-ci bəndində qeyd olunmuşdur ki, kredit xəttinin məbləği 50.000 ABŞ dollarıdır. Odur ki, ipoteka müqaviləsi bağlanarkən “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsinin göstərişinə əməl edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüqu q normalarının pozuntusuna yol vermiş, normaları düzgün tətbiq etməmiş, sübutları hərtərəfli araşdırmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozmuşdur. Kassasiya şikayətinin əsası kimi MPM-in 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri M PM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Qanun Madd ə 10.5. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoya nın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, işə baxmış məhkəmələr tərəfindən müəyyən edildiyi kimi Masallı Rayon Məhkəməsinin 2(050)485/2018 nömrəli iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, Bankın hazırkı iş üzrə iddiaçıya və qeyrilərinə qarşı iddiası qismən təmin edilərək, kredit razılaşmaları üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi qət olunmuşdur. Qanuni qüvvəyə minmiş həmin məhkəmə aktında işə baxmış məhkəmə tərəflər arasında etibarlı ipoteka müqaviləsinin bağlandığı dəlilindən çıxış edərək, ipoteka predmetinə tutma yönəldilməsi barədə iddia tələbini əsaslı hesab etmişdir. Başqa sözlə, həmin iş üzrə tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin etibarlı əqd olduğu müəyyən edilmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən baxılan iş üzrə iddiaçının tərəf olduğu həmin məhkəmə baxışında müəyyən edilmiş fakt hazırkı məhkəmə baxışında mübahisələndirilə bilməz və yenidən sübut edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1346/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar