Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4504/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əmlakların qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-454/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra-iddiaçı) ilə Cavabdeh1 (bundan sonra-cavabdeh) 23 avqust 2019-cu il tarixdə faktiki nikah münasibətlərinə daxil olublar bu nikahdan tərəflərin bir övladları doğulmuşdur.
2. Mübahisə iddiaçıya məxsus cehiz əmlakların cavabdehlər tərəfindən qaytarılmaması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyində və istifadəsində olan 9 adda qızıl-zinət əşyalarının, 55 adda cehiz əmlakının, 13 adda geyim əşyalarının və ya onların pul ilə bazar dəyərinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsasl andırılıb ki, cavabdehlə ailə həyatı qurduğu zaman iddiaçıya qızıl-zinət və cehiz əşyaları hədiyyə olunmuşdur. İddiaçıya hədiyyə edilmiş qızılzinət əşyaları cavabdehlər tərəfindən onun əlindən alınmış, cehiz əşyaları isə cavabdehin qanunsuz istifadəsindədir.
5. İddiaçıya cavabdeh tərəfindən hədiyyə verilən qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: dəyəri 2340 manat olan 1 ədəd 750 əyarlı 19,5 qram çəkidə “yolka” sep zəncir, dəyəri 330 manat olan 1 ədəd 585 əyarlı 4,2 qram çəkidə qolbağ, dəyəri 120 manat olan 1 ədəd 583 əyarlı 1,5 qram çəkidə halqa üzük, dəyəri 290 manat olan 1 cüt 583 əyarlı 3,6 qram çəkidə sfetofor formalı sırğa, dəyəri 3750 manat olan 1 ədəd 585 əyarlı 25 qram çəkidə brilyant qaşlı kolye dəsti, dəyəri 330 manat olan 1 ədəd 585 əyarlı 4,2 qram çəkidə üzük, dəyəri 30 0 manat olan 1 ədəd 585 əyarlı 3,7 qram çəkidə sep kulon, dəyəri 220 manat olan 1 ədəd 585 əyarlı 2,7 qram çəkidə sep kulon, dəyəri 800 manat olan 1 ədəd 585 əyarlı 4 qram çəkidə brilyant qaşlı tək qaş üzük.
6. Cehizlər aşağıdakı əşyalardan ibarətdir: 1500 manat dəyərində qonaq dəsti mebeli, 1100 manat dəyərində yataq dəsti mebeli, 700 manat dəyərində divan, 500 manat dəyərində qonaq otağı üçün çilçıraq, 60 manat dəyərində yataq otağı üçün çilçıraq, 350, 280, 190 manat dəyərində 3 ədəd xalça, 110 manat dəyərində 3 ədəd dəhliz xalçası, 500 manat dəyərində qonaq otağı pərdəsi, 350 manat dəyərində yataq otağı pərdəsi, 200 manat dəyərində mətbəx stolu və 4 ədəd stul, 1700 manat dəyərində 150 ekranlı “Samsung” markalı televizor, 260 manat dəyərində “Bosch” markalı tozsoran, 1000 manat dəyərində “Bosch” markalı qabyuyan, 1100 manat dəyərində “Bosch” markalı paltaryuyan, 900 manat dəyərində “İndesit” markalı soyuducu, 160 manat dəyərində “Bosch” markalı ütü, 150 manat dəyərində elektrik qazanı, 90 manat dəyərində elektrik çaydan, 30 manat dəyərində toster, 130 manat dəyərində elektrik soba, 80 manat dəyərində divar portreti, 120 manat dəyərində açılıb-bağlanan juma, 350 manat dəyərində “Versage” (serviz) boşqab dəsti hər birində 18 ədəd, 80 manat dəyərində 12 ədəd büllur stəkan, 120 manat dəyərində 12 ədəd büllur bakal, 160 manat dəyərində 2 ədəd dolça dəsti, 150 manat dəyərində 12 ədəd Çexiya istehsalı olan büllur qab (Bohemia), 130 manat dəyərində 2 ədəd gümüş çərəz qabı, 120 manat dəyərində 8 gözlü konfet qabı, 350 manat dəyərində 2 ədəd meduza formalı güldan və 1 ədəd meyvə qa bı, 400 manat dəyərində 6 ədəd büllur meyvə vazaları, 100 manat dəyərində hər dəstdə 24 ədəd qaşıq dəsti, 80 manat dəyərində 12 ədəd büllur qədəh, 60 manat dəyərində 2 ədəd büllur kül qabı, 180 manat dəyərində 2 ədəd qranit qazan dəsti, 350 manat dəyərində “Karaca” markalı qazan dəsti, 2 ədəd 120 manat və 60 manat dəyərində aş qazanı, 160 manat dəyərində 2 ədəd paslanmaz poladdan qazan dəsti, 20 manat dəyərində 5 ədəd mətbəx ləyəni, 25 manat və 30 manat dəyərində 12 ədəd fincan dəsti, 18 manat dəyərində mətbəx üçün qab yığılan, 35 manat dəyərində ayaqqabı qoyulan, 17 manat dəyərində döşəmə yumaq üçün vedrə, 1000 manat dəyərində 10 ədəd yataq dəsti, 450 manat dəyərində 5 ədəd yun ədyal, 150 manat dəyərində yataq örtüyü, 40 manat dəyərində yay fəsli üçün yataq dəsti, 140 manat dəyərində 3 ədəd büllur güldan, 120 manat dəyərində şirəçəkən, 30 manat dəyərində blender, 50 manat dəyərində ütü altlığı, 120 manat dəyərində 30 ədəd çay dəsmalı, 500 manat dəyərində 25 ədəd hamam dəsmalı, 420 manat dəyərində 30 cüt əl dəsmalı, 500 manat dəyərində 6 ədəd süfrə.
7. Geyim əşyaları aşağıdakılardır: qara rəngli şuba, 4 ədəd dəri gödəkcə, 3 ədəd palto, 5 ədəd uzunboğaz çəkmə, 10 ədəd yay ayaqqabısı, 5 ədəd idman ayaqqabısı, 10 ədəd şalvar, 10 ədəd yay köynəyi, 12 ədəd yay köynəyi, 4 ədəd don, 14 ədəd gündəlik don, 2 ədəd jilet və 5 ədəd çanta.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 34.1-ci maddəsinə istinad etmişdir.
9. Cavabdehlərin nümayəndəsi (anaları) iddaya yazılı etiraz verib. Etirazın dəlilləri: - Cavabdeh2 iddiaya heç bir aidiyyatı yoxdur, sadəcə bundan öncə Cavabd eh1 qarşı qaldırlkan iddia geri qaytarılıb, iddiaçı yeni predmet formasında iddia qaldırmaq üçün Cavabdeh2 əlavə cavabdeh kmi qeyd edib; - Cavabdeh1 həqiqi hərbi xidmətdədir, onun iddiaçı ilə rəsmi nikahı olmayıb, faktiki ər-arvad olublar; - iddiaçı onların evindən 100000 manat dəyərində qızıl oğurlayıb, buna görə də qızılları qaytarmamaq üçün bu iddianı verib; - iddiaçı gəlin gələndə heç bir dəyərli cehiz gətirməyib, hamısını onlar özü alıb; - iddiaçının qızılların qiyməti barədə təqdim etdiyi arayış iddianın təmin edilməsinə əsas vermir, həm də arayış saxtadır.
10. Cavabdeh2 birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərib ki, iddiaçının dediklərində yalnız bir gerçək fakt ondan ibarətdir ki, iddiaçı gəlin köçərkən kirayə mənzilə gəlib və həmin mənzilin kirayə olduğunu lap əvvəldən bilib. Lakin sadalanan cehiz əşyalarını bütünlüklə onun mərhum atası Hafiz Abbasov öz oğlu üçün hədiyyə edib. İddiaçının valideynləri tərəfindən iddiaçıya hər-hansı bir cehiz əşyası verilməyib, ümumiyyətlə, bir manat belə xərcləri çıxmayıb. Toyun bütün xərcləri, qızıl-zinət əşyaları, iddiaçının həyat yoldaşı ilə yaşayışları üçün evə zəruri olan bütün əşyalar onun mərhum atası tərəfindən alınıb. Onun valideynlərinin yaşadığı mənzilə qonşu mənzili toy ərəfəsi kirayəyə götürərək həmin mənzilə zəruri olan bütün əşyalar qoyulub. İddiaçı toy ərəfəsi ona verilmiş qızıl-zinət əşyalarından başqa, onun anasına məxsus xeyli miqdarda qızıl-zinət əşyalarını onların rayonda nənəsinin dəfn mərasimində olmağından istifadə edərək oğurlayıb. Bu fakt üzə çıxdıqdan sonra iddiaçının atasına zəng edili b, iddiaçının atası onlara gələrək xahiş edib ki, bu söhbət böyüdülməsin, bütün əşyaları geri qaytaracaq. Lakin bir müddət keçdikdən sonra oğurlanmış qızıl-zinət əşyaları və onların dəyəri geri qaytarılmadığından bu barədə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmişlər.
11. Birinci instansiya məhkəməsində şahid X5 ifadəsində bildirmişdir ki, o tərəfləri tanımır, iddiaçını ilk dəfədir ki, görür, lakin iddiaçının atası Əli Dünyamalıyevi tanıyır. Belə ki, o, özü mebel mağazasında fəhlə işləyir. Əli Dünyamalıyev 2019-cu ilin yay aylarında “Əl-Riyad” ticarət mərkəzində Elşad adlı şəxsin “Zirvə” mebel dükanından cehiz mebeli alıb. Elşad müəllim onlara bildirib ki, bu mebellər Bakı şəhəri, Yasamal rayonunda yerləşən Asan Xidmət ilə üzbəüz olan binadakı mənzilə daşınacaq. Həmin vaxt m ebellər Gəncə şəhərindən gəlməli idi. Mebelləri deyilən ünvana daşıyıblar.
12. Yasamal Rayon Məhkəməsinin 2(004)-2997/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Orxan Məmmədli)
13. Birinci instansiya məhkəməsi müəyyən edib ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərinə daxil olmuşlar. Birgə nikahdan bir övladı dünyaya gəlmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı cavabdehlərdən cehiz və qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb etsə də, həmin əmlakların məhz cavabdehdə olmasına dair iş materiallarına heç bir sənəd və sübut əlavə etməmişdir. Həmçinin iddiaçı tərəfindən göstərilən hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmir.
15. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 157.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı tələb etdiyi qızıl-zinət və cehiz əşyalarının cavabdehlərdə olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki iddiaçı tərəfindən cehiz əmlakına daxil olan məişət əşyalarının alınması ilə bağlı məhkəməyə beşdən artıq müqavilə təqdim edilmişdir; - bundan əlavə şahid X5 həqiqətən iddiaçının atası Əli Dünyamalıyev tərəfindən “Ər Riyad” ticarət mərkəzində yerləşən “Zirvə” mebel mağazasından mebel sifariş edildiyini və həmin mebellərin cavabdehlərin yaşadığı ünvana aparıldığını bildirmişdir.
18. Apellyasiya baxışında şahid qismində dindirilmiş X1 və X6 ifadələrində iddia ərizəsində qeyd olunan cehiz və qızıl-zinət əşyalarının həqiqətən iddiaçıya hədiyyə olunduğunu, cehiz əşyalarının İddiaçı gəlin köçdüyü mənzilə yerləşdirilməsində iştirak etdiklərini göstərmişlər. X2 isə Türkiyədən mal gətirib satmaqla məşğul olduğunu, iddiaçının anası tərəfindən qızı Səidə üçün ondan bəzi cehiz əşyaları (çaydan, çaynik, servislər, yataq örtükləri, büllur qablar və s.) alındığını bildirmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi iddiada göstərilən əmlakların qiymətinin müəəyən edilməsi məqsədilə 21 dekabr 2021-ci il tarixli qərardadla qiymətləndirici təyin etmişdir. 20. "xxxx" MMC-nin 24 fevral 2022-ci il tarixli hesabatına əsasən 1 ədəd 750 əyarlı 19,5 qram çəkidə “yolka” sep zəncirin dəyəri 1750 manat, 1 ədəd 585 əyarlı 4,2 qram çəkidə qolbağın dəyəri 350 manat, 1 ədəd 583 əyarlı 1,5 qram çəkidə halqa üzüyün dəyəri 120 manat, 1 cüt 583 əyarlı 3,6 qram çəkidə sfetofor formalı sırğanın dəyəri 300 manat, 1 ədəd 585 əyarlı 25 qram çəkidə brilyant qaşlı kolye dəstinin dəyəri 3000 manat, 1 ədəd 585 əyarlı 4,2 qram çəkidə üzüyün dəyəri 350 manat, 1 ədəd 585 əyarlı 3,7 qram çəkidə sep kulonun dəyəri 300 manat, 1 ədəd 585 əyarlı 2,7 qram çəkidə sep kulonun dəyəri 220 manat, 1 ədəd 585 əyarlı 4 qram çəkidə brilyant qaşlı tək qaş üzüyün dəyəri 500 manat, qonaq dəsti mebelinin dəyəri 2000 manat, yataq dəsti mebelinin dəyəri 1600 manat, divanın dəyəri 500 manat, qonaq otağı üçün çilçırağın dəyəri 350 manat, yataq otağı üçün çilç ırağın dəyəri 100 manat, 3 ədəd xalçanın hər birinin dəyəri 300 manat, 3 ədəd dəhliz xalçasının hər birinin dəyəri 100 manat, qonaq otağı pərdəsinin dəyəri 900 manat, yataq otağı pərdəsinin dəyəri 200 manat, mətbəx stolu və 4 ədəd stulun dəyəri 100 manat, 150 ekranlı “Samsung” markalı televizorun dəyəri 900 manat, “Bosch” markalı tozsoranın dəyəri 130 manat, “Bosch” markalı qabyuyanın dəyəri 500 manat, “Bosch” markalı paltaryuyanın dəyəri 600 manat, “İndesit” markalı soyuducunun dəyəri 900 manat, “Bosch” markalı ütünün dəyəri 80 manat, elektrik qazanının dəyəri 30 manat, elektrik çaydanının dəyəri 50 manat, tosterin dəyəri 35 manat, elektrik sobanın dəyəri 150 manat, divar portretinin dəyəri 60 manat, açılıb-bağlanan jumanın dəyəri 120 manat, “Versage” (serviz) boşqab dəsti hər birində 18 ədəd-dəyəri 550 manat, 12 ədəd büllur stəkanın dəyəri 70 manat, 12 ədəd büllur bakalın dəyəri 70 manat, 2 ədəd dolça dəstinin dəyəri 80 manat, 12 ədəd Çexiya istehsalı olan büllur qab (Bohemia)-dəyəri 120 manat, 2 ədəd gümüş çərəz qabın dəyəri 50+70=120 manat, 8 gözlü konfet qabının dəyəri 70 manat, 2 ədəd meduza formalı güldanın dəyəri 45+30=75 manat və 1 ədəd meyvə qabının dəyəri 30 manat, 6 ədəd büllur meyvə vazalarının dəyəri 120 manat, hər dəstdə 24 ədəd qaşıq dəstinin dəyəri 22 manat, 12 ədəd büllur qədəhin dəyəri 50 manat, 2 ədəd büllur kül qabının dəyəri 20 manat, 2 ədəd qranit qazan dəstinin dəyəri 300 manat, “Karaca” markalı qazan dəstinin dəyəri 200 manat, 2 ədəd aş qazanının dəyəri 80 manat, 2 ədəd paslanmaz poladdan qazan dəstinin dəyəri 80 manat, 5 ədəd mətbəx ləyəninin dəyər i 50 manat, 12 ədəd fincan dəstinin dəyəri 35 manat, mətbəx üçün qab yığılanın dəyəri 16 manat, ayaqqabı qoyulanın dəyəri 25 manat, döşəmə yumaq üçün vedrənin dəyəri 10 manat, 10 ədəd yataq dəstinin dəyəri 700 manat, 5 ədəd yun ədyalın dəyəri 150 manat, yataq örtüyünün dəyəri 80 manat, yay fəsli üçün yataq dəstinin dəyəri 60 manat, 3 ədəd büllur güldanın dəyəri 90 manat, şirəçəkənin dəyəri 110 manat, blenderin dəyəri 30 manat, ütü altlığının dəyəri 33 manat, 30 ədəd çay dəsmalının dəyəri 150 manat, 25 ədəd hamam dəsmalının dəyəri 500 manat, 30 cüt əl dəsmalının dəyəri 300 manat, 6 ədəd süfrənin dəyıri 240 manat, qara rəngli şubanın dəyəri 1200 manat, 4 ədəd dəri gödəkcənin dəyəri 400 manat, 3 ədəd paltonun dəyəri 270 manat, 5 ədəd uzunboğaz çəkmənin dəyəri 150 manat, 10 ədəd yay ayaqqabı sının dəyəri 200 manat, 5 ədəd idman ayaqqabısının dəyəri 100 manat, 10 ədəd şalvarın dəyəri 250 manat, 10 ədəd yay köynəyinin dəyəri 100 manat, 12 ədəd yay köynəyinin dəyəri 180 manat, 4 ədəd donun dəyəri 140 manat, 14 ədəd gündəlik donun dəyəri 280 manat, 2 ədəd jiletin dəyəri 40 manat və 5 ədəd çantanın dəyəri 150 manatdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-454/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilərək, 1500 manat dəyərində qonaq dəsti mebeli, 1100 manat dəyərində yataq dəsti mebeli, 500 manat dəyərində divan, 350 manat dəyərində qonaq otağı üçün çilçıraq, 60 manat dəyərində yataq otağı üçün çilçıraq, 350, 280, 190 manat dəyərində 3 ədəd xalça, hər biri 100 manat dəyərində 3 ədəd dəhliz xalçası, 500 manat dəyərində qonaq otağı pərdəsi, 200 manat dəyərində yataq otağı pərdəsi, 100 manat dəyərində mətbəx stolu və 4 ədəd stul, 900 manat dəyərində 150 ekranlı “Samsung” markalı televizor, 130 manat dəyərində “Bosch” markalı tozsoran, 500 manat dəyərində “Bosch” markalı qabyuyan, 600 manat dəyərində “Bosch” markalı paltaryuyan, 900 manat dəyərində “İndesit” markalı soyuducu, 80 manat dəyərində “Bosch” markalı ütü, 30 manat dəyərində elektrik qazanı, 50 manat dəyərində elektrik çaydan, 30 manat dəyərində toster, 130 manat dəyərində elektrik soba, 60 manat dəyərində divar portreti, 120 manat dəyərində açılıb-bağlanan juma, 350 manat dəyərində “Versage” (serviz) boşqab dəsti hər birində 18 ədəd, 70 manat dəy ərində 12 ədəd büllur stəkan, 70 manat dəyərində 12 ədəd büllur bakal, 80 manat dəyərində 2 ədəd dolça dəsti, 120 manat dəyərində 12 ədəd Çexiya istehsalı olan büllur qab (Bohemia), cəmi 120 manat dəyərində 2 ədəd gümüş çərəz qabı, 70 manat dəyərində 8 gözlü konfet qabı, cəmi 75 manat dəyərində 2 ədəd meduza formalı güldan və 30 manat dəyərində 1 ədəd meyvə qabı, 120 manat dəyərində 6 ədəd büllur meyvə vazaları, 22 manat dəyərində hər dəstdə 24 ədəd qaşıq dəsti, 50 manat dəyərində 12 ədəd büllur qədəh, cəmi 20 manat dəyərində 2 ədəd büllur kül qabı, hər biri 150 manat dəyərində 2 ədəd qranit qazan dəsti, 200 manat dəyərində “Karaca” markalı qazan dəsti, 2 ədəd hər biri 40 manat dəyərində aş qazanı, hər biri 40 manat olan 80 manat dəyərində 2 ədəd paslanmaz poladdan qazan dəsti, cəmi 20 man at dəyərində 5 ədəd mətbəx ləyəni, 35 manat dəyərində 12 ədəd fincan dəsti, 16 manat dəyərində mətbəx üçün qab yığılan, 25 manat dəyərində ayaqqabı qoyulan, 10 manat dəyərində döşəmə yumaq üçün vedrə, cəmi 700 manat dəyərində 10 ədəd yataq dəsti, cəmi 150 manat dəyərində 5 ədəd yun ədyal, 80 manat dəyərində yataq örtüyü, 40 manat dəyərində yay fəsli üçün yataq dəsti, cəmi 90 manat dəyərində 3 ədəd büllur güldan, 120 manat dəyərində şirəçəkən, 30 manat dəyərində blender, 33 manat dəyərində ütü altlığı, cəmi 120 manat dəyərində 30 ədəd çay dəsmalı, cəmi 500 manat dəyərində 25 ədəd hamam dəsmalı, cəmi 300 manat dəyərində 30 cüt əl dəsmalı, cəmi 240 manat dəyərində 6 ədəd süfrənin Cavabdeh1 alınıb İddiaçı qaytarılması, naturada qaytarılması mümkün olmayan əşyaların dəyəri həcmində pul məbləğin in cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Elşən Kazımov)
22. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 2019-cu ilin avqust ayında faktiki nikah münasibətlərinə daxil olmuş, 2020-ci ilin may ayına qədər ünvan 3 ünvanında yerləşən müvəqqəti kirayəyə götürülmüş mənzildə birgə yaşamışlar. Cavabdeh2, onun anası Nahidə Abbasova və bacısı Səhər Mahmudova şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal rayon polis şöbəsinə müraciət edərək 20 aprel 2020-ci il tarixdə Mingəçevir şəhərində olduqları vaxt İddiaçı onların evdə olmamasından istifadə edərək onlara məxsus 100000 manat dəyərində qızıl zinət əşyalarını oğurladığını bildirmiş, şikayə t ərizəsi ilə bağlı araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Faktiki nikah münasibətləri pozulduqdan sonra İddiaçı yaşadıqları mənzili tərk edərək valideynlərinin yaşadığı evə getmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəf “Optimal elektronika” və “Baku elektroniks” mağazasından məişət mallarının nisyə alınması barədə X3 adına verilmiş xx.xx.2019-cu il, xx.xx.2020-ci il, 01 aprel 2019-cu il, 2 mart 2019-cu il tarixli müqavilələri və təhvil-təslim aktlarını məhkəməyə təqdim etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia ərizəsində qeyd olunan əşyaların mövcudluğu sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsində izahatı alınmış Cavabdeh2 iddia ərizəsində qeyd ol unan əşyaların olmasını inkar etməmiş, lakin həmin əşyaların mərhum atası Hafiz Abbasov tərəfindən alındığını bildirmişdir. Digər Cavabdeh1 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında 3 ədəd dəhliz xalçası, “Bosch” markalı qabyuyan və Toster istisna olmaqla, qalan əşyaların mövcud olmasını etiraf etmiş, o da izahatında həmin əşyaların iddiaçının valideynləri tərəfindən yox, mərhum atası tərəfindən alındığını bildirmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahidlər ifadələrində iddia ərizəsində qeyd olunan əşyaların iddiaçıya cehiz əşya kimi verilməsini təsdiq etmişlər. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş müqavilə və təhvil-təslim aktları da iddia ərizəsində qeyd olunan əşyaların bir qisminin mövcudluğunu təsdiq edir.
25. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, cavabdehlər həmin əşyaların mərhum ataları tərəfindən alınmasını bildirsələr də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. İddiaçı tərəf isə həmin əşyaların iddiaçıya hədiyyə olunduğunu və əşyaların iddiaçıya məxsus olduğunu sübuta yetirə bilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qızıl-zinət və geyim əşyaları ilə bağlı iddia tələbi üzrə isə qeyd edib ki, iddiaçı iddia ərizəsində qeyd olunan qızı-zinət və geyim əşyalarının cavabdehlərdə olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşin faktiki hallarına əsasən iddiaçı tərəfindən özünə və cavabdehlərin anasına məxsus qızıl-zinət əşyalarının gizli götürülməsi barədə hüquq mühafizə orqanlarında araşdırma aparılmışdır. Araşdırma zamanı oğurluq faktının müəyyən edilməməsi qızıl-zinət əşyalar ının cavabdehlərdə olması barədə birmənalı nəticəyə gəlməyə əsas vermir. Bu qızıl-zinət əşyalarının, habelə geyim əşyalarının hazırda cavabdehlərdə qalmasını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür, iddiaçı isə bunu sübuta yetirə bilməmişdir. İddiaçı qızıl-zinət əşyalarının və iddia ərizəsində qeyd etdiyi ona məxsus geyim əşyalarının onda olmadığını və hazırda cavabdehlərdə qaldığını, cavabdehlər isə iddiaçının qızılları və ona məxsus geyim əşyalarını özü ilə apardığını bildirmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olub ki, qızıl-zinət və geyim əşyaları istisna olmaqla, qalan əşyaların İddiaçı ilə Cavabdeh1 birgə yaşadıqları kirayə götürülmüş mənzili tərk edərkən həmin mənzildə qalması və həmin əşyaların iddiaçıya hədiyyə olunması məhkəmə araşdırmas ı zamanı sübuta yetirilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, bu əşyaların iddiaçıya qaytarılması öhdəliyini cavabdehlərdən yalnız iddiaçının faktiki nikah münasibətlərində olduğu Cavabdeh1 daşıyır, digər Cavabdeh2 qarşı münasibətdə isə bu öhdəlik istisna olunur. Belə ki, məhkəmə araşdırması zamanı bu əşyaların Cavabdeh2 qanunsuz sahibliyində olması, habelə həmin əşyaların məhz Cavabdeh2 tərəfindən satılması sübut olunmamışdır.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, iddia ərizəsində qeyd olunan qızıl-zinət və geyim əşyaları istisna olmaqla, qalan əşyalar Cavabdeh1 alınıb İddiaçı verilməli, naturada qaytarılması mümkün olmayan əşyaların isə dəyəri həcmində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
30. Apellya siya instansiyası məhkəməsi tələb olunan cehiz əşyalarının dəyərinə münasibətdə hesab edib ki, həmin əşyaların dəyərini cavabdehlər mübahisələndirməsələr də, müvafiq sertifikata malik qiymətləndirmə şirkəti olan "xxxx" MMC tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli “Qızıl zinət və cehiz əşyalarının qiymətləndirilməsi barədə Hesabat” cehiz əşyalarının dəyəri müəyyən olunarkən sübut növü kimi qəbul olunmalı, qaytarılmalı olan cehiz əşyaları naturada mövcud olmadıqda həmin əşyaların dəyəri iddia tələbindən kənara çıxmamaq şərtilə Hesabatda qeyd olunmuş qiymətlər nəzərə alınmaqla müəyyən olunmalıdır.
31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlill əri
32. Cavabdeh1 (vəkil X11) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayətinin dəlilləri: - məhkəmə iş üzrə sübutları prosessual qanunvericiliyin tələblərinə zidd olaraq qiymətləndirmişdir; - şahid ifadələrinə və iş üzrə olan sübutlara müqayisəli şəkildə hüquqi qiymət verməmişdir; - iş üçün əhəmiyyət kəsb edən sübutları nəzərə almamışdır; - işin hallarına uyğun olmayan sübutları isə iş üzrə mötəbər sübut kimi qəbul etmişdir; - məhkəməyə təqdim edilmiş sənədlərə əsasən məişət texnikaları 2019-cu ilin mart ayında alınıb, lakin iddiaçı ilə Cavabdeh1 kit=rayə mənzilə\ 2019-cu ilin iyul ayında köçmüşlər; - qətnamədə 3 ədəd xalçanı n iddiaçıya verilməsi qət edilib. Halbuki kirayə mənzil iki otaqlı olmuşdur. 2 otaqlı mənzil üçün 3 ədəd (qiymətləri cəmi 850 manat) xalçanını cehiz kimi verilməsi absurddur; - qətnamədə cəmi dəyəri 120 manat olan 30 ədəd çay dəsmalı, cəmi dəyəri 500 manat olan 25 ədəd hamam dəsmalı, cəmi dəyəri 300 manat olan 30 cüt əl dəsmalının iddiaçıya verilməsi qət edilib. Lakin məcburi köçkün və aztəminatl ailə kimi iddiaçının valideynlərinin bu qədər cehizi hansı vəsait hesabına alması araşdırılmayıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazının dəlilləri:
34. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrüb əsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edilsə də, şikayətin dəlillərindən görünür ki, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni iddianın təmin edilən hissəsində yoxlayır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
40. İddia tələbi əmlakın qaytarılması barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, cehiz kimi ona verilmiş əşyalar cavabdehdə qalıb.
41. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, qızıl-zinət və geyim əşyaları istisna olmaqla, qalan əşyaların İddiaçı ilə Cavabdeh1 birgə yaşadıqları kirayə götürülmüş mənzili tərk edərkən həmin mənzildə q alması və həmin əşyaların iddiaçıya hədiyyə olunması sübuta yetirilmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilən cehiz əşyaları və onların dəyəri hissəsi ilə bağlı hazırki qərarın 23-25, 27 və 30-cu bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı cehiz əşyalarına adi hissədə təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi hüquq normasını düzgün tətbiq edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən qiymətləndirmə hesabatını Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
45. Cehiz əşyalarını n cavabdehin atası tərəfindən alınması barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası qəbul etmir. Belə ki, cavabdehin istinad etdiyi bu dəlilin məhz təsdiq edilməməsi səbəbindən apellyasiya instansiyası məhkəməsi iddianı cehiz əşyalarına adi hissədə təmin etmişdir. Qətnamədə qət edilən xalça və dəsmalların sayı barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər işin faktiki hallarının araşdırılmasına yönəldiyi üçün kassasiya instansiyası bu dəlillərə qiymət vermir.
46. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirək əsassız hesab edir.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-454/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.