Məhkəmə qərarları › İş №2(102)-4505/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4505/2020

17.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4505/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili X2 və nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə və Cavabdeh2 ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETD İ: Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə “xxxx” MMC arasında mənzilə görə bağlanmış xx xxxxx 2015-ci il tarixli müqavilənin ləğv edilməsi, “xxxx” MMC-dən ödənilmiş 6705 manat ilkin ödənişə görə, Cavabdeh2 ASC-yə ödənilmiş 10729,86 manat, 1174,60 manat maddi ziyana görə, 2500 manat kirayə haqqına görə və 1500 manat mənəvi zərərə görə pul və ödənilmiş 20 manat dövlət rüsumuna görə pulun, cəmi 22629,46 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Məmmədov, hakimlər T.Quliyev və Z.Məmmədov) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəm iyyətinin apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinin qismən - 1174,60 manat maddi ziyana görə, 2500 manat kirayə haqqına görə və 1500 manat mənəvi zərərə görə pulun alınaraq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin “10000 manat zərərin, 10000 manat maddi və 10000 manat mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsində - İddiaçı ilə “xxxx” MMC arasında mənzilə görə bağlanmış müqavilənin tarixinin xx xxxxx 2015-ci il göstərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət dilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” MMC kasasiya şikayəti ilə Azərbaycan Re spublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən onun xeyrinə xx x xxxx 2015-ci il tarixli XXXX nömrəli mənzilin alğı-satqısı müqaviləsinə əsasən ödənilməli olan 17339 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edildikdən sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “xxxx” MMC ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli, Cavabdeh2 ASC ilə bağladığı xx xxxxx 2015-ci il tarixli,XXXXX №-li təminatlı kredit müqavilələrin ləğv edilməsi, “xxxx” MMC-yə ödənilmiş 6705 manat pulun, Cavabdeh2 ASC-yə bankın xx.xx.2017-ci il tarixli hesabdan çıxarış vərəqinə əsasən ödədiyi 10634 manat pulun geri qaytarılması və hazırki vaxta kimi yuxarıda qeyd olunan Cavabdeh2 ASC ilə “xxxx” MMC-nin bir-biri ilə əlaqəyə girərək onun hüquqi savadsızlığından istifadə edərək, aldatma yolu ilə əml akını (yəni pullarını ələ keçirərək başqalarına bina tikməklə satıb pul qazanmaları, onu isə 4 il kirayələrdə saxlamaqla) ələ keçirməklə ona vurduqları 10000 manat pul zərərinin özünə qaytarılması barədə qətnamə qəbul edilməsini, Cavabdeh2 ASC və “xxxx” MMC-nin əməllərində dələduzluq cinayətinin tərkibi olduğundan barələrində müvafiq qərar qəbul edib, aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin həcminin azadılması barədə ərizə təqdim edərək, “xxxx” MMC ilə bağlanmış xx xxxxx 2015- ci il tarixli, Cavabdeh2 ASC ilə bağladığı xx xxxxx 2015-ci il tarixli, XXXXX №-li təminatlı kredit müqavilələrinin ləğv edilməsi, “xxxx” MMC-yə ödənilmiş 6705 manat pulun, Cavabdeh2 ASC-yə ödənilmiş 10729,86 manat pulun geri qaytarılması, 10000 manat zərərin, 10000 manat m addi və 10000 manat mənəvi zərərin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. xx xxxxx 2015-ci il tarixli təminatlı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən mənzilə görə İddiaçı 180 ay müddətinə 32.880 manat məbləğində kredit verməyi, İddiaçı isə hər ay 353 manat 40 qəpik məbləğində pulu Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. xx xxxxx 2015-ci il tarixli mənzilin alğı-satqısı müqaviləsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mənzili İddiaçı verməyi, İddiaçı isə mənzilin hər kv.metrinə görə 650 manat olmaqla, ümumilikdə 40235 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 ASC-nin xx.xx.2019-cu il tarixli hesabdan çıxarışından müəyyən edilir ki, İddiaçı xx xxxxx 2015-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək hər ay 354 manat kredit ödəməlidir. Cavabdeh2 ASC-nin xx.xx.2019-cu il tarixli elektron məlumatından müəyyən edilir ki, İddiaçı xx xxxxx 2015-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə 2691 manat 13 qəpik əsas, 8038 manat 73 qəpik faiz, ümumilikd ə 10729 manat 86 qəpik məbləğində vəsait ödənilmişdir. xx.xx.2019-cu il tarixinə borc alan İddiaçı həmin kredit müqaviləsi üzrə bank qarşısında 30188 manat 87 qəpik əsas, 4582 manat 89 qəpik faiz, cəmi 34771 manat 76 qəpik kredit öhdəliyi mövcuddur. İddiaçı Cavabdeh2” ASC-yə ünvanladığı ərizəsindən müəyyən edilir ki, “xxxx” MMC ona vəd verdiyi kimi 2 il müddətində binanı təhvil verə bilmədiyindən Cavabdeh2 ASC ilə bağlanmış müqavilənin pozulması barədə xəbərdarlıq məktubunu qəbul edərək, mənzilə görə ödədiyi pulun ona qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 ASC-nin müraciətə cavab məktubundan müəyyən edilir ki, bankla İddiaçı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli XXXX nömrəli təminatlı kredit müqaviləsinin 12.1-ci bəndinə əsasən borcalan bu müqavilənin tələblərini vaxtında və l azımi qaydada yerinə yetirməyi öhdəsinə götürür. Ərizədə qeyd olunan məsələnin həllini bankın səlahiyyətləri çərçivəsinə daxil olmadığını nəzərə alaraq İddiaçı Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin icrasından azad etmədiyi göstərilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, cavabdeh mənzilin təhvil verilməsi öhdəliyini vaxtında icra etmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, alğı-satqı müqaviləsinin bağlanmasından 4 ildən artıq vaxt keçməsinə baxmayaraq, mənzil istismara verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə göt ürür. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və məna sı ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Sadalanan normalardan görünür ki, alğı-satqı müqaviləsi üzrə s atıcının əsas vəzifələrindən biri də müqavilə predmetini müqavilədə müəyyən edilən müddətdə, əgər müddət göstərilməyibsə ağlabatan müddətdə alıcıya verməkdir. Əgər satıcı tərəfindən bu prinsiplər pozularaq alıcıya zərər vurulursa alıcının müqaviləni ləğv etmək hüququ yaranır. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq İddiaçı ilə “xxxx” MMC arasında mənzilə görə bağlanmış müqavilənin ləğv edilməsi, “xxxx” MMC-dən 6705 manat ilkin ödənişin və Cavabdeh2 ASC-yə ödənilmiş 1 0729,86 manatın alınaraq İddiaçı ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. Lakin, birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin tarixini səhvən xx xxxxx 2015-ci il kimi göstərmişdir. Ona görə də, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə həm də İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin tarixinə aid hissədə dəyişiklik edilərək müqavilənin tarixi xx xxxxx 2015-ci il göstərilməlidir. Bununla yanaşı 1174,60 manat maddi ziyana görə pulun alınaraq İddiaçı ödənilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Ona görə də, bu hissədə qətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhk əmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarının nəticə hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsi ni nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq pul vəsaitindən qanunsuz istifadə” və özgə vəsaitindən istifadə müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd olunur ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz ə laqədə olan “istifadə hüququna həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada faydalanma və “(qanunsuz) istifadə sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh “xxxx” MMC-nin pul vəsaitini qanunsuz saxlamaqla hər hansı gəlir, ar tım, bəhər və ya sair maddi xeyir əldə etməsinə dair iddiaçı tərəf sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “xxxx” MMC-dən 2500 manat kirayə haqqına görə pulun alınaraq İddiaçı ödənilməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının Goranboy rayonunda kirayədə yaşamasının cavabdehin mübahisəli mənzili təhvil verməməsi səbəbindən deyil, ailə üzvünün həmin rayonda yerləşən hərbi hissədə xidmət etməsidir. Belə ki, iş materialları ilə müəyyən edili X ilə X6 arasınd a xx.xx.2008-ci il tarixdə nikah bağlanmışdır. Bundan başqa iş materiallarından görünür ki, X1 rayonu, X5 ünvanında 3 ildən artıq müddət ərizndə kirayədə yaşayır və hər ay 250 manat məbləğində kirayə haqqı ödəyir. Belə olan halda, iddiaçının kirayə haqqını cavabdehdən tələb etməsi əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin k asasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar