Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1127/2023 15.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı 27 mart 2012-ci il təvəllüdlü X5 iddiaçının himayəsində yaşamasının müəyyən olunması və həmin uşağa münasibətdə aliment öhdəliyinə xitam verilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(073)-59/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ilə cavabdeh 06 iyun 2010-cu ildə faktiki ailə quraraq, nikahlarını 07 mart 2011-ci il ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 27 mart 2012-ci ildə qızları Xədicə doğulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq 27 mart 2012-ci il tarixdə anadanolmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Çobanova (Hüseynova) Nərmin Nizami qızına verilməsi qət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış 07 mart 2011-ci il tarixli nikah qeydi pozulmuş və 27 mart 2012-ci il tarixdə anadan olmuş X5 anası Çobanova (Hüseynova) Nərmin Nizami qızının yanında qalması qət edilmişdir. 29 aprel 2022-ci il tarixdə atası ilə növbəti görüşdən sonra Xədicə faktiki olaraq atanın yanında qalır. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Cəlilabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 27 mart 2012-ci il təvəllüdlü X5 iddiaçının himayəsində yaşamasının müəyyən olunması və həmin uşağa münasibətdə aliment öhdəliyinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06 iyun 2010-cu ildə faktiki evlənərək, nikahlarını 07 mart 2011-ci il ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 27 mart 2012-ci ildə Xədicə adlı uşaqları doğulmuşdur. Uzun müddət ailəkimi mehriban yaşasalar da, sonradan aralarında olan narazılığa görə ailə münasibətləri pozulmuşdur. Ailə münasibətləri pozulduğu üçün Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və uşaqları Xədicənin anasının yanında yaşaması müəyyən edilmişdir. Lakin Xədicə 2022-ci ilin aprel ayından keçmiş arvadı Nərminin nalayiq hərəkətlərinə görə könüllü olaraq anasından ayrılaraq onunla birlikdə yaşayır. Həmin vaxtdan həmişə uşağının qayğısına qalmış və bir valideyn kimi uşağının yaxşı yaşaması üçün əlindən gələni etmişdir. Cavabdeh isə uşağına qarşı biganə olmuş və uşağının qayğısına qalmamışdır. Uşaq onun yanında yaşadığı bu müddət ərzində həyatından və onun uşağa olan qayğısından məmnundur. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatına Xədicə anası ilə qarşılaşmamaq üçün qəti olaraq getmək istəməmişdir və ona bunu məcbur edə bilməmişdir. Birinci instansiya məhkəməsində İddiaçı vəkili X15 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, o, 2010-cu ildə İddiaçı ilə faktiki evlənərək, nikahlarını 07 mart 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 27 mart 2012-ci ildə Xədicə adlı uşaqları doğulmuşdur. Aralarında olannarazılıqlara görə ailə münasibətləri pozulmuş və bu səbəbdən o, Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş və uşaqları Xədicənin onun yanında yaşaması müəyyən edilmişdir. Xədicə mütamadi olaraq atası ilə görüşüb ünsiyyətdə olmuş, həmçinin müəyyən müddətlərdə atası ilə qalmışdır. Lakin Xədicə 2022-ci ilin aprel ayının axırlarında həmişə olduğu kimi atası İddiaçıla görüşməyə getmiş və bundan sonra atası ilə birlikdə qalmışdır. O, həmişə qızı Xədicəyə yaxşı baxmış və bir valideyn kimi onun qayğısına qalmışdır. Lakin keçmiş əri, hazırki iş üzrə İddiaçı qızı Xədicəyə təsir göstərərək onunla qalmasına imkan vermir. Bu səbəbdən dəo, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Cəlilabad Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(073)-59/2023 nömrəli qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 27 mart 2012-ci il təvəllüdlü X5 İddiaçı himayəsində yaşaması müəyyən olunmuş, İddiaçı Cəlilabad Rayon Məhkəməsinin 19 noyabr2018-ci il tarixli, 2(073)-2814/2018 saylı qətnaməsi üzrə 27 mart 2012-ci il təvəllüdlüX7 münasibətdə alimentin ödənilməsi öhdəliyinə xitam verilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60, 75.1, 78.2, 107.2 -ci maddələri, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3, 5, 8-ci maddələri, «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6, 18-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 17.1 və 18-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı müəllim işlədiyi və yüksək əmək haqqı aldığı üçün ondan tutulan alimentin miqdarı da çox olmuşdur. Bunu qəbul edə bilmədiyi üçün iddiaçı uşağın ondan alınması üçün hər yola baş vurmuşdur. O, bir ana kimi uşağın atası ilə ünsiyyətdə olmasına heç vaxt etiraz etməmşdir. Xədicə mütəmadi olaraq atası ilə görüşmüşdür. Bundan istifadə edən iddiaçı uşaqla ünsiyyətdə olan zaman hər dəfə onun barəsində yalan xarakterli məlumatlar verməklə onu uşağın gözündən salmışdır. Sonuncu məhkəmə iclasında məhkəmə psixoloji ekspertizasının təyin edilməsi və uşağın da həmin ekspertizadan keçirilməsi barədə vəsatət versə də vəsatəti təmin edilməmişdir. Hesab edir ki, qeyd olunan hallar mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə tərəfindən araşdırılmalıdır. Birinci instansiya məhkəməsi onun iddiaçı tərəfindən pozulmuş valideynlik hüquqlarını bərpa etməmiş, məhkəməyə təqdim etdiyi dəlil və sübutları nəzərə almamış, qərəzli olaraq yalnız iddiaçı tərəfindən irəli sürülən formal dəlillərlə kifayətlənmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1, 77.1 və 217.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən düzgün hüquqi nəticəyə gəlinməmişdir. Məhkəmə bu mövqeyinə görə onun analıq hüquqlarını məhdudlaşdırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək Cəlilabad Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(073)-59/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı və maraqlı şəxs Cəlilabad Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Hima Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası İddiaçı və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi; Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Madə 60. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 61.1-61.4. Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Maddə 63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən; 7.2. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. 7.4. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 7.5. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda sadalananlara əsasən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. İş materialında olan Cəlilabad Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(073)- 140/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X8 ilə cavabdeh İddiaçı arasında bağlanmış 07 mart 2011-ci il tarixli nikahın pozulması, iddiaçı X6 nikahdan əvvəlki Hüseynova soyadını daşımaq hüququnun verilməsi, tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən 15 manat dövlət rüsumununcavabdeh İddiaçı tutulması və iddiaçı X4 həmin xərcdən azad edilməsi, 27 mart 2012-ci il tarixdə anadan olmuş X5 anası X4 yanında qalmasının müəyyən edilməsi və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli, 11/542 nömrəli rəydən görünür ki, Cavabdeh fərdi-psixoloji xüsusiyyətlərində 27 mart 2012-ci il təvəllüdlü X5 emosional-iradi sferasına neqativ təsir göstərə biləcəkaqressivlik əlamətləri müəyyən olunmur. X4 psixoloji vəziyyəti qənaətbəxş olmaqla, onun emosional-iradi sferasında normadan kənara çıxma halları müəyyən olunmur. İddiaçı məhkəmə-psixoloji müayinəyə təqdim edilmədiyindən onun barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. 27 mart 2012-ci il təvəllüdlü X9 məhkəmə-psixoloji müayinəyə təqdim edilmədiyindən onun barəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. İş materialında olan Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının 03 mart 2023-cü il tarixli rəyinə əsasən, İddiaçı Cəlilabad rayonu Günəşli kəndindəatasına məxsus evdə yaşayır. Həmin evin aşağı hissəsi daşdan, yuxarı hissəsi isə çərçivədən tikilmiş birmərtəbəli, ümumi sahəsi 90 m2 olan bir otaq, bir eyvan və bir mətbəxdən ibarət olmaqla bütün kommunal şəraiti var. Evin həyətyanı sahəsi 1 ha təşkil edir. İddiaçı Cəlilabad rayonu Günəşli kənd 1 saylı tam orta məktəbdə texnalogiya müəllimi işləyir və orta aylıq əmək haqqı 575 manat təşkil edir. X1 təqaüdçüdür, ayda 500 manat təqaüd alır. X2 təqaüdçüdür, ayda 325 manat təqaüd alır. X12 şəhəri, H.Əliyev prospekti ev 205, mənzil 11-də bina evində kirayədə yaşayır. Ev üç otaq və bir mətbəxdən ibarətdir. Bütün kommunal şəraiti vardır. Nərmin Çobanova “Nuranə” tibb mərkəzində işləyir və ayda 345 manat maaş alır. Yetkinlik yaşına çatmayan 27 mart 2012-ci il təvəllüdlü X9 atası İddiaçıla birlikdə yaşayır və Cəlilabad rayonu Günəşli kənd 1 saylı tam orta məktəbinin 5-ci sinifində oxuyur. Komissiyada yetkinlik yaşına çatmayan Xədicə Çobanova ilə söhbət aparılmışdır. O, söhbət zamanı atası İddiaçı ona daha yaxşı baxdığını və bundan sonra da atası ilə birlikdə qalmaq istədiyini bildirmişdir. Komissiya göstərilənləri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsini nəzərə alaraq Xədicə Çobanovanın atası İddiaçıla birlikdə qalmasını məqsədəmüvafiq hesab etmişdir. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Həmin məhkəmə Elsholzun işi üzrə qeyd etmişdir ki, «uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir. Çünki uşağın maraqları öz təbiətinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından üstündür». (Elsholz, 50). Məhkəmənin Brondanın işi üzrə qərarına görə «Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır». (Bronda, 59). İş materialında hər iki valideynin sağlamlıqları, vərdişləri, əxlaqı və şəxsi keyfiyyətləri barədə də mənfi xarakteristika verən sənədə rast gəlinmir. Məhkəmə, valideynlərin heç birində uşağın tərbiyəsinə və inkişafına zərər vuracaq keyfiyyət aşkar etmir. Kollegiya, göstərilən hallar arasında ataya üstünlük verəcək, azyaşlı uşağı anadan ayırmağa haqq qazandıracaq müstəsna şəraitə rast gəlmir. Ümumiyyətlə, beynəlxalq huquq normalarının sistemli təhlilinə (xüsusilə Uşaq hüquqları haqqında Konvensiyanın 9, 19-cu maddələri) və məhkəmə-hüquq təcrübəsinə görə, azyaşlı uşaqların anadan alınmasına imkan verən müstəsna şərait dedikdə, ananın uşaqların tərbiyəsinə və mənəvipsixoloji inkişafına təsir göstərəcək əxlaqsız həyat tərzinə malik olması, narkotiklərdən və alkoqoldan sui-istifadə etməsi və bunlardan asılılığı, ananın ağır yoluxucu xəstəliyi, yaxud uşağa qulluq imkanlarını tam məhdudlaşdıran xroniki xəstəliyi, ananın uşaqlarla mütəmadi qəddar rəftar etməsi, onlara qarşı fiziki və ya psixoloji zorakılığa, təhqirə, etinasız münasibətə və qayğısızlığa, istismara və seksual sui-istifadəyə yol verməsi kimi hallar başa düşülməlidir. Baxılan mübahisədə anaya münasibətdə belə hallardan heç birinə rast gəlinmir. Əksinə, kollegiya hesab edir ki, uşaq hazırki yaşında fiziki, psixoloji və bioloji inkişaf baxımından anasından zəruri asılılıq vəziyyətindədirlər. Onun gündəlik ana qayğısına və nəvazişinə ciddi ehtiyacı vardır və bu ehtiyacı yalnız anasının yanında saxlanacağı təqdirdə tam təmin oluna bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbinə uyğun olaraq 11 yaşlı Xədicənin öz atasının yanında qalmaq istəməsi barədə fikrinə hörmətlə yanaşır. Lakin anasının yanında qalmasının onun heç bir marağına zidd olmadığını nəzərə alan kollegiya onun bu istəyini uşaq emosionallığı, hazırda ətrafında cərəyan edən hadisələr və şərait baxımından öz mənafeləri və maraqlarını düzgün qiymətləndirə bilməməsi ilə əlaqələndirir. Əbəs deyil ki, Avropa Məhkəməsi də Boughanemin işi üzrə qəbul etdiyi qərarda ayrılmış valideynlərlə uşaqlar arasındakı belə yaxınlığı «ailə» məfhumunu ifadə edən əlamətlər kimi qiymətləndirmişdir və qeyd etmişdir ki, «8-ci maddənin mənası baxımından ailə dedikdə, hətta ata və ana ayrı yaşasalar belə, onlarla uşaq arasındakı bağlar başa düşülür». (Boughanemi, 35). Kollegiya qəti olaraq bu fikirdədir ki, uşaqlarla anadan ibarət olan üçlüyün «ailə» adlandıra bildiyimiz ittifaqının möhkəmlənməsinə şərait yaradılmalıdır. Əks halda, bu, onların hər üçü, xüsusilə də uşaqlar üçün psixoloji travma olacaqdır. Beləliklə, məhkəmə kollegiyası Xədicənin boşanmadan sonra anası Cavabdeh yanında saxlanmasını uşağın maraqlarına, həm də bu maraqlarda ifadə olunan ictimai mənafeyə uyğun hesab edir və bununla yanaşı qeyd edir ki, uşağın anasının yanında qalması ataya mane olmur ki, onunla ünsiyyət saxlasın və onun tərbiyəsi, inkişafı üçün əlindən gələni etsin. Kollegiya belə qərara gələn zaman, uşağın atası İddiaçıla qalmaq istəməsi barədə Qəyyumluq və Himayəçilik komissiyasının rəyinin olmasını da diqqətdən qaçırmır, lakin bu rəyə işin yuxarıda sadalanan halları, uşağın real maraqları baxımından qiymət verməyi doğru və ədalətli hesab edir və belə qənaətə gəlir ki, uşağın anasına münasibətdə hazırki emosional durumu məsələnin mahiyyət üzrə onun gerçək maraqlarına uyğun həll olunmasına təsir edə bilməz. Bundan başqa, kollegiya bunu da qeyd etməyi zəruri hesab edir ki, azyaşlı X5 məhkəmə iclasında dindirilən zaman şablon ifadələrdən istifadə edərək anasını görmək istəmədiyini, əksinə atası ilə qalmaq istədiyini bildirmiş, eyni ilə cavabdehin verdiyi izahatı təkrar etmişdir ki, bu da öz növbəsində uşağın bir müddətdir ki, atası ilə yaşadığından onun aşkar surətdə təsirə məruz qaldığının göstəricisidir və həqiqi düşüncələrini əks etdirmir. Məhkəmə kollegiyası qeyd edir ki, Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin məhkəmə üçün məcburi hüquqi qüvvəsi yoxdur. Bütün yuxarıda qeyd olunanları və xüsusən də uşağın azyaşlı olmasını və daha çox anasına ehtiyacının olmasını və demək ki, bundan da doğan – irəli gələn onların üstün mənafeyini nəzərə alan kollegiya hesab edir ki, tərəflərin birgə nikahından olan uşaq hazırkı halda ananın yanında qalmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin uşağın fikrinin nəzərə alınması ilə bağlı dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(073)- 59/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(073)-59/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 27 mart 2012-ci il təvəllüdlü X5 iddiaçının himayəsində yaşamasının müəyyən olunması və həmin uşağa münasibətdə aliment öhdəliyinə xitam verilməsi barədə iddiası rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1127/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1127/2023
15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver