Məhkəmə qərarları › İş №2(102)-4509/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4509/2021

24.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4509/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4509/21 (Açar sözlər: müqavilələrin ləğv edilməsi, kompensasiya) Bakı şəhəri, 24 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-825/2021 nömrəli iş üzrə 19 fevral 2 021-ci il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilənin ləğv edilməsi, pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" arasında bağlanmış 23.02.2016-cı il tarixli ********* nömrəli bank əmanəti müqaviləsinin ləğv edilməsi və 15.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatına məzənnəsinə uyğun olaraq cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınaraq ona ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi r. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondundan 15757.50 ABŞ dolları məbləğində əmanət üzrə kompensasiya məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 fevral 2016-cı il tarixdə ləğv prosesində olan "xxxx" ASC ilə ********* nömrəli bank əmanəti (göy əmanət) müqaviləsi bağlamışdır və tərəfindən 15.000 ABŞ dolları məbləğində vəsait banka köçürülmüşdür. Bağlanmış müqavilənin şərtlərinə əsasən müqavilə bir il müddətinə, 23.02.2017-ci il tarixədək illik 9% olmaqla bağlanmışdır. Həmçinin müqavilənin 6.7-ci bəndində fond sığorta hadisəsi baş ve rdikdə əmanətçiyə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, müqavilənin müddəti 23.02.2017-ci il tarixdə bitmişdir. Lakin müqavilənin müddətinin uzadılması barədə təklif olmadığından müqavilənin şərtinə uyğun, bir il müddətinə uzadılmış hesab edilmişdir. Lakin ona məlum olmuşdur ki, müqavilə müddəti uzadılarkən şərtləri pozulmuşdur. Belə ki, sığortalı əmanətdən sığortasız əmanətə keçirilmişdir. Qanunvericiliyə uyğun olaraq müqaviləyə dəyişiklik hər iki tərəfin razılığı ilə ola bilər, lakin tərəf ona məlumat vermədən əmanəti sığortasız əmanətə keçirmiş və müqavilənin şərtlərini pozmuşdur. Müqavilənin ləğv edilməsi və əmanətin qaytarılamsı barədə cavabdehə onun tərəfindən təklif verilmiş, lakin cav abdeh tərəfindən təklifə münasibət bildirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 avqust 2019-cu il tarixli, 2(006)-4355/2019 saylı qətnaməsi ilə (hakim Solmaz Mustafayeva) iddia tələbinin təmin edilərək, 15.757.50 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında imzalanmış “Göy əmanət” müqaviləsinin 1.6.1-ci bəndinə əsasən iddiaçı tərəfindən əmanət məbləği xarici valyutada 9% dərəcəsi ilə qo yulmuşdur. Həm qanunvericiliyin tələbləri baxımından, həm də Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müvafiq qərarına əsasən məhkəmə hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1, 2.1.2, 2.1.2.6, 2.1.3, 2.1.11, 8.1.20, 25.1.4, 3, 4.1, 5 -ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdfeh Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsin in ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Abiddin Hüseynov- sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 2(103)-13512/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4355/2019 saylı, 09.08.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmin olunmaması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, baxılan iş üzrə iddiaçı ilə "xxxx" ASC arasında 23.02.2016-cı ildə Bank əmanəti (“Göy Əmanət”) müqaviləsi bağlanmış, əmanətçi əmanət məbləğini Banka illik 9% ö dənilməsi şərti ilə yerləşdirmiş, depozit yerləşdirilərkən tərəflərin razılaşdıqları illik faiz dərəcəsi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-cı maddəsində müəyyən edilmiş həddən yuxarı olmadığı üçün həmin əmanət qorunan əmanət olmuşdur. Eyni zamanda “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvəyə minməsi “Əmanətlərin sığortalanması haqqında" Qanun qüvvədən düşmədiyi üçün, yeni qanuna əsasən tam sığortalanmamış əmanətlər cəlb edildiyi gün əvvəlki qanuna əsasən qismən sığortalı (30000 manat həddinədək) əmanət statusunu itirməmişdir. Lakin 23.02.2017-ci il tarixdə tərəflər arasında bağlanmış əmanət müqaviləsinin müddəti bitmişdir. Müqavilənin 5.2-ci maddəsinə müvafiq olaraq həmin müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətç i tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Əmanət müqaviləsi bitdikdən sonra iddiaçının əmanəti geri götürmədiyi işin mübahisəsiz halıdır. Bu baxımdan tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin əqd eyni şərtlərlə uzadılmış hesab edilir. Həmçinin iş materiallarında həmin günə bankda qüvvədə olan faiz dərəcəsinin fərqli olduğu barədə heç bir məlumat (sübut) olmadığı üçün müqavilənin istinad olunan şərtinə əsasən əmanətin faiz bəndi də eyni şərtlərlə (9 %) uzadılmışdır. 23.02.2017-ci il tarixdə isə istinad olunan faiz X1 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən (xarici valyutalar üçün 3 %) çox olduğundan iddiaçının əmanəti artıq qorunan ə manətlərə aid edilə bilməz. Həmçinin iddiaçı "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada həmin Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müqaviləyə müvafiq dəyişikliklər edilməklə əmanətinin tam sığortalanması barədə müraciət etdiyinə dair heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia rədd edilməlidir. Qətnamədən narazı qalan İddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv eidlməsi və iddia tələbinin təmin edilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Elşad Şamayevsədrlik edən və məruzəçi, Elşanə Vəliyeva, Aqil Abbasov) 2(102)-3651/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.11.2019-cu il tarixli, 2(103)-13512/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir. Kasasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının əmanəti "xxxx" ASC-də yerləşdiyi dövrdə X1 qərarına əsasən həmin əmanətin sığortalanmış əmanət olması işin mübahisəsiz halıdır. Lakin müqavilənin müddəti bitdikdən sonra 23 fevral 2017-ci il tarixdə müddətin eyni şərtlərlə uzadıldığı üçün əmanətin qorunan statusundan çıxmasına dair apelyasiya instansiyası məhkəməsinin qənaəti ilə məhkəmə kollegiyası razılaşmır. Bel ə ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 16 sentyabr 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarla banklardakı əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əmanətinin “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nöqtəyi nəzərdən sığortalanmış əmanət olmaması qənaəti əsaslı olsa da, həmin əmanətin Bankda yerləşdiyi tarixdə qüvvədə olmuş “Əmanətlərin sığortalanması haqqında” Qanunun hazırki mübahisəyə tədbiqinin mümkünlüyü və həmin Qanuna əsasən əmanətin sığortalanmış olması məsələlərinə hüquqi qiymət verilməmişd ir. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – İkram Şirinov- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 2(103)-825/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin ediməylərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4355/2019 saylı, 09.08.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. A pelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı və "xxxx" ASC arasında bağlanmış 23 fevral 2016-cı il tarixli Bank əmanəti (“Göy Əmanət”) müqaviləsinə əsasən əmanətçi 15000 ABŞ dolları pulu illik 9 faiz dərəcəsi ilə 12 ay müddətinə depozitə qoymuşdur. Müqaviləyə əsasən Bank tərəfindən əmanətçidən qəbul edilmiş əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmışdır. "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmiş və sığorta hadisəsi baş vermişdir. İddiaçının ləğv prosesində olan "xxxx" ASC-də olan 15757,50 ABŞ dolları məbləğində kreditor tələbi 02 fevral 2018-ci il tarixdə qeydə alınmış və bununla bağlı iddiaçıya 0242 №-li qəbz verilmişdir. Məhkəmə koll egiyası qeyd edir ki, iddiaçının əmanəti "xxxx" ASC-də yerləşdiyi dövrdə X1 qərarına əsasən həmin əmanətin sığortalanmış əmanət olması işin mübahisəsiz halıdır. Kollegiya qeyd edir ki, tərəflər arasında müqavilə 23.02.2016-cı il tarixdə bağlanmış, həmin vaxt qüvvədə olan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 24 fevral 2015-cı il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 % müəyyən edilmişdir. Hazırkı iş üzrə tərəflər arasında imzalanmış “Göy əmanət” müqaviləsinin 1.6.1-ci bəndinə əsasən iddiaçı tərəfindən əmanət məbləği xarici valyutada 9 % dərəcəsi ilə qoyulmuşdur. Beləliklə, qanunvericiliyin tələbləri baxımından, həm də Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 24 fevral 2015-cı il tarixli qərarına əsasən Koll egiya hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aid olduğundan, rayon məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh Əmanətlərin Sığortalanması Fondu (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən yerləşdirilmiş əmanət Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 01.03.2016-cı il tarixli qərarına uyğun olaraq xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərə cəsinin yuxarı həddindən (3%-dən) yüksək olduğuna görə həmin qərarın qüvvəyə mindiyi andan etibarən qorunmayan əmanət statusunda olmuşdur. Bundan başqa 23.02.2017-ci il tarixində Əmanət müqaviləsi üzrə müddət bitmiş və müqavilənin 5.2-ci maddəsinə müvafiq olaraq müddət 1 il müddətinə müqavilə şərtlərinə müvafiq olaraq Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmışdır. 23.02.2016-cı il tarixli Əmanət müqaviləsinin 5.2-ci maddəsində göstərilmişdir ki, müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin gün Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Hazırkı mübahisəedilən əmanət müqaviləsi üzrə illik faiz dərəcəsi əmanətlər ü zrə müəyyən edilmiş illik faiz dərəcəsindən (3%-dən) yuxarı dərəcədə uzadılmışdır, iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin xarici əmanətlər üzrə müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. Göründüyü kimi, İddiaçı əmanəti 23 fevral 2016-cı il tarixli bank əmanət müqaviləsi üzrə 15000 ABŞ dolları məbləğində əmanəti faiz dərəcəsinin yuxarı həddindən (3%-dən) çox olduğundan qorunan əmanət hesab edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 944.1 Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1.2 və 2.1.2.6. Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Maddə 2.1.3. Sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Maddə 25.1.4. Əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. Konstitusiya Məhkəməsinin Plenumunun 6 iyul 2017-ci il tarixli “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu ma ddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” qərarına əsasən,... sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olm aqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayəti üzrə qətnamə cavabdeh tərəfindən tam mübahisə ləndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavadehin kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində iddiaçının əmanətinin qorunan əmanət olmadığınıa istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə 23.02.2016-cı il tarixdə bağlanmış, həmin vaxt qüvvədə olan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 24 fevral 2015-cı il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 % müəyyən edilmişdir. Hazırkı iş üzrə tərəflər arasında imzalanmış “Göy əmanət” müqaviləsinin 1.6.1-ci bəndinə əsasən iddiaçı tərəfindən əmanət məbləği xarici valyutada 9 % dərəcəsi ilə qoyulmuşdur. Beləliklə, qanunvericiliyin tələbləri baxımından, həm də Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 24 fevral 2015-cı il tarixli qərarına əsasən iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aid hesab edilməlidir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərdən əlavə qeyd edilməlidir ki, ümumi kasasiya yoxlaması həyata keçirilərkən əvvəlki kasasiya instansiyası məhkəməsinin göstərişlərinə aşağı instansiya məhkəməsi tərəfindən əməl edilməsi də müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)-825/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar