Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4517/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh və onun vəkili X1nun iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1649/2019 nömrəli iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Turqay Hüseynov) 2(005)871/2017 saylı 04 dekabr 2017-ci il tarixli qətnaməsi i lə iddia tələbi qismən təmin edilərək 12.12.2016-cı il tarixdən başlayaraq Cavabdeh 19.09.1991-ci il təvəllüdlü fəaliyyət qabiliyyətsiz olan X1 üçün hər ay 300 manat sabit pul məbləğində aliment və X7 qulluq etməyə görə hər ay 200 manat pulun İddiaçı xeyrinə tutulması, X6 müalicəsi üçün ödənilmiş 88762 Türk lirəsinin yarısı olan 44361 Türk lirəsinin ödəniş günü manat məzənnəsi ilə, 52000 ABŞ dollarının yarısı olan 26000 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə və 852 manatın yarısı olan 426 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Xumar Mərdanov sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04 dekabr 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi X6 müalicəsi ilə bağlı ödənilmiş pul vəsaitinin 50%-nin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı “aliment tutulması və əlavə xərclərdə iştirak etməyə cəlb olunma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edərək, 1991-ci il təvəllüdlü əmək qabiliyyəti olmayan X1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin, övladlarına xidmət etdiyinə görə hər ay 200 manat pulun, 1991-ci il təvəllüdlü X6 müalicəsi üçün tərəfindən çəkilmiş 100000 manat məbləğində pulun 50 faizi hissəsi olaraq, 50000 manat p ulun və bundan sonra çəkiləcək xərclərin 50 faizi hissəsinin, kirayə haqqı olaraq hər ay 500 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 1991-ci il təvəllüdlü fəaliyyət qabiliyyətsiz olan X1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin, X7 qulluq etməyə görə hər ay 200 manat pulun, X6 müalicəsi iddiaçı tərəfindən ödənilmiş 88762 Türk lirəsinin yarısı olan 44381 Türk lirəsinin ödəniş günü manat məzənnəsi ilə, 52000 ABŞ dollarının yarısı olan 26000 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə və 852 manatın yarısı olan 426 manat pulun, X6 müalicəsi üçün bundan sonra çəkiləcək xərcin 50%-nin və kirayə haqqı olaraq hər ay 500 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən müəyyən olunur ki, X6 müalicəsinə ümumilikdə 88762 Türk lirəsi, 52000 ABŞ dolları, 852 manat pul vəsaiti xərclənmişdir. Yəni işin bu halı tərəflərin etiraz və dəlillərinə baxmayaraq imperativ olmaqla mübahis ələndirilmir. Lakin iddiaçı həmin pulun yarısının cavabdehdən tutulmasını istəyir, cavabdehsə öz növbəsində onun tərəfindən bütün xərclərin ödənildiyinə istinad edərək iddianın rədd edilməsini istəyir. Belə olan halda hər bir tərəfin istinad etdiyi halları sübut etməsi vəzifəsi yaranır. İddiaçı bütün sübutlan təqdim etməsinə baxmayaraq cavabdeh yalnız alqı-satqı müqaviləsi təqdim edir ki, bu da həmin xərclərin onun tərəfindən ödənildiyi barədə sübüt kimi qəbul edilə bilməzdi. Lakin qətnamədən də görünür ki, məhkəmə yalnız bu sübuta istinad edərək iddianı həmin hissədə rədd etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X1 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədə n saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə səhhəti ilə bağlı hər hansı bir sənəd əlavə etməmişdir. Həmçinin iddiaçının vəkili Vəkil da məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilməyəciyini, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apell yasiya Məhkəməsi mülki kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, tərəflər 18.11.1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından 19.09.1991-ci il təvəllüdlü X9 doğulmuşdur. Tərəflərinnikahı 13.06.2008-ci il tarixdə pozulmuş və birgə nikahdan doğulan X3 anasının himayəsində qalmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-1865/2017 nömrəli 05.07.2017-ci il tarixli qətnaməsi ilə 19.09.1991-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Qətnamə 07.08.2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 334 nömrəli 20.11.2017-ci il tarixli sərəncamı ilə “Qəyyumluq və Himayəçilik Komissiyası” fəaliyyət qabiliyyəti olmayan 19.09.1991-ci il təvəllüdlü X6 üzərində anası İddiaçı qəyyum təyin edilməsinə dair hissəsi təsdiq edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı həmin ünvanda qeydiyyatda olan fəaliyyət qabiliyyəti olmayan oğlu X6 üzərində qəyyum təyin edilmiş, sərəncamdan çıxarışların vətəndaş İddiaçı, Dövlət Sosial Müdafiə fonduna və “Qəyyumluq və Himayəçilik Komissiyası”na göndərilməsi, işə aid təqdim edilmiş sənədlərin həmin Komissiyada saxlanılması, sərəncamın icrasına nəzarətin rayon İcra Hakimiyyəti Başçısının müavini X4ya həvalə edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarında olan digər sənədlərlə birlikdə tədqiq edilən ödəniş qəbzlərindən müəy yən olunur ki, X6 müalicəsinə ümumilikdə 88762 Türk lirəsi, 52000 ABŞ dolları, 852 manat pul vəsaiti xərclənmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Cavabdeh 1991-ci il təvəllüdlü fəaliyyət qabiliyyətsiz olan X1 üçün hər ay 300 manat sabit pul məbləğində alimentin, X7 qulluq etməyə görə hər ay 200 manat pulun, X6 müalicəsi iddiaçı tərəfindən ödənilmiş 88762 Türk lirəsinin yarısı olan 44381 Türk lirəsinin ödəniş günü manat məzənnəsi ilə, 52000 ABŞ dollarının yarısı olan 26000 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə və 852 manatın yarısı olan 426 manat pulun, X6 müalicəsi üçün bundan sonra çəkiləcək xərcin 50%-nin və kirayə haqqı olaraq hər ay 500 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi birinci instansiya məhkəməsi t ərəfindən yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən apellyasiya qaydasında yoxlayan apellyasiya instansiyası məhkəməsi iddia tələbini X6 müalicəsi ilə bağlı ödənilmiş pul vəsaitinin 50%-nin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissədə rədd etmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında iddiaçının kassasiya şikayətinə əsasən yalnız onun mübahisələndiridiyi hissədə, yəni iddia tələbinin müalicə ilə bağlı ödənilmiş pul vəsaitinin tutulmasının rədd edilməsi hissədə kassasiya qaydasında yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentin tutulması və uşağa qulluq etməyə görə pul vəsaitinin tutulmasına dair hissəsində düzgün nəticəyə gəlsə də, X6 müalicəsi ödənilmiş pul vəsaitinin tutulması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikaslı Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Uşaqlar ın yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alı nması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edi r. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, p eşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərq ləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Bundan başqa valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaql arın ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini müalicə xərclərinin cavabdehdən tutulması qənaətinə gələrkən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərə istinad etsə də, həmin qəbzlər müalicə xərclərinin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı qəbzlərdə göstərilən pul vəsaitlərinin mənbəyi barədə məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəfin apellyasiya şikayətində, övladının müalicəsi ilə bağlı bütün məsrəflərin onun tərəfindən ödənildiyinə istinad etmiş və bununla bağlı məhkəməyə Bakı şəhərində mənzillərin alqı-satqı müqavilələrinin surətlərini təqdim edərək, müalicə xərclərinin alqı-satqıdan əldə olunmuş vəsait hesabına qarşılandığını göstərmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş, 04 oktyabr 2012-ci il tarixli AN -İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 27, 34 saylı mənzili 236000 manat əvəzində X3. 12.03.2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdehin anası X8 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 37/43, 93 saylı mənzili 330000 manat əvəzində X2. Həmçinin iş materiallarına əlavə olunmuş 01 iyun 2015-ci il tarixli AN-İ ******* saylı alqısatqı müqaviləsinin surətindən görünür ki, cavabdehin həyat yoldaşı Hüseynəliyeva (Fyodorova) Natalya Gennadyevna mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi B19, 3 saylı mənzili 40000 manat əvəzində X4. Göstərilənlərə əsasən apellyasiya inst ansiyası məhkəməsi belə nəticəyə gəlmişdirki, iddiaçı cavabdehdən övladlarının müalicəsi ilə bağlı ödənilmiş müalicə xərclərinin 50%-nin tutulmasını tələb etsə də, həmin məsrəflərin onun tərəfindən ödənilməsini sübut edə bilməmiş, məhkəməyə istinad etdiyi halları təstiq edən hər-hansı sübut təqdim edə bilməmişdir. Əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla həmin məsrəflərin onun tərəfindən qarşılanması müəyyən edilmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi sübutetmə yükü ilə bağlıdır. İddiaçı fəaliyyət qabiliyyəti olmayan övladının müalicəsi üçün çəkilmiş xərclərin onun trəfindən çəkildiyini iddia edərək xərclərin yarısını cavabdehdən tələb edir. Belə olan halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı 19.09.1991-ci il təvəllüdlü fəaliyyət qabiliyyətsiz olan X6 müalicəsi üçün çəkilmiş xərclərin onun tərəfindən ödnilməsinə dair nə birinci instansiya məhkəməsinə, nədə ki apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1649/2019 nömrəli iş üzrə 0 6 fevral 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-4517/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4517/2019
01.07.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver