Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4526/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı X cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 07 fevral 2019-cu il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnamə si ilə (hakim İ.Fəttahov) iddiaçı X cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli (məruzəçi) və İ.Quliyev) Göyçay rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 07 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair iddia verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7138.64 manat əsas kredit borcun, 117.79 manat faiz borcun, 2750.08 manat cərimə borcunun, cəmi 10.006.51 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması və borcun əvəzinin Cavabdeh1 mülkiyyətində olan 42.8 qram çəkidə yolka boyunbağıya, 4.5 qram çəkidə kişi üzüyünə, 1.5 qram çəkidə qolbağa, 4 qram çəkidə saat korpusa, 34.1 qram çəkidə yolka boyunbağısı qolbağa, 13 qram çəkidə üzüyə, 9.5 qram çəkidə sırğa çütünə və 0.5 qram çəki də ürək klonuna yönəldilməsi və açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 19.03.2014-cü il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 24 ay müddətinə illik 6% olmaqla 8000 manat məbləğində kredit verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 19.03.2014-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin iddiaçı ilə Cavabdeh1 ar asında 19.03.2014- cü il tarixdə girov müqaviləsi bağlanmış, Cavabdeh1 özünə məxsus olan qızıl- zinət əşyalarını girov qoymuşdur. Tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən, kreditin və kredit faizlərinin cavabdeh tərəfindən banka qaytarılması müddətləri və qaydası müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarsısında tam icra etməyən Cavabdeh1 hazırda LPO xxxx ASC-yə 10006.51 manat vardır. Zaminlik müqaviləsinə əsasən borc məbləğinə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23.05.2017-ci il tarixli ekspert rəyinə əsasən girov predmeti olan 8 adda qızıl-zinət əşyaları olan 42.8 qram çəkidə yolka boyunbağının, 4.5 qram çəkidə kişi üzüyünün, 1.5 qram çəkidə qolbağanın, 4 qram çəkidə saat ko rpusunun, 34.1 qram çəkidə yolka boyunbağısı qolbağının, 13 qram çəkidə üzüyünün, 9.5 qram çəkidə sırğa çütünün və 0.5 qram çəkidə ürək klonun hal-hazırda nəzəri qaydada orta bazar qiyməti ümumi dəyəri təxminən 6594 manat müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 05.02.2018-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə 30.09.2016-cı il tarixədək banka əsas borcu 6717.84 manat, faiz borcu 110.88 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşya lar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredi torun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarından görünür ki, xxxx ASC tərəfindən verilmiş 28.11.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş akta əsasən Cavabdeh1 6200 manat vəsaiti carı hesabına mədaxil etmiş, həmin vəsait Cavabdeh1 xxxx ASC qarşısında olan 67844026 saylı 19.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun tam bağlanmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.Həmin Məcəllənin 529.1.-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Həmin məcəllənin 529.3-cü maddəsinə əsasən Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər k i ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 07 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4526/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4526/2019
09.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver