Məhkəmə qərarları › İş №2(102)-4529/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4529/2020

17.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4529/2020 17.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin vəkilləri Nümayəndə və X4, Cavabdeh vəkili X6 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1809/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Məza hir Sadıqov) 2(007)-3325/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında Ünvanməhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının Ünvan mənzilin izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair xx xxxxx 2012-ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İşin halları: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “müq avilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında xx xxxxx 2012-ci il tarixdə bağlanmış Bakı şəhəri, Ünvan məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının Ünvan mənzilin izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə ümumi sahəsi 81,88 kvadrat metr olan Ünvan mənzilə dair xx xxxxx 2012-cı il tarixli müqavilə imzalanmış və müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri hər kvadrat metr sahəsi üçün 400 manat təyin edilir, cəmi 81,88 kvadrat metr sahə üçün 32752 manat təşkil edir. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə qiymətindən 100% miqdarında, yəni 32752 manat məbləğində pul ödənilmişdir. Həmin müqavilə formal olaraq bağlanmışdır. Belə ki, X3 İddiaçı MTK-ya tikinti materiallarının (armatur) verilməsini təmin etməli idi. İddiaçıMTK isə həmin materialların qarşılığında X4 adlı şəxsin xahişi ilə Cavabdeh ilə müqavilə bağlayaraq sözügedən mənzili ona verməli idi. Sadəcə X4 adlı şəxs bildirmişdir ki, o, tikinti materiallarının verilməsini təmin edəcək və materialların əvəzi olaraq Cavabdeh ilə İddiaçı MTK arasında müqavilə bağlanacaq. X4 adlı şəxs həmin müqaviləni möhkəmləndirməkdən ötrü isə İddiaçı MTK tərəfindən Cavabdeh borcunun olmaması ilə bağlı maliyyə ar ayışı verilməsini xahiş etmişdir. Həmin maliyyə arayışı da Cavabdeh verilmişdir. Daha sonra X4 adlı şəxs tikinti materiallarının (armatur) İddiaçı MTK-ya verilməsini təmin etməmişdir. Belə olan halda MTK olaraq onlar X4 adlı şəxslə danışıb öz aralarında razılığa gəlmişlər. Belə ki, X1 Xametova olan borcunu özü qaytarmağa hazır olduğunu bildirərək, bu barədə Zakirə də məlumat verdiyini bildirmişdir. Bu halda materialların verilməsi təmin olunmadığı üçün aralarında olan sövdələşmə də qüvvədən düşmüşdür. Daha sonra Cavabdeh Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə şikayətilə müraciət edərək, MTK-nın onu mənzilinə buraxmadığını bildirmişdir. Bu zaman onlar xəbər tutmuşlar ki, Cavabdeh artıq Suraxanı Rayon Məhkəməsinə mənzilin və açarlarının təhvil verilməsi və mənzilə istifadə hüq uqunun tanınması tələbinə dair iddia irəli sürmüş və məhkəmə tərəfindən iddiası təmin edilmişdir. Bu iddialarla bağlı hazırda məhkəmə mübahisəsi davam edir. Eyni zamanda, Cavabdeh Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində şikayəti araşdırılan zaman özü etiraf edərək bildirmişdir ki, həqiqətən də o, İddiaçı MTK-ya hər hansı bir formada ödəniş etməmişdir. X2 ona olan borcunun əvəzi olaraq mübahisəli mənzillə bağlı müqavilə bağlanılmışdır. Bu xüsusatlar isə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Əli İsgəndərov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında xx xxxx 2019-cu il tarixli qərarında öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilə n məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən məsələyə dair rayon məhkəməsindən başlayaraq Ali Məhkəməyə qədər dəfələrlə işə baxılmış və onun bu iş üzrə mənzilin və açarların təhfil verilməsi və mənzilə istifadə hüququm tanınması tələbinə dair iddia tələbi təmin edilmişdir. Belə ki, Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(007)-3325/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru İ.M.Muxtarovun müvafiq qərarı ilə icraya yönəlmiş və o, həmin mən zilə köçürülmüş, açarlar da ona təhvil verilmiş, hal-hazırda həmin mənzildə ailəsi ilə birikdə yaşayır. Buna baxmayaraq cavabdeh "İddiaçı" MTK məhkəməyə müraciət edərək həmin əsaslar üzrə ondan 10000 manat məbləğində maddi ziyanın tələb edilməsini məhkəmədən xahiş etmiş, lakin iddia tələbi rədd edilmişdir. İddiaçı "İddiaçı" MTK ona qarşı olan bütün iddialarının əsassız və qanunsuz olması qeyd edilən iş üzrə çıxarılan qətnamələrdə göstərilsə də, məhkəmə ancaq həmin qətnamələri sadalamaqla kifayətlənmiş, lakin onlara hüquqi qiymət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçının vəkilləri Nümayəndə və X7məhkəmə kollegiyasının iclasında k assasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübut lara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında xx xxxxx 2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Ünvan məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının Ünvan mənzilin (bundan sonra mənzil) izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verilməsi nəzərdə tutulmuşdur. Hazırda iddiaçı, cavabdehin mənzilin pay haqqı qismində müqavilə üzrə iddiaçıya hər hansı bir formada ödəniş etmədiyini, müqavilənin formal olaraq bağlandığını qeyd edərək onun ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddia tələbini rədd edən birinci instansiya məhkəm əsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasındakı müqavilədən irəli gələn öhdəlik (Kooperativin pay haqqının ödənilməsi) cavabdeh tərəfindən icra olunmamışdır, habelə Kooperativ bundan irəli gələn hüquqi hərəkətləri (pay haqqını ödəmiş şəxsin kooperativə üzv qəbul olunması barədə üzvlərin ümumi yığıncağının qərarının qəbulu) həyata keçirməmişdir. Yəni mübahisəyə müqavilə münasibətlərinin aradan qalxması kimi yanaşıla bilməz, bununla da, xx xxxxx 2012-ci il tarixli müqavilənin ləğvinə dair iddia tələbini irəli sürməkdə iddiaçı haqlı olmuşdur. Həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən mənzilin dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, verilən mənzilin p lan-cizgisi bu qərara əlavə olunmalı idi. Cavabdeh həmin şərtlər altında İddiaçı MTK-nın üzvü olmasına dair sübutlar yoxdur, belə şərtləri özündə əks etdirən sübutlar ümumiyyətlə mövcud olmamışdır. Cavabdeh özünün müraciəti əsasında təhqiqat orqanında aparılan araşdırma zamanı verdiyi izahatlarında etiraf etmişdir ki, X2 ona 39400 manat məbləğində borcu olmuşdur, borcun qaytarılmasında çətinlik çəkdiyinə görə X4 həmin borcun əvəzinə ona İddiaçı MTK-nın tikilməkdə olan binasından mənzil verməyi təklif etmiş, o da razılaşmışdır. O, şəxsən mənzilin adına keçirilməsi üçün MTK-ya hər hansı məbləğdə pul ödəməmiş, MTK-nın ümumi yığıncağının iclasında iştirak etməmiş, MTK üzvlüyünə qəbul edilməmişdir. Müqavilədə pulun ödənilməsi göstərilsə də, etiraf edir ki, o, MTK-ya mənzilə görə pul ödəməmişdir, mənzil ona MTK tərəfindən, X4in ona borclu olduğu pul əvəzində verilmişdir. Həmin hal, yəni mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən mənzilin müqavilədə göstərilən dəyərinin Cavabdeh tərəfindən ödənilməməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(007)-2038/2019 nömrəli qətnaməsi ilə də müəyyən edilmişdir. Mübahisələndirilən müqavilənin tərəfi olmadığı üçün işdə iştirak etməyən X4 in notariat qaydada bağlanmış xx xxxxx 2011-ci il tarixli müqavilə əsasında Cavabdeh 39400 manat məbləğində borcu olmuş, X4 isə tikinti işləri ilə məşğul olan İddiaçı MTK-nı armaturla təmin etmiş, bu armaturların alınmasına görə MTK X4 ə nağd pul vəsaiti ödəməli olmuşdur. X9 Xametova pul borcunu nağd qaydada ödəyə bilmədiyinə görə, MTK-ya verəcəyi armaturların müqabilində İdd iaçı MTK-dan ona vəd edilmiş mənzilin müqaviləsinin Cavabdeh adına bağlanmasını təklif etmişdir və bu təklif əsasında müqavilə bağlanmışdır. X10 sonradan armaturları İddiaçı MTK-ya verə bilmədiyindən onlar arasındakı razılaşma pozulmuş, MTK əldə etməli olduğu tikinti materialını ala bilməmiş, bununla da əldə etməli olduğundan, eyni zamanda dəyəri 32752 manat məbləğində razılaşdırılmış mənzili X4 in mənafeyi üçün üçüncü şəxsə verməklə əmlakından məhrum olmuşdur. Beləliklə tərəflər arasındakı müqavilədənkənar razılaşma pozulmuş, razılaşmanın pozulması barədə isə müqavilə tərəfi olan Cavabdeh məlumat verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə istifadə hüququnun tanınaraq, mənzilin açarı ilə b irlikdə cavabdeh İddiaçı MTK tərəfindən iddiaçı Cavabdeh təhvil verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(007)-2565/2016 nömrəli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-7722/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsa da, həmin qətnamə qanuni qüvvəyə minməmişdir, hazırda cavabdehin kassasiya şikayətinə əsasən iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır, bununla yanaşı hazırkı iş üzrə iddianın predmeti məhz mənzilin ilkinsənədi hesab olunan müqavilənin mübahisələndirilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddia tələbini təmin edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin ləğv edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi və məhkəmənin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən mübahisəli mənzillə bağlı iddiaçı MTK-ya hər hansı pay haqqının ödənilməməsini, bununla bağlı MTK-nin ümumi yığıncağının keçirilməməsi, Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməməsini qeyd etmişdir. Lakin iş materiallarında olan İddiaçı MTK-nın xx xxxxx 2012-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqavilədə qeyd edilən mənzilin tam dəyərini ödəmişdir. Həmin maliyyə arayışı MTK-nın dire ktoru C.H.İsmayılov tərəfindən imza edilmiş, arayışa MTK-nın dairəvi möhürü vurulmuşdur. Maliyyə arayışının eitbarszılığına əsas olacaq hal müəyyən edilməmişdir. İddiaçı MTK həmin maliyyə arayışının formla olaraq tərtib edildiyini qeyd etmiş, bu halla razılaşan məhkəmələr nəzərə almamışdır ki, MTK tərəfindən verilən arayışın saxta olması müəyyən edilməmiş, arayışda qeyd edilənlərin doğruluğu ilə bağlı riskləri və məsuliyyəti cavabdeh deyil, MTK daşıyır. Bundan başqa iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(007)-2565/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri, Ünvan məhəllə, 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 81.88 kvadrat metr olan Ünvan mənzilə istifadə hüququ tanınmış, mənzilin açarı ilə bir likdə cavabdeh İddiaçı MTK tərəfindən iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. xx xxxxxxxx 2017-ci il tarixli aktın surətindən görünür ki, qeyd edilən qətnamə icra olunmuş, tələbkar Cavabdeh icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir; -Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-7722/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı MTK-nın apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(007)-2565/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(007)-2038/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı MTK-nın Cavabdeh qarşı “10000 manat məbləğində maddi ziyanın tutulması” tələbinə dair idd iası təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli mənzilə istifadə hüququn tanınması və mənzilin açarlarının iddiaçıya təhvil verilməsi ilə bağlı məhkəmə qətnaməsinə qiymət verərək həmin qətnamənin qanuni qüvvəsini almadığını bildirmişdir. Lakin elektron məhkəmə sistemi məlumatlarından müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(007)-2565/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırki işə Bakı Apelyasiya Məhkəməsində baxılan zaman Suraxanı Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsin i almışdır. Göründüyü kimi, cavabdehin mübahisəli mənzillə bağlı istifadə hüququnu tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(007)2038/2019 nömrəli qətnaməsindən də görünür ki, iddiaçı MTK hazırki iş üzrə iddia tələbinin faktiki əsası kimi istinad etdiyi hallara həmin iş üzrə tələbində də istinad etmiş, lakin həmin hallar işə baxan məhkəmə tərəfindən yoxlanılaraq öz təsdiqini tapmamış, iddiaçı MTK-nın Cavabdeh qarşı “10000 manat məbləğində maddi ziyanın tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitsiya Məhkəməsinin Plenumunun xx.xx.2016cı il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə ak tı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixl i Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İstinad edilən hər iki işdə tərəflər eyni olmuş, hazırki işdə irəli sürülmüş hallar və faktlar həmin işlərə baxıl arkən də irəli sürülmüş, lakin iddiaçını qeyd etdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapmamışdır. Ona görə də, hüquqi müəyyənlik baxımından hazırki işdə həmin halların və faktların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Lakin işə baxan məhkəmələr bu hallara diqqət verməmiş, prosessual normaların pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İddiaçı MTK 32752 manat dəyərində, hazırki müqavilənin predmeti olan mənzili vermiş, MTK ilə Cavabdeh arasında bu barədə xx.xx.2012 -ci il tarixli müqavilə bağlanmışdır. X4 isə mənzilin dəyəri qədər MTK-ya tikinti materialları olan armatur verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi T.in Cavabdeh qarşısındakı borc öhdəliyi hər üç tərəfin razılığı ilə MTK tərəfindən icra olunmuşdur. Belə olan halda Cavabdeh mənzilə görə pulu şəxsən MTK-ya ödəməməsi, MTK ilə Cavabdeh arasında mənzilin alqı-satqısına dair bağlanmış müqavilənin ləğvi üçün əsas ola bilməz. MTK Cavabdeh olan borc öhdəliyini icra etmiş, mənzilin dəyərini Cavabdeh tələb etmək hüququnun itirmiş, T.dən öhdəliyə götürdüyü 32752 manat dəyəridə tikinti materialları olan armaturu, yaxud həmin pulu, ya da Cavabdeh olan 39400 manat borcu tələb etmək hüququnu əldə etmişdir. Şərh olunan hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsinin tələblərindən i rəli gəlir. Lakin məhkəmə həmin maddənin tədbiqini müzakirə etməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-1809/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar