Məhkəmə qərarları › İş №2(102)-4532/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4532/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4532/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı Müsahib oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-2338/2020, hakim C.C.Musayeva) İddiaçı Müsahib oğlunun Cavabdeh1 v ə “xxxx” ASC-yə qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 iddiaçının xeyrinə 3596 manat pulun tutulması qət edilmiş, iddia “xxxx” ASC-yə münasibətdə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülk Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13513/2019, hakimlər İ.S.Şirinov, T.S.Səmədov, E.C.Kazımov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apelyatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Müsahib oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və “xxxx” ASC-dən əmlakına dəymiş zərərin əvəzi kimi 4.895 manat məbləği ndə pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, ödənilməsi qət edilən maddi zərərin məbləği əsassız qiymətləndirmə rəyinə əsaslanmaqla müəyyən edilmiş, avtomobilə dəymiş zərərin real məbləğinin müəyyən edilməsi üçün təkrar ekspertiza təyin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələl ər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçıya məxsus “Toyota Corolla” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etd iyi “Hyundai İX-35” markalı 90- NH-498 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmiş, həmin yol-nəqliyyat hadisəsi zamanı sonuncu təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərərlə əlaqədar iddiaçı “xxxx” MMC-yə müraciət edərək qiymətləndirmə aktı əldə etmiş, həmin akta əsasən “Toyota Corolla” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği 4.895 manat kimi müəyyən edilmişdir. Hazırda iddiaçı onun əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müq avilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1108-ci maddəsinin tələblərinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya di gər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçının Cavabdeh1 təqsirli hərəkəti nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə əmlakına dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə aktı ilə zərərin məbləği 4895 manat müəyyən edilmişdir. İş üzrə alınmış ekspertiza rəyi ilə həmin avtomobilin təmir-bərpa xərcinin məbləği 3596 manat müəyyən edilmişdir. Cavabdeh ekspert rəyi ilə razılaşmadığını göstərsə də dəlilini əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar