Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4535/2023 30.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul ” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: Kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X1 (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1629/2023 nömrəli iş üzrə 29 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabd eh (vəkil: Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətini 30 noyabr 2023-cü il tarixdə nəzərdən keçirərək, aşağıdakı qərarı qəbul etdi İşin halları:
1. İddiaçı "xxxx" ASC – Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 20.133,17 manat sığorta ödənişi məbləğinin və 150,40 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1613/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Rüstəmli) iddia qismən təmin edilmiş, “Mercedes Benz S 350 D” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq 6.274,21 (altı min iki yüz yetmiş dörd manat, iyirmi bir qəpik) manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 75 manat məbləğində hissəsinin Cavabdeh alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermiş, hər iki şikayətdə digər xüsusatlarla yanaşı iş üzrə təkrar ekspertiza keçirilməsi xahiş edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1629/2022 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şiri nov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Namiq Cəfərov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin 2(009)-239/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı pul vəsaitinin məbləği 3.803,42 (üç min səkkiz yüz üç manat qırx iki qəpik) manat müəyyən edilməsi, qətnamə onun şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması və iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməməsi, qətnamənin onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Həmin qətnamədən Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildi yi hissədə ləğv edilməsinə, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələblərinin bütövlükdə rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsindən 29 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş müraciətdən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1629/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsində birinci instansiya məhkəməsinin qətnaməsinin nömrə və tarixi ilə bağlı olan yanlışlığın aradan qaldırılması ilə bağlı cavabdehin nümayəndəsi və vəkili tərəfindən müraciət daxil olduğundan mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
7. Ma ddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
8. Maddə 228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.
9. Maddə
408. Kassasiya şikayətinin geri qaytarılması üçün nəzərdə tutulmuş əsaslar müəyyən edildikdə apelyasiya instansiyası məhkəməsinin kassasiya şikayətini geri qaytarması tələb olunur.
10. Maddə 417.1.7. Kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
11. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
12. Maddə 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4535/2023 nömrəli, 4 noyabr 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir.
14. Məhkəmə kollegiyasının mövqeyinə görə Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş 29 noyabr 2023-cü il tarixli müraciət nəzərə alınaraq mülki işin icraata qəbul edilməsinə dai r Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4535/2023 nömrəli, 4 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq müraciətdə qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Eyni zamanda izah olunmalıdır ki, müraciətdə qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsindən dərhal sonra mülki işin materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir.
15. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh (vəkil Nümayəndə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1629/2022 nömrəli, 29 avqust 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasi ya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4535/2023 nömrəli, 4 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Mülki işin materialları müraciətdə qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. İzah olunsun ki, müraciətdə qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsindən dərhal sonra mülki işin materialları Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.