Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4537/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərə görə kompensasiyanın tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərə görə kompensasiyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2491/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 05 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC-də (bundan sonra “cavabdeh” və ya “MMC”) fəhlə kimi çalışan, İddiaçı (bundan sonra iddiaçı) atası X9 xx.xx.2013-cü il tarixində iş zamanı yıxılaraq ölmüşdür.
2. Abşeron Rayon Məhkəməsinin 1(012)- 185/2013 saylı 13 sentyabr 2013-cü il tarixli hökmünə əsasən, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə iki il müddətinə azadlıqdan məhrum edilib. Sözügedən hökm ilə müəyyən edilib ki, X15 tikintidə işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan X5 ölümünə və digərinin isə sağlamlağı na az ağır zərə vurmaya səbəb olmuşdur.
3. X6, X11 və X10 ilə MMC arasında bağlanmış xx.xx.2013-cu il tarixli müqaviləyə əsasən, X5 ölümü ilə əlaqədar onun ailə üzvlərinə yəni ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə qəti və yekun şəkildə 18.000 (on səkkiz min) manat məbləğində zərər əvəzi (kompensasiya) ödənilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər razılığa gəliblər ki, MMC-yə və onun hər hansı bir işçisinə qarşı və ziyanına mərhumun ölümü ilə əlaqədar həm zərərin əvəzinin ödənilməsi, həm də dəfn xərclərinin əvəzinin ödənilməsi üzrə istinad edilməyəcək, hər hansı bir səbəblə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının artırılması ilə bağlı tələblər irəli sürülməyəcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməyə müraciət edərək, MMC-dən 3.000.000 manat mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, baş vermiş cinayət hadisəsi nəticəsində atasının ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 23, 1096 və 1097-ci maddələrinə istinad etmişdir.
7. İş sonradan ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
8. Cavabdehin nümayəndə si iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçının atası mərhum X9 MMC-nin işçisi olmuş və 30 aprel 2013-cü il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Adət və əxlaq normalarına müvafiq olaraq cavabdeh tərəfindən mərhumun yas mərasimində iştirak edilmiş, bütün zəruri xərclər çəkilmişdir. Daha sonra mərhumla birlikdə yaşayan yaxın ailə üzvləri müəyyən edilmiş, danışıqlardan sonra mərhumun anası X4, arvadı X8 və oğlu X7 xx.xx.2013-cü il tarixində bank köçürməsi ilə rəsmi qaydada zərərin əvəzi olaraq 18000 (on səkkiz min) manat vəsait ödənilmişdir; - bu barədə xx.xx.2013-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən: X5 ölümü ilə əlaqədar onun ailə üzvlərinə yəni ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə qəti və yekun şəki ldə 18.000 (on səkkiz min) AZN məbləğində zərər əvəzi ödənilir. Bu məbləğ həm zərərin əvəzinin ödənilməsi üzrə ödənişi, həm də dəfn xərclərinin əvəzinin ödənilməsi üzrə ödənişi ehtiva edir, qəti məbləğdir və şəxslərin ərizəsinə əsasən birdəfəyə ödənilir. Göstərilmiş məbləğ X3 adına Azərbaycan Respublikasında fəaliyyət göstərən banklardan birində açılmış bank hesabına nağdsız şəkildə köçürülür, pul vəsaiti bank hesabına daxil olduğu andan X5 ölümü ilə bağlı ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslər qarşısında öhdəliklərini tam icra etmiş sayılır; - bundan əlavə, MMC-nin işçisi X12 Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(012)-185/2013 saylı cinayət işi üzrə mərhumun oğlu X10 zərər çəkmiş şəxsin hüquqi varisi qismində iştirak etmiş, Abşero n rayon Məhkəməsinin hakiminə ünvanlanmış və notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, mərhum atasının iş yoldaşı olmuş X15 hadisələrin təsadüfi axarı zəminində baş vermiş və özünün də xəsarət aldığı hadisədən bilavasitə sonra atasına yardım göstərməyə, zərərçəkmiş şəxs kimi ailəsi ilə barışıq əldə etməyə çalışmış, hadisənin araşdırılmasına fəal kömək göstərmiş, bundan əlavə hadisə nəticəsində ailə başçısının itirilməsi ilə bağlı dəymiş maddi və mənəvi zərər ödənilərək aradan qaldırılmışdır; - göründüyü kimi 8 il bundan öncə baş vermiş hadisə ilə bağlı mərhumun yaxın ailə üzvləri ilə barışıq əldə edilmişdir. İddiaçı o zaman artıq ailə həyatı quraraq mərhumla birlikdə yaşamadığından ailə üzvlərinin özləri tərəfindən proseslərə cəlb edilməmiş, ailəni cinayət işi çərçivəsin də mərhumun oğlu X10 zərər çəkmiş şəxsin hüquqi varisi qismində təmsil etmişdir. İddiaçı həmin dövrdə hər hansı bir etiraz, irad və şikayət bildirməmişdir; - işin faktiki hallarından da görünür ki, mərhumun ölümü ilə bağlı məsələlər 8 il öncə öz həllini tapmış, maddi və mənəvi zərər ödənilmiş, zərər çəkmiş şəxsin hüquqi varisi qismində mərhumun oğlu X10 məhkəməyə ünvanlanan notarial ərizəsində bunu özü qeyd etmişdir; - hazırkı iddia üzrə iddiaçı o zaman proseslərdə iştirak istəyini bildirməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi isə dəymiş maddi və mənəvi zərərin ödənilərək aradan qaldırılması barədə məhkəməyə notarial ərizə təqdim etmişdir. Məhkəmə həmin xüsusata hüquqi qiymət verərək hökm çıxarmışdır. Mərhumun ölümündən sonra cavabdehin davranışı, onun ödədiyi kompensasiya, işin cinayət m ühakimə icraatı çərçivəsində araşdırılması və ittiham hökmünün çıxarılması həqiqətən də iddiaçının mənəvi sarsıntısının unutdurulmasına, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılmasına xidmət etməmişdirsə, iddiaçı 8 ildir harada idi və hansı səbəbdən elə o zaman proseslərə müdaxilə etməməsi sual doğurur; - iş üzrə sonradan mübahisələndirilməmiş hökmün olması və bu hökmün həm də zərər çəkmiş şəxsin hüquqi varisi qismində mərhumun oğlunun məhkəməyə ünvanlanan dəymiş maddi və mənəvi zərərin ödənilərək aradan qaldırılması barədə notarial ərizəssinə əsaslanması qohumlar arasından zərər çəkmiş şəxsin hüquqi varisinin seçilməsində mübahisə olmadığını birmənalı şəkildə sübut edir. Hazırda iddiaçının 8 il sonra bu iddianı verməsi öncəki razılaşmalardan fürsətcil şəkildə yan keçmək cəhdi, hüquqdan suiistifadədir; - iddiaçı öz iddia ərizəsində iddia tələblərinin əsasını lazımi qaydada əsaslandırmır, mənəvi sarsıntının məzmunu, ümumiyyətlə, açılmır. İddianın yeganə və müstəsna əsası mərhumun ölüm faktı və iddiaçının mərhum ilə genetik qohumluq əlaqəsi təşkil edir. Hazırkı iddia ərizəsindən zərərçəkənin mənəvi sarsıntıya məruz qalmasının konkret nədə ifadə olunmasını, zərərçəkən şəxsin hansı mənəvi sarsıntıları keçirməsini, mənəvi sarsıntıların xarakteri və ağırlığını, yaşama sevinci və arzusunun itirilməsi, mənəvi hüzursuzluq, mənəvi tarazlığın pozulması, mərhum ilə doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar müəyyən edilmir, zərərçəkənin mənəvi zərərin əvəzi kimi qiymətləndirdiyi məbləği necə əsaslandırmasını və bu tələbin 8 il sonra verilməsinin yuxarıda göstərilənlərlə necə əlaqələnməsini aydınlaşdırmaq mümkün deyil; - iş üzrə güclü emosional hisslər deyil, mənəvi sarsıntı sübuta yetirilməlidir. Mərhumun ölümü ilə bağlı zərər 8 il öncə ödənildiyindən, həmçinin hökm ilə məsələyə hüquqi qiymət verildiyindən, bunlar mərhum ilə birlikdə yaşayan yaxın ailə üzvlərinin keçirdiyi sarsıntının yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş, bununla yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntının unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması baş tutmuşdur. Təsadüfi deyil ki, məsələ 8 il heç bir etiraz doğurmamışdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5512/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismə n təmin edilərək, cavabdehdən 1000 manat məbləğində pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Solmaz Ədilova)
10. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddianın əsası cavabdehin işçisinin hüquqa zidd əməli nəticəsində X5 vəfat etməsi nəticəsində qızı İddiaçı stress, narahatlıq, mənəvi sarsıntı keçirməsi səbəbindən ona mənəvi zərər dəydiyindən pul təzminatı ödənilməsi ilə bağlıdır. Abşeron Rayon Məhkəməsinin 1(012)-185/2013 saylı, 13 sentyabr 2013-cü il tarixli hökmünə əsasən Cavabdeh MMC-də sahə rəisi vəzifəsində çalışan X12 əməli öz təsdiqini tapmış və o, təqsirli bilinmişdir. Həmin hökmə görə X9 Cavabdeh MMCyə məxsus binanın tikintisi zamanı almış olduğu xəsarətə görə ölmüşdür.
11. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, X5 Cavabdeh MMC-də fəhlə işləməsi, Cavabdeh MMC-nin sahə rəisi olan X12 tikintidə təhlükəsizlik qaydalarına riayət etməməsi nəticəsində X5 ağır xəsarət alaraq vəfat etməsi işin mübahisəsiz hallarıdır. Bu baxımdan, atasının ölümü ilə əlaqədar iddiaçının sarsıntılar keçirməsi, onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar istisna edilmir.
12. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını və Abşeron Rayon Məhkəməsinin 1(012)-185/2013 saylı 13 sentyabr 2013-cü il tarixli hökmünün təsviri hissəsində qeyd olunan 18000 manat məbləğində pulun ödənilməsinə dair xx.xx.2013-cü il tarixli müqaviləni nəzərə alıb hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 manat məbləğində mənəvi zərər kimi kompensasi ya tutulması əsaslı və qanunidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 21, 23, 1096, 1097, 1099, 1114-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarları əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçının apellya siya şikayətini dəlili ondan ibarət olub ki, mənəvi ziyaını ödənilməsi ilə bağlı cavabdehlə hər hansı müqaviləsi yoxdur. Belə olan halda, 3 milyon manat mənəvi zərər tələbindən 1000 manat təmin edilməsi qanunvericiliyin pozulması deməkdir.
16. Cavabdeh də qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilərək, iddianın həmin hissədə də rədd edilməsini xahiş etmişdir.
17. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırlıb ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları tam düzgün araşdırmayıb, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçı atasının ölümü ilə əlaqədar mənəvi zərərlə bağlı xeyli müddət, 8 ildən sonra müraciət etmişdir, Bundan əlavə, mərhumla birlikdə yaşayan yaxın ailə üzvləri müəyyən edilmiş, danışıqlardan sonra anası X4, arvadı X8 və oğlu X7 zərərin əvəzi olaraq cəmi 18000 (on səkkiz min) manat vəsait xx.xx.2013-cü il tarixində bank köçürməsi ilə rəsmi qaydada ödənilmişdir. Bu barədə xx.xx.2013-cu il tarixli müqavilə bağlanmışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2491/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrliyi edən və məruzəçi), İlham Kərimli, Anar Tanrıverdiyev)
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının apellyasiya şikayəti üzr ə qeyd edib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və ye tərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119).
20. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə işin xüsusi halları baxımından təkcə pozuntu faktının müəyyən edilməsi özü-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli olmaya bilər. Birinci instansiya məhkəməsi də məhz bu mövqedən çıxış edərək mənəvi zərərin əvəzi kimi 1000 manat tutmuşdur və gəlinə n nəticə əsaslıdır.
21. Apellyasiya instansiya məhkəməsi bu vaxt hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmiş cavabdeh tərəfindən mərhum X5 ölümü ilə əlaqədar onun ailəsinə 18.000 manat məbləğində kompensasiya ödənilməsini də nəzərə alıb.
22. Cavabehin apellyasiya şikayəti ilə bağlı apellyasiya instansiya məhkəməsi göstərib ki, cavabdeh həm iddiaya etirazında, həm də apellyasiya şikayətində əsas dəlil kimi iddiaçının atasının ölümü ilə əlaqədar mənəvi zərərlə bağlı 8 il keçdikdən sonra müraciət etməsinə, bir də mərhumun ailə üzvlərinə kompensasiya verilməsi barədə xx.xx.2013-cü il tarixdə tərəflər arasında ola razılığa istinad etsə də, bu dəlillər əsaslı deyil. Birincisi, ona görə ki, xeyli müddətin, hətta hadisədən 8 il keçməsi iddiaçının atasının ölümü ilə bağlı sarsıntı və mənəvi iztirab keçirməsini heç bir halda aradan qaldırmır. İkincisi, cavabdehin istinad etdiyi tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli razılaşmadan görünür ki, iddiaçı həmin razılaşmanın tərəfi olmamışdır.
23. Cavabdehin apellyasiya şikayətində pozuntu faktının müəyyən edilməsinin yetərli olması ilə bağlı mövqeyinə münasibətdə isə apellyasiya instansiya məhkəməsinin mövqeyi belə olub ki, hazırkı işin xüsusi halları baxımından pozuntu faktının müəyyən edilməsi özözlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli deyil. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçının atasının ölməsinə görə qardaşına təqsirləndirilən şəxs X15 tərəfindən ödənilmiş 18.000 manatı əsas tutaraq kompensasiya kimi 1000 manat tutulması barədə qətnamə qəbul etməklə yanlış qənaətə gəlmişdir. Belə ki, iddiaçının tələbi X14 qarşı deyil, cavabdehə qarşı yönəlib və iddiaçı ilə cavabdeh arasında mənəvi zərərin kompensasiyası ilə bağlı heç bir razılıq və ya müqavilə mövcud olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə yazılı etiraz vermişdir. Kassasiya şikayətinə etiraz iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılıb. (bax: 8-ci bənd) Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb et mək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.
1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
28. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.
29. Məhkəmə kollegi yası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də iddiaçının apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mənəvi zərərin məbləıği ilə bağlı iddianının apellyasiya şikayəti üzrə hazırki qərarın 19-21-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsi X18 Məhkəməsinin oxşar işlər üzrə presdent qərarlarına istinadən mənəvi zərərin məbləği, eləcə də təkcə pozuntu faktının müəyyən edilməsinin özü-özlüyündə mənəvi zərərin kompensasiyası üçün yetərli olmaması və s. hallara, həmçinin iddiaçının mənəvi zərərin məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib. Bu səbəbdən məhkəmə kollegiyası əlavə şərhə zərurət görmür.
33. Eyni zamanda kassasiya şikayətinin dəlilləri də mənəvi zərərin məbləği ilə bağlı olub, apellyasiya ş ikayətinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyindən və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin hissədə əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2491/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.